113
Statistik hesabat vahid beynəlxalq təsnifata müvafiq olaraq əmtəə adı, qrupu,
görünüşü və mövqeyi üzrə aparılır. Beləki, ölkənin xarici ticarətində effektivliyin
yüksəldilməsi
məqsədilə
“Azərbaycan
Respublikası
xarici
ticarətinin
liberallaşdırılması haqqında” tədbirlər o cümlədən, “Azərbaycan Respublikası xarici
ticarətinin sonrakı liberallaşdırılması haqqında” prezident fərmanı qəbul edilmişdir.
Fərmanın xüsusiyyəti ondan ibarət idi ki, o bütün hüquqi şəxslərə respublikanın
strateji əhəmiyyətli məhsullarını ixrac etmələrinə icazə verirdi və o cümlədən, ixrac
olunacaq malın həcmini, ödənişin sərbəst dönərli valyutada qəbul edilməsi və ilkin
ödəniş normativləri və qaydalarını, digər təşkilati tədbirləri və malın sərhəddən
keçirilməsinə nəzarət qaydalarını müəyyən edirdi.
104
Xarici iqtisadi fəaliyyət sistemində əsas yeri Ticarət-Sənaye Palatası tutur. O
xarici iqtisadi əlaqələrin inkişafının təşviq edilməsi üçün müəssisələr və təşkilatlar
tərəfindən 2000-ci ildə yaradılmışdır. Palata müəssisə və təşkilatların maraqlarını
ölkə xaricində və daxilində qoruyur. Ticarət-Sənaye Palatası özünün aparatına
malikdir və xarici iqtisadi əlaqələrin bütün iştirakçılarını əhatə edir. Onun
fəaliyyətinə: ixtiraların xarici ölkələrdə patentləşdirilməsi, ixrac məhsullarının
ekspertizası, ölkə daxilində və xaricində əmtəələrin reklamı, işgüzar müqavilələrin
bağlanması, ixrac olunan qeyri-ənənəvi malların axtarıb tapılması, Azərbaycan
mallarının xarici ölkələrdə, xarici ölkə mallarının isə Azərbaycanda sərgilərinin təşkil
edilməsi və o cümlədən, beynəlxalq sərgi və yarmarkalarda iştirak daxildir.
Xarici iqtisadi əlaqələrin tənzimlənməsi üzrə əməli fəaliyyəti Azərbaycan
Respublikasının regional və ticarət nümayəndəlikləri həyata keçirir. Xarici ölkələrdə
Azərbaycanın regional nümayəndəliklərinin yaradılması sahəsində konkret addım
MM tərəfindən “Avropa qtisadi Birliyi yanında NK tabeçiliyində Azərbaycan
Respublikası nümayəndəliyinin təsis edilməsi haqqında” qəbul edilən qərar olmuşdur.
Nümayəndəliklərin xarici ölkələrdə prioritet fəaliyyət istiqamətləri aşağıdakılardır:
104
F.Qənbərov., “Xarici iqtisadi əlaqələr və iqtisadi artım”, Bakı, Elm, 2012.
114
-
Xarici ölkə bazarlarında dövlət maraqlarının qorunması, haqsız rəqabət
hallarının, qeyri-sərfəli əqdlərin və qeyri-ekvivalent mübadilələrin aşkara çıxarılması
və xəbərdarlıqların edilməsi;
-
Xarici
ticarət
dövriyyəsi
strukturunun
optimallaşdırılmasına,
rəqabətqabiliyyətli mal və xidmətlərin xarici bazarlara çıxarılmasına, ixrac həcminin
yüksəldilməsinə, idxal həcminin isə azaldılmasına istiqamətlənmiş tədbirlərin
görülməsi;
-
qtisadiyyatın inkişafı üçün əhəmiyyət daşıyan iri həcmli ekoloji təmiz
layihələrin hazırlanmasına və reallaşdırılmasına daimi nəzarət;
-
Ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq və birgə
müəssisələrin yeni formalarının inkişafı istiqamətində mümkün köməkliklərin və
xarici iqtisadi fəaliyyət iştirakçılarına müvafiq ortaqlar seçmələrində köməklik
göstərilməsi;
-
Xarici iqtisadi fəaliyyət iştirakçılarının informasiya təminatının
yaxşılaşdırılması.
Beynəlxalq tənzimləmə sistemi tərəfindən razılaşdırılmış çoxmillətli
strukturlara və orqanlara qoşulma və xüsusi müxanizmlərin və hüquq normalarının
qəbulu önəmlidir. Bu qəbldən olan sənədlərə Tariflər və Ticarət üzrə Baş Saziş –
Ümumdünya Ticarət Təşkilatı aiddir. Beynəlxalq səviyyədə Tariflər və Ticarət üzrə
Baş Saziş müddəalarına riayət olunması tələb olunur. Ölkələrin ÜTT-na daxil olması
həmin ölkələrin dünya iqtisadiyyatına inteqrasiya etməsi prosesini sürətləndirəcək.
Xarici iqtisadi əlaqələrin ümumi tənzimlənmə sistemində inteqrasiya yeni
kəmiyyət və keyfiyyət vəziyyəti almaqdadır. ctimai qarşılıqlı asılılıq, əlaqələr və
maraqlar qeyri-hökumət institutları vasitəsilə formalaşdırılır, həyata keçirilir və ifadə
olunur. nteqrasiya yeni strukturların yaradılmasını və ya mövcud strukturların
yeniləşdirilməsini lazım bilir. qtisadiyyatın və xarici iqtisadi əlaqələrin effektiv
fəaliyyət göstərməsi üçün tənzimləmə mexanizmnin optimallaşdırılması tələb olunur.
Beynəlxalq inteqrasiyanın məqsədi əsas dəyərlərin inkişafı, insan cəmiyyətlərinin
fəthi, iqtisadi rifahın əldə olunması və iqtisadi təhlükəsizliyin təmin olunmasıdır.
115
Bütün bunlar onu təsdiq edir ki, müasir şəraitdə heç bir dövlət göstərilən prioritetləri
və öz iqtisadi təhlükəsizliyini tək başına təmin edə bilməz.
105
3.2. Azərbaycan Respublikasının xarici iqtisadi siyasət
strategiyasının formalaşdırılmasının hüquqi təminatı
Xarici iqtisadi siyasət dövlətlər arasında bütün növ ehtiyatların hərəkəti zamanı
yaranan iqtisadi münasibətlər sistemini əks etdirir. Bu ikitərəfli münasibətlər dövlətin
iqtisadi həyatının bütün sferalarını və əsasən istehsal, ticarət, investisiya və maliyyə
fəaliyyətini əks etdirir.
Xarici iqtisadi əlaqələrin təmzimləyiciləri iqtisadi və təşkilati-bölüşdürücü ola
bilər. qtisadi tənzimləyicilər xarici əlaqələrin yaranması və həyata keçirilməsinin
iqtisadi maraqlarına təsir edir. Onlara aiddir: tələb və təklifin nisbəti, dünya və daxili
qiymətlərin, tariflərin, valyuta məzənnələrinin, faiz dərəcələrinin nisbəti, əmtəələrin
istehsalının həcmi, keyfiyyət və səmərəlilik üzrə dünya və yerli inkişaf səviyyələrinin
nisbəti, iqtisadi stimullar, proqnozlar, planlar, proqramlar və s. O, vacib
makroiqtisadi proporsiyaların müəyyənləşdirilməsində və inkişafın perspektiv
məqsədlərinin tapılmasında istifadə olunur.
Təşkilati-bölüşdürücü
tənzimləyicilərə
inzibati-amirlik
xarakterli
tənzimləyicilər aiddir. Onlar dövlətin və onun orqanlarının xarici-iqtisadi əlaqələrin
formalaşması və inkişafına müxtəlif təsirini nəzərdə tutur. Onlara aşağıdakılar aiddir:
ə
mtəələrin idxal və ixracını kvotalaşdırma və lisenziyalaşdırma, müxtəlif növ
fəaliyyətlərin lisenziyalaşdırılması, əmtəələrin ixracından əldə olunan valyuta
qazancının bir hissəsinin mütləq satışı mexanizmi, gömrük rejimi, əmtəələrin
gətirilməsi və aparılmasının gömrük tərtibatı, valyuta nəzarəti, gömrük nəzarəti, ixrac
nəzarəti, idxal nəzarəti və s.
Xarici iqtisadi əlaqələrin dövlət tərəfindən aktiv tənzimlənməsi dövlətin xarici
iqtisadi siyasətinin əsas məqsədidir. Xarici iqtisadi siyasətin tərkibini aşağıdakı
sxemdə daha aydın görmək olar. (Sxem 3.2.)
Sxem 3.2.
105
Səmədzadə Z. Ə., “Dünya iqtisadiyyatı. Çin iqtisadi möcüzələri”, Bakı, 2001
Dostları ilə paylaş: |