Èëéàñ Òàïäûã
174
* * *
Dağın, düzün doğmasısan,
Təbiətin loğmanısan,
Hələ eldən doymamısan -
Dostum İlyas.
Uşaqlara
uşaq oldun,
Saz götürdün, aşıq oldun,
Gözəlliyə aşiq oldun -
Dostum İlyas.
Şairlərə əl yetirdin,
İlhamınla bar gətirdin,
İsgəndəri sən yetirdin -
Dostum İlyas.
Uşaqlardan ilham aldın,
Uşaqlarçün qələm çaldın.
“Böyümədin”, uşaq qaldın -
Dostum İlyas.
Şeirimizin öz dağısan,
Xainlərə göz dağısan,
Sənət dağı, söz dağısan,
Yüzü ötsün bu yetmişin -
Dostum İlyas.
İsgəndər Etibar
Áèáëèîãðàôèéà
175
Sərv ağacım
Gümüşdən don gey,
Köç bir nağıla,
Yaşıl sərvim!
Nurlu-nurlu yağışlarla
daran,
Ulduz-ulduz baxışlarla
bəzən,
Ay ucalığından şeir
söylə…
İlyas Tapdıq
Sanki fıkrə dalıb, çatılıb qaşı,
Bir həmdəm axtarır könül sirdaşı.
Yüksəlir göylərə ucalan başı,
Keçir buludları Sərv ağacının.
Paxıllar
olubdur ona daş atan,
Sonra kölgəsində yıxılıb yatan.
Sevgidi, ülfətdi onu yaşadan,
Olsa da qubarı Sərv ağacının.
Ustadım veribdi mənə bu adı,
Bu adla tanıdım qohumu, yadı.
Uçar ona doğru arzu qanadım,
Sərvidir ürəyi Sərv ağacının.
Südabə Sərvi
Yagmur olsam,
Azərbaycana yağsam
İlyas Tapdığa
Yağmur olsam, Azərbaycana yağsam,
Sənsə yolda yürüyor əllərin islansa
Bilirmisin yağmurun göz yaşım olduğunu?!
Yanar dağ patlasa, lavlar püskürsə,
Yerlərə saçılsa, hər yer yansa
Bilirmisin o yanğının
mənim ürəyimdə olduğunu
Èëéàñ Òàïäûã
176
Küçük şehrin şairiyim mən,
Fazla bir şey gəlmir əlimdən.
Çox uzaqlardasın, bitanəm,
Bilirmisin səni nasıl sevdiyimi?!
Yaz gəlincə
Yaz gelince yaşıl yaprak açarsın,
Küz* gəlincə yerlere döker qaçarsın.
Bir derdim vardı, bir daha açarsın,
Yetmezmi aşkın öldürdü beni.
Gökteki yıldızlar akıp gidiyor,
Hasretin beni yakıp gidiyor,
Bir ateş düşürdün kalbime,
Bu ateş beni yakıp gidiyor.
***
Mümkünmü seni görmek
,
Nasip olurmu sevmək.
Saçım elimle örmek
Sen hurimisin, yoksa melek.
Selvi uzun boylu,
Tatlı dilli, güzel huylu.
Nazik hassas soylu,
Gel beraber gidek seninle.
Mələk Sayım
Áèáëèîãðàôèéà
177
Xalq şairi İlyas Tapdığa
Ülvi salamlarla, ay İlyas Tapdıq,
Görüşə səsləyir bu dağlar səni.
Vədə çatdı, el qayıtdı qışlağa,
Arayır kimsəsiz yaylaqlar səni.
Baldırğanlar, quzqulaqlar quruyub,
Zirvələri çiskin,
duman bürüyüb,
Comaların bel kərəni çürüyüb,
Xatırlar gəzdiyin oylaqlar səni.
Qalmayıb qarağat, moruq, çiyələk
Arxaclarda ağarışır göbələk,
Nağıltək xatırlar o küskün mələk,
Bir də o cığırlar, çaylaqlar səni.
Bıçaqla ağaca yazdığın o ad,
Çoxdan sənsizləşib, qoparır fəryad,
Səsləyir o sevgi, o ləzzət, o dad,
Yelləncək qurduğun budaqlar səni.
Yurd
yeriniz çoxdan uçub-tökülüb,
Pərdiləri zaman kimi sökülüb,
O qız da qocalıb, beli bükülüb,
Öpüşə səsləyir bulaqlar səni.
Kərəməm, yetişdi ömrün payızı,
Başa qırov salıb qışın ayazı,
Pozulub üstünə yazdığın yazı,
Axtarır həmən o yarpaqlar səni.
Kərəm Vəlioğlu
Èëéàñ Òàïäûã
178
Xanlıqlardadır
İstedadlı şair İlyas qağanın ünlü bir şeirinə nəzirə
“Soruşdun, hardanam Hüseyn Xaloğlu
,
Ömrümün binası - Gədəbəydədir.
Ananun boynuma dolanan qolu,
Yuxumun laylası
-
Gədəbəydədir.
İlyas Tapdıq
Şairlər yurdundan gəlir sorağım.
Varlığımın özü - Xanlıqlardadır!
Qəlbimin sözüdür qələm-varağım,
Qazağımın gözü - Xanlıqlardadır!
Bu eldə yaşayıb həmişə babam,
Bu eldə kök salmış həmişə babam.
Bu eldə gur yanır çırağım, qadam,
Ocağımın közü - Xanlıqlardadır!
Müqəddəs ehramdır
o Baba dərviş,
Ocağa sitayiş etmişəm vərdiş,
Kənddə doğulmuşam neyləyim, dərdiş,
Çəhlimimin izi - Xanlıqlardadır!
Tacıbəy, Didəvan ən ulu qalam,
Uca zirvələrdə ömürlük qalan,
Dağlar diyarına yetirin salam,
Zirvələrin yüzü - Xanlıqlardadır!
Çoxdan ad çıxarıb Dilboz atları,
Kölgədə qoyubdur bir çox adları,
Heyrətə salıblar doğma-yadları,
Cıdırımın düzü - Xanlıqlardadır!
Áèáëèîãðàôèéà
179
Bu yaşda karvanım üzü sazağa,
Enək Gədəbəydən bizim Qazağa,
Bircə kəlmə deyim, ay İlyas qağa,
Ocağımın közü - Xanlıqlardadır!
Zaməddin Ziyadoğlu
Dağlar yada salar
Daha kimd iyada salan şairi...
İlyas Tapdıq
Min nəğmə bəsləyən coşqun dağ çayı
Çağlar,
yada salar şairi, qardaş.
Kol dibinin bənövşəsi, nərgizi
Ağlar, yada salar şairi, qardaş.
Dolayları qarış-qarış gəzmisən,
Yaşıl otu o üz-bu üz əzmisən.
Zirvələri tək aşmısan azmı sən?
Bağlar yada salar şairi, qardaş.
Dağ yerinin şaxtasında donmusan,
Gah palıda, gah çinara qonmusan.
İlk sevginin alovunda yanmısan,
Dağlar yada salar şairi, qardaş.
Ağac kölgəsində, bulaq başında
Böyüklər, kiçiklər sənin yaşında,
Bu diyarın torpağı da, daşı da
Saxlar, yada salar şairi, qardaş.
Müzahim fikirdə, xəyallar göydə,
Zaman nə haydadı, insan nə hayda?!
İgidlər
məskəni o Gədəbəydə
Dağlar yada salar şairi, qardaş.
Müzahim İsmayılzadə