Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə32/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   28   29   30   31   32   33   34   35   ...   77
    Bu səhifədəki naviqasiya:
  • 1. Xaos

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     73 
 
 
3. İlan xaos (ölüm) yaradıcı element kimi: İlan maralın anasını sancıb öldür-
müşdü. Gülqədəmi də sancır, qız ölür və sazı da yoxa çıxır.  
4.  Maral  kosmoqonik  başlanğıc  kimi:  Maralın  daşa  dönməsi  ilə  yeni  relyef 
yaranır. Maral bu halda həmin relyefin yaradıcı başlanğıcıdır. 
M.Seyidov keyik-maral obrazı haqqında yazır: “Keyik ovçulardan ovu gizlədir, 
ov heyvanlarını qoruyur, yurdun-vətənin sərhədlərinə göz qoyur. Bir sıra inamlardan, 
inamların  qalıqları  və  onlarla  bağlı  adətlərdən,  mərasimlərdən  belə  bir  qənaətə  gəl-
mək olar ki, qulağı dəlik keyikləri, dağ keçilərini,  maralları ovlamaq uğurlu sayılır-
mış” (20, 242).  
Azərbaycan  əfsanələrinin  əhəmiyyətli  bir  hissəsi  ilanlarla  bağlıdır.  Bu,  qədim 
mifik görüşlərdən gəlir. V.V.İvanov yazır: “İlan demək olar ki, bütün mifologiyalar-
da  bir  tərəfdən  məhsuldarlıq,  torpaq,  qadının  yaradıcı  gücü,  su,  yağışla,  digər tərəf-
dən isə ev, od, həmçinin kişinin yaradıcı gücü ilə bağlı simvoldur” (11, 468).  
İlan  eyni  dərəcədə  Azərbaycan  mifik  görüşləri  ilə  bağlı  simvoldur.  R.Əlizadə 
yazır  ki,  ilanın  mifoloji  təsəvvürlərdə  yeraltı  dünya  ilə  əlaqələndirilməsi,  folklor 
mətnlərində xeyir-bərəkət, ev-ocaq yiyəsi kimi təsvirini tapması, təbiətin gizli dilini 
özündə daşıyan müdrik və xtonik varlıq tipində səciyyəsi onu kult müstəvisinə yaxın-
laşdıran detallardır. Azərbaycan nağıllarında ilanın ağac, su, dağ, od, günəş və digər 
kultlarla bağlılığı geniş təsvir dairəsində görünür. Bu sintez axarında ilan kultuna da-
yanan obrazların (Gülağa, Ovçu Pirim, Taxta Qılınc, Əhməd) sakral mənşəyi, əcdad-
ların ruhunu təmsil etmələri görünür ki, bu da əski motivlərin transformasiya variant-
larını  aydınlaşdırır.  «Gülağanın  nağılı»,  «Fatma  gəldi  ilan  qaç»,  «Çil  madyan», 
«Taxta qılınc», «Ovçu Pirim və ilanlar padşahı» kimi Azərbaycan nağılları ilan kul-
tunun  səciyyəvi  xüsusiyyətlərini  göstərməklə  yanaşı,  ilan  kultu  ilə  bağlı  obrazların 
inisiasiya aktındakı iştirakını da bəlli edir. Bu akt zamanı ilanın müxtəlif funksiyaları 
üzə çıxmış olur. Həmin funksiyalar əsasən aşağıdakılardır: 
1. İlan insana dil bilmək qüdrəti bəxş edir; 
2. İlan insana sehr yaratmaq gücü verir; 
3. İlan insana çevrilə bilir (10, 101). 
Sonuncu funksiya – “ilanı insana çevrilə bilməsi” birbaşa yaradılış mifi ilə bağ-
lıdır və hesab edirik ki, “ilanın insana dil bilmək qüdrəti bəxş etməsi” və “ilanın insa-
na sehr yaratmaq gücü verməsi” funksiyaları da mahiyyətcə yaradılış konsepsiyasın-
dan qıraqda ola bilməz. Əfsanələrə nəzər salaq. 
“Bir oğlanın atası ölür. O, qızılları götürüb gedir, əmisi onu təqib edir. Əmisi 
ona çatanda o, Allahdan xahiş edir ki, onu elə şeyə döndərsin ki, əmisi ondan qorx-
sun, həm də qızılları qorusun. Oğlan ilana dönür” (1, 49). 
Burada diqqəti cəlb edən mifik məqamlar: 
1. Xaos: atanın ölməsi; 
2.  Kosmosun  xilas  olunması  istiqamətində  fəaliyyət:  oğlan  kosmik  dəyəri 
təmsil edən qızılları götürüb onları mənimsəmək istəyən əmisindən qaçır; 
3.  Yeni  kosmosun  ilan  obrazında  yaranması:  oğlan  ilana  dönür  və  qızılları 
xilas edir. 
Başqa bir əfsanəyə nəzər salaq: 
“Bir oğlan fızıllıqdan keçəndə görür ki, bir qız, bir oğlan dayanıb. Onlar oğlana 
deyirlər ki, bu yerdə qızıl var, get götür və ilana dönüb gedirlər. Oğlan inanmır, onlar 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     74 
 
 
oğlanın yuxusuna girir, yenə söyləyirlər. Oğlan atasına deyir. Atası “get götür” deyir. 
Oğlan  gedir  həmin  yeri  qazır,  bir  mis  sərnic  götürüb  gəlir.  Yuxuda  ona  deyirlər  ki, 
hanı  bizim  payımız,  gətir  ver.  Oğlan  sərnici  həyətdə  basdırır.  Daha  yuxuda  heç  nə 
görmür. Atası soruşur ki, qızıl hanı? Deyir basdırdım. Gedib çıxarırlar, görürlər qızıl 
yoxdu, sərnic qarışıq yoxa çıxıb (1, 50-51). 
Biz  burada  da  ilan  obrazını  qızıl  atributu  ilə  birgə  görürük.  Əfsanədə  oğlana 
qızılın  yerini deyən oğlan və qız  ilana dönürlər. Bu, ilanla  insanın  birgəliyini göstə-
rən  motivdir. Onun əsasında  yaradılış  mifi durur. Həmin  mifə görə, ilan  insana,  ya-
xud əksinə, insan ilana çevrilə bilir. Bu çevrilmə yaradılışın əsas şəkillərindən, üsul-
larından biridir. 
Azərbaycan  folklorunun  ən  məşhur  heyvan  obrazlarından  biri  atdır.  R.Qafarlı 
yazır ki, at çox qədim zamanlarda rəmzləndirilən heyvanlardan biridir, öküzlə müqa-
yisədə  daha  geniş  əhatə  dairəsinə  malikdir  və  həyat  gücünü,  hətta ölünün  (cəsədin) 
canlandırılmasını bildirirdi (9, 3). 
V.V.İvanov  göstərir  ki,  at  Avrasiyanın  mifoloji  sistemlərində  əhəmiyyətli  rol 
oynayır. Bir sıra tanrıların atributu (yaxud obrazı) kimi çıxış edir. Tanrılar və qəhrə-
manlar  göy  üzündə,  yaxud  bir  dünyadan  o  birisinə  at  üzərində  hərəkət  edirlər  (12, 
666). 
Ə.Tanrıverdi yazır ki, “Kitabi-Dədə Qorqud”da tez-tez təkrarlanan, intensivliyi 
ilə fərqlənən sözlərdən biri at zooleksemidir. Bu da təsadüfi deyil. Çünki qədim tür-
kün həyatında atı əvəz edə bilən ikinci bir varlıq olmamışdır (21, 21).  
Yaşar  Ocağın  yazdığı  kimi,  türklər  xeyli  qədim  dövrlərdən  etibarən  atı  əhil-
ləşdirib  gündəlik  həyatlarının  bir  parçasına  çevirmişdilər.  Çünki  at  ətiylə,  südüylə, 
tükü və dərisiylə, yük daşıması və xüsusilə müharibələrdəki xidmətləriylə türk sosial 
həyatına böyük təsirləri olmuş bir heyvandır (16, 115).  
Bəhruz Həqqi rus alimi L.B.Putayevə əsaslanaraq belə bir məlumatı təqdim edir: 
türk  xalqlarında  olan  əqidəyə  görə,  hər  kəs  yuxuda  dağ  tanrısından  ayğır  hədiyyə 
alarsa, onun işıqlı gələcəyi olacaq, həm də ovda həmişə uğur qazanacaqdır (24, 111).  
K.V.Nərimanolu yazır: “Çin və Bizans müəlliflərinin yazdığına görə, Hun türk-
ləri at üstündə yaşayırdılar. Sanki onların  həyatı at üstündə qurulmuşdu. At üstündə 
doğulur  və  at  üstündə  də  ölümü  qarşılayırdılar.  Onlar  buna  görə  də  atı  müqəddəs 
sayırdılar” (8, 20).  
Əlbəttə, burada atla bağlı əfsanələrin hamısını nəzərdən keçirmək imkansızdır. 
Lakin  onların  hər  birində  yaradılış  mifinin  izlərini  görmək  mümkündür.  Bir  mətnə 
nəzər salaq: 
“Laçın rayonunda Cağazur kəndi yaxınlığında dərin bir dərə var. Nal daşı dərə-
nin o tayındadır. Deyilənə görə, Koroğlu düşmənlə təkbətək vuruşur. Sonra da nərə 
çəkib Qıratı çapır, at quş kimi uçub dərənin o tayına düşür. Bu zaman Qıratın ayağı-
nın biri sal daşın üstə bərk dəyir və daşa nalının dərin izi düşür. Həmin daşa o vaxt-
dan “Nal daşı”, “Koroğlunun nal daşı” deyirlər (18, 325).  
Göründüyü kimi burada “Nal daşı”,  yaxud  “Koroğlunun nal daşı” deyilən ob-
yektin  yaranışı  nəql  olunur.  Kosmoqoniyanın  əsasında  at  durur.  Digər  mətnə  nəzər 
salaq: 
“Laçının Minkənd kəndi yaxınlığnda bir dağ gölü var. Adına Qaragöl deyirlər. 
Bu  gölün  qəribə  sehri  var.  Günəş  batandan,  Ay  doğandan  sonra  Qaragöldən  qoşa 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə