Dədə Qorqud ● 2015/I I I 83
tarılmağı, milli yaddaşlarımızın təzələnməsi bizim öz soykökümüzə bağlılıqdan xə-
bər verir. Lakin tarixin elə sərt səhifələri də olmuşdur ki, bu müqəddəs bayramın
üstünə qara kölgələr salıb. Ancaq xalqımız yenə də öz bayramının yolunu səbir-
sizliklə gözləyib.
Zəngilanın “Kənd həyatı” qəzetinin əməkdaşı Solmaz Əhmədova “Novruz se-
vincləri” adlı məqaləsində Zəngilanda Novruz adətlərini belə təsvir edir: “Yüz illər,
min illər boyunca elimizdə, obamızda cəmi şadlıq-şadyanalıqlardan, çal-çağır, toy
düyünlərdən yüksəkdə dayanan, xətri əziz saxlanan istəkli bir bayramımız da var:
xalqımız sevə-sevə, oxşaya-oxşaya Novruz deyib bu bayramın adına. Yeni ilin, yeni
yazın başlanğıcı kimi bu əziz bayrama hamı böyük ümid və inamla hazırlaşır. Bir
qayda olaraq gur tonqalların ərşə yüksələn mavi dilimlərində, ləvin-ləvin şirniyyatla-
rın bəzədiyi bol süfrələrdə, rəngbərəng bəzədilmiş töhfə göndərilən noğul nabatla-
rında bu bayramın yeri görünür. Ta əzəldən xalqımız bu bolluğu, bu bərəkəti şən-şux
oyun, nəğmələri və zarafatları ilə bir qədər də bəzəyiblər.
Novruzun ulu öyüdlərinə, sınanmış kəlamlarına bel bağlayan İnsan oğlu bu gü-
nü özünün ömür yolundan, alın yazısından keçirə-keçirə, əql süzgəcində saf-çürük
etdiyi yüzlərlə qiymətli hikməti-Novruz bayatısını, holavarı, inamını, etiqadını, ma-
yasını gülüş təşkil edən milli xalq oyununu, tamaşasını məhz Novruzun adı ilə bağ-
layıb. Torpağın oyanmış, dirçəliş günü kimi, qarlı qışdan sonra gələn xoş baharın
müjdəsi kimi hər kəs bu günün şəninə ən xoş arzularını deməyi özünə borc bilib” (1).
Zəngilanda milli folklor nümunələri əsasında hazırlanan “Novruz bayramı”
şənlikləri çox təqdirəlayiq keçirilirdi. Bu kütləvi el bayramında qədim meydan oyun-
ları, satirik məzhəkəli səhnələr, şən mahnılar və şux rəqslər yaddaşlarımızda böyük iz
qoymuşdur.“Xıdır İlyas”, “Qodu-qodu” ,”Kosa-kosa” və s. kimi oyunlar, “Səməni ay
səməni səməni”, “Novruz gəldi, yaz gəldi” və s. nəğmələr, “Yallı”,”Cəngi” və s.
rəqslər bu qədim el bayramının əzəmət və böyüklüyündən xəbər verir. Bu günümüzə
gəlib çatan bir el söyləməsində fəsillərin qiyməti düzgün verilmişdir:
Üçü bizə yağıdır,
Üçü cənnət bağıdır,
Üçü yığıb gətirər,
Üçü vurub dağıdır.
Novruz öz gəlişi ilə yurdumuza xeyir-bərəkət gətirir. Təbiət ilin bu fəslində
daha cəlbedici, gözəl görünür. Novruzun gəlişini duyan çaylar, sellər, sular sanki sə-
sini dəyişir. Ilin bu fəsli insanlara daha yaxın olur. Çünki adamlar əkinə başlayır.
Həmin müəllif digər bir məqaləsində regionun bayram şənliklərinə və bu şən-
liklərdə icra edilən adət və ənənələrinə dair yazır ki,“yağı-yağ, ayranı-ayran üstünə
gətirən dünya öz axını ilə davam etdikcə ömrümüzün neçə-neçə ağlı – qaralı ləkələri-
ni, acılı-şirinli yaddaş ağrılarını üzə çıxarır. Həm də çox şükürlər olsun ki, təkcə ağrı-
ları yox, həm də xalqımızın milli adət və ənənələri ilə bağlı olan inam-etiqadarını da.
Bayramlarımızın ən ulusu, ən ucası olan Novruz da məhz bu qəbildəndir. Üzü bahara
olduğumuz bir vaxtda mayası zəhmət, xeyirxahlıq, yumor, nəğmə ilə yoğrulmuş
Novruz şənlikləri zamanı ülviləşmiş, paklaşmışıq. Bunun üçündür ki, neçə illər əvvəl
olduğu kimi elliklə bayramımızı keçirdik, çərşənbə tonqalında kini-küdurəti, şər qüv-
Dədə Qorqud ● 2015/I I I 84
vələrini yandırdıq. Açıq ürəklə bir-birimizə pay verdik payladıq. Kimsəsizi, xəstəni,
əlili də unutmadıq o gün.. Neçə-neçə kimsəsizin qapısı gözlənilmədən açıldı o gün..
Sahibsiz, valideyn himayəsindən məhrum olmuş neçə-neçə körpənin adına bayram
xonçası tutuldu. Çoxlarımızın qəlbində uzun illərdən bəri unutduğumuz xeyirxah
duyğular, yetimə-yesirə əl atmaq, köməyə möhtacı olana pənah durmaq kimi nəcib
duyğular da baş qaldırdı o gün qəlbimizdə” (2).
Qırmızı rənglə boyanmış yumurtasız, kosa-kosasız, dirə-döyməsiz, səmənisiz
bu bayramı təsəvvür etmək çətindir. Dirə-döymə oyunu gənclərdə həm mərdlik, ce-
viklik, dözümlük, həm də düzlük kimi iradi keyfiyyətlər aşılayır.
Kosanın bir dəstə gəncin müşayiəti ilə ev-ev gəzdirirlər. Kosa 5-10 dəqiqə oy-
nayır, oxuyur, ev sahiblərini Novruz bayramı münasibətilə təbrik edir, əvəzində isə
ev sahibi kosaya pay verir. Kosanın geyimi çox əcaib olur. Yanında isə gözəl geyimli
qız. Mənə elə gəlir ki, kosa köhnə ilin nümayəndəsi, qız isə yeni ilin –baharın müjdə-
çisi və elə özüdür. Novruz bayramında gecə ilə gündüz bərabərləşir. Donmuş təbiətə
ilıq bahar nəfəsi toxunduqca cana gəlir, dağların başındakı ağ köynəyi də yavaş-ya-
vaş sürüşüb düşür. Elə ona görə də bu bayram bayramların ulusu , ülvüsü, canlısıdır,
gözəlidir. Lal sükutla hər tərəfə donuqluq gətirən qışla vidalaşırıq, bu bayramda.
Ötən əsrin 90-cu illərində bayram günləri rayon qəzetində Azad Qaradərəlinin
qələmə aldığı “Dirilik bayramı” məqaləsində deyilir: “ Ulu xalqımızın niyyəti də ulu
olub həmişə. Novruzun çal-çağırı bir-birini əvəz eləyən çərşənbələr seriyası ilə baş-
lasa da, bayramaqədərki ilk tədbirlərdən biri ölüyə-uluya hörmətlə başlanır. “Qəbir
üstü” adlanan həmin gün hər evdə aş qazanı dəmə vurulur. Qəbirlər rənglənir, təzə
ölülərin qəbirləri layiqincə götürülür, köhnəlmiş qəbirlər təmir edilir, kimsəsiz adam-
lara əl tutulur, pay göndərilir. Qəbir üstü axşamı ölənlərə ehsan verilir.
İlin axır çərşənbəsi Novruzun müqəddiməsidir. Çərşənbə günü elimizdə ən
ağır, ən uğursuz gün sayılır. Çərşənbədə səfərə çıxmaq, xeyir iş bina etmək, saç vur-
durmaq, suya girmək, təzə paltar geymək və s. yaxşı nəticə vermir. Elə buna görə də
xalq belə çətin günün-ilin axır çərşənbənin çıxmasını şadyanalıqla qeyd edir. İlaxır
çərşənbə həm də Novruza arın-arxayın “addamağın” mümkünlüyü deməkdir. İlaxır
çərşənbənin səhəri arı-duru su ilə ilk dəfə yuyunan qız ən gözəl qız , oğlana isə ən
igid oğlan deyirlər. İlaxır çərşənbədə qəlblər şüşə olur deyirlər, toxunsan...
Səməni göyərdərlər ki, gözləri qabağında hər gün həyatın yaşıl dünyanın necə
dirildiyini öz gözləri ilə görsünlər. İlaxır çərşənbədə, Novruzda da qovurğa qovurur-
lar ki, qoy həyat, dirilik ətri dünyanı bürüsün. Dişi olanlar atar ağzına “üyüdər”, diş-
sizlər də kirkirədə çəkər qovut düzəldər, atar ağzına. Amma gərək ağzında qovut
olan adamı danışdırmayasan. Danışsa, qovut da dağılar.
Şəkərbura, paxlava, şirni, qoz, çərəz, ləbləbi, daha nə bilim nələrdir, Novruzun
naz-neməti. Bir də sazdır, sözdür. Özü də hər ucuz söz bu süfrəyə yol tapa bilməz.
Gərək əsrlərin, qərinələrin yaddaşından süzülüb gələn ulu söz olsun. Nənələrin
boxçasından:
Gün çıxdı dağ başına,
Örtüb duvaq başına.
Könlü şamama istəyən
Dolansın tağ başına.
Dostları ilə paylaş: |