Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə29/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   25   26   27   28   29   30   31   32   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     66 
 
 
Zəngəzur mahalım, Qarabağ vətən. 
Döyüş təbilləri çalınmır nədən?  
Cəngi çaldırmağa vədəndi, Vətən! (7, 24).  
Şairin Allaha müraciətlə yazıldığı “Qalmayıb” şeirinin son bəndlərində Koroğ-
lu  igidliyi, qəhrəmanlığının arzulanması  və  bu həsrətin  nə zamansa sona  yetəcəyinə 
bir ümid edilir ki, nə vaxtsa Koroğlu və onun 7777 dəlisi yenidən dünyaya gələcək, 
günahsız  qətl  edilən  soydaşlarımızın  qisasını  alacaq,  bütün  türk  dünyasına  əmin-
amanlıq gətirəcəklər: 
Göndər Atillanı, Həzrət Əlini, 
Göndər Koroğlunu, 
 7777 dəlini! 
Qopar tufanını, əsdir yelini, 
Düşmən bilsin ona aman qalmayıb! 
 
Dünya bilsin Böyük Turan yaşayır, 
İki ürək olub bir can yaşayır. 
Anadolum, Azərbaycan yaşayır, 
Bu torpaqda ahu-fəğan qalmayıb! (7, 38). 
Çağırış  sədaları  Qafar  Qəribin  poeziyasında  birbaşa  müraciət  formasında  bu 
günkü  gəncliyə,  özünü  Koroğlu  soylu  igidlər  cərgəsində  görənlərə  ünvanlanmışdır. 
“Mənim  laylam  Cəngidir”,  “Haqq”,  “Məlhəmimiz  Qarabağda”,  “Nifrətim  dada  yet-
mir”, “Koroğlu nəslinə çağırış” şeirləri üsyankar  şairin könül  çırpıntılarını düşmənə 
nifrət,  qəzəb  hisslərinə  istiqamətləndirib  mübarizlik  dərsi  verir.  “İrəvan  səfəri”  son 
səfər olar, bir Misri qılıncım, Qıratım olsa” (6,142) – deyən şair Koroğlu səfərlərin-
dən birinin İrəvan olması istəyi ilə, “Sözdə yox, dildə yox, atam balası, alırsan qisası 
al Qarabağda”(6, 143) - digərinin Qarabağın azadlığı uğrunda yurd yerlərimizi işğal 
etmiş düşməndən qisas almaq məqsədilə Qarabağa keçirilməsini arzulayır. 
Artıq silahlanın, “Cəngi” çağıdır, 
Qan görsə qaçacaq, qorxaq yağıdır. 
Bunlar tayqulağın təzə tağıdır, 
Od vur atasına, qoy yansın daha. 
İgid Qoç Koroğlu, adını qaytar! 
Axı at namusdur, atını qaytar! (6, 136). 
Müstəqillik  dövrü  poeziyasında  Koroğlu  obrazının  canlandırılması,  dəlilərinin 
şücaətinin  vəsf  edilməsi,  dastanın  müxtəlif  obraz  və  motivlərinə  müraciət  olunması 
milli şüurumuzun alt qatında özünü qoruyub saxlayan duyğuların oyanış mərhələsini 
əks etdirən xüsusiyyətlərdəndir. Poetik sözün qüvvəsi Koroğlunun “dəli nərəsi” kimi 
yenilməz  qüvvəyə  malik  olub  mübarizə  meydanında  mühüm  əhəmiyyət  kəsb  edir. 
İnanırıq ki,  azadlıq, qələbə  müjdəli  marş sədalarının  müşaiyyəti  ilə  Azərbaycan Or-
dusu işğal altında inləyən torpaqlarımızı xilas edəcək, o torpaqlarda Koroğlu zəngu-
lələri eşidiləcək, “Cəngi” çalınacaqdır.  
  
 
 
 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     67 
 
 
ƏDƏBİYYAT 
 
1. Ahmed Enver. Dünya əlimdən sürüşür. Bakı, “Qarabağ”, 2007, 528 s. 
2. Araz M. Seçilmiş əsərləri. 4 cilddə, II cild. Bakı: Ozan, 2003, 332 s. 
3. Atalar sözü. Bakı, “Nurlan”, 2013, 476 s. 
4. Cəmil Adil. Qan borcu. Bakı, “Elm və təhsil”, 2014, 52 s. 
5. Koroğlu. Azərbaycan xalq ədəbiyyatı. Bakı: Lider, 2005, 550 s. 
6. Qafar Qərib. Qədim-yeni Naxçıvanım, Naxçıvan. “Əcəmi”, 2014, 176 s. 
7. Muradoğlu Nizami. Sabaha açılan qapılar. Bakı, “Şirvannəşr,” 2009, 162s. 
8. Rza Oktay. İyirminci kitabım. Bakı, “İrfan”, 2013, 252 s.  
9. Yaqub Zəlimxan. Seçilmiş əsərləri. Bakı, 2006, 246 s. 
 
 
Çapa tövsiyə edən: fil.ü.e.d., prof. Kamran Əliyev 
 
 
 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     68 
 
 
Elçin QALİBOĞLU (İMAMƏLİYEV) 
AMEA Folklor İnstitutunun elmi işçisi 
e-mail: elcin.galiboglu@ gmail.com 
 
HEYVANLAR ALƏMİ İLƏ BAĞLI AZƏRBAYCAN ƏFSANƏLƏRİNDƏ 
MİFİK YARADILIŞ KONSEPSİYASI 
 
Xülasə 
 Türk yaradılış mifinin böyük bir qolu heyvanlar aləminin yaradılması ilə bağlıdır. Digər mifo-
logiyalarda olduğu kimi, türk mifologiyasında da heyvan ipostası – şəkli, başlanğıcı çox qədimdir. Bu, 
ümumiyyətlə, heyvanların mifologiyadakı yeri və rolu ilə bağlıdır. İnsanlar ilk əcdadı ən əvvəl heyvan 
görkəmində  təsəvvür  etmişlər.  Bu  heyvan  əcdad  daha  sonra  insan  görkəmi  qazanmışdır.  Yaradılış 
mifində  heyvan  konseptinin  ilkinliyi  öz  izlərini  Azərbaycan  əfsanələrində  qorumuşdur.  Heyvanlarla 
bağlı çoxlu əfsanələr vardır. Lakin qeyd olunmalıdır ki, bu çoxluğun öz səciyyəvi keyfiyyəti var. Bu 
da ondan ibarətdir ki, hər bir xalqın folklorunda olduğu kimi, Azərbaycan folkloru üçün də səciyyəvi 
olan heyvanlar var.  
Açar sözlər: mif, yaradılış, əcdad, heyvan, əfsanə 
 
MYTHICAL CREATURE CONCEPTION ABOUT THE ANIMAL WORLD IN 
AZERBAIJANI LEGENDS 
 
Summary 
One of the branches of Turkic creature myth is about the creation of animal world. As in other 
mythologies in Turkic mythology the animal form, creation is very ancient. Generally, it is connected 
with  the  place  and  the  role  of  animals  in  the  mythology.  People  imagined  the  first  ancestors  as  in 
animal appearance. That animal ancestor later got the appearance of human. In the creation myth the 
beginning of the animal conception saved its signs Azerbaijani legends. There are many legends about 
animals. But it must be noted that this majority has its characteristic quality. It means each nation has 
characteristic animals in their folklore as it is in Azerbaijan folklore.  
Key words: myth, creature, ancestor, animal, legend  
 
КОНЦЕПЦИЯ МИФИЧЕСКОГО СОЗДАНИЯ В АЗЕРБАЙДЖАНСКИХ ЛЕГЕНДАХ 
СВЯЗАННЫХ С ЖИВОТНЫМ МИРОМ 
 
Резюме 
Одна большая часть турецкого мифа создания связана с сотворением животного мира. В 
турецкой  мифологии  также  как  и  в  других  животная  ипоста  –  форма,  начало  очень  древняя. 
Это, вообще, связано с местом и ролью животных в мифологии. Люди с самого начала древних 
предков  представляли  в  виде  животного.  Это  животное  предок  позже  получило  вид  человека. 
Первичность животного концепта мифа рождения сохранила свои следы в азербайджанских ле-
гендах.  Имеются  множество  легенд  связанных  с  животными.  Но  надо  отметить,  что  это  мно-
жество имеет свое характерное качество. А это означает, что также как и в фольклоре каждого 
народа имеются животные, которые типичны для азербайджанского фольклора. 
Ключевые слова: миф, создание, предок, животное, легенда 
  
Məsələnin qoyuluşu. Yaradılış mifində heyvan konseptinin ilkinliyi öz izlərini 
Azərbaycan  əfsanələrində  qorumuşdur.  Hər  bir  xalqın  folklorunda  olduğu  kimi, 
Azərbaycan folkloru üçün də səciyyəvi olan heyvanlar var. Və bu heyvan obrazlarını 
araşdırdıqda onların əski mifoloji kultlarla bağlılığı üzə çıxır.  
İşin  məqsədi.  Heyvanlar aləmi  ilə  bağlı  Azərbaycan əfsanələrində  mifik  yara-
dılış konsepsiyasının cizgilərini bərpa etmək. 
  


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə