Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə46/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   42   43   44   45   46   47   48   49   ...   145

__________________________________________ 

153


(«Ekonomiçeskaya jizn» qəzeti, 

nömrə 2, yanvar 2000-ci il) 

  

 



İSVEÇRƏ KONFEDERASİYASININ  

PREZİDENTİ ZATİ-ALİLƏRİ  

CƏNAB ADOLF OQİYƏ 

 

Hörmətli cənab prezident! 



İsveçrə Konfederasiyasının prezidenti seçilməyiniz 

münasibətilə sizi ürəkdən təbrik edirəm. 

Azərbaycan Respublikası ilə  İsveçrə Konfederasiyası 

arasında təşəkkül tapmış dostluq münasibətlərinə böyük 

əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı 

əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və 

inkişaf edəcəkdir. 

Sizə möhkəm cansağlığı, işlərinizdə  uğurlar, dost İsveçrə 

xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram. 

 

 



Hörmətlə, 

 

HEYDƏR ƏLİYEV  



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 4 yanvar 2000-ci il 

 

 

 



 

  

 



  


__________________________________________ 

154


AZƏRBAYCAN XRİSTİANLARINA 

 

Hörmətli həmvətənlər! 

Xristianların müqəddəs Milad bayramı - İsa peyğəmbərin 

mövludu münasibətilə sizi ürəkdən təbrik edir, bu əziz gündə 

hamınıza ən xoş arzularımı bildirirəm. 

Bu mübarək bayram 2000-ci ildə bütün dünyada olduğu kimi, 

Azərbaycanda da xüsusi təntənə ilə qeyd edilir. Xristianlığın 

ölkəmizdə  qədim tarixi vardır. Qafqazda xristianlığın ilk 

məbədləri məhz Azərbaycan torpağında yaradılmışdır.  Əsrlər 

boyu Azərbaycanda  İslam, yəhudi və xristian dinləri yanaşı 

mövcud olaraq insanlar arasında sülh və  əmin-amanlıq, 

mehriban dostluq və qardaşlıq münasibətlərinin yaranmasında 

əvəzsiz rol oynamışdır. Azərbaycan xalqına xas olan 

insanpərvarlik və tolerantlıq kimi yüksək mənəvi keyfiyyətlər 

tarixən  Azərbaycanda milli-irqi ayrı-seçkilik, dini dözümsüzlük 

zəminində humanizmə zidd halların baş verməsini istisna 

etmişdir. 

XX  əsrin sonunda dövlət müstəqilliyini bərpa etmiş 

Azərbaycan Respublikası bu gün də öz tarixi ənənələrinə 

sadiqdir. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı 

olmayaraq Azərbaycanın bütün vətəndaşları beynəlxalq 

prinsiplərə  əsaslanan hüquq və azadlıqlara, o cümlədən vicdan 

və dini etiqad azadlığına malikdir. Vətəndaş  cəmiyyətinin  əsas 

prinsiplərinin bərqərar olduğu bir dövrdə ölkəmizdə yaşayan hər 

bir insana öz dini dəyərlərini, milli adət-ənənələrini qoruyub 

saxlamaq, dil və  mədəniyyətini inkişaf etdirmək üçün 

demokratik hüquqi siyasi şərait yaradılmışdır. 

Müstəqilliyimizə aparan yollarda bir daha əmin olduq ki, 

Azərbaycanda bütün konfessiyaların nümayəndələri həm fə- 

  



__________________________________________ 

155


rəhli, həm də çətin anlarda həmişə bir yerdə olmuşlar. Müstəqil 

Azərbaycan Respublikasının tam və 

bərabərhüquqlu 

vətəndaşları olan xristian icması bu gün də  cəmiyyətimizin 

ayrılmaz hissəsidir və onlar əsl vətandaşlıq əzmi ilə həyatımızın 

bütün sahələrində yaxından iştirak edir, Azərbaycanın tərəqqisi 

və inkişafı üçün əllərindən gələni əsirgəmirlər. 

Əziz bayramınız - İsa peyğəmbərin mövludu münasibətilə 

hamınızı bir daha təbrik edir, hər birinizə cansağlığı  və 

xoşbəxtlik, ailələrinizə firavanlıq arzulayıram. 

Bayramınız mübarək olsun! 

 

HEYDƏR ƏLİYEV 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 6yanvar 2000-ci il   



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

  




__________________________________________ 

156


TÜRKİYƏ NÜMAYƏNDƏ HEYƏTİ

*

 İLƏ  

GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı  



 

6 yanvar 2000-ci il 

 

Heydər  Əliyev: Hörmətli qonaqlar, Azərbaycana xoş 

gəlmisiniz. Mən bilirəm ki, siz burada sizi də, bizi də 

maraqlandıran məsələ barədə danışıqlar aparmısınız. Onu qeyd 

etmək istəyirəm ki, biz Bakı-Ceyhan neft boru kəməri haqqında 

qərar qəbul etməyə, yəni anlaşma  əldə etməyə 5 il çalışdıq və 

bunu əldə etdik. Ancaq ondan sonra işlər zəifləyibdir. Ona qədər 

isə sürətlə, qızğın gedibdir. Məndə belə təsəvvür əmələ gəlir ki, 

indi hamı rahatlandı. Öncə çoxları fikirləşirdi ki, olacaq, 

olmayacaq? Mən Türkiyəyə gedəndə hər biri məndən soruşurdu 

ki, nə üçün gecikdi, niyə olmadı? Mən hər dəfə deyirdimki, 

olacaq. 


İndi, olandan sonra hamı sakitləşdi. Bu, əlbəttə, məni narahat 

edir. Çünki biz gərək bu işi indiyə qədər apardığımız sürətlə indi 

də aparaq. Amma indiyə qədər bir çox problemlər vardı, onları 

həll etmək lazım idi. Ona görə vaxt çox getdi. Ancaq indi bu 

problemlər yoxdu. Sadəcə, layihəni hazırlamaq, danışıqlar 

aparmaq və işə başlamaq lazımdır. Mənim fikrim budur. Amma 

siz nə danışıqlar aparmısınız, nə  qərara gəlmisiniz - mən 

bilmirəm. 

 

 

 



 

 

                                                 



*

 

Nümayəndə heyətinə - enerji və  təbii ehtiyatlar nazirinin müavini Yurdəkil Yıqıtgüdən, 



xarici işlər nazirinin müavini Mutat Balkan və Xarici İşlər Nazirliyi Enerji Departamentinin rəisi 

Hacı Sarıbaş daxil idilər. 

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə