İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
41
əmək və ya məcburi əməyin istismarı üçün insan alveri kimi tövsif oluna bilər: bu, cinayət təqibinin
obyekti olur.
83
Məcburi əmək (köləliyə bənzər halların) anlayışı
BMT-nin İnsan Alverinə dair Protokolda məcburi əməyin heç bir anlayışı yoxdur və İnsan Hüquqları
haqqında Konvensiyanın 4-cü maddəsində icbari və ya məcburi əməyin anlayışı verilmir. BƏT-in
1930-cu il Məcburi Əmək haqqında Konvensiyasında verilən, Van der Mussele-nin Belçikaya qarşı
çıxış etdiyi işdə
84
qəbul edilmiş qərarda təsdiqlənən anlayışın (Nr.29) AŞ Konvensiyasındakı anlayış
üçün əsas kimi götürüldüyü görünür.
BƏT-in 1930-cu il Məcburi Əmək haqqında Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində icbari və
ya məcburi əməyə aşağıdakı kimi anlayış verilir:
“Hər hansı bir cəza ilə hədələyərək hər hansı bir şəxsdən tələb olunan və müvafiq şəxsin bunu
könüllü şəkildə etməyi təklif eləmədiyi bütün işlər və xidmətlər”.
BƏT-ə görə, cəza ilə hədələmə heç də həmişə qurbanın işi görməsinə nail olmaq üçün insan
alverçisinin və ya istismarçının müəyyən formada birbaşa cəza tətbiq etməsi demək deyildir.
Hədələmənin nəzərə çarpmayan bəzi formaları mövcuddur, bəzən bu, psixoloji növdə olur yaxud
hüquqların və ya imtiyazların itirilməsi formasında ola bilər. BƏT-in bələdçiliyi çox vacibdir, belə ki,
bir çox hallarda məcburi əmək üçün insan alverində sərt fiziki zorakılıq əvəzinə psixoloji istismar,
nəzarət və təsir olur.
85
BƏT-in Məcburi Əməyə dair Qlobal Hesablamalarında
86
deyilir: “Məcburi Əmək, beləliklə, görülən
işin mahiyyəti (milli qanunvericiliyə əsasən, bu, ya qanuni, ya da qeyri-qanuni ola bilər) ilə deyil, işi
görən şəxs və işi tələb edən şəxs arasında münasibətlərin xüsusiyyətləri ilə təyin olunur. Belə olan
halda, bəzən məcburetmə vasitələri açıq və müşahidə edilə bilən olur (məsələn, silahlı dəstələr
işçilərin iş yerini tərk etmələrinə mane olur yaxud qıfıllanmış yerlərdə işçilərin azadlığı
məhdudlaşdırılır), çox vaxt isə məcburetmə daha çox hiss edilməyən şəkildə olur və dərhal müşahidə
edilmir (məsələn, şəxsiyyəti təsdiq edən sənədlərin alınması yaxud orqanlara xəbər verməklə
hədələmə)”.
Əməyin istismarına anlayış vermək üçün birbaşa bələdçilik olmasa da, BƏT, tək və ya birgə şəkildə
əməyin istismarını göstərə bilən bir sıra ünsürləri müəyyənləşdirmişdir.
Üç əsas ünsür;
(i) müvafiq şəxs tərəfindən müəyyən formada iş görülməli yaxud xidmət göstərilməlidir.
(ii) iş fiziki,
psixoloji, maliyyə və ya digər formalarda ola biləcək cəza hədəsi altında görülür.
(iii) iş könüllü olaraq görülmür, yəni şəxs ya bu fəaliyyətlə öz istəyi ilə məşğul olmur, ya da məşğul
olduqda bildirilən müəyyən müddətdən sonra (Konvensiyada özü deyilir) və ödəniş və ya digər
hüquqlardan imtina etmədən işi tərk edə bilmədiyini görür.
Aİ-dəki dövlətlər nəyin istismar olmasına aydınlıq gətirmək üçün müxtəlif yanaşmalar qəbul etmişlər.
Niderland kimi bəzi dövlətlər belə hərəkətin nəyə səbəb olmasının təfsirini məhkəmələrin öz
83
La Strada 2011
Moldova Respublikasında Məcburi əmək üçün insan alveri. Icmal.
84
İHAK Müraciət no. 8919/90.
85
Skrivankova, K. 2011
Məcburi əmək: əməyin istismarının başa düşülməsi və müəyyənləşdirilməsi, red.
Şandron, P. Birləşmiş Krallıqda insan alveri və müasir köləliyi qəbul edən insan alverinə dair əyani vəsait,
LexisNexis səh.50.
86
BƏT Məcburi Əməyə dair qlobal hesablamalar 2012-ci il
Nəticələr və metodologiya, səh.19.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
42
mülahizəsinə buraxdığı halda (insan alveri konsepsiyasının həddən çox geniş təfsir olunması və
cinayətin ağırlığının azadılması riski ilə), Belçika kimi digər dövlətlər, diqqəti, istismarın fundamental
aspekti kimi, insan ləyaqətinin pozulması konsepsiyasına yönəltmişlər.
87
Özbəkistan Turçinova qarşı – Miribad Rayon Məhkəməsi, Özbəkistan
UNODC No.: UZB001: Məhkum olunma tarixi: 2012-12-17.
2012-ci ilin yazında, müttəhim T, digər şəxslərlə birgə, dörd nəfərin aldadılaraq cəlb edilməsini və
tikintidə fəhlə işləmək üçün Qazaxıstanda Çernayevka şəhərinə aparılmasını təşkil etmişdir. Ora
gəldikdən sonra onlar həmin dörd nəfəri tikinti sahəsinə aparan H adlı şəxsə təhvil verilmişlər.
Tikintinin sahibi onların pasportlarını əllərindən almış, onlara heç bir məvacib ödəməmiş və güc
tətbiq etmək hədəsi ilə onları istismar etmişdir. Bu, 2012-ci ilin iyul ayınadək davam etmişdir.
2012-ci ilin iyun ayında, müttəhim T tərəfindən digər bir qurban tikintiyə cəlb olunmuş və eyni
vəziyyətə düşmüşdür. Öz işinə görə, müttəhim T 560,000 tenge almışdır, T eyni mütəşəkkil
cinayətkar dəstədən istifadə edərək yuxarıda göstərilən sahəyə daha 3 qurban göndərməklə və
bunun müqabilində 1200 ABŞ dolları almaqla bu təcrübəni 2012-ci may ayında da davam etdirmişdir.
Dörd qurbanın şahid ifadələrini, habelə toplanan dəlilləri və T-nin günahını etiraf etməsini nəzərə
alaraq, Məhkəmə müttəhim T-ni, Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 135-ci maddəsinin
3(g) hissəsinə əsasən, aldatma yolu ilə məcburi əməyə cəlb etmək üçün insan alveri, insanları onların
iradəsinə qarşı ölkədən kənara aparma, təhvilvermə və saxlama, onların iradəsinə qarşı sənədlərini
əlindən alma və mütəşəkkil cinayətkar dəstədə iştirak etmə əməllərində təqsirli bilmişdir.
UNODC-nin İnsan alverinə dair presedent hüququ ilə bağlı məlumat bazası.
Əməyin istismarının dəqiq anlayışı olmadığı üçün əmək hüquqlarının pozulması baxımından istismar
və məcburi əməyi təşkil edən kəskin istismar arasındakı fərqi müəyyənləşdirmək çətindir. Bir sıra
ölkələrdə insan alveri prosesinin komponent ünsürlərini sübuta yetirmək problematik məsələyə
çevrilib. İstismar ünsürünü sübuta yetirmək mümkün olsa da, istismar edən şəxsin insan alveri
prosesində digər ünsürlərə, daha dəqiq desək, hərəkətə və ya cəlbetmə vasitəsinə görə cavabdeh
olduğunu göstərmək heç də həmişə mümkün olmamışdır.
İngiltərədə və Uelsdə “digər bir şəxsi köləlikdə və ya kölə vəziyyətində saxlama yaxud onlardan icbari
və ya məcburi iş görməyi tələb etmə” əməlini nəzərdə tutan qanunvericilik tətbiq edilmişdir (aşağıda
bax). Qanunvericilik anlayışla bağlı bəzi problemlərin öhdəsindən gələ bilməsə də, onun məqsədi
istismar ünsürünün tək özünü cinayət qanununa daxil etməkdir.
71-ci maddə. 2009-cu il Koronerlər (qətl hadisələrini araşdıran müstəntiqlər) və Ədliyyə Qanunu
(İngiltərə və Uels)
Köləlik, köləliyə bənzər hallar və icbari və ya məcburi əmək.
(1) D adlı şəxs aşağıdakı halda cinayət törətmiş olur
(a) D digər şəxsi köləlikdə və ya kölə vəziyyətində saxlayır və şərait belədir ki, D şəxsin belə
vəziyyətdə saxlanıldığını bilir və ya bilməlidir yaxud
87
Skrivankova, K. 2011
Məcburi əmək: əməyin istismarının başa düşülməsi və müəyyənləşdirilməsi, red.
Şandron, P. Birləşmiş Krallıqda insan alveri və müasir köləliyi qəbul edən insan alverinə dair əyani vəsait,
LexisNexis səh.54.