İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
26
(c) uşağın istismar edilməsi məqsədilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi
və ya alınması, hətta bu maddənin (a) yarımbəndində göstərilən hər hansı bir təsir
vasitələrindən istifadə edilmədiyi halda belə ″insan alveri″
hesab edilir;
(d) ″Uşaq″ dedikdə, on səkkiz yaşına çatmamış istənilən şəxs başa düşülür.
2.2.2 Ünsürlər
Öhdəlik ünsürlərin özlərini deyil, tərkib ünsürlərinin birləşməsi kimi insan alverini cinayət qanununa
daxil etməkdir.Buna görə də, hər hansı sadalanan fəaliyyət və vasitələri birləşdirən və sadalanan
məqsədlərdən hər hansı biri üçün həyata keçirilən istənilən davranış insan alveri kimi cinayət
qanununa daxil edilməlidir.
58
İnsan alveri cinayəti davamlı əməl ola və müəyyən bir vaxt ərzində baş
verə bilər və yalnız çoxsaylı iştirakçılardan ibarət olmaya bilər. Ardıcıl olmaqdan əlavə, insan alverinin
ünsürləri bir-birilə eyni vaxtda ola və ya üst-üstə düşə bilər.
İnsan alveri (BMqT)
Bu anlayışın mühüm aspekti insan alverinin müəyyən vaxtda baş verən tək bir hərəkət əvəzinə, bir-
birilə əlaqəli olan bir sıra hərəkətlərdən ibarət proses kimi başa düşülməli olmasıdır. Bir dəfə nəzarət
altına alındıqdan sonra qurbanlar adətən onların xidmətləri üçün bazarın olduğu, çox vaxtı onların
kömək üçün müraciət etmələrinə imkan yaradan dili bilmədikləri və digər mühüm məlumatlara malik
olmadıqları yerə aparılırlar. Bu hərəkətlər bir dövlətin sərhədləri daxilində baş verə
bildiyi kimi, onlar,
həmçinin bir dövlətdə cəlb etməklə və qurbanı qəbul etmənin və istismarın başqa bir dövlətdə baş
verməsi ilə sərhədləri aşa bilər. Beynəlxalq sərhədi aşıb-aşmamasından asılı olmayaraq, şəxsi istismar
etmək niyyəti bütün prosesin məğzini təşkil edir.
59
İnsan alverinin ünsürləri aşağıdakılardır:
Birinci mərhələ şəxsin insan alverçisi tərəfindən potensial qurban kimi hədəf seçildiyi hərəkət və ya
cəlbetmədir. Qurban uşaq olmadıqda və vasitələrin nəzərə alınmaması tətbiq edilmədikdə, qurbanı
insan alveri prosesinə cəlb edərkən yuxarıda göstərilən vasitələrdən hər hansı birindən istifadə
olunacaqdır.
58
UNODC 2004
UNTOC və onun Protokollarının tətbiqi üçün qanunvericiliklə bağlı tövsiyələr, səh.268.
59
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) tərəfindən beynəlxalq müdafiə ilə
bağlı verilən tövsiyələrdə qeyd olunduğu kimi.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
27
İkinci mərhələ potensial qurbanın aparılmasıdır. Aparılma ölkə hüdudlarında və ya sərhədləri
aşmaqla ola bilər və sərhədlər qanuni və ya qeyri-qanuni yolla keçilə bilər.
Yekun mərhələ qurbanın istismarıdır.
Beynəlxalq hüquqi sənədlərə əsasən, insan alveri potensial qurbanın insan alverçisi tərəfindən
istismar məqsədilə cəlb edilməsidir. Belə istismar ya sərhədi aşmaqla ya da bir dövlətin hüdudları
daxilində baş verə bilər və cəlbetmə də ya kənardan ya da dövlət daxilində baş verə bilər.
DEU020 – Almaniyanın Federal Məhkəməsi [Bundesgerichtshof]
Hökmün çıxarıldığı tarix: 2008-03-26 (istinad: iş nr. 2060 Js 14765/07 - 3 KLs)
Koblenz Regional Məhkəməsi birinci instansiyada, 9 may 2007-ci il tarixdə, müttəhimi, Almaniya
Cinayət Məcəlləsinin 232-ci maddəsinin 3, 4-cü hissələrinə əsasən, cinsi istismar məqsədilə insan
alveri əməlini törətməyə cəhd göstərməkdə təqsirli bilmişdir. Məhkəmə izah vermişdir ki, əməlin
cinsi istismar məqsədilə insan alveri cinayəti hesab edilməsi üçün bir şəxsin digərini fahişəliyə
məcbur etmək üçün onun üzərində fiziki nəzarəti ələ keçirməsi kifayət edir. Qurbanın artıq fahişəliyə
başlamış olması və ya bunu etməsi mütləq şəkildə tələb olunmur.
Birinci instansiyada əməlin bu ünsürü yanlış qiymətləndirilmiş və müttəhim tək cinsi istismar
məqsədilə insan alverinə cəhd etməyə görə məhkum olunmuşdur. Lakin insan alveri, cinayətkar
davranışdır və tək nəticəsi cinayət olan əməl deyil. Buna görə də, hərəkətlər, qurbanın və ya
qurbanların istismarı məqsədilə tələb olunan vasitələrlə törədildiyi halda, cinayətin tamamlanmış
hesab edilməsi
üçün arzu olunan nəticənin, faktiki istismarın olması vacib deyildir.
UNODC İnsan alverinə dair presedent hüququ üzrə məlumat bazası: BGH StR 90/08: Almaniyanın
İnsan Hüquqları İnstitutu tərəfindən təmin olunan hüquqi məlumat bazası.
2.2.3 Vasitələr
Vasitələr bu əməlləri törədənlər tərəfindən potensial qurbanları cəlb etmək üçün istifadə olunan
metodlardır. BMT-nin İnsan Alverinə dair Protokolunda sadalanan vasitələr insan alverinin
beynəlxalq hüquqi anlayışının fərqli və mühüm hissəsi kimi qəbul edilmişdir. Onlar BMT-nin İnsan
Alverinə dair Protokolundan sonra qəbul edilərək insan alverinin anlayışını
ümumiləşdirən üç mühüm
müqavilədə, habelə siyasət sənədlərinə və təfsirlə bağlı mətnlərdə toxunulmamış qalmışdır.
60
İnsan alverinin vasitələrinin anlayışı aşağıdakı kimidir:
Güc;- burada güc tətbiq etməklə hədələmə yaxud gücdən və ya məcburetmənin digər formalarından
istifadə nəzərdə tutulur. Bu hədələmə ya qurbana qarşı, ya da onun ailə üzvünə qarşı ola bilər.
UNODC-nin İnsan Alverinə qarşı Nümunəvi Qanununda məcburetmənin anlayışı aşağıdakı kimi verilir:
5 (1) (e) “Məcburetmə” dedikdə, aşağıdakılar da daxil olmaqla, lakin onlarla məhdudlaşmayaraq, güc
tətbiqetmə və ya hədələmə və gücdən və ya hədələmədən qeyri-zorakı və ya psixoloji şəkildə
istifadənin bəzi formaları nəzərdə tutulur;
(i) Hər hansı bir şəxsə zərər vurmaqla və ya fiziki məhdudiyyət qoymaqla hədələmə halları;
60
UNODC 2013
İnsan alveri anlayışında müdafiəsizlik vəziyyətindən sui-istifadə və digər “vasitələr” haqqında
araşdırma sənədi, səh.2.