Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə87/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   88

 214
Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi. 
İş forması: fərdi iş, kiçik qruplarda iş, bütün siniflə birgə iş.   
İnteqrasiya: Az.d. – 2.1.2. 2.2.3., X.d. – 2.1.2. 2.1.3. 
Metod və priyomlar: müsahibə, problemin həlli, müzakirə, təqdimat. 
Təchizat: dərslik, iş vərəqləri, əsərin məzmunu üzrə şəkillər. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi yolu ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə 
meyarlarına müraciət etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılmasına fərqli yollarla 
nail olmaq mümkündür. Rəmzi (simvolik) material qismində şərəf, ləyaqət, mənlik 
hissinin uca tutulmasının insan üçün vacib olduğunu əks etdirən deyimlərin, atalar 
sözlərinin, bədii əsərlərdən sitatların və s. xatırladılması, fikir mübadiləsi aparılma-
sı yerinə düşər. Bir variant da ilk dərsdən  şagirdlərin diqqətinə çatdırılan 
“Düşünün” başlıqlı sual (Şərəf və  ləyaqətini qorumaq üçün insanda hansı keyfiy-
yətlər olmalıdır?) əsasında yığcam müsahibə aparmaq və onu tədqiqat sualının for-
malaşdırılması ilə yekunlaşdırmaq ola bilər. 
Motivasiyanın yaradılmasının bir variantı da internetdən istifadə ilə şagirdlərin 
ədibin 130 illiyi ilə  əlaqədar F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 
hazırladığı  ədəbi-bədii kompozisiyadan (http://www.clb.az/files/mv/AShaiq.pdf) 
müəllimin məqsədəmüvafiq saydığı bir parça ilə tanışlığı ola bilər.  
Tədqiqat sualı:  Ehtiyac içində  məhrumiyyətlərlə dolu ömür yaşayan hekayə 
qəhrəmanının öz mənliyini, şərəf və ləyaqətini uca tutmasına səbəb, sizcə, nədir? 
Fərqli fikirlər – fərziyyələr dinlənilir və qeyd edilir.  
Tədqiqatın aparılması.  Hansı metod və  iş formalarının seçilməsindən asılı 
olmayaraq, dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə müraciət edilməsi 
məqsədəuyğundur.
  
1.  Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın. 
Müəllifin oğlu, tanınmış ədəbiyyatşünas alim Kamal Talıbzadə yazır: 
“Bizim evə  gəlib-gedən, nənəm Mehri xanımla dostluq edən Nənəxanım adlı 
qoca bir arvad vardı, qara, köhnə çarşaba bürünüb gəzərdi... Onunla atam 
təsadüfən küçədə rastlaşmış, bir xahişini yerinə yetirmək üçün kimsəsiz qocanı evə 
gətirmiş və uçurum qarşısında duran bir ailəni fəlakətdən xilas etmişdi. Bu təsadüf 
atamın 1923-cü ildə  qələmə aldığı “Anabacı” hekayəsinin yazılmasına səbəb 
olmuşdu. Qoca qadına edilmiş yaxşılıq müqabilində hədiyyə olaraq toxuduğu yun 
corabı  təqdim edəndə atamın zəhmət haqqı vermək istəməsini o elə  qəzəblə 
qarşılamış, ruhundakı etiraz o qədər güclü və əzəmətli olmuşdu ki, yazıçını qələmə 
müraciət etməyə, insan ləyaqəti haqqında əsər yazmağa ruhlandırmışdı...”  
Yazıçı  həyatda tanıdığı, müşahidə etdiyi Nənəxanımın və onun kimi onlarla 
insanın fərdi cizgilərini diqqətlə öyrənmiş, ümumiləşdirmə aparmış, parlaq, 
yaddaqalan  ədəbi qəhrəmanını – Anabacı obrazını yaratmağa nail olmuşdur. 
Əsərin üzərində müşahidələrinizi davam etdirin, bu obrazı yaradarkən müəllifin 
hansı bədii vasitələrdən və necə istifadə etdiyini aydınlaşdırmağa çalışın.  


 215
Mətnlə tanışlıqdan sonra şagirdlərin diqqəti “Araşdırın. Fikirləşin. Cavab 
verin” tapşırığına yönəldilir. “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına daxil 
edilmiş bütün suallar tədqiqat sualının aydınlaşdırılmasına dəyərli töhfə verir. 
Başqa sözlə, əsərin mövzusunun müəyyənləşdirilməsi, onda qaldırılmış problemin 
aydınlaşdırılması, yazıçı mühakimələrinə diqqət yetirməklə baş  qəhrəmanın 
səciyyələndirilməsi və s. tədqiqat sualına əsaslı cavab verilməsini təmin edir. 
 
1. Hekayənin mövzusunu və onda qaldırılmış başlıca problemi 
müəyyənləşdirin. Gəldiyiniz nəticəyə əsasən cədvəldə qeydlər edin. 
 
Əsərin 
mövzusu 
Əsərdə diqqətə 
çatdırılan başlıca 
problem 
Problemin həllini 
yazıçı nədə 
görür? 
Problemin həlli 
barədə siz nə 
düşünürsünüz? 
 
 
 
 
 
2. Anabacı obrazını səciyyələndirin. Cədvəldən istifadə edin. 
 
Anabacı obrazı 
Onun xarakterindəki 
başlıca cəhətlər 
Müəllifin bu obraz 
haqqında mühakimələri 
Sizin ona 
münasibətiniz 
 
 
 
 
3. Hekayənin müəllifi haqqında sizdə hansı  təsəvvür yarandı? Fikrinizi 
nümunələrlə əsaslandırın.  
 
4.  Əsərin bədii təsir gücü hansı vasitələrlə artırılmışdır? Cədvəldən istifadə 
edin. 
 
Əsərin bədii təsir gücünü artıran vasitələr 
Bədii təsvir və ifadə 
vasitələri (nümunələrlə 
əsaslandırmalı) 
Obrazlı söz, ifadə və 
cümlələr (nümunələrlə 
əsaslandırmalı) 
Təsvirlər (nümunələrlə 
əsaslandırmalı) 
 
 
 
 
5. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Cədvəldən istifadə edin. 
 
Əsərin əsas ideyası 
Nə üçün belə düşünürsünüz? 
 
 
 
Kiçik qruplarda işin təşkilinə üstünlük verən müəllim dərslikdəki tapşırığa 
yaradıcı yanaşa bilər. Sualların dəyişdirilməsi, onlara əlavələr edilməsi, yeni cədvəl 
formalarının təklif edilməsi və s. müəllimin istəyindən asılı olaraq, həyata keçirilə 
bilər. Hər qrupa iş  vərəqində bir sual təklif edilsə  də, bütün qrupların  əlavə 


 216
mənbələrlə  təmin edilməsi məqsədəuyğundur. Məsələn, K.Talıbzadənin tərtib 
etdiyi “Şaiqanə yad et” (Bakı, 1981) kitabındakı “Həmişə yadımda olan insan” 
mətni hekayə ilə bağlı aparılan tədqiqat üçün maraqlı  mənbədir. Eləcə  də 
T.Əhmədovun “Abdulla Şaiq” (Bakı, 2009), “Əgər Şaiq olmasaydı” (Bakı, 2012) 
kitablarından seçilmiş bölmələrlə tanışlıq  şagirdlərin daha səmərəli tədqiqat 
aparmalarına imkan yaradar. 
Tədqiqat zamanı  şagirdlərə hekayənin müəllifi və Anabacı obrazları ilə bağlı 
cavablarında  əsərdən aşağıdakı iki nümunəyə  də münasibət bildirmələri tövsiyə 
edilir: 
1.  Bir аz sоnrа bu qоcа və düşkün qаdınа əl tutmаq məqsədi ilə bir qədər pul 
vеrmək istərkən dik-dik üzümə bахdı. Sərt bir səslə: 
– Bu nədir? Mən bunu sənə sаtmаq üçün gətirməmişəm. Оnun üçün bаzаr vаr. 
Bunu sənə bəхşiş gətirmişəm, – dеyə əllərini çаrşаbının аltındа bir-birinə sıхаrаq 
sахlаdı. О bu sözləri dеyərkən gözlərindəki ildırımlar tа qəlbimin içində pаrtlаyаn 
kimi оldu, yохsul, miskin bildiyim bu qаrının bu qədər qəhər və hiddəti qаrşısındа 
biiхtiyаr titrədim.  
Hər zаmаn hüzn, iztirаblа məni yаrаlаyаn bu miskin qаdın bu dəfə məğrurluğu 
ilə  məni qоrхutdu. Bir dаhа üzünə  bахdım. Bu dəfə üzünə  qəhər və hiddət 
qığılcımlarının yerinə vəzifələrini bitirmiş оlаnlаrа məxsus qürur rəngi çökmüşdü. 
Gözlərinin bахışı, ziyası  qəlbinin rаhаt-rаhаt döyündüyünü göstərirdi. Hеç bir 
zаmаn görmədiyim bu rəng, bu işıq nədən dоğmuşdu? 
2. Köhnə  nəslin sоn qəhrəmаnı  оlаn bu qаdın hələ  qаrşımdа  оturmuş, mənə 
mеydаn охuyur, həm də аtа-bаbаdаnqаlmа kеçmiş əхlаq və səciyyələrini bütün hаl 
və hərəkətləri ilə mənə аnlаdırdı. Аrtıq yаrım əsr əvvəlin cаnlı tаriхi оlаn bu qаdın, 
nəzərimdə dаhа böyümüş, dаhа cаnlаnmış, sanki mənə: “Yохsul оlsаm dа, qəlbim 
geniş, ruhum ucаdır” dеmək istəyirdi. Çох gözəl, bunu mən də  еtirаf  еdirəm. 
Lаkin, еy yüksək qаdın, söylə, altmış illik səfil bir həyаtın sənə yükləmiş оlduğu 
аğır yüklər bеlini bükmüş, gözlərinin nurunu аlmış, dizlərini taqətsiz etmiş olduğu 
hаldа, necə olmuş ki, qəlbinə, ruhuna tохunmаmışdır? Sən mənə bunu аnlаt!    
Cədvəllərlə işləməyə şagirdlər xüsusi maraq göstərirlər. Müəllim buna laqeyd 
qalmamalı, cədvəllərdəki tələblərə  əhatəli cavab yazılmasına diqqət yetirməlidir. 
Cədvəllərin formasına, qeyd edildiyi kimi, müəllim yaradıcı yanaşa bilər. O, lazım 
gələrsə, cədvəllərə  əlavələr etməkdə, yaxud onlarda sadələşdirmə aparmaqda 
sərbəstdir. 
Məlumat mübadiləsi  mərhələsində kiçik qrupların təqdimatlarının fəal dinlə-
nilməsi təmin olunur. Qrup sözçülərinin məlumatları necə, hansı səriştə ilə çatdır-
dıqlarına müəllim diqqət yetirir, təkrarların, əhəmiyyətsiz faktların xatırladılmasına 
yol verilmir. Bunun ehtiyatla və yerində həyata keçirilməsi şagird təqdimatlarının 
daha məzmunlu olmasında, həmin mərhələnin səmərəliliyində az rol oynamır. 
Bütün bunlara baxmayaraq, cavablarda pərakəndəlik, əsaslandırılmamış mülahizə-
lər, birtərəfli yanaşma müşahidə edilir. Bunlar məlumatın müzakirəsi və  təşkili 
mərhələsində aradan qaldırılır. Müzakirənin diskussiya xarakterli olmasına, hər bir 
şagirdin öz fikrini sərbəst ifadə etməsinə imkan yaradılır. Başlıcası isə, hər qrupun 
cavabına digər qrupların yaradıcı yanaşmaları  təmin edilməlidir. Başqa sözlə, hər 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə