Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə20/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
41
 
əmək və ya məcburi əməyin istismarı üçün insan alveri kimi tövsif oluna bilər: bu, cinayət təqibinin 
obyekti olur.
 83
 
Məcburi əmək (köləliyə bənzər halların) anlayışı  
BMT-nin İnsan Alverinə dair Protokolda məcburi əməyin heç bir anlayışı yoxdur və İnsan Hüquqları 
haqqında  Konvensiyanın  4-cü  maddəsində  icbari  və  ya  məcburi  əməyin  anlayışı  verilmir.  BƏT-in 
1930-cu  il  Məcburi  Əmək  haqqında  Konvensiyasında  verilən,  Van  der  Mussele-nin  Belçikaya  qarşı 
çıxış  etdiyi  işdə
84
 qəbul  edilmiş  qərarda  təsdiqlənən  anlayışın  (Nr.29)  AŞ  Konvensiyasındakı  anlayış 
üçün əsas kimi götürüldüyü görünür. 
BƏT-in 1930-cu il Məcburi Əmək haqqında Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində icbari və 
ya məcburi əməyə aşağıdakı kimi anlayış verilir: 
 “Hər hansı bir cəza ilə hədələyərək hər hansı bir şəxsdən tələb olunan və müvafiq şəxsin bunu 
könüllü şəkildə etməyi təklif eləmədiyi bütün işlər və xidmətlər”.  
BƏT-ə  görə,  cəza  ilə  hədələmə  heç  də  həmişə  qurbanın  işi  görməsinə  nail  olmaq  üçün  insan 
alverçisinin  və  ya  istismarçının  müəyyən  formada  birbaşa  cəza  tətbiq  etməsi  demək  deyildir. 
Hədələmənin  nəzərə  çarpmayan  bəzi  formaları  mövcuddur,  bəzən  bu,  psixoloji  növdə  olur  yaxud 
hüquqların və ya imtiyazların itirilməsi formasında ola bilər.  BƏT-in bələdçiliyi çox vacibdir, belə ki, 
bir  çox  hallarda  məcburi  əmək  üçün  insan  alverində  sərt  fiziki  zorakılıq  əvəzinə  psixoloji  istismar, 
nəzarət və təsir olur.
 85
  
BƏT-in  Məcburi  Əməyə  dair  Qlobal  Hesablamalarında
86
 deyilir:  “Məcburi  Əmək,  beləliklə,  görülən 
işin mahiyyəti (milli qanunvericiliyə əsasən, bu, ya qanuni, ya da qeyri-qanuni ola bilər) ilə deyil, işi 
görən  şəxs  və  işi  tələb  edən  şəxs  arasında  münasibətlərin  xüsusiyyətləri  ilə  təyin  olunur.  Belə  olan 
halda,  bəzən  məcburetmə  vasitələri  açıq  və  müşahidə  edilə  bilən  olur  (məsələn,  silahlı  dəstələr 
işçilərin  iş  yerini  tərk  etmələrinə  mane  olur  yaxud  qıfıllanmış  yerlərdə  işçilərin  azadlığı 
məhdudlaşdırılır), çox vaxt isə məcburetmə daha çox hiss edilməyən şəkildə olur və dərhal müşahidə 
edilmir  (məsələn,  şəxsiyyəti  təsdiq  edən  sənədlərin  alınması  yaxud  orqanlara  xəbər  verməklə 
hədələmə)”. 
Əməyin  istismarına  anlayış  vermək  üçün  birbaşa  bələdçilik  olmasa  da,  BƏT,  tək  və  ya  birgə  şəkildə 
əməyin istismarını göstərə bilən bir sıra ünsürləri müəyyənləşdirmişdir. 
Üç əsas ünsür; 
(i) müvafiq şəxs tərəfindən müəyyən formada iş görülməli yaxud xidmət göstərilməlidir. 
(ii) iş fiziki, psixoloji, maliyyə və ya digər formalarda ola biləcək cəza hədəsi altında görülür.     
(iii) iş könüllü olaraq görülmür, yəni şəxs ya bu fəaliyyətlə öz istəyi ilə məşğul olmur, ya da məşğul 
olduqda  bildirilən  müəyyən  müddətdən  sonra  (Konvensiyada  özü  deyilir)  və  ödəniş  və  ya  digər 
hüquqlardan imtina etmədən işi tərk edə bilmədiyini görür.  
 
Aİ-dəki dövlətlər nəyin istismar olmasına aydınlıq gətirmək üçün müxtəlif yanaşmalar qəbul etmişlər. 
Niderland  kimi  bəzi  dövlətlər  belə  hərəkətin  nəyə  səbəb  olmasının  təfsirini  məhkəmələrin  öz 
                                                            
83
 La Strada 2011 Moldova Respublikasında Məcburi əmək üçün insan alveri. Icmal. 
84
 İHAK Müraciət no. 8919/90. 
85
 Skrivankova, K. 2011 Məcburi əmək: əməyin istismarının başa düşülməsi və müəyyənləşdirilməsired. 
Şandron, P. Birləşmiş Krallıqda insan alveri və müasir köləliyi qəbul edən insan alverinə dair əyani vəsait, 
LexisNexis səh.50. 
 
86
 BƏT Məcburi Əməyə dair qlobal hesablamalar 2012-ci il Nəticələr və metodologiyasəh.19. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
42
 
mülahizəsinə  buraxdığı  halda  (insan  alveri  konsepsiyasının  həddən  çox  geniş  təfsir  olunması  və 
cinayətin ağırlığının azadılması riski ilə), Belçika kimi digər dövlətlər, diqqəti, istismarın fundamental 
aspekti kimi, insan ləyaqətinin pozulması konsepsiyasına yönəltmişlər.
87
 
Özbəkistan Turçinova qarşı – Miribad Rayon Məhkəməsi, Özbəkistan 
UNODC No.: UZB001:  Məhkum olunma tarixi: 2012-12-17. 
2012-ci  ilin  yazında,  müttəhim  T,  digər  şəxslərlə  birgə,  dörd  nəfərin  aldadılaraq  cəlb  edilməsini  və 
tikintidə  fəhlə  işləmək  üçün  Qazaxıstanda  Çernayevka  şəhərinə  aparılmasını  təşkil  etmişdir.  Ora 
gəldikdən  sonra  onlar  həmin  dörd  nəfəri  tikinti  sahəsinə  aparan  H  adlı  şəxsə  təhvil  verilmişlər. 
Tikintinin  sahibi  onların  pasportlarını  əllərindən  almış,  onlara  heç  bir  məvacib  ödəməmiş  və  güc 
tətbiq etmək hədəsi ilə onları istismar etmişdir. Bu, 2012-ci ilin iyul ayınadək davam etmişdir. 
2012-ci  ilin  iyun  ayında,  müttəhim  T  tərəfindən  digər  bir  qurban  tikintiyə  cəlb  olunmuş  və  eyni 
vəziyyətə  düşmüşdür.  Öz  işinə  görə,  müttəhim  T  560,000  tenge  almışdır,  T  eyni  mütəşəkkil 
cinayətkar  dəstədən  istifadə  edərək  yuxarıda  göstərilən  sahəyə  daha  3  qurban  göndərməklə  və 
bunun müqabilində 1200 ABŞ dolları almaqla bu təcrübəni 2012-ci may ayında da davam etdirmişdir. 
Dörd  qurbanın  şahid  ifadələrini,  habelə  toplanan  dəlilləri  və  T-nin  günahını  etiraf  etməsini  nəzərə 
alaraq,  Məhkəmə  müttəhim  T-ni,  Özbəkistan  Respublikası  Cinayət  Məcəlləsinin  135-ci  maddəsinin 
3(g) hissəsinə əsasən, aldatma yolu ilə məcburi əməyə cəlb etmək üçün insan alveri, insanları onların 
iradəsinə qarşı ölkədən kənara aparma, təhvilvermə və saxlama, onların iradəsinə qarşı sənədlərini 
əlindən alma və mütəşəkkil cinayətkar dəstədə iştirak etmə əməllərində təqsirli bilmişdir.  
UNODC-nin İnsan alverinə dair presedent hüququ ilə bağlı məlumat bazası. 
 
Əməyin istismarının dəqiq anlayışı olmadığı üçün əmək hüquqlarının pozulması baxımından istismar 
və  məcburi  əməyi  təşkil  edən  kəskin  istismar  arasındakı  fərqi  müəyyənləşdirmək  çətindir.  Bir  sıra 
ölkələrdə  insan  alveri  prosesinin  komponent  ünsürlərini  sübuta  yetirmək  problematik  məsələyə 
çevrilib.  İstismar  ünsürünü  sübuta  yetirmək  mümkün  olsa  da,  istismar  edən  şəxsin  insan  alveri 
prosesində  digər  ünsürlərə,  daha  dəqiq  desək,  hərəkətə  və  ya  cəlbetmə  vasitəsinə  görə  cavabdeh 
olduğunu göstərmək heç də həmişə mümkün olmamışdır.  
İngiltərədə və Uelsdə “digər bir şəxsi köləlikdə və ya kölə vəziyyətində saxlama yaxud onlardan icbari 
və ya məcburi iş görməyi tələb etmə” əməlini nəzərdə tutan qanunvericilik tətbiq edilmişdir (aşağıda 
bax).  Qanunvericilik  anlayışla  bağlı  bəzi  problemlərin  öhdəsindən  gələ  bilməsə  də,  onun  məqsədi 
istismar ünsürünün tək özünü cinayət qanununa daxil etməkdir. 
71-ci  maddə.  2009-cu  il  Koronerlər  (qətl  hadisələrini  araşdıran  müstəntiqlər)  və  Ədliyyə  Qanunu 
(İngiltərə və Uels)  
Köləlik, köləliyə bənzər hallar və icbari və ya məcburi əmək. 
(1)  D adlı şəxs aşağıdakı halda cinayət törətmiş olur  
(a)  D  digər  şəxsi  köləlikdə  və  ya  kölə  vəziyyətində  saxlayır  və  şərait  belədir  ki,  D  şəxsin  belə 
vəziyyətdə saxlanıldığını bilir və ya bilməlidir yaxud 
                                                            
87
 Skrivankova,  K.  2011  Məcburi  əmək:  əməyin  istismarının  başa  düşülməsi  və  müəyyənləşdirilməsi,  red. 
Şandron,  P.  Birləşmiş  Krallıqda  insan  alveri  və  müasir  köləliyi  qəbul  edən  insan  alverinə  dair  əyani  vəsait, 
LexisNexis səh.54. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə