Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə85/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   88

 209
bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və 
xalqının imzasını qürurla təsdiqləyəcək. 
Çıxarılmış nəticənin tədqiqat sualı ilə əlaqəsinin aydınlaşdırılması, şagirdlərin 
irəli sürmüş olduqları  fərziyyələrlə müqayisə edilməsi həmin mərhələdə  həyata 
keçirilən mühüm vəzifələrdən olur. 
 
Qiymətləndirmə. Formativ qiymətləndirmə müəyyənləşdirilmiş meyarlar əsasında 
aparılır. 
 
Qiymətləndirmə meyarları:  
Aydınlaşdırma  
Şərhetmə  
Münasibətbildirmə  
Müqayisəetmə  
Ümumiləşdirməaparma 
 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Şeirdə bədii təsvir 
və ifadə vasitələrinin  
rolunu 
aydınlaşdırmaqda 
çətinlik çəkir. 
Şeirdə bədii təsvir 
və ifadə vasitələrinin 
 rolunu suallar 
verməklə, müəllimin 
köməyi ilə 
aydınlaşdırır. 
Şeirdə bədii təsvir 
və ifadə vasitələrinin 
rolunu, əsasən, 
aydınlaşdırır. 
Şeirdə bədii təsvir 
və ifadə vasitələrinin  
 rolunu aydınlaşdırır. 
Şeirin mövzusunu, 
ideya-bədii 
xüsusiyyətlərini şərh 
etməkdə, əsaslan-
dırılmış münasibət 
bildirməkdə çətinlik 
çəkir. 
Şeirin mövzusunu, 
ideya-bədii 
xüsusiyyətlərini 
şərh edir, suallar və 
müəllimin köməyi 
ilə əsaslandırılmış 
münasibət bildirir. 
Şeirin mövzusunu, 
ideya-bədii 
xüsusiyyətlərini 
şərh edir, 
münasibətini əksər 
hallarda əsaslandırır. 
Şeirin mövzusunu, 
ideya-bədii 
xüsusiyyətlərini 
şərh edir, onlara 
əsaslandırılmış 
münasibət bildirir. 
Şeirin mövzusuna  
müqayisələr, 
ümumiləşdirmələr 
aparmaqla mü-
nasibət bildirməkdə 
çətinlik çəkir. 
Şeirin mövzusuna 
qismən müqayisələr, 
ümumiləşdirmələr 
aparmaqla 
münasibət bildirir. 
Şeirin mövzusuna, 
əsasən, müqayisələr, 
ümumiləşdirmələr 
aparmaqla 
münasibət bildirir. 
Şeirin mövzusuna 
müqayisələr, 
ümumiləşdirmələr 
aparmaqla 
münasibət bildirir. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini  şagirdlərə 
xatırladır. 
 


 210
Mövzu: Abdulla Şaiq. “Anabacı” – 3 saat 
Birinci saat: Əsərin məzmunu üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1. Müxtəlif vəznli (heca, əruz, sər-
bəst) şeirlərdə və süjetli əsərlərdə (poema, 
hekayə, povest, roman, dram) tanış olma-
yan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaş-
dırır. 
  Hekayədə tanış olmayan sözlərin 
mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə 
aydınlaşdırır. 
1.1.3. Süjetli bədii nümunələri (poema, 
hekayə, povest, roman, dram) hissələrə 
ayırır, plan tərtib edir, məzmununu 
müxtəlif formalarda nağıl edir. 
  Hekayəni hissələrə ayırır, seçdiyi 
hissənin məzmununu hazırladığı plan 
əsasında yaradıcı nağıl edir. 
1.1.5. Müxtəlif vəznli (heca, əruz, 
sərbəst) şeirlərdə, süjetli ədəbi 
nümunələrdə bədii təsvir və ifadə 
vasitələrini (metonimiya, inversiya, 
simvol) müəyyənləşdirir. 
  Hekayədə  bədii təsvir və ifadə 
vasitələrini müəyyənləşdirir. 
2.2.1. Müzakirələrdə mövzuya, problemə 
tənqidi münasibətini əsaslandırır, fərqli 
fikirlərə dözümlülük nümayiş etdirir. 
  Hekayə ilə bağlı müzakirələrdə fərqli 
fikirlərə dözümlülük nümayiş etdirir. 
 
Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi. 
İş forması: fərdi iş, cütlük şəklində iş, kiçik qruplarda iş, bütün siniflə birgə iş.  
İnteqrasiya: Az.d. – 2.1.1., X.d. – 1.1.2. 3.1.3. 3.1.4. 
Metod və priyomlar: müsahibə, müzakirə, problemin həlli, təqdimat.  
Təchizat: dərslik, iş vərəqləri, lüğətlər, əsərin məzmunu üzrə şəkillər. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına 
müraciət etməsi məqsədəuyğundur. 
Müəllim üçün məlumat.  Motivasiya yaradılmamışdan əvvəl şagirdlərin “şə-
rəf” və “ləyaqət” anlayışları barədəki məlumatlarının aşkara çıxarılması məqsədi 
ilə onlara müraciət edilir: – Siz “ləyaqət”, “şərəf” sözlərini eşitmisiniz. Bədii əsər-
lərdə bu sözlərə az rast gəlməmisiniz, baxdığınız filmlərdə də bu sözləri az eşitmə-
misiniz. “Ləyaqətli insan”, “filankəs ləyaqətli adamdır”, “filankəs şərəfli ömür ya-
şamışdır” ifadələri sizə nə deyir? İnsanın öz ləyaqətini uca tutması, şərəfli olması 
nə deməkdir? 
Şagirdlərin “Ləyaqət əsil-nəsəblə deyil, ağıl və ədəblədir” atalar sözü barədə 
mülahizələrini dinləmək də faydalıdır. S.Rüstəmin 5-ci sinif “Ədəbiyyat” 
dərsliyindən (Bakınəşr, 2012) öyrənilmiş “Duz-çörək” şeirindən aşağıdakı bəndin 
xatırladılması və yığcam fikir mübadiləsi də yeni mövzunun qavranılması üçün zə-
min yaradır: 


 211
 
 
 
İnsanın şərəfi, bəzəyi, məncə, 
 
  Deyildir 
nə ipək, nə tirmə, oğlum! 
 
 
 
Yaxşıdan yaxşı ol ellər içində
 
 
 
Dostuna bir ziyan yetirmə, oğlum! 
 Yığcam müsahibə aparılmaqla suallara, bədii nümunələrə aydınlıq gətirilir. 
Şagirdlərin öz həyati təcrübələrinə, incəsənət  əsərlərinə müraciət etmələrinə, 
fikirlərini nümunələrlə əsaslandırmalarına imkan yaradılır.   
Motivasiya, problemin qoyuluşu.  Rəmzi materiallardan, yaxud suallardan 
istifadə etməklə motivasiya yaratmaq olar. Dərslikdəki “Yada salın” başlıqlı suallar 
əsasında yığcam müsahibə təşkil etməklə motivasiyanın yaradılması daha az vaxt 
aparır.  
 
Yada salın: 
– Şərəf və ləyaqətini uca tutan hansı ədəbi qəhrəmanlarla tanışsınız?  
– Onların hansı davranış və əməlləri sizin üçün daha dəyərlidir? 
Müsahibə tədqiqat sualının formalaşdırılması ilə yekunlaşdırılır.  
Motivasiyanın bir variantı da internetdən istifadə ilə  şagirdlərin  ədib haqqında 
(https://az.wikipedia.org/wiki/Abdulla_Şaiq) materialla tanış edilməsi ola bilər. 
Eyni zamanda görkəmli ziyalıların A.Şaiq haqqında fikirlərindən istifadə 
məktəblilərin ədibin yaradıcılığına marağını artırır: 
– Abdulla Şaiq həqiqəti hər  şeydən uca tutan, daima həqiqət axtaran, tərəqqi və 
yüksəliş yolunda fədakarcasına çalışan yazıçı olmuşdur. (M.İbrahimov) 
– Abdulla Şaiqin nəcib həyatı bir çıraq kimi həmişə xalq üçün yanmışdır. Bu 
çırağın işığında uşaqların da, böyüklərin də qəlbində yalnız xeyirxah duyğular, 
xeyirxah arzular baş qaldırmışdır. (İ. Əfəndiyev)  
– Xalqını  nəcib bir oğul qəlbi ilə sevən sənətkar öz xalqının ürəyində  əbədi 
yaşayacaqdır. (S. Rüstəm) 
– Abdulla Şaiq mənəviyyatı pak, daxili təmiz, rəftarı gözəl bir insan kimi 
xalqımızın qəlbində yaşayır, yaşayacaq da! (Ə. Bədəlbəyli) 
 
Tədqiqat sualı: Şərəfli və ləyaqətli olmaq insanın həyatdakı mövqeyində hansı 
rolu oynaya bilər? 
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeydlər edilir. 
Tədqiqatın aparılması.  Bu, ilk növbədə, oxunun təşkilini tələb edir. 
Hekayənin oxusu fərqli  şəkillərdə aparıla bilər. Bu, sinfin səviyyəsindən, oxu 
metodları ilə  şagirdlərin tanışlıq dərəcəsindən, müəllimin məqsədindən asılıdır. 
Əsərin oxusunun metodik baxımdan düzgün təşkilinə xüsusi diqqət yetirilməlidir. 
Məsələn, vaxta qənaət baxımından fərdi səssiz oxunu seçən müəllimin dərslikdəki 
sual və tapşırıqlar üzrə ardıcıl iş aparması məqsədəuyğundur.  
1.  Əsərin oxusundan (bunu fərqli  şəkildə yerinə yetirə bilərsiniz) sonra parta 
yoldaşınızla birlikdə mətnin kənarındakı suallara cavab hazırlayın. 
2.  Mətnin üçüncü parçasına aid suallar tərtib edin. 
3.  Kiçik qruplarda birləşib, tərtib etdikləriniz də daxil olmaqla, bütün sualların 
cavabı ilə bağlı fikir mübadiləsi aparın. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə