Microsoft Word ?d?b-9 Mv capa doc


FƏNN KURİKULUMU TƏLƏBLƏRİNİN



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə2/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   88

 
5
FƏNN KURİKULUMU TƏLƏBLƏRİNİN 
“ƏDƏBİYYAT” DƏRSLİK KOMPLEKTİNDƏ 
REALLAŞDIRILMASI MEXANİZMLƏRİNİN ŞƏRHİ 
 
Ümumtəhsil məktəblərinin IX sinifləri üçün ədəbiyyat fənni üzrə  dərslik 
komplekti “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulum-
ları)” əsasında hazırlanmışdır. 
Dərslik komplektinin elmi-metodik konsepsiyasının  əsasında “Azərbaycan 
Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan 
hədəflər, şagirdlərin ədəbi təhsilinin məzmununda nəzəri biliklərlə yanaşı, praktik 
bilik, bacarıq və səriştənin vacibliyi konkret fəaliyyətin nəticəsinə çevrilməsi durur.  
 Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənn kuri-
kulumundakı  (bax: http://www.kurikulum.az/images/kurikulumTam/edebiyyat.pdf) 
ümumi orta təhsilin tamamlandığı VIII – IX siniflərdə  ədəbiyyatın qədim 
dövrlərdən bu günə qədər keçdiyi inkişaf yolunun izlənilməsi tələbi dərslikdə 
əsas götürülmüşdür. Başqa sözlə, VIII sinifdə  ədəbiyyatımızın tarixi-xronoloji 
zəmində öyrənilməsi üzrə  həyata keçirilən metodik sistem IX sinifdə  də 
gözlənilmişdir. Bu sinifdə  ədəbiyyatımızın öyrədilməsi XX əsrin  əvvəllərindən 
(1918-ci ildən) günümüzə  qədər keçdiyi tarixi yol nəzərə alınmaqla həyata 
keçirilmişdir.  
 
DƏRSLİK 
 
Ədəbiyyatımızın inkişaf mərhələləri müəyyənləşdirilərkən BDU-nun Müasir 
Azərbaycan ədəbiyyatı kafedrasının hazırladığı dərslikdəki prinsip və tələblər əsas 
götürülmüşdür (Müasir Azərbaycan  ədəbiyyatı. I-II cild. Bakı, Bakı Universiteti, 
2007). Eləcə  də hazırda ümumtəhsil məktəblərində istifadə olunan XI sinif üçün 
“Ədəbiyyat” dərsliyində ən yeni dövr Azərbaycan ədəbiyyatının mərhələləri nəzərə 
alınmışdır (N.Cəfərov, İ.Həbibbəyli, N.Əliyeva, A.Bakıxanova. Ədəbiyyat. XI sinif 
üçün dərslik. Bakı: Çaşıoğlu, 2012). 
Ədəbi irsin və müasir ədəbi prosesin tədrisi, öyrənilməsi və  mənimsənilməsi 
üçün  əsas götürülən yeni elmi-metodoloji konsepsiyaya uyğun olaraq, müasir 
ədəbiyyatımızın dövrləşdirilməsi, tarixi-xronoloji ardıcıllıqla, kurikulumun məqsəd 
və vəzifələrinə, məzmun standartlarına, şagirdlərin yaş və bilik səviyyəsinə uyğun 
şəkildə öyrənilməsi imkanları müəyyənləşdirilmişdir. 
Dərslikdə  təlim prosesinin mərhələlərinə uyğun olaraq, təlim materiallarının 
aşağıdakı kimi qruplaşdırılması məqsədəuyğun sayılmışdır: 
  Yada salın.  Şagirdləri mövzu ilə bağlı biliklərini xatırlamağa, maraq və 
istəklərini ifadə etməyə istiqamətləndirəcəkdir.  
  Düşünün. İlkin fərziyyələr söyləməyə, araşdırma aparmağa yönəldəcəkdir. 
  Oxuda aydınlaşdırın. Tanış olmayan sözlərin mənasını aydınlaşdırmaq, eləcə 
də  bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirmək üçün nəzərdə 
tutulmuşdur.  


 
6
  Məzmun üzrə iş. Əsərin məzmununun öyrənilməsi ilə əlaqədar yerinə yetirilən 
işlər  əhatə olunur. Məzmunun necə  mənimsənildiyini aşkara çıxarmaq və 
dərinləşdirmək üçün təklif edilir.  
  Təhlil üzrə  iş.  Əsərin təhlili, bununla bağlı zəruri bacarıqların yaradılması və 
tətbiqi üzrə işlər əhatə olunur.  
  Tətbiq. Müzakirə. Yaradıcı iş. Fərdi, eləcə də cütlük, qrup şəklində tədqiqat 
aparmağa, yaradıcı  işə qoşulmağa, bilik və bacarıqların tətbiqinə 
istiqamətləndirir.  
  İfadəli oxuya hazırlıq.  İfadəli oxu ilə bağlı tövsiyələr verilir, bilik və 
bacarıqların inkişafı məqsədi ilə tapşırıqlar təklif edilir. 
  Qiymətləndirmə materialları.  Bölmələrin sonunda həyata keçirilən kiçik 
summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur. 
  Layihələr üzrə  iş.  Layihələr  şagirdlərin müxtəlif mənbələrlə, dərslikdəki 
müvafiq materiallarla işləmələri, bilik və bacarıqlarını tətbiq etmələri, yaradıcı 
fəaliyyət göstərmələri üçün təklif edilir.  
  Müstəqil iş. Bölmələrdə  əsərləri tədris olunan sənətkarların həyatı haqqında 
müxtəlif mənbələrdən məlumatların toplanması  və öyrənilməsi üçün nəzərdə 
tutulmuşdur.  
Hər bir mövzu üzrə qruplaşdırılmış  təlim materialları ilə  iş texnologiyası 
müəllim üçün vəsaitdə ətraflı şərh edilmişdir.  
 
Dərslikdə aşağıdakı pedaqoji prinsiplər gözlənilmişdir: 
- düzgünlük  
- əyanilik  
- müasirlik  
- tamlıq  
- ardıcıllıq  
- yaş səviyyəsinə uyğunluq  
- təlim vaxtına uyğunluq  
- oxunaqlılıq  
- inklüzivlik  
- inteqrativlik  
 
MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT 
 
Fənn müəlliminə kömək məqsədi ilə metodik vəsaitə aşağıdakı tövsiyələr daxil 
edilmişdir:  
  IX sinif ədəbiyyat fənn kurikulumunun xüsusiyyətləri; 
  Məzmun standartlarının reallaşdırılması cədvəli; 
  Tədris materiallarının illik planlaşdırılması (mövzuların həftələr üzrə bölgüsü
reallaşdırılan standartlar, fənlərarası inteqrasiya, strategiyalar: metodlar, iş 
formaları, resurslar, qiymətləndirmə üsul və vasitələri); 
  Fəndaxili və fənlərarası inteqrasiya; 
  Ədəbiyyat dərslərində yeni təlim texnologiyaları; 


 
7
  Diferensial təlim imkanları; 
  Ədəbiyyat fənni üzrə məktəbdaxili qiymətləndirmə. 
 
 
IX sinif üzrə təlim nəticələri və məzmun standartları 
 
IX sinfin sonunda şagird:  
  müxtəlif ədəbi növdə (vəzndə) olan bədii nümunələri ifadəli oxuyur, hissələrə 
ayırır, plan tərtib edir;  
  bədii nümunələrin məzmununu müxtəlif formalarda (yığcam, geniş, yaradıcı) 
nağıl edir, obrazlara ilkin münasibət bildirir;  
  növünə və janrına, təsvir və ifadə vasitələrinə əsaslanmaqla ədəbi əsərləri bədii 
xüsusiyyətlərinə görə təhlil edir;  
  bədii nümunələrin mövzusunu və ideyasını aydınlaşdırır, yazıçı mövqeyinə, 
digər surətlərin mühakimələrinə əsaslanmaqla obrazları səciyyələndirir;  
  şifahi təqdimatlarda, bədii nümunələrlə bağlı müzakirələrdə mövzuya, 
problemə müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirir;  
  müxtəlif səciyyəli yazılarda mövzuya, problemə, konfliktə fərqli mənbələrdən 
topladığı məlumatlara əsaslanmaqla münasibət bildirir.  
 
Məzmun xətləri üzrə əsas və alt-standartlar  
1. Ədəbiyyat və həyat həqiqətləri  
Şagird:  
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.  
1.1.1. Müxtəlif vəznli (heca, əruz, sərbəst)  şeirlərdə  və süjetli əsərlərdə (poema, 
hekayə, povest, roman, dram) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır.  
1.1.2. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirləri, süjetli bədii nümunələri (poema, 
hekayə, povest, roman, dram) ideya-məzmununa uyğun ifadəli oxuyur.  
1.1.3. Süjetli bədii nümunələri (poema, hekayə, povest, roman, dram) hissələrə 
ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.  
1.1.4. Bədii nümunələrin (hekayə, povest, roman, dram, poema) janr 
xüsusiyyətlərini müəyyənləşdirir.  
1.1.5. Müxtəlif vəznli (heca, əruz, sərbəst)  şeirlərdə, süjetli ədəbi nümunələrdə 
bədii təsvir və ifadə vasitələrini (metonimiya, inversiya, simvol) müəyyənləşdirir.  
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.  
1.2.1. Bədii nümunələri (hekayə, povest, roman, dram, poema) növ və janr 
baxımından müqayisə edir.  
1.2.2. Digər obrazların və müəllifin mühakimələrinə  əsaslanmaqla  ədəbi 
qəhrəmanları səciyyələndirir.  
1.2.3. Bədii nümunələrdə  təsvir və ifadə vasitələrinin (metonimiya, inversiya, 
simvol) rolunu aydınlaşdırır.  
1.2.4. Bədii nümunələrin mövzusunu, ideya-bədii xüsusiyyətlərini və konfliktini 
şərh edir, onlara əsaslandırılmış münasibət bildirir.  


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə