50
məsələn, basketbol və ya futbol kimi idman
növlərində sürət-güc, sürətlənmə, sürət
dözümlülüyü, eyni zamanda, ümumi dözümlük xüsusi hazırlıq növləri kimi
əhəmiyyət daşıyır. Bu səbəbdən də 9-cu sinifdə ayrı-ayrı idman növlərinin tədrisi
bölməsinə həmin idman növü üçün zəruri olan hərəki qabiliyyətlərin inkişaf
etdirilməsi üçün təmrinlər kompleksini (hərəkətlər) daxil etməyə çalışmışıq.
Bu hərəkətlər komplekslərindən istifadə üçün onların icra sayının göstəril-
məsinə cəhd etmişik. Lakin
bütün hallarda bu nümunəvi, şərti xarakter daşıyır. Hər
bir şagird özünün fiziki hazırlıq səviyyəsini nəzərə almaqla bu hərəkətlərdən
istifadə edə bilər.
Qısa məsafəyə qaçış texnikasının təkmilləşdirilməsi
və zəruri hərəki qabiliyyətlərin inkişaf etdirilməsi
Qısa məsafəyə qaçış ümumtəhsil məktəblərinin şagirdlərində sürət və sürət
dözümlülüyünün inkişafı üçün ən səmərəli vəsait hesab olunur. Buraya klassik
qaçış məsafələri (30m, 60m, 100m) ilə yanaşı sürət qabiliyyətinin inkişafı üçün
istifadə olunan məşq məsafələri (30-150 metrə qədər) də daxildir.
Qısa məsafəyə qaçışın texnikası, hərəkətin fazaları haqqında məlumat 8-ci
sinfin dərsliyində geniş şəkildə verilmişdir. 9-cu sinifdə biz qısa məsafəyə qaçışın
ayrı-ayrı fazalarının icra texnikasını təkmilləşdirmək
üçün təmrinlər, onların
qrupları, icra ardıcıllığını verməyə çalışmışıq. Eyni zamanda bu sinifdə qısa
məsafəyə qaçışda zəruri olan hazırlıq komponentlərinin inkişafı üçün hərəkət
nümunələri də verilmişdir.
Beləliklə, qısa məsafəyə qaçışda uğurun əldə edilməsi aşağıdakı amillərdən
asılıdır:
1. Qaçışa başlamaq üçün verilən «marş» komandasına idmançının hərəkət
reaksiyasının tezliyi və start.
Başqa sözlə «marş» komandasından sonra müxtəlif idmançıların
(şagirdlərin) bu siqnalı eşitdikdən və birinci addımın icrasına başlanan ana qədər
keçən vaxtdır. Bu müddət ayrı-ayrı idmançılarda (şagirdlərdə) müxtəlifdir.
Hərəkətin reaksiya tezliyi nə qədər qısa olarsa, hərəkətin icrasına bir o qədər tez
başlamaq mümkündür. İlk baxışda bu o qədər
də böyük olmayan vaxt kəsiyi
əhəmiyyətsiz görünə bilər. Lakin sprint qaçışında 0,1 və hətta 0,01 saniyənin də
əhəmiyyəti vardır. Sprint qaçışında start hərəkətlərinin təkmilləşdirilməsi müxtəlif
variantlarda qurulmuş start qəliblərindən qaçışla başlanılır. Hər bir şagird start
qəliblərinin qurulmasının müxtəlif variantlarından istifadə etməklə özü üçün
startdan daha tez və asan qaçmağa şərait yarada bilər.
Bunun üçün əvvəlcə start
qəliblərindən sərbəst, müstəqil olaraq qaçış vərdişi təkmilləşdirilir, daha sonra isə
startlar müəllimin və ya sinif yoldaşının müxtəlif intervallarda verilən komandasına
müvafiq yerinə yetirilir. Bu zaman qaçış startdan sonra 30-35m. məsafədə
sürətlənmə ilə yerinə yetirilməlidir. Start zamanı hərəkət reaksiyasının vaxtını yax-
Çap üçün deyil
51
şılaşdırmaq üçün aşağıdakı təmrinlərdən istifadə olunur:
-
start qəliblərinin müstəqil qurulması;
-
qəliblərdən sərbəst, komandasız qaçış;
-
qəliblərdən komanda ilə qaçış;
-
müxtəlif çıxış vəziyyətlərindən startlar;
-
müxtəlif siqnallar
üzrə yerinə yetirilən startlar;
-
yerindən müxtəlif startlar;
-
asanlaşdırılmış şəraitdə (maili qaçış yolunda) startlar.
2. Sürətlənmə qabiliyyəti (maksimal qaçış sürəti əldə etmək üçün).
Qısa məsafəyə qaçışda sürətlənmə məsafəsi təxmini olaraq 25-30 metr hesab
olunur. Lakin yüksək dərəcəli sprintlərdə bu məsafə bir qədər artıq da ola bilər.
Lakin istənilən halda qeyd olunan məsafədə (şagird) idmançı özünün malik olduğu
maksimal hərəkət sürətini əldə etməlidir. Bunun üçün sürətlənmə məsafəsi şagirdin
bədəninin irəliyə müəyyən bucaq altında mailliyi, əyilməsi şəraitində yerinə
yetirilir. Qeyd olunan vəziyyət hər addımda icra olunan təkanın gücünü qaçış
istiqamətinə yönəltməklə maksimal sürət əldə etməyi asanlaşdırır. Sürətlənmə,
maksimal qaçış sürətinin mümkün qədər tez əldə edilməsi (şagirdin) idmançının,
ilk növbədə, qaçış addımının tezliyindən (1 saniyə ərzində neçə qaçış addımı yerinə
yetirə bilməsindən) və addım uzunluğunun tədricən artırılmasından asılıdır. Bu
məsafənin sonunda şagird maksimal sürət əldə etdikcə gövdənin irəliyə mailliyi
azalır və şaquli vəziyyətə yaxın bir vəziyyət alınır. İdmançının (şagirdin)
sürətlənmə qabiliyyəti onun ətraflarının, xüsusən də qıç əzələlərinin
sürət-güc
göstəricisindən və hərəkət tezliyindən bilavasitə asılıdır. Sürətlənmə bacarığının
inkişaf etdirilməsi üçün aşağıdakı qrup hərəkətlərindən istifadə tövsiyə olunur:
-
maili qaçış yolunda hərəkətdən sürətlənmələr;
-
maili qaçış yolunda tək ayaqla (sağ və sol) sıçrayışlarla sürətlənmələr;
-
start xəttindən cüt ayağın təkanı ilə sıçrayışlarla sürətlənmələr;
-
baş üzərindən və ya irəliyə müəyyən ağırlıqları atmaqla sıçrayışlar.
-
nişanlanmış qaçış yolunda tezlik hərəkətləri;
-
əllərlə dayaqda qıçların tezlik hərəkətləri.
3. Maksimal qaçış sürəti. Məsafəboyu qaçış.
Müxtəlif məsafələrə sprint qaçışında müstəsna əhəmiyyət
kəsb edən amil
maksimal qaçış sürəti və onun mümkün qədər daha çox məsafə kəsiyində saxlamaq
qabiliyyətidir. Maksimal qaçış sürətinin həddi nə qədər yüksək olarsa, idmançının
(şagirdin) qısa məsafəyə qaçışda qalib gəlmə şansı bir o qədər yüksəkdir. Maksimal
sürəti artırmaq üçün aşağıdakı təmrinlərdən istifadə tövsiyə olunur:
-
qısa məsafə kəsiklərində sürətli estafetlər;
-
hərəkətdən komandalı sürətlənmələr;
-
hərəkətdən müəyyən məsafə kəsiyində yarışlar;
-
maili qaçış yolunda qaçışlar, yarışlar;
-
maili və düz qaçış yolunda məsafə güzəştləri ilə yarışlar, estafetlər.
Çap üçün deyil