Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə81/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   88

 198
ALTINCI BÖLMƏ ÜZRƏ 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 
 
Qiymətləndirmə Sabir Əhmədovun “Dənizdən gələn səda”  
hekayəsi üzrə aparıla bilər 
                       
QİYMƏTLƏNDİRMƏ ÜÇÜN TÖVSİYƏ OLUNAN 
SUAL VƏ TAPŞIRIQLAR 
 
1. Hekayənin mövzusunu və onda təsvir edilən hadisənin nə vaxt baş verdiyini 
müəyyənləşdirib qısaca yazın. 
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________
 
 
2. Hekayədə  işlənmiş “imsiləmək” sözünün mənası hansı  bənddə doğru 
verilmişdir? 
 
A) yamsılamaq 
B) həvəslənmək 
C) qorxmaq 
D) həyəcanlanmaq 
E) qoxulamaq 
 
3.  Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdin, fikrin təsir gücünün 
artmasında rolunu aydınlaşdırın. 
 
4. “Dənizdən gələn səda” hekayəsini B.Vahabzadənin “İstiqlal” poeması ilə 
mövzu, ideya-məzmun baxımından müqayisə edin. Venn diaqramından və ya 
müqayisə cədvəlindən istifadə edin. 
5. Əsərin hekayə janrında olduğunu təsdiq edən bir neçə cəhət göstərin: 
 
Bədii təsvir və ifadə vasitələrinin 
işləndiyi cümlələr 
Növü Fikrin 
təsir gücünün 
artmasında rolu 
Əllidən artıq gəminin göyərtəsindən 
qopan haray Bakı üzərində 
dalğalandı... 
 
 
Bircə saat gecikəndə, gəlib görürdüm, 
ayağından asılmış quş təki 
eyvandasan... 
 
 
Dənizə qar yağır, başıma qar ələnir.  
 


 199
 
 
6. Hansı fikri əsərin qəhrəmanına aid etmək olmaz? 
 
A) 20 Yanvar şəhidlərinə xas olan başlıca xüsusiyyətlərə malikdir. 
B) İşğalçı orduya qarşı çıxdığına görə peşmançılıq hissi keçirir. 
C) Vətən qarşısında öz borcunu yerinə yetirir. 
D) Anasına dərin məhəbbət hissi bəsləyir. 
E) Onunla həmfikir olanların taleyi üçün narahatlıq hissi keçirir. 
 
 
7. Hansı fikrin yanlış (Y), hansı fikrin doğru (D) olduğunu çərçivədə qeyd edin. 
 
   Xalqımızın işğalçı orduya qarşı birliyindən söz açılıb.  
   Əsərin qəhrəmanı xalqımızın igid oğullarını təmsil edir.  
   Əsər lirik növün nümunəsidir. 
   Müəllif 20 Yanvarda meydanda olmamasından təəssüf keçirir.  
   Yazıçı şəhidlərdən böyük ehtiramla bəhs edir. 
 
8. Əsərdə qaldırılmış başlıca problemi müəyyənləşdirib qısaca yazın. 
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________ 
 
9. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Fikrinizi qısaca yazın. 
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________ 
 
10. “20 Yanvar şəhidləri xalqımızın qəhrəmanlıq  ənənələrinin davamçılarıdır” 
mövzusunda mühakimə xarakterli yığcam esse yazın. 
 
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________ 
Əsər hekayə 
janrındadır, 
çünki ... 
 
 
 


 200
GÜNDƏLİK PLANLAŞDIRMAYA AİD NÜMUNƏLƏR 
 
Mövzu: Əhməd Cavad. “Azərbaycan bayrağına” – 2 saat 
Birinci saat: Əsərin məzmunu
 
üzrə iş
 
                       
Standartlar 
Təlim nəticələri 
1.1.1. Müxtəlif vəznli   (heca, əruz, 
sərbəst)  şeirlərdə  və süjetli əsərlərdə 
(poema, hekayə, povest, roman, dram) 
tanış olmayan sözlərin mənasını lüğət-
lərdən, sorğu kitablarından istifadə 
etməklə aydınlaşdırır. 
  Şeirdə tanış olmayan sözlərin mənasını 
lüğətlərin köməyi ilə aydınlaşdırır. 
1.1.5.  Müxtəlif vəznli (heca, əruz,
sərbəst)  şeirlərdə, süjetli ədəbi nü-
munələrdə  bədii təsvir və ifadə vasitə-
lərini (metonimiya, inversiya, simvol) 
müəyyənləşdirir. 
  Şeirdə bədii təsvir və ifadə vasitələrini 
müəyyənləşdirir. 
 
Dərsin tipi: induktiv; bədii əsərin öyrənilməsi. 
İş forması: fərdi iş, cütlük şəklində iş, kiçik qruplarda iş, bütün siniflə birgə iş. 
İnteqrasiya: Az.d. – 2.1.1., X.d. – 1.1.2. 3.1.4. 
Metod və priyomlar: əqli hücum, müsahibə, ikihissəli gündəlik, izahlı oxu, 
problemin həlli, müzakirə, təqdimat. 
Təchizat: Dərslik, lüğətlər, iş vərəqləri, şeirin məzmununa uyğun şəkillər, şairin 
portreti, http://www.president.az/azerbaijan/symbols, 
https://az.wikipedia.org/wiki/Azərbaycan _bayrağı 
 
Dərsin gedişi 
Motivasiya, problemin qoyuluşu.  Motivasiyanın yaradılması üçün müxtəlif 
yollardan – rəmzi (simvolik) materiallardan, suallardan və s. istifadə etmək müm-
kündür. Motivasiyanın yaradılmasının səmərəli yollarından biri də Azərbaycan 
Respublikasının Himninin səsləndirilməsi və Dövlət Bayrağının nümayiş etdirilmə-
si ola bilər. Dərslikdəki “Yada salın” başlıqlı sualların əsasında yığcam müsahibə 
aparmaqla da motivasiyanı yaratmaq olar. 
– Dövlət rəmzləri haqqında yazılmış hansı əsərlərlə tanışsınız? 
– Bu əsərlərdə diqqətinizi daha çox çəkən nə olub? 
Birinci sualla əlaqədar  şagirdlərlə dövlət rəmzləri haqqında geniş fikir 
mübadiləsi aparılır. 
Müsahibə zamanı “Prezident.az” saytındakı Azərbaycan bayrağı ilə bağlı aşağı-
dakı materialın məzmunu şagirdlərin diqqətinə çatdırılır: 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə