Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə28/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   24   25   26   27   28   29   30   31   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     64 
 
 
Hanı mənim Koroğlum, cəngisi bəndə düşdü, 
Hanı mənim köhlənim, harda kəməndə düşdü? (1, 498)  
Əgər  Koroğlunun  cəngisi  bəndə  düşürsə,  demək  Koroğlu  özü  dardadır,  onun 
köhlən atı – Qırat dara düşübdü. Təəssüf ki, Koroğlu darda olanda onu qurtaran ol-
madığı kimi, Koroğlu da Qıratın belində olanda Qıratın qədrini bilməyibdi. Xalq şairi 
Məmməd Arazın şeirində bu epizod belə təcəssüm tapıbdı: 
Nağıllar önündə, 
Uyuyan ağıllar 
Hırıltı sevərlər, 
Hayqırtı sevməzlər. 
Nə qədər ölməyib  
Koroğlunu, 
Nə qədər itməyib, 
Qıratı sevməzlər (2, 247). 
Məmməd Arazın fikrincə vaxtında heç nəyin qədir-qiymətini anlamadıq, sevil-
məli qəhrəmanlarımızı xalqımıza görk edə bilmədik. Koroğlu meydanda tək qalanda 
unuduldu,  igidlər  yaddan  çıxdı,  hətta  Qırat  keçəl  Həmzənin  əlinə  keçəndən  sonra 
Koroğlu  Qıratın  əvəzsiz  bir  nemət  olduğunu  başa  düşdü  və  üzünü  keçəl  Həmzəyə 
tutub dedi: 
Əylən deyim Qıratın qiymətini, 
Səksən min sərkərdə mala da vermə! 
Səksən min ağ tüklü qəmər öyəcə, 
Səksən min xəzinə pula da vermə! (5, 171) 
Məmməd Araz  folklora bağlı şair olduğundan  Koroğlu və Qırat adını düşünə-
rək şeirinə gətirmişdir. Şair yerli-yersiz hədyan və lazımsız, bayağı lətifələr söyləyib 
hırıldayan,  Koroğlu  nərəsini,  bir  igid  hayqırtısını  unudanları,  Qırat  kimi  köhlənləri 
itirənləri qınayırdı. Şair təəssüflənirdi ki, bəzən bu cür qəhrəmanlar unudulur, xəya-
nətə  tuş  olur,  etibarsızlıqlarla  üzləşirlər.  Necə  ki,  Koroğlu  tərk  edilmiş,  Nəbi  xəya-
nətin qurbanı olmuş, eləcə də sonda  vətən, torpaq  müxtəlif  xəyanətlərin  nəticəsində 
parçalanmış,  işğal  olunmuş,  hazırda  düşmən  tapdağında  inləyir.  Sağlığında  qəhrə-
manlar qəhrəman kimi qarşılansaydı, igidlərə qiymət verilsəydi vətən də basılmazdı, 
Qarabağ da əldən getməzdi. Burada Koroğlu epizodu eyni zamanda iki şairin yaradı-
cılığında həm də ortaq nöqtə yaradır. 
Belə  bir  yanğı  xalq  şairi  Zəlimxan  Yaqubun  da  içindən  keçir.  Şair  Borçalıda 
Qırata bənzəyən  bir köhlən  minir. Köhlən atın belində özünü Koroğlunun dəlilərinə 
bənzədən  şair  Borçalı  harayını  gənc  nəsillərə  çatdırmağa  çalışır.  Əhalisinin  böyük 
hissəsi  Azərbaycan  türklərindən  ibarət  olan  Borçalı  sazın,  sözün  vətənidir.  Gözəl 
təbiəti, saf insanları ilə Vətəndən ayrı düşən Borçalının oğulları da zaman-zaman bu 
yurdları tərk edib gedirlər. Bu nisgil şairin dilində sözü, əlində sazı yandırır: 
Dilimdə söz yandı, əllərimdə saz, 
Cilvələndi bahar, çiçəkləndi yaz. 
Oldum Dəmirçioğlu, oldum Xan Eyvaz, 
Koroğlu nərəsi dindi qulaqda, 
Bir köhlən at mindim Qarabulaqda! (9, 77) 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     65 
 
 
Şair  başa düşür ki, zaman-zaman  Borçalının tərk edilməsi,  bu  yurdun gələcək 
faciələrinin  təməlini  yaradır.  Torpağa  bağlanmaq,  elə  bağlanmaq,  yerə-yurda  sahib 
çıxmaq mərd, mübariz oğulların işidir. Koroğlu qeyrətli oğulları Qarabulağa – Vətə-
nə səsləyən şairin harayı qulaqlarımızda səda verir: 
Üz tutun müqəddəs torpağa sarı, 
Döşdə gülü öpün, zirvədə qarı. 
Gəlin, Borçalının mərd oğulları, 
Borçalı qalmasın gözdən iraqda, 
Çapın Qıratları Qarabulaqda!!! (9, 77)  
Zəlimxan  Yaqub  “Bir  köhlən  at  mindim  Qarabulaqda”  şeirinin  sonunu  belə 
həyəcan təbili  çalaraq  bitirir. Məşhur atalar sözündə deyilir:  “İlan  vuran ala çatıdan 
qorxar”(3,231).  Zəlimxan  Yaqubun  da  həyəcan  təbili  çalmasını  bu  gün  düzgün 
qiymətləndirmək, Borçalı mahalının boşalmasının qarşısını almaq lazımdır. 
 Adil  Cəmilin  “Qan  borcu”  poemasında  da  bu  hiss  təkrarlanır.  Torpağı  yağı 
düşmənlər  tərəfindən  işğal  olunan  bir  millətin  durub  düşünmək  haqqı  yoxdur.  Öz 
keçmişinə  arxalanıb,  ərən  babaların,  qoç  koroğluların  varisləri  döyüş  meydanlarına 
atılıb ya qazi, ya şəhid olmalı, Vətəni dardan, işğaldan qurtarmalıdır: 
Daha bəsdir bu cinayət –  
Hanı bizim qeyrətimiz? 
“Cəngi”miz var, cəngə çıxaq, 
Qoy çalınsın “Heyratı”mız... (4, 7)  
Genetik  yaddaşımızın  bizə  təlqin  etdiyi  Koroğlu  irsinin  davamçıları  olaraq 
çağdaş  Azərbaycan  şairlərinin  ərənləri  döyüşə  səsləməsinin  bir  Koroğlu  gözləntisi 
vardır  və olubdur. Təsadüfü deyildir ki, Koroğlu  adıyla doğulub  Koroğlu kimi qəh-
rəmanlıq  göstərmiş  Azərbaycanın  Milli  Qəhrəmanı  Koroğlu  İsmayıl  oğlu  Rəhimov 
ona  valideynlərinin  verdiyi  adı  doğrultmuş,  erməni  işğalçılarına  qarşı  mübarizədə 
igidlik göstərmişdir. Koroğlu Rəhimov 3 iyul 1992-ci ildə Ağdərə uğrunda gedən sa-
vaşlarda qəhrəmancasına həlak olmuşdur. Şair Oktay Rza Koroğlu Rəhimovun igid-
liyini  xalq qəhrəmanı  Koroğlu ilə  müqayisə edərək hər ikisinə hörmət və ehtiramını 
bildirir: 
İki Koroğlu- 
Biri tariximin əvvəllərində 
Yurdumun sabahı üçün doğulub. 
Biri müstəqillik, hərb illərində 
Döyüşən, vuruşan Koroğlu olub. 
Biri ağalara yad, qənim idi, 
Qədim Çənlibeldə çalıb min zəfər... 
Biri Qarabağda göstərib hünər, 
Yaşıl xiyabanda uyuyur indi (8, 164). 
 İnanırıq ki, yeni-yeni Koroğlular doğulacaq, yeni “cəngilər” çalınacaq, türkün 
cəngavərlik dünyasının itirilmiş əzəməti bərpa ediləcəkdir. Bu baxımdan N.Muradın 
“Vətən”  şeiri  də  poetik  yükünü  Koroğlu  “cəngisi”  ilə  zənginləşdirmişdir.  İtirilmiş 
torpaqların  yenidən  döyüş  meydanlarından  keçərək  alınması  üçün  çağırış  bu  şeirin 
əsas qayəsini təşkil edir: 
Haqqa yol gedirəm, yolum duman, çən, 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə