İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
35
5 (1) (f) “Aldatma”dedikdə şəxsi aldatmaq niyyətilə hər hansı bir davranış başa düşülür;
yaxud
“Aldatma” dedikdə sözlərlə və ya davranışla [fakta və ya qanuna münasibətdə] [aşağıdakılara
münasibətdə] hər hansı bir şəkildə aldatma başa düşülür:
(i) Görülməli işin və ya göstərilməli xidmətlərin mahiyyəti;
(ii) İş şəraiti;
(iii) Şəxsin öz yaşayış yerini sərbəst şəkildə tərk edə biləcəyi hüdudlar; və ya
(iv) Şəxsin istismar olunduğu digər şəraitlər
Aldatma hallarına istismar məqsədilə işçiləri məcburi əməyə cəlb edərkən yalan və ya qeyri-dəqiq və
ya yanlış informasiya vermə yaxud yalan iş təklifi aiddir. BMqT-nin Avropa və Avrasiya regionunda
yaşlı kişilərin alveri ilə bağlı məlumatlarına əsasən, onlar çox vaxt şəxsi əlaqələri vasitəsilə cəlb
olunurlar yaxud şəxsi əlaqə vasitəsilə məşğulluq agentliyinə yönəldilirlər. Qəzetlərdə verilən elanlar
cəlbetmənin ən çox yayılmış ikinci metodudur. İnsan alverinin kişi qurbanları çox vaxt onların işlə
təmin olunmasına və daşınmanın təşkilinə görə vasitəçiyə ödəniş etməli olurlar. Başqa
araşdırmalarda qeyd olunduğu kimi, qazanc məqsədilə cinsi xidmətlər göstərmək üçün insan alverinə
məruz qalan qadınlar çox vaxt vasitəçilərə haqq vermirlər və vasitəçilərin onlara göstərdikləri
xidmətlər onların ödəməli olduqları borc kimi saxlanılır.
70
“Terra Promessa”
2005-ci ildə Polşa vətəndaşları Baridə Polşanın fəxri konsulluğundan onların öz vətənlərinə
qayıtmalarına kömək və dəstək istəməyə başlamışlar.Onlar bildirmişlər ki, onlar İtaliyada Apulia
regionunda işləmək üçün bu ölkəyə gəlmişlər. Onlara yaxşı iş şəraiti və məvaciblər vəd olunmuşdur,
lakin onlar heç bir ödəniş olmadan yaxud cüzi ödənişlərə öz güclərindən artıq işləməyə məcbur
edilmiş
və onlar minimal, sosial standartlardan aşağı şəraitdə yaşamışlar.
Onlar aldanılaraq və cəlbedici iş təklifi ilə cəlb olunmuşlar. Polşada seçim şəbəkəsi və Apuliada işi
təşkil edən tərəf arasında güclü əlaqə olmuşdur. Onları bu işə cəlb edənlər milli və yerli qəzetlər
vasitəsilə və İnternetdə elanlar verməklə və ya gələcək qurbanlarla birbaşa əlaqələr vasitəsilə
cəlbedici və yaxşı ödənişli iş təklif etmişlər.
Hər iki ölkənin polis qüvvələri, Apulia regionundakı əmək düşərgələrində “kölə” kimi saxlanılan və
həmin ərazidə fermalarda işləməyə məcbur edilən insan alverinin 113 qurbanını azad etmişlər.
Polşa polisi tərəfindən təqdimat – Varşava 2006-cı il
Səlahiyyətdən yaxud müdafiəsizlik vəziyyətindən sui-istifadə dedikdə şəxsin istismara tabe olmaqdan
başqa real və məqbul alternativ variantının olmadığı hər hansı vəziyyət başa düşülür.
71
BMT-nin İnsan
Alverinə dair Protokol layihəsinin hazırlanma tarixi onu təsdiq edir ki, “müdafiəsizlik vəziyyətindən
sui-istifadə” “şəxsin istismara tabe olmaqdan başqa real və məqbul alternativ variantının olmadığı
hər hansı vəziyyət” kimi başa düşülməlidir.
72
70
ABŞ BİA 2010
Avropa və Avrasiya regionunda yaşlı kişilərin alveri, səh. 13-14.
71
UNODC 2004
UNTOC və onun Protokollarının tətbiqi üçün qanunvericiliklə bağlı tövsiyələr, səh.269.
72
UNODC
2012 İnsan alveri anlayışında müdafiəsizlik vəziyyətindən sui-istifadə və digər “vasitələr”haqqında
araşdırma sənədi, səh.3.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
36
UNODC-nin “müdafiəsizlik vəziyyətindən sui-istifadə”
73
haqqında tövsiyə xarakterli qeydində
bildirilir ki, müdafiəsizlik vəziyyətindən sui-istifadə, şəxsi istismar etmək məqsədilə cəlb etmək,
daşımaq, təhvil vermək, gizlətmək və ya almaq üçün onun şəxsi, vəziyyətlə və ya şəraitlə bağlı
müdafiəsiz vəziyyətindən bilərəkdən istifadə edildiyi yaxud bundan başqa cür yararlanılan halda baş
verir ki, belə olduqda şəxs onun istismarçının istəyinə tabe olmaqdan başqa real və ya məqbul
seçiminin olmadığına inanır və qurbanın vəziyyətini nəzərə aldıqda bu inam əsaslı olur. Qurbanın real
və ya məqbul seçimin olmadığına inanmasının əsaslı olub-olmamasını müəyyənləşdirərkən, qurbanın
səciyyəvi xüsusiyyətləri və şəraiti nəzərə alınmalıdır.
Müdafiəsizlik vəziyyəti şəxsin istismara tabe olmaqdan başqa real məqbul alternativ
variantının
olmadığı hər hansı bir vəziyyətdir. Müdafiəsizliyin mövcud olub-olmaması ən yaxşı halda hər bir hala
ayrıca nəzər salmaqla, ehtimal edilən qurbanın şəxsi, vəziyyətlə və ya şəraitlə bağlı vəziyyətini nəzərə
alaraq müəyyənləşdirilir. Şəxsi müdafiəsizlik, məsələn, şəxsin fiziki və ya əqli əlilliyi ilə bağlı ola bilər.
Vəziyyətlə bağlı müdafiəsizlik şəxsin sosial və ya dil baxımından təcrid olunduğu xarici ölkənin
ərazisində tənzimlənməyən (qanunsuz) şəkildə qalan şəxsə aid ola bilər. Şəraitlə bağlı müdafiəsizlik
isə şəxsin işsiz və iqtisadi baxımdan ehtiyac içərisində olmasına aid edilə bilər. Belə müdafiəsiz
vəziyyətlər əvvəlcədən mövcud ola bilər və insan alverçisi tərəfindən yaradıla bilər.
74
BƏT-in cinsi istismar məqsədilə yaşlı insanların alverilə ilə bağlı müəyyənləşdirdiyi əməli
indikatorlar
Müdafiəsizlik vəziyyətindən sui-istifadə etməklə cəlbetmə indikatorları
Orta indikatorlar
• Ailənin çətin vəziyyətdə olmasından
sui-istifadə;
• Qanunsuz statusdan sui-istifadə;
• Təhsilin (dil vərdişlərinin) olmamasından sui-istifadə;
• İnformasiyanın olmamasından sui-istifadə;
• İstismarçılar
tərəfindən nəzarət;
• İqtisadi səbəblər;
• Qanun, orqanların münasibəti barədə yanlış
informasiya;
• Uğurlu miqrasiya barədə yanlış informasiya;
• Ailənin vəziyyəti;
• Şəxsi
vəziyyət;
• Psixoloji və ya emosional asılılıq;
• Orqanlarla /qanuni statusla əlaqə.
73
UNODC 2012
Protokolun 3-cü maddəsində insan alveri vasitəsi kimi “müdafiəsizlik vəziyyətindən sui-
istifadəyə” dair tövsiyə xarakterli qeyd (Bu tövsiyə xarakterli qeydin məqsədi cinayət ədliyyə sahəsində
çalışanlara insan alveri vasitəsi kimi “müdafiəsizlik vəziyyətindən sui-istifadəni” hallarını başa düşməkdə və bu
müddəanı tətbiq etməkdə yardım göstərməkdir.Tövsiyə xarakterli qeyddə UNODC-nin eyni mövzuya dair
araşdırma sənədinə istinad olunur və təcrübi işçilərə daha geniş informasiya əldə etmək, o cümlədən milli
qanunvericiliyi və təcrübəni dərindən başa düşmək üçün həmin sənədə nəzər salmaq tövsiyə olunur.
74
Eyni mənbə. səh.3.