Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
135
sin qaqauz, türk, -ın –in,-un,-ün qaqauz dilinə xasdır.
Məs.: ketasan, yozibsan (özbək); bararsan, görgensen
(qumuq); kelesen,açkaysen(karaim); durarsın/durursun,
gidersin(qaqauz); yapacaksın, gideceksin(türk); yazmı-
şın, bilmişin(qaqauz) və s.
-sa, -se. -saŋ, -seŋ şəkilçisinin sonundakı n səsinin
düşməsi nəticəsində yaranmış
1
bu şəkilçiyə qaraçay-
balkar dilində rastlanır. Məsələn: alğansa, bilgense, bi-
lişçense və s.
III şəxsin təki. Türk dillərinin əksəriyyətində III
şəxsin təkində heç bir şəxs sonluğundan istifadə olun-
mur. Bir sıra türk dillərinin bəzi zaman formalarında -
dı şəxs sonluğuna təsadüf olunur. Maraqlısı budur ki,
müasir yakut dilində III şəxsin təkində digər türk dillə-
rində rastlaşmadığımız -a, -e şəxs sonluğu müşahidə
olunur.
Qumuq dilinin Qaytaq dialektində indiki-gələcək
zamanın üçüncü şəxsində -di şəkilçisi saxlanılır ki, o,
qazax, qaraqalpaq, noqay və bəzi digər dillər üçün sə-
ciyyəvidir
2
.
N.A.Baskakov bununla bağlı yazır: “Bəzi dillərdə
üçüncü şəxsin formaları ya tərz, ya da modal çalarları
göstəricilərinin izlərini saxlayır ki, onlar səhv olaraq
şəxs göstəriciləri kimi qəbul olunur. Bu baxımdan, mə-
sələn, tərz göstəricisi -dyr/dir ~ -dy/-di ~ -t indiki-gələ-
cək zaman formaları (qaraqalpaq bar-a-dy, yeni uyğur
bar-i-dur, qırğız bar-a-t, tatar bar-a “(o) gedir”) xa-
1
Серебренников Б.А., Гаджиева Н.З. Сравнительно-историческая грамма-
тика тюркских языков. Баку, Маариф, 1979, с. 151.
2
Керимов И.А.Очерки кумыкской диалектологии. АДД. Баку, 1967,
с.36.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
136
rakterikdir ki, o, tur-ur köməkçi felinin tam formasının
fonetik təkamülünün müxtəlif mərhələlərindəki qalığı-
dır: tur-ur>tur~-dur>-dy>-t>(qırğız dilində), -ø (tatar
dilində) şəxs kateqoriyasının göstəricilərinə aidliyi
yoxdur”
1
.
Felin zaman formalarının bir hissəsi istifadədən
çıxmış və ya yalnız dialekt və şivələrdə qorunmuşdur:
ala durur, qaynıya durur, baxa durur(şimal qrupu);
ala var, ala dökü(şərq qrupu ); alırı, gəliri(cənub qru-
pu)
2
.
Geniş və ya tam formalı şəxs sonluqlarının cəmini
ifadə edən şəkilçilər bunlardır:
I ş.c – -ıq
4
, -ız, -z, -ıs
2
, -mız
4
, -mıs
2
, -bıs
2
, -bız
2
, -pıs
2
, -
vıs
4
,-pıt, -bıt, -ıbıt
II ş.c – -sınız
4
, -sız
4
, -ηar
2
, -zar
2
, -gïz
2
, -ĝıž
2
, -hıgıž
2
III ş.c – -lar
2
, -łar
2
I şəxsin cəmi -ıq, -ik, -uq, -ük Azərbaycan, qaqauz,
-ız, -iz, -uz, -üz türk, qaqauz, -z qaqauz dillərində iş-
lənir. Məs.: oxuyuruq, gülürük (Azərbaycan); satmışık,
gitmişik (qaqauz); kalmışız, yeneceğiz, soruruz, gül-
müşüz(türk); kalarız/kalırız, gideriz (qaqauz); bakacez,
alacez (qaqauz) və s.
-ıs, -is türkmən dili üçün xarakterikdir. Məs.: qaçya-
rıs, bilyəris, bakarıs, görəris və s.
-mız,-miz, -muz, -müz noqay; -mız, -miz krım-tatar,
-miz özbək; -mıs, -mis xakas, şor dillərində istifadə
olunur; məs.: bolamız, berermiz (noqay); başlağanmız,
1
Баскаков Н.А.Историко-типологическая морфология тюркских
языков. Москва, «Наука», 1979, с. 236.
2
Зейналов Ф.Р.Огузо-сельджукские памятники по отношению к
диалектам азербайджанского языка. // Вопросы диалектологии
тюркских языков. Уфа, 1985, БФ АН СССР, с. 53.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
137
bigenmiz (krım-tatar); ketamiz (özbək); parçanmıs,
pergenmis (şor) və s.
-bız, -biz, -buz, -büz karaim dilinin Qalis dialek-
tində; -bız, -biz qazax, qırğız, qaraqalpaq, qumuq, qa-
raçay-balkar, başqırd; -bız, -bez kazan-tatar, -bıs, -bis
altay, şor, xakas dillərinə məxsusdur. Məsələn: kolabız
(soruşuruq), külürbüz (karaim); bolğanbız(qazax); as-
qanbız, küləsəkbiz(başqırd); taparbız, utırabız, tükkən-
bez(kazan-tatar); aladıbıs, keleribis(altay); tutqadıqbıs,
işteerbis (şor) və s.
-pıs, -pis xakas, şor; -pız qazax, noqay, qaraqal-
paq; -vıs, -vis, -vus, -vüs tofalar, tuva dillərində işlədi-
lir. Məsələn: alqalakpıs, alıppız(qaraqalpaq); bardıvıs,
bergenivis (tofalar); keldivis (tuva).
Türk dillərində şəxs sonluqları ilə bağlı fərqli cə-
hətlərdən biri də yakut dilində özünü göstərir. Belə ki,
bu dildə qəti keçmiş zamanın III şəxsin təkində, II, III
şəxsin cəmində olduğu kimi, I şəxsin cəmində özünü
göstərən şəxs sonluqları türk dillərində məlum şəxs
sonluqlarından kifayət qədər fərqlənir. Yakut dilində I
şəxsin cəmində iştirak edən şəxs sonluqları spesifik
-pıt, -bıt, -ıbıt şəkilçiləridir; məs.: bullubut, minnibit,
barbıppıt və s.
Müasir özbək ədəbi dilində qəti keçmiş zamanı
ifadə edərkən birinci şəxsin cəmində -k şəxs sonluğun-
dan istifadə olunduğu halda,özbək dilinin Daşkənd dia-
lektində -miz şəxs sonluğu işlədilir
1
. Məsələn, ədəbi
dildə qəti keçmiş zaman birinci şəxsin cəmində ёzdik,
1
Кононов А.Н. Грамматика современного узбекского литератур-
ного языка. М.-Л., Изд. АН. СССР, 1960, с. 215.
Dostları ilə paylaş: |