Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə35/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   31   32   33   34   35   36   37   38   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     79 
 
 
dastanında  baş  qəhrəmanın  öz  toyunda  cilovdar  funksiyasını  Cəbrayıl  mələyə  layiq 
bilməsi bu vəzifənin sözügedən mərasimdəki əhəmiyyətli rolunu təsdiqləmiş olur. 
Özünşah, aşikar adın həqayiq, 
Önüncə cilovdar Cəbrayıl, Pərim. 
Dua əfsunudur firiştə zülfün, 
Cəmi bəlalardan tətail, Pərim (6). 
Yuxarıda qeyd etdiyimiz kimi, məişət mərasimi nəğmələrinin böyük ksəriyyəti 
toy  nəğmələridir.  “Toy  çox  qədimdən  başlayaraq  ən  şən,  şux,  gur  keçirilən  məişət 
mərasimi olmuşdur. Toy mərasimi başdan-ayağa mahnılarla müşayiət olunur” (7). 
Toy nəğmələri təkcə toy günü deyil, elçilikdən başlanır. Bu da xalqımızın zən-
gin  mədəni  irsə  mənsub  olmasına  dəlalət  edir.  Deməli,  toy  nəğmələri  nişan  taxılan 
andan gündəmə gəlir. Bu nümunələrdə qızın gözəlliyi, əsli-nəsli, sədaqəti, evdarlığı, 
igidliyi  tərənnüm  edilir.  Qızgörmə  və  ya  qızseçmə  xalq  arasında  əsasən  qışda,  boş 
vaxtda əyləncə kimi keçirilən oyunlar, yazın gəlişi ilə bağlı keçirilən mərasimlər, ay-
rı-ayrı  toy  şənliklərində  keçirilən  atçapma,  qılıncoynatma,  qurşaqtutma  tamaşaları 
zamanı olmuşdur. Modern toylardan tam fərqli olaraq əvvəlki dövrlərdə olan toylar-
da açıq  havada keçirilən kəndirbaz tamaşalarına, şəbih oyunlarına, zorxanalara  bax-
maq  üçün  gələn  qız-gəlinlər  halay  vurub  bir  tərəfdə  dayanardılar.  Onlara  baxmağa 
gələn cavanlar gözaltı etdiyi qızları  at çapmaq, qılınc oynatmaq  ilə özlərinə cəlb et-
məyə çalışardılar. Bəyənilən qıza alma atılardı, qızın əyilib almanı yerdən götürməsi 
razılıq əlaməti sayılardı. “Kitabi-Dədə Qorqud”un “Qanturalı”, “Bamsı Beyrək” boy-
larında xalq arasında qız seçmənin daha qədim ənənələr olduğu özünü göstərir. (8) 
Azərbaycan xalq nəsrində arxaik toyların rəngarəng olmasının izləri qalmışdır. 
Zəngin mədəniyyət yaradan xalqımızın toyları da müxtəlifliyi və mərhələliyi diqqəti 
çəkir.  Maraqlıdır  ki,  toy  strukturunda  hər  bir  mərhələnin  öz  semantikasına  uyğun 
nəğməsi,  mahnısı  və  tərifi  olmuşdur.  Toy  başlanğıcından  sonunadək  tam  bir  süjeti 
təsvir edir. Başlanğıcın giriş nəğməsi, peşro, sonun nəğməsi duvaqqapma ilə yekun-
laşır. Əvvəllər “toyqabağı  mahnılar”  mövcud olmuşdur ki,  indi onlar  yalnız araşdır-
ma mövzusu olmuşdur. Professor A. Nəbiyev nişandan sonra qız və oğlan evində ən 
çox ifa olunan “Yar-yar” mahnılarını təqdim edir:  
Qızılgülün dəstəsiyəm, yar-yar, 
Bacıların bəstəsiyəm, yar-yar. 
Qonşu məni xəbər alsa, yar-yar, 
Deyin yarın xəstəsiyəm, yar-yar. 
                     *** 
Anamın bircəsiyəm, yar-yar, 
İncilərin incisiyəm, yar-yar, 
Qızlgülün qönçəsiyəm, yar-yar. 
Kipriyimdə yaş gilə, 
Şeh düşdü qızılgülə. 
Ay yar, atı yəhərlə, 
Dur gedək atangilə (9). 
Böyük mütəfəkkir Hüseynqulu Sarabski toylar və toylarda ifa olunan nəğmələr 
haqqında özünün  məşhur “Köhnə Bakı” əsərində geniş  bilgi  verir. Qızına elçi gələn 
ana öz ərinə xəbəri poetik formada çatdırır: 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     80 
 
 
Nəmçilər, ay nəmçilər, 
Qapını kəsib elçilər. 
Anam deyir vermərəm, 
Atam deyir dur görək. 
Və yaxud: 
Taxçada çoxdur çörək, 
Araqçının dar-darı,  
Ağzuva qurban dayı, 
Sən də bir danış barı. 
Məşhur aktyor, rejissor və bir neçə əsərin müəllifi H. Sarabski elçilik mərasimi-
ni və bu mərasimdə icra olunan ayinləri çox gözəl təsvir edir. “Ana oğlunun toy ba-
zarlığını  gördükdə  şadlığından  gözü  yaşarmış  halda  kişinin  qabağına  gəlir,  fındıqça 
çalaraq oxuyub deyir: 
Gözün aydın olsun, oğul anası, 
İyirmi yaşa çatıb onun balası. 
Oğlum olsun yeddi oğul atası, 
Əziz oğlum, toyun mübarək olsun. 
Ata-ana çəkər oğul cəfasın, 
Qocalanda görər onun səfasın, 
Əziz oğlum, toyun mübarək olsun. 
Mahnıdan  sonra:  “Çox  mübarək...  çox  mübarək,  ölmədik  oğlumuzun  toyunu 
gördük, - deyə Kərbalayi Xeyransa bazarlığı kişinin əlindən alıb sahmanlayır” (10). 
Ötən zamanlarda qızla oğlanın nişanlanmasından sonra onların hər vaxt görüş-
mək imkanı olmazdı. Bəzən toy gününədək valideynlərin istəmədiyi halda onlar gö-
rüşməzdilər. görüşlər virtual  xarakterli olardı. Bu zaman oxuduqları  mahnılarda  bir-
birilərinə mehribanlığı, etibarı, sədaqəti tərənnüm edərdilər. Belə mərasim nəğmələri 
aşağıdakılardan daha çox ibarət olurdu: “Ay gülüm maşallah”, “Ləli qurbanın olum”, 
“Nar-nar”,  “Bala  yar  mənəm,  mən”,  “Ay  gülüm  nanay”,  “Asta  çal  sazını”,  “Örpəyi 
ala, yerişi sona” və s. nəğmələr daha yayğın olmuşdur. 
Bu mesajlaşmadan əlavə nişanlıları toyu olana qədər nə bayram olardısa həmin 
bayramlarda oğlan adamı qız evinə bayram xonçaları aparardı. 
Bayram günləri oğlan tərəfi qızgilə getmək üçün xüsusi hazırlıq görür. Çərşən-
bə axşamı şələ və xonça tutub qıza bayram payı göndərirlər. Xonçada bir ailəyə kifa-
yət edən düyü, bir cüt quş (turac, çöl ördəyi, qaşqaldaq), şirni, alma, fındıq qoyurlar. 
Xonçada balıq hökmən olmalıdır. Balığın ağzına keçmişdə hil qoyurdular, indi üzük 
keçirirlər.  Novruz  bayramı  xonçaları  daha  təmtəraqlı  olur.  Bəy  oğlanın  adından  ha-
zırlanan xonçaya düyü, xurma, qaysı, kişmiş, mərasim yeməkləri və qırmızı alma qo-
yulur. Bayram xonçası ilə birlikdə qız üçün bayram paltarı (qız ata evində onu geyinə 
bilər),  üzük,  şirniyyat,  ətir  və  s.  aparılır.  Bayram  vaxtı  yaxın  qohumlar  da  özlərinə 
görə  xonçalar  tuturlar.  Xonçaların  üstünü  hökmən  qırmızı  kələyağı  və  şalla  örtüb, 
mahnı oxuya-oxuya qızgilə aparırlar (11). 
Azərbaycan  toylarında  paltaraparma,  paltarkəsdi  kimi  mərasimlər  nəğmələrlə 
müşayiət  olunardı.  Daha  sonra  bəylə  gəlinin  toy  hamamı  barədə  də  xeyli  nəğmələr 
vardır.  
 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə