Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə83/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   88

 203
bundan sonra ikihissəli gündəlikdə qeydlər aparırlar. Bu qeydlər hər bir şagirdin 
məzmunu necə qavradığını,  əsərə ilkin münasibətini və s. aşkara çıxarmaq 
baxımından faydalıdır. 
Oxunun hansı formada təşkilindən asılı olmayaraq, nəticənin çıxarılması, 
ümumiləşdirmənin aparılması  mərhələsində  həyata keçirilməli olan işlər 
diqqətdən kənarda qalmamalıdır. Söylənmiş fikirlərin ümumiləşdirilməsi, son 
qənaətin fərziyyələrlə müqayisə edilməsi ön plana çəkilir. Bu mərhələnin səmərəli 
keçməsi üçün müəllimin əvvəlcədən istiqamətləndirici suallar hazırlaması və tətbiq 
etməsi məqsədəuyğundur. 
Bu dərsdə vaxtdan səmərəli istifadə etdikdə şifahi təqdimat üçün təklif olunmuş 
tapşırığın yerinə yetirilməsinə imkan yaranır. 
Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın. 
a)  Şeir müəllif haqqında təəssüratıma yeni nə əlavə etdi? 
b)  Şeirin məndə daha güclü təəssürat yaradan sözü, ifadəsi, misrası və bəndi. 
Təqdimat üçün müəyyənləşdirilmiş mövzular həm məzmunun dərindən 
mənimsənilməsi, həm də  təhlilin səmərəliliyi üçün əhəmiyyətlidir. Müəllim 
təqdimatların fəal dinlənilməsinə, müzakirənin diskussiya səciyyəli olmasına 
xüsusi diqqət yetirməlidir. 
 
Qiymətləndirmə. Formativ qiymətləndirmə müəyyənləşdirilmiş meyarlar əsasında 
aparılır. 
 
Qiymətləndirmə meyarları:  
Aydınlaşdırma 
Müəyyənləşdirmə 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Şeirdə tanış olmayan 
sözlərin mənasını 
lüğətlərdən, sorğu 
kitablarından istifadə 
etməklə aydınlaşdır-
maqda çətinlik çəkir. 
Şeirdə tanış olma-
yan sözlərin mə-
nasını lüğətlərdən, 
sorğu kitablarından 
suallar verməklə və 
kömək əsasında 
aydınlaşdırır. 
Şeirdə tanış 
olmayan sözlərin 
mənasını 
lüğətlərdən, sorğu 
kitablarından, 
əsasən, 
aydınlaşdırır. 
Şeirdə tanış 
olmayan sözlərin 
mənasını 
lüğətlərdən, sorğu 
kitablarından 
istifadə etməklə 
aydınlaşdırır. 
Şeirdə bədii təsvir və 
ifadə vasitələrini 
müəyyənləşdirməkdə 
çətinlik çəkir. 
Şeirdə bədii təsvir 
və ifadə vasitələrini 
suallar verməklə və 
kömək əsasında 
müəyyənləşdirir. 
Şeirdə bədii təsvir 
və ifadə vasitələrini, 
əsasən, 
müəyyənləşdirir. 
Şeirdə bədii təsvir 
və ifadə vasitələrini 
müəyyənləşdirir. 
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə 
xatırladır. 
 
 


 204
Mövzu: Ə.Cavad. “Azərbaycan bayrağına” – 2 saat 
İkinci saat: Təhlil üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.3. Bədii nümunələrdə  təsvir və 
ifadə vasitələrinin (metonimiya, 
inversiya, simvol) rolunu aydınlaşdırır. 
  Şeirin təsir gücünün artmasında bədii 
təsvir və ifadə vasitələrinin rolunu 
aydınlaşdırır. 
1.2.4. Bədii nümunələrin mövzusunu, 
ideya-bədii xüsusiyyətlərini və kon-
fliktini şərh edir, əsaslandırılmış müna-
sibət bildirir. 
  Şeirin mövzusunu, ideya-bədii xüsu-
siyyətlərini  şərh edir, onlara əsaslan-
dırılmış münasibət bildirir. 
2.1.2. Mövzuya, problemə müqayisə-
lər, ümumiləşdirmələr aparmaqla mü-
nasibət bildirir. 
  Şeirin mövzusuna müqayisələr, ümu-
miləşdirmələr aparmaqla münasibət 
bildirir. 
 
Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi. 
İş forması: fərdi iş, cütlük şəklində iş, kiçik qruplarda iş, bütün siniflə birgə iş.  
İnteqrasiya: Az.d. – 2.1.2. 2.2.3., X.d. – 2.1.3. 3.1.4. 
Metod və priyomlar: müsahibə, müzakirə, təqdimat. 
Təchizat: dərslik, iş vərəqləri, əsərin məzmunu üzrə şəkillər. 
 
Dərsin gedişi 
Ev tapşırığının hansı  səviyyədə yerinə yetirildiyini müəyyənləşdirmək üçün 
təqdimatların dinlənilməsi və müzakirə edilməsi daha məqsədəuyğundur. Müvafiq 
meyarlardan istifadə etməklə qiymətləndirmədə obyektivliyi təmin etmək olar. 
Təhlil dərsini fərqli variantlarda təşkil etmək mümkündür. Məsələn, diskussiya, 
yaxud debatın tətbiqi dərsin canlı, maraqlı keçməsini təmin edə bilər. Bunun üçün 
əsərin ideya-bədii xüsusiyyətlərini açmağa imkan verən tutarlı sualın müəyyənləş-
dirilməsi vacibdir.  
Dərs variantlardan biri aşağıdakı məzmunda ola bilər. 
Motivasiya, problemin qoyuluşu.  Motivasiyaya fərqli yollarla nail olmaq 
mümkündür. Bunun üçün suallardan, rəmzi materiallardan (milli bayrağa həsr 
olunmuş mahnı, yaxud bədii  əsərdən parçanın səsləndirilməsi, dövlət rəmzi kimi 
bayrağın əhəmiyyəti barədə tanınmış siyasi xadimin sözlərinin xatırladılması və s.) 
istifadə etmək olar. Müəllimin You Tube saytı vasitəsilə Azərbaycan 
Respublikasının Prezidenti İlham  Əliyev tərəfindən Bayraq meydanının təntənəli 
açılış  mərasimini  əks etdirən videosüjetə baxış  təşkil etməsi daha 
məqsədəuyğundur (https://www.youtube.com/watch?v=W_UMdjovGS4). 
Yaxud dərslikdəki “Düşünün” başlıqlı sual (Azərbaycanın Dövlət Bayrağına 
həsr olunmuş  əsərlərdə hansı  məsələlərə önəm verilməsini  əhəmiyyətli hesab 
edirsiniz?) əsasında müsahibə aparmaq və tədricən tədqiqat sualını formalaşdırmaq 
mümkündür. 


 205
Tədqiqat sualı:  “Şeirdə yalnız Azərbaycanın deyil, bütün türk xalqlarının 
müstəqilliyi, azadlığı ideyası ifadə edilib” fikrini doğru saymaq olarmı? 
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeydlər edilir. 
Tədqiqatın aparılması. Dərsin hansı variantda keçilməsindən asılı olmayaraq, 
tədqiqata başlamazdan  əvvəl lirik şeirlərin təhlili ilə  əlaqədar qazanılmış bilik və 
bacarıqların yada salınması  və  tətbiqinə istiqamət verilməsi faydalıdır.  Şagirdlər 
təhlildə aşağıdakı məsələlərə diqqət yetirməyin vacib olduğunu xatırlayırlar: 
–  şeirin yaratdığı təəssüratın, hiss və düşüncənin açıqlanması; 
–  müəllifin şeirdə diqqəti cəlb etmək istədiyi başlıca problemin, mətləblərin 
müəyyənləşdirilməsi; 
–  əsərin bədii təsir gücünü artıran vasitələrin (təsvir və ifadə vasitələrinin və s.) 
rolunun aydınlaşdırılması; 
–  şeirdə ifadə olunmuş başlıca fikrin – ideyanın aşkara çıxarılması. 
Tədqiqat sualının aydınlaşdırılması üçün dərslikdəki “Araşdırın. Fikirləşin. 
Cavab verin” tapşırığından istifadə edilməsi məqsədəuyğundur. Bu tapşırığın 
uğurla yerinə yetirilməsi “Əsərin təhlilinə hazırlaşın” mətnindəki tövsiyələrin 
mənimsənilməsindən də xeyli dərəcədə asılıdır. Dərslikdəki “Əsərin təhlilinə 
hazırlaşın” mətninə  şagirdlərdə  həssas, diqqətli münasibətin formalaşdırılması 
vacibdir. Bu mətnlərlə  işləmək bacarığına  şagirdlər  əvvəlki siniflərdə yiyələnmiş 
olsalar da, həmin mətnlərin sinifdən-sinfə mürəkkəbləşdiyini unutmaq olmaz. Bunu 
da unutmaq olmaz ki, təhlil üçün mənbə olan bu materiallarda əksini tapmış 
tövsiyələr şagirdlərin təlimi fəaliyyətinə həmişə səmərəli istiqamət verir:  
1.  Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın. 
Şairin milli bayrağımıza  şeir həsr etməsi təsadüfi deyildir. Milli azadlıq, 
vətənimizin müstəqilliyi  şairin  ən böyük idealı, həyatının  əsas mənası idi. Onu 
“milli dövlətimizin nəğməkarı” adlandıranlar səhv etmirdilər. Digər  əsərlərində 
olduğu kimi, “Azərbaycan bayrağına”  şeirində  də  vətənini, xalqını  dərin 
məhəbbətlə sevən səmimi bir el sənətkarının ürək çırpıntılarını duymaq çətin 
deyildir. 10 aprel 1919-cu ildə Bakı  şəhərində, parlament binasının üzərində 
dalğalanmış üçrəngli milli bayrağımız vətənpərvər  şairi riqqətə  gətirmiş  və bu 
gözəl sənət əsəri yaranmışdır. 
Əsərdə  əksini tapan mətləblər çoxdur. Onları aydınlaşdırmağa, təhlil etməyə 
çalışın.  Şeirdə  bədiiliyi təmin edən vasitələrin üzərində düşünün. Onun dilinə, 
sözlərin seçiminə, məcazların əsərə gətirdiyi gözəlliyə münasibət bildirin. 
Şagirdlər müəllimin təklifi ilə cütlük şəklində, yaxud kiçik qruplar yaradaraq 
tədqiqat aparırlar. Cütlük şəklində işləyənlər fikir mübadiləsi aparmaq üçün sonra 
kiçik qruplarda birləşə bilərlər. Bu, vaxta qənaət edilməsi baxımından da 
faydalıdır. Müəllim reallaşdırmaq istədiyi standartlardan, sinfin səviyyəsindən və s. 
asılı olaraq, “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına yaradıcı yanaşa bilər. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə