101
inkişaf etdirir. Xüsusən iki ölkə, Azərbaycan və Rumıniya arasında bir sıra
hökumətlərarası müqavilələr və iqtisadi razılaşmalar imzalanmışdır.
94
Qeyd etmək lazımdır ki, ABŞ respublikamızın etibarlı ticarət partnyorudur.
Xüsusən də ABŞ-nın Azərbaycanda ticarət palatası 125 Amerika şirkətini birləşdirir
və burada yüzlərlə vətəndaşımız çalışır. Amerika kapitalı əsasən neft sektoru ilə
bağlıdır, lakin Amerika kapitalının Azərbaycan regionlarına cəlb olunması imkanları
da mövcuddur. Amerika sahibkarları regionların enerji və qaz ilə təchizatına,
infrastrukturun inkişafına, regionların inkişafının əsas katalizatoru olan yolların
inşasına böyük maraq göstərirlər. Kənd iqtisadiyyatında müasir infrastrukturun
yaradılmasında ABŞ maraqlıdır çünki, bunsuz aqrar biznesinin inkişafı mümkün
deyil. Amerika şirkətləri Azərbaycanın rayonlarında, xüsusən Lənkəranda, Masallıda,
Gəncədə, Xaçmazda fəal işləyirlər. Burada Amerika hökuməti və təşkilatları
tərəfindən maliyyələşdirilən layihələr həyata keçirilir.
Amerika sahibkarlarının iqtisadiyyatın qeyri-neft sektorlarında iştirakının
mümkünlüyü nəzərdə tutulur. Lakin sahibkarlıq fəaliyyətinin inkişafı üçün
beynəlxalq standartlara uyğun sığorta şirkətinin olması zəruridir.
Hökumət tərəfindən iqtisadi islahatların uğurlu aparılmasına və ölkədə sərmayə
qoyuluşu üçün əlverişli iqlim yaradılmasına Avropa Bankının Azərbaycan üzrə
strategiyası da kömək edəcək. qtisadi islahatların keçirilməsi üçün əsasən dörd
prioritet istiqamət seçilmişdir. Xüsusilə: kiçik və orta sahibkarlığa, maliyyə sektoruna
yardım edilməsi və eləcə də qeyri-neft sektorunun inkişafı ilə bağlı infrastruktur,
enerji və nəqliyyat layihələridir. Avropa Bankının prioritetləri arsında neft-qaz sferası
qalmaqdadır və bütün region üçün xüsusi əhəmiyyət kəsb edir.
Hal hazırda əhalinin bir nəfərinə düşən sərmayələrin həcminə görə Azərbaycan
MDB və Şərqi Avropa ölkələri arasında aparıcı yerlərdən birini tutur.
95
Müasir dünya təsərrüfat əlaqələrinin coğrafi quruluşunda da müəyyən
dəyişikliklər baş verməkdədir. Belə ki, dünya təsərrüfat əlaqələrinin əsas subyektləri
olan sənayecə inkişaf etmiş ölkələr bir-birləri ilə iqtisadi əlaqələri daha da
94
Həsənov Ə., „Müasir beynəlxalq münasibətlər və Azərbaycan Respublikasının xarici siyasəti“, Bakı, 2005
95
Azərbaycan Milli Elmlər Akademiyası qtisadiyyat nstitutu, “Qloballaşma mühitində milli iqtisadi inkişaf modelin:
formalaşması və inkişafı problemləri”, monoqrafiya, Bakı, 2010, s. 69-85
102
dərinləşdirirlər və bu proses özünü inteqrasiya birlikləri çərçivəsində daha aydın
göstərir. nkişaf etməkdə olan ölkələrin isə dünya mal, xidmət, kapital və işçi qüvvəsi
bazarlarında mövqeləri getdikcə güclənir.
Müasir mərhələdə dünya iqtisadiyyatında yuxarıda göstərilən meyllərlə yanaşı
bir sıra problemlər də müşahidə edilir. Dünya iqtisadiyyatının inkişafında müşahidə
edilən əsas problemlərdən biri inkişaf etmiş qərb ölkələri tərəfindən qapalı iqtisadi
sistemin formalaşdırılmasıdır. Bu gün sənayecə inkişaf etmiş ölkələrin qarşılıqlı
ticarəti dünya ticarətinin 75%-dən çoxunu təşkil edir. Dünyada BX qoyuluşlarının
60%-i EÖ-in payına düşür. Dünyadakı bütün qeydiyyatdan keçmiş patentlərin 87%-i
EÖ-də cəmləşmişdir. Dünyada ticarət axınlarının yalnız 5%-i qtisadi Əməkdaşlıq və
nkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development –
OECD)
ölkələrində başlayır və ya bitir.
Bu gün planetin sənaye ölkələrində yaşayan əhalinin 20%-nə dünya üzrə
Ümumi Daxili Məhsulun (ÜDM) 86%-i düşdüyü halda, EOÖ-də yaşayan əhalinin
20%-nə cəmi 1%-i düşür. Bu isə dünya təsərrüfatının qloballaşmasından əldə olunan
qazancın ölkələr arasında qeyri-bərabər bölgüsünü göstərir.
Bunlardan başqa, hazırda dünyada əsas oyun qaydalarının müəyyənləşməsində
beynəlxalq təşkilatların, transmilli şirkətlərin rolunun artması ölkələrin iqtisadi
müstəqilliyinin zəifləməsinə və dünya təsərrüfat əlaqələrinin inkişafında milli iqtisadi
təhlükəsizlik probleminin meydana çıxmasına səbəb olur.
Beləliklə, dünya təsərrüfatına aid olan ümumilik və vahidliklə yanaşı, onda
həmçinin daxili ziddiyyətlər də mövcuddur. Bu ziddiyyətlər özünü əsasən ayrı-ayrı
ölkə qrupları üzrə göstərir.
Ziddiyyətlərin birinci qrupu dünya iqtisadi inkişafının 3 mərkəzi –
Ş
imali
Amerika Azad Ticarət Zonası (ABŞ başda olmaqla), Avropa Birliyi və Asiya-Sakit
okean regionu (Yaponiya başda olmaqla) arasında mövcuddur. Bu ölkələr arasında
ziddiyyətlərin əsas mahiyyəti kimi dünya bazarlarında onlar arasında mövcud olan
ciddi rəqabət mübarizəsi çıxış edir. Bu zaman tərəflərin məqsədi adətən rəqibi dünya
bazarının hər hansı bir seqmentindən çıxarmaq və ya bu seqmenti rəqibdən
qorumaqdır.
103
kinci qrup
ziddiyyətlər “Şimal”-“Cənub” ölkələri arasında olan
ziddiyyətlərdir. Burada “Şimal” sənayecə inkişaf etmiş ölkələr, “Cənub” isə inkişaf
etməkdə olan ölkələrdir. Bu ziddiyyətlərin mahiyyəti ondan ibarətdir ki, bir çox
inkişaf etməkdə olan ölkələr (ilk növbədə yeni sənaye ölkələri) bir çox iqtisadi
göstəricilər üzrə faktiki olaraq inkişaf etmiş ölkələrin səviyyəsinə çatırlar və buna
görə də dünya təsərrüfatında uyğun yer tutmağa çalışırlar.
Üçüncü qrup ziddiyyətlər “Şərq”-“Qərb” ölkələri arasında mövcuddur. Burada
“Qərb” dedikdə sənayecə inkişaf etmiş ölkələr, “Şərq” dedikdə isə keçmiş sosialist
düşərgəsi ölkələri, başqa sözlə keçid iqtisadiyyatlı ölkələr nəzərdə tutulur. Bu ölkə
blokları arasında ziddiyyətlər özünü onda göstərir ki, dünya sosialist sisteminin
süqutuna qədər keçmiş sosialist düşərgəsi ölkələri avtarkiya rejimində fəaliyyət
göstərirdilərsə, hazırda onların məqsədi dünya bazarına aktiv surətdə daxil olma
istəyidir. Onlar istehsal etdikləri məhsullarla dünya bazarında layiqli yer tutmağa
çalışırlar. Lakin sənayecə inkişaf etmiş ölkələr dünya iqtisadiyyatı meydanında yeni
rəqib ölkələrin meydana gəlməsində maraqlı deyillər və buna hər vəchlə mane
olmağa çalışırlar.
96
96
A. N. Abbasbəyli, “Müasir beynəlxalq münasibətlər və qloballaşma”, dərslik, Bakı, 2007, s. 61-81
Dostları ilə paylaş: |