110
gerçəkləşdirilməsi prinsiplərini, valyuta təzimləməsi və valyuta nəzarəti orqanlarının
funksiyalarını və səlahiyyətlərini, valyuta dəyərlərinin istifadəsi və üzərində
sərəncam verilməsi və o cümlədən, valyuta qanunvericiliyinin pozulmasına görə
məsuliyyət qaydalarını müəyyən edir.
Azərbaycan Respublikasının beynəlxalq maliyyə-kredit təşkilatlarına daxil
olmasını və dünya təsərrüfatının tam hüquqlu üzvünə çevrilməsi zərurətini nəzərə
alaraq, BVF və Beynəlxalq Yenidənqurma və nkişaf Bankının razılaşma və
konvensiyalarının tətbiqi, Beynəlxalq Maliyyə Korperasiyaları və Beynəlxalq nkişaf
Assosiasiyaları ilə bağlanılan razılaşmaların, investisiyaların çoxtərəfli təminatı
Agentliyinin əsasları haqqında konvensiyaların və investisiya mübahisələrinin həlli
ilə məşğul olan Beynəlxalq Mərkəzin əsasları haqqında konvensiyaların təsdiqi
qaydaları barəsində MM qətnamə qəbul etmişdir. MM həmçinin respublikanın bu
təşkilatlara üzvlük şərtləri və qaydalarını və o cümlədən, BVF-nun xüsusi borc
hüquqları Departamentinə üzvlüklə bağlı öhdəliklərini müəyyən etmişdir.
101
Azərbaycan Respublikası Xarici şlər Nazirliyi Azərbaycan Respublikası
Konstitusiyasına müvafiq olaraq xarici siyasəti həyata keçirən mərkəzi icra
hakimiyyəti orqanı və digər dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərdə
ölkənin səlahiyyətli təmsilçiliyi sayılır. X N diplomatik xidmət orqanlarına vahid
rəhbərliyi həyata keçirir, səfirliklər və nümayəndəliklər vasitəsilə MDB və digər
xarici ölkələrdə Azərbaycan Respublikasının daxili və xarici siyasəti ilə bağlı iqtisadi,
sosial və mədəni sferalar üzrə informasiyaların yayılmasını təmin edir. Beynəlxalq
problemləri, Azərbaycan Respublikası tərəfindən bağlanılmış ikitərəfli və çoxtərəfli
razılaşmaları, beynəlxalq konvensiyalara, müqavilələrə və protokollara qoşulma
barədə aktları öyrənərək, Azərbaycanın iqtisadi, siyasi və digər sferalarda keçirilən
beynəlxalq forumlarda iştirakını analiz edərək, respublikanın əsas xarici siyasət
istiqamətləri ilə bağlı təklif və konsepsiyaları ölkə prezidentinə təqdim edir və onların
icrasını təmin edir.
101
Кязимов Рашад Назим оглы, «Геоэкономические аспекты развития внешнеэкономических связей
Азербайджана
в условиях глобализации», автореферат диссертации по присуждению ученой степени доктора
философии
по экономическим наукам, Баку, 2011
111
Azərbaycan Respublikası prezidenti tərəfindən “Beynəlxalq müqavilələrə
qoşulma təcrübəsinin bəzi tənzimləmə tədbirləri haqqında” sərəncam imzalanmışdır.
Sərəncamda prezidentə təqdim edilən beynəlxalq müqavilələrin NK və digər müvafiq
dövlət orqanları ilə razılaşdırılması zərurəti barədə qeyd daxil edilmişdir. X N
beynəlxalq çoxtərəfli və ikitərəfli razılaşmaların və müqavilələrin layihələrini
haırlayır və o cümlədən, onlara qoşulma zərurətini əsaslandırır, beynəlxalq forumları,
konfransları, danışıqları və digər dövlət səviyyəsində görüşləri təşkil edir, tərəflərin
qəbul etdikləri öhdəliklərin icrasına ümumi nəzarəti həyata keçirir, beynəlxalq hüquq
normalarının unifikasiyası və həmin sferadakı milli qanunvericiliyə uyğunlaşdırılması
üzrə təkliflərin hazırlanmasında iştirak edir. X N Azərbaycan Respublikasının
özünün həll olmamış siyasi və o cümlədən, qlobal, regional və digər beynəlxalq
mübahisə və problemlərin obyektiv həllində aktiv rol almasına köməklik göstərir.
102
Azərbaycan Respublikası qtisadi nkişaf Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarından biri olmaqla, xarici iqtisadi əlaqələr sahəsində dövlətin iqtisadi
siyasətini icra edir. Nazirlik 2001-ci ildə prezidentin fərmanı ilə formalaşdırılmışdır.
Ölkənin iqtisadi siyasətinin və strateji hədəflərinin formalaşdırılması və iqtisadi
ə
məkdaşlıq
sahəsində
beynəlxalq
maliyyə
qurumları
ilə
ə
laqələrin
möhkəmləndirilməsi məqsədilə, prezident fərmanı ilə qtisadiyyat Nazirliyi yanında
Azərbaycan Respublikası qtisadi slahatlar Mərkəzi yaradılmışdır. Beynəlxalq
iqtisadi və maliyyə təşkilatları tərəfindən ölkəyə ayrılan kreditlərin və texniki
köməyin vahid mərkəzdən idarə olunması üçün qtisadiyyat Nazirliyinin tərkibində
müvafiq xidmətin yaradılması NK-nə tapşırılmışdır.
Xarici iqtisadi əlaqələr sahəsində dövlət maraqlarının qorunmasına nəzarəti
Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi, Mərkəzi Bank və xarici iqtisadi siyasət
sferasında fəaliyyət göstərən digər nazirliklər və strukturlar həyata keçirir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Mərkəzi Bankı xarici iqtisadi
ə
laqələrin maliyyələşdirilməsi və kreditləşdirilməsi qaydalarını müəyyən edir və
102
Rüstəmov V. Ə., Həsənov R. T., “Azərbaycan iqtisadiyyatının dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasının
bəzi məsələləri” // “Azərbaycan XXI əsrin astanasında” elmi-praktik konfransının materialları, Bakı, Şərq-Qərb, 1998
112
normativləri dərc edir. Maliyyə Nazirliyi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi
zamanı vergiqoyma məsələlərini tənzim edir.
“Əsas iqtisadi müstəqilliklər haqqında” Azərbaycan Respublikası Konstitusiya
qanununa və “Respublikanın iqtisadi və ictimai həyatının stabilləşdirilməsi əlavə
tədbirləri haqqında” Azərbaycan Respublikası qanununa müvafiq olaraq prezident
“Mərkəzi Bankın yaradılması haqqında” qərar qəbul etmişdir. Mərkəzi Bank digər
ölkələrin mərkəzi bankları, beynəlxalq bankları və digər maliyyə-kredit təşkilatları ilə
münasibətlərdə Azərbaycan Respublikasının maraqlarını təmsil edir.
Bank biznesində Avropa nəhəngləri Azərbaycanda öz mövcudluqlarını
genişləndirmək istəyirlər. Onlardan biri artıq özünün törəmə filialları vasitəsilə
ölkəmizdə fəaliyyət göstərir, digərləri isə respublikanın kommersiya banklarının
nizamnamə kapitalında iştirak edirlər. Bütün bu inteqrasiya prosesləri heç də sadə bir
proses deyil. Ölkə banklarına sərt tələblərin (unifikasiya edilmiş beynəlxalq
qanunvericilik normaları) qoyulması ilə müşayiət olunur. Beynəlxalq miqyaslı
banklardan olan Avropa Yenidənqurma və nkişaf Bankı (European Bank for
Reconstruction and Development – EBRD)
UN BANK-ın səhmdarlarından biri
olmaq istəyini dilə gətirmişdir.
103
Prezidentin 30 yanvar 1992-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası və
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitələri yaradılmışdır.
“Azərbaycan Respublikası xarici ticarətinin sonrakı liberallaşdırılması tədbirləri
haqqında” prezident fərmanı ilə “ dxal-ixrac əməliyyatlarının tənzimlənməsi
haqqında” qərar təsdiq edilmişdir. Dövlət Gömrük Komitəsinin funksiyalarına idxal-
ixrac əməliyyatlarında iştirak edən malların miqdar və dəyər qiymətləndirməsi,
onların coğrafi yönləndirilməsi daxildir. Xarici ticarətə statistik nəzarət gömrük
statistikasına dair məlumat bazası əsasında həyata keçirilir. Tabeçilikdəki sərhəd
gömrük orqanları çərçivəsində və qüvvədə olan normaiv-hüquqi aktlara müvafiq
olaraq, sərbəst dönərli valyutada – istehsal kooperasiyaları və barter razılaşmaları
ə
sasında, milli qapalı valyutada – komissiyon göndərilmə və klirinq razılaşmaları
ə
sasında əməliyyat növləri üzrə statistik nəzarət aparılır.
103
Ləman Xəlilova, “Azərbaycanın regional iqtisadi birliklərlə əməkdaşlığı”, məqalə / http://news.lent.az/news/184626
Dostları ilə paylaş: |