Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə86/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   88

 212
4.  Çıxardığınız nəticələri təqdimatlar əsasında müzakirə edin. 
5.  Əsərdən seçdiyiniz hissəyə ad verin, məzmununu hazırladığınız plan əsasında 
yaradıcı danışın. 
 
Oxu başa çatdıqdan sonra şagirdlər tövsiyələrə uyğun olaraq, cütlük şəklində 
işləməklə  mətnkənarı suallara cavab hazırlayırlar. Sonra həmin cütlüklər üçüncü 
parçanın məzmununa aid suallar tərtib edirlər. Cavabları  məzmunca eyni, yaxud 
oxşar olan şagirdlər kiçik qruplarda birləşib, tərtib etdikləri də daxil olmaqla, bütün 
suallarla bağlı fikir mübadiləsi aparırlar. Yalnız bundan sonra qrup sözçülərinin 
təqdimatları əsasında fikir mübadiləsi və müzakirə aparılır.  
Əsərin məzmunu ilə bağlı qazanılmış  məlumatın dərinləşdirilməsi və sistemə 
salınmasında bu mərhələnin  əhəmiyyəti böyükdür. Müzakirə zamanı  aşağıdakı 
suallardan istifadə etməklə əsərin ilkin qavranılmasını dərinləşdirmək olar: 
1. Anabacı kim idi və məşğələdən evinə qayıdan qəhrəmana müraciət etməkdə 
məqsədi nə idi? 
2. Anabacının əlindəki kağızda nə yazılmışdı? 
3. Anabacı ilə söhbətin məzmunu nədən ibarət idi? 
4. Anabacı xəstəyə yardım üçün verilən pulu alanda nə dedi? 
5. Gətirdiyi coraba görə pul təklifini Anabacı nə üçün rədd etdi? 
6. Anabacının hərəkətləri, davranışı  əsərin qəhrəmanında hansı düşüncələr, 
suallar doğurdu? 
Dərslikdəki növbəti tapşırıq (Əsərdən seçdiyiniz hissəyə ad verin, məzmununu 
hazırladığınız plan əsasında yaradıcı danışın) məzmunun mənimsənilməsi üzrə işin 
davamı kimi özünü göstərir. Bu prosesdə  fəal dinləməyə  və müzakirəyə nail 
olunmalıdır. 
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması  mərhələsində 
müəllimin istiqamətləndirici suallardan istifadə etməsi faydalıdır. Diqqət Anabacı 
obrazına cəlb edilməklə  şagirdlərdə belə  qənaət möhkəmlənir ki, şərəf hissini 
unutmayan, ləyaqətlə ömür sürən insanlar başqalarından hörmət görür və nüfuz 
sahibi olurlar. Onlar həm ailədə, həm də cəmiyyətdə ədalətli, doğruçu, sözübütöv 
insanlar kimi tanınır və sevilirlər.  
Çıxarılmış  nəticənin fərziyyələrlə  və  tədqiqat sualı ilə müqayisə edilməsinə 
diqqət yetirilir. 
 
Qiymətləndirmə. Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasın-
da aparmaq məqsədəuyğundur. 
Qiymətləndirmə meyarları:  
Aydınlaşdırma  
Hissələrəayırma 
Plantərtibetmə 
Nağıletmə 
Müəyyənləşdirmə  
Əsaslandırma  
Nümayişetdirmə 


 213
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Tanış olmayan sözlə-
rin mənasını lüğət-
lərdən, sorğu kitabla-
rından istifadə et-
məklə aydınlaşdır-
maqda çətinlik çəkir. 
Tanış olmayan sözlə-
rin mənasını lüğət-
lərdən, sorğu kitabla-
rından suallar ver-
məklə və kömək əsa-
sında aydınlaşdırır. 
Tanış olmayan 
sözlərin mənasını 
lüğətlərdən, sorğu 
kitablarından, 
əsasən, aydınlaşdırır. 
Tanış olman sözlərin 
mənasını 
lüğətlərdən, sorğu 
kitablarından 
istifadə etməklə 
aydınlaşdırır. 
Hekayəni hissələrə 
ayırır, seçdiyi hissə-
nin planını tərtib et-
məkdə, məzmununu 
yaradıcı nağıl et-
məkdə çətinlik çəkir. 
Hekayəni hissələrə 
ayırır, seçdiyi hissə-
nin planını suallar 
verməklə və kömək 
əsasında tərtib edir, 
məzmununu qismən
 
yaradıcı nağıl edir. 
Hekayəni hissələrə 
ayırır, seçdiyi 
hissənin planını 
tərtib edir, 
məzmununu, əsasən, 
yaradıcı nağıl edir. 
Hekayəni hissələrə 
ayırır, seçdiyi 
hissənin planını 
tərtib edir, 
məzmununu yaradıcı 
nağıl edir. 
Hekayədə bədii 
təsvir və ifadə vasitə-
lərini müəyyənləş-
dirməkdə çətinlik 
çəkir. 
Hekayədə bədii təsvir 
və ifadə vasitələrini 
suallar verməklə və 
kömək əsasında 
müəyyənləşdirir. 
Hekayədə bədii 
təsvir və ifadə 
vasitələrini, əsasən, 
müəyyənləşdirir. 
Hekayədə bədii 
təsvir və ifadə 
vasitələrini 
müəyyənləşdirir. 
Müzakirələrdə fərqli 
fikirlərə dözümlülük 
nümayiş etdirməkdə 
çətinlik çəkir. 
Müzakirələrdə fərqli 
fikirlərə qismən 
dözümlülük nümayiş 
etdirir. 
Müzakirələrdə fərqli 
fikirlərə, əsasən, 
dözümlülük nümayiş 
etdirir. 
Müzakirələrdə fərqli 
fikirlərə dözümlülük 
nümayiş etdirir. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini  şagirdlərə 
xatırladır. 
            
Mövzu: Abdulla Şaiq. “Anabacı” – 3 saat 
İkinci saat: Təhlil üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.2. Digər obrazların və müəllifin 
mühakimələrinə əsaslanmaqla ədəbi 
qəhrəmanları səciyyələndirir. 
  Müəllifin mühakimələrindən çıxış 
etməklə hekayənin qəhrəmanlarını 
səciyyələndirir. 
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə 
vasitələrinin (metonimiya, inversiya, 
simvol) rolunu aydınlaşdırır. 
  Hekayənin təsir gücünün artmasında 
bədii təsvir və ifadə vasitələrinin 
rolunu aydınlaşdırır. 
1.2.4. Bədii nümunələrin mövzusunu
ideya-bədii xüsusiyyətlərini və 
konfliktini şərh edir, əsaslandırılmış 
münasibət bildirir. 
  Hekayənin mövzusunu, ideya-bədii 
xüsusiyyətlərini şərh edir, onlara 
əsaslandırılmış münasibət bildirir. 
2.1.1.
 
Bədii nümunələrlə bağlı təqdimat 
və çıxışlarında müxtəlif mənbələrdən 
topladığı materiallara əsaslanmaqla 
əsərin ideya-bədii xüsusiyyətlərini şərh 
edir. 
  Hekayə ilə bağlı təqdimat və 
çıxışlarında müxtəlif mənbələrdən 
topladığı materiallara əsaslanmaqla 
əsərin ideya-bədii xüsusiyyətlərini şərh 
edir. 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə