Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə36/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   32   33   34   35   36   37   38   39   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     81 
 
 
Nazbalışın üzün qoy, 
Üstə bir cüt qızıl qoy. 
Yarın hamama gedir, 
Hamam pulun hazır qoy. 
 Və yaxud: 
Əlində yar əlidir, 
Qolları düyməlidir. 
Yarım hamamdan çıxıb 
Qoynuna girməlidir (11). 
Bu  mərasim ardınca daha  möhtəşəm olan  “Xınayaxdı”  mərasimi gəlir ki, o da 
öz növbəsində orijinal nəğmələriylə davam edir: 
Ay gecə uzun, ay batmaz, 
Hörmət edərik sənə. 
Ay nişanlı qızlar yatmaz, 
Sən kimi bir gözəli  
Tanrı bir də yaratmaz. 
Bəzi bölgələrdə “Xınayaxdı” mərasiminə xüsusi ifaçılar dəvət olunur. Bəzi yer-
lərdə isə iştirakçılar özləri mərasim nəğmələri ifa edirlər.  
Xalq  inancına  görə  “xına  gecə”sində  gəlinin  yeni  bəxti  yazılır.  Oraya  təmiz, 
pak  qəlbli  insanlar  gəlməlidir,  həmzətli,  cinli  adamların  ora  gəlməsi  yasaqdır.  Xına 
gecəsində hamı şən əhval ruhiyyədə olmalı, işıqlar sabah dan ağarana qədər sönmə-
məlidir. Az da olsa xına nəğmələrindən bir qismi günümüzə gəlib çatmışdır: 
Bu evlərin uzunu 
Əllərə xına yaxarlar 
Çoban qaytar quzunu 
Tellərə xına yaxarlar. 
Beləliklə, toy mərasimləri və toyda icra olunan nəğmələr əsrdən-əsrə, ildən-ilə 
ötürülərək  gəlib  günümüzə  yetişib.  Biz  də  bu  mənəvi  dəyərləri  qoruyub  gələcəyə 
ötürməyə borcluyuq. 
 
ƏDƏBİYYAT 
 
1.  A. Nəbiyev. Azərbaycan xalq ədəbiyyatı. Bakı, 2009, 638 s. 
2.  A. Nəbiyev. Azərbaycan folklorunun janrları. Bakı, 1983, 83 s. 
3.  Q.Qeybullayev. Azərbaycanlılarda ailə və nikah. Bakı, 1994. 
4.  Q.Cavadov. Azərbaycanda el köməyi adətləri. Bakı, 1993, 104 s. 
5.  A. Ramazanova. Azərbaycan mərasim folkloru. Bakı, 2002, 209 s. 
6.  Azərbaycan xalq dastanları, V cilddə, I cild, Bakı, 1961, 353 s. 
7.  P. Əfəndiyev. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 1992, 478 s. 
8.  A. Nəbiyev. El nəğmələri, xalq oyunları, Bakı, 1988, 167 s. 
9.  Azərbaycan xalq mahnıları, Bakı, 1989. 
10.   H. Sarabski. Köhnə Bakı. Bakı, 1982, 251 s. 
11.   B. Şahsoylu. Toy və halay mahnıları. Bakı, 1980, 108 s.     
 
Çapa tövsiyə edən: fil.ü.f.d. Ağaverdi Xəlil   
 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     82 
 
 
Səadət MUSTAFAYEVA 
AMEA Folklor İnstitutunun böyük elmi işci  
e-mail: seadet.mustafayeva@rambler.ru  
  
ZƏNGİLANDA NOVRUZ ADƏTLƏRİ 
 
Xülasə 
Məqalədə  Azərbaycanın  dilbər  guşələrindən  olan  Zəngilan bölgəsində  xalqımızın  qədim  bay-
ramı – Novruzun qeyd olunmasından bəhs olunur. Bayramın tarixi kökləri göstərilir, bayrama hazırlıq 
mərasimindən danışılır. Müəllif bayram günlərində ifa olunan mahnılar, rəqslər haqqında ətraflı məlu-
mat verir, unudulmuş adət-ənənələri geniş işıqlandırır.  
Açar sözlər: Zəngilan, Novruz, adət-ənənə, bayram, bahar. 
 
NOVRUZ TRADITIONS IN ZANGILAN 
 
Summary 
In the article it is said about the ancient holiday Novruz in Zangilan region one of the beautiful 
areas of Azerbaijan. The historical roots of the holiday are shown, about the preparation ceremony to 
the  holiday  is  said.  The  author  gives  the  information  about  the  songs,  dances  acted  during  holiday 
days in details, the forgotten traditions and customs are also explained widely. 
Key words: Zangilan, Novruz, tradition, holiday, spring  
 
 
ТРАДИЦИИ НОВРУЗ В ЗЕНГИЛАНЕ 
 
Резюме 
В  статье  говорится  о  том  как  отмечается  древний  праздник  нашего  народа  Новруз,  в 
одном из живописных уголков Азербайджана – Зенгилане. Описывается церемония подготовки 
к празднику, рассказывается о древних корнях этого праздника. Автор дает подробную инфор-
мацию о песнях, танцах, исполняющихся в праздничные дни, широко освещает давно забытые 
обычаи и традиции. 
Ключевые слова: Зенгилан, Новруз, обычаи и традиции, праздник, весна. 
 
Məsələnin  qoyuluşu.  Novruz  bahar  bayramıdır,  ümummilli  şənlikdir.  Zəngi-
landa Novruz bayramını hər bir ailə böyük şadyanalıqla qarşılayırdı. Çünki bu bölgə 
başdan-ayağa  ənənəvi  mədəniyyət  ocaqları  ilə  zəngindir.  Digər  bölgələrdə  olduğu 
kimi Zəngilanda da bu adət-ənənə illərlə-əsrlərlə qorunub saxlanmaqdadır. 
 
Bahar bayramının – Novruzun çox qədim tarixi kökləri vardır. Novruzu lap qə-
dim zamanlarda ata-babalarımız  böyük sevinclə keçirirmişlər. Zəngilanda bu  bayra-
ma bir ay qalmış hazırlıq görülərdi. Məhəllələrdə, həyətlərdə, hətta evlərdə ciddi tə-
mizlik,  abadlıq  işləri  aparılar  və  hamılıqla  buna  qoşulardı.  Axı  bayram  axşamında, 
ilin  axır gecəsində süfrələr daha  yaxşı  bəzədilməli,  yeməklərin çeşidi çox olmalı  və 
ən ləziz sayılanı isə – plov bişirilməlidir. Azı 7-10 evə pay verilməlidir. 
Qohum-qonşu  arasında  giley-güzar  varsa  onlar  mütləq  barışmalıdırlar.  Əgər 
nişanlılar varsa qız evinə oğlan evindən xonçalar bəzədilib aparılar. Niyyət tutub, xoş 
arzu  ilə  qapı  pusmaqda  adətdir.  Bayram  axşamları  qapı-pəncərə  açıq  olmalı,  səhər 
tezdən  axar  su  üstündən  hoppanmaq,  təzə  suda  yuyunmaq,  evin  künclərinə  su  tök-
mək, çaylaq daşı gətirmək, tonqal üstündən tullanmaq, sağlamlıq, bolluq, mehriban-
çılıq rəmzi sayılır. İndi ulularımızdan bizə yadigar qalan Novruz adət-ənənələri, milli 
oyunları bizim üçün çox əziz və unudulmazdır. Bir sözlə el sənətinin elin özünə qay-


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə