Èëéàñ Òàïäûã
180
* * *
2005-ci ilin iyul ayının 28-də xalqımızın ziyalı oğlu, Gədəbəy
Rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzayev şair İlyas
Tapdığııı 71 illiyi münasibətilə Gədəbəydə böyiik bir şeiir məclisi
təşkil etmişdi.
İki min beşinci il ortası yayın,
Dağların döşündə gül yığın-yığın,
Böyük el şairi İlyas Tapdığın,
Yetmiş bir yaşında dayandı zaman,
Bir şeir məclisi qurmuşdu Kamran.
Qocadağ Şahdağa sarı baxırdı,
Sanki baxışından şimşək çaxırdı,
Mahnı süzülürdü, şeir axırdı
Gözəl Gədəbəyin bulaqlarından,
Bir şeir məclisi qurmuşdu Kamran.
Hər qəlbdə neçə min arzu yanırdı,
Hamı bir-birini qardaş sanırdı,
Dağlar bu birlikdən vüqarlanırdı,
İnsanlar can deyib eşidirdi can,
Bir şeir məclisi qurmuşdu Kamran.
Güllər bir-birinə eyləyirdi naz,
Elə bil təzəcə açılmışdı yaz.
Aşıq İsfəndiyar sinəsində saz,
Meydan sulayırdı,
eləyirdi qan,
Bir şeir məclisi qurmuşdu Kamran.
Vətən torpağının xoş təbiəti,
Məftun eyləmişdi Cavad Heyəti.
Dindikcə dilində el məhəbbəti,
Sevinclə gülürdü Təbriz, Savalan,
Bir şeir məclisi qurmuşdu Kamran.
Áèáëèîãðàôèéà
181
Şairlər yurdunun qoca, cavanı,
Hörmətlə dinlədi Oqtay Rzanı,
Andıqca qürbətə dönən Şuşanı,
Şuşa dağlarından qalxırdı duman,
Bir şeir məclisi qurmuşdu Kamran.
Musa Ələkbərli dağ vüqarıyla,
Dosta sədaqəti, etibarıyla,
Açmışdı qəlbini min bir barıyla.
Sanki püskürürdü oyanmış vulkan,
Bir şeir məclisi qurmuşdu Kamran.
Dəmir Gədəbəyli dağlar övladı,
Qaynar
bulaqlar tək coşdu, çağladı,
Yamaclar, cığırlar, izlər ağladı,
İlyas qağamız da kövrəldi yaman,
Bir şeir məclisi qurmuşdu Kamran.
Dinlədikcə Nahid Hacızadəni,
Dağlar öz başından dağıtdı çəni,
Oğuz mərdlərinin şanlı vətəni,
Sənətkar sözünə olmuşdu heyran,
Bir şeir məclisi qurmuşdu Kamran.
Tanrı töhfəsiydi o məclis, o tam,
Bir əlində sazı, bir əlində cam.
Mənim alim dostum tarixçi İlham,
Nəğməkar bülbülə dönmüşdü inan,
Bir şeir məclisi qurmuşdu Kamran.
Fəsillər dolanıb
keçsə də illər,
Açılsa da güllər, axsa da sellər.
Gəlsə də dünyaya neçə nəsillər,
Məzahir o günü unutmaz bir an,
Bir şeir məclisi qurmuşdu Kamran.
Məzahir Aliyev
Èëéàñ Òàïäûã
182
Bil
Şeir-sənət mülkündə sən,
Yaxşı oxu, bu adı bil:
Səməd Vurğun yadigarı,
İlyas Tapdıq ustadı bil.
Gümüşüdü - saçın qarı,
Qızılıdı şeir varı,
Köməksizin mədədkarı,
Hər vaxt meyli dostadı bil.
Səyyad, deyil yolu çaşqın.
Ömrü təzə zirvə aşsın!
Özü sakit, təbi daşqın,
Hər sözündə astadı bil!
Balasıyam
Ünvanımı soruşursan,
Uca dağlar balasıyam.
Gədəbəydə doğulmuşam,
Bulaqların aynasıyam.
Yağılardan
qisas alan,
O dağlarda məğrur qalan,
Qartal üstə qanad salan,
İsgəndərin qalasıyam.
Sözlərimdə yoxdu qələt,
Xoş dillərdən aldım xələt –
Yanıramsa mən də əlbət,
“Yanıq Kərəm” nəvəsiyəm.
Áèáëèîãðàôèéà
183
Çənlibelin gülü yazdı,
At üstəyəm, at murazdı.
Sinəm üstə telli sazdı,
Onu zildə çalasıyam.
Səyyad mənim öz adımdı,
Elim qolum, qanadımdı.
İlyas Tapdıq ustadımdı,
“Baş Sarıtel” havasıyam.
İlyas Tapdığın
Gəlişi bizləri nura bürüdü,
Xalqı üçün yananların biridi.
Şeirinin mənalı sətirləridi
Hər söhbəti-sözü İlyas Tapdığm.
Dilsizə dil
verib gətirib dilə,
Şirin avazını tanıdıb elə.
Böyük bir şərəflə qovuşub ilə,
Gecəsi, gündüzü İlyas Tapdığın.
Söz-sənət yolunda yanan çıraqdı,
Qohuma arxadı, dosta dayaqdı.
Qüdrətdən od alan bir gur ocaqdı,
Tükənməzdir közü İlyas Tapdığın.
Səyyad, qul olasan bir təmiz ada,
Gözəl sənətkara, kamil ustada.
İstər atlı olsun, istər piyada,
Silinməzdir izi İlyas Tapdığın.
Èëéàñ Òàïäûã
184
Ay ustad
Zaman məni elə hala salıb ki,
Əyriyə də düz deyirəm, ay ustad.
Bir
alçağa bilə-bilə baş əyib,
Astara da üz deyirəm, ay ustad.
Hər gün çevirirəm haqqa üzümü,
Tanrı da rüşvətsiz demir sözünü.
Elə itirmişəm özüm-özümü,
Əlliyə də yüz deyirəm, ay ustad.
Sazı ələ salıb, qırdılar simi,
Bütöv varlığımın laxladı himi.
Ağlını itirmiş sərxoşlar kimi
Çaşıb qaşa göz deyirəm, ay ustad.
Qalmayıb başımda nə ağıl, nə huş,
Baharı bəd gəlmiş ilimdən soruş.
Bütün
yeri-göyü bürüyüb bayquş,
Səyyad yanır, döz deyirəm, ay ustad
Yerindədir
Qağa, soruşursan dağlarda nə var,
Hələ tərpənməyib tar yerindədir.
Bərədə ovçular, zirvədə qartal
Elə əvvəlki tək var, yerindədir.
Tutub gədikləri qışın ordusu,
Bərk hücumdadı, yoxdu qorxusu.
Qəti hiss olunmur yazın qoxusu,
Keçən ildən yağan qar yerindədir.
Áèáëèîãðàôèéà
185
Baxdım tanımadım düzü dağları,
Sır-sıra bağlamış buz bulaqları.
Dərman üçün çox axtardım bağları,
Güclü
xəzan vurub, xar yerindədir.
Keçmişimdən çox danışdı babalar,
Səyyad yenə tarixləri varaqlar.
Buzdan dirsəklənib qədim qalalar,
Sinəmdən asılan qor yerindədir.
Gədəbəydədir
Hörmətli şairimiz İlyas Tapdığın
“Gədəbəydədir” şeirini oxuyarkən
Dağlar qucağında ulduzlar təki,
Sayrışan tər güllər Gədəbəydədir.
Uca zirvələrin qaya köksündən.
Asılan dağ tüllər Gədəbəydədir.
Yamaca, yaylağa yaxşı nəzər sal,
Şığıyıb qıy vurur səmada qartal.
Uçub qanadlanır göylərə xəyal,
Sazımın zilləri Gədəbəydədir.
Baxdım heyran-heyran
gur şəlaləyə,
Körpə bənövşəyə, zərif laləyə,
Əzəldən məftunam bu gözəlliyə,
Süsənlər-sünbüllər Gədəbəydədir.
Şimşəklər oynadı, işıq çiləndi,
Dərə uğuldadı, dağ silkələndi.
Bir göz qırpımında yağış ələndi,
Atlanan gur sellər Gədəbəydədir.