İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
20
2. Beynəlxalq çərçivə - insan alveri fenomeni
Bu fəsildə insan alverinin köklü səbəblərinə nəzər salınır. Beynəlxalq səviyyədə insan alverinin
anlayışı verilir və insan alverinin tərkib ünsürləri və insan alveri prosesi şərh olunur. İnsan alverinin
müxtəlif formaları və istismarın növləri müəyyən edilir və onun nə üçün milli və transmilli cinayət
olduğu izah olunur.
Bu fəsildə, həmçinin miqrant qaçaqmalçılığının və onun tərkib ünsürlərinin anlayışı verilir və insan
alveri və miqrant qaçaqmalçılığı arasında fərq izah olunur.
İnsan alveri özünün müasir formasında müasir qlobal miqrasiyanın dinamikası ilə ayrılmaz şəkildə
əlaqəli olan və bununla formalaşan bir hadisədir.
40
Sərt məhdud immiqrasiya
siyasətləri, mütəşəkkil
tənzimlənməyən immiqrasiyanı dayandırmaqdan daha çox ona şərait yaradır. Bir çox təyinat
ölkələrində immiqrasiya qanunlarının və siyasətlərinin sərtləşdirilməsi beynəlxalq miqrasiya üçün
qanuni imkanların azalmasına gətirib çıxararaq miqrant qaçaqmalçılığına çox münbit mühit
yaratmışdır.
41
Araşdırma onu göstərmişdir ki, immiqrasiyanın məhdudlaşdırılmasına önəm verilən
tədbirlər miqrantların müdafiəsizliyini artıra və sui-istifadə hallarına şərait yarada bilər.
42
2.1 Köklü səbəblər
İnsan alveri təklif və tələb prinsiplərinə əsaslanan və mənbə və təyinat ölkələrində bir sıra
“vadaredici və çəkici” faktorlarından istifadə olunan yüksək gəlir gətirən bir cinayətdir. Mənbə
dövlətlərdə qurbanların davamlı şəkildə təklif edilməsi və təyinat ölkələrində qurbanların
xidmətlərinə olan daimi və artan tələb mövcuddur. Mütəşəkkil cinayətkarlar bu iki faktordan istifadə
edirlər.
Qurbanların təklif edilməsi iqtisadi imkanlar, münaqişə, zorakılıq (o cümlədən məişət zorakılığı),
gender, mədəniyyət, yaş və digər faktorların ola biləcəyi qlobal köklü faktorların
nəticəsidir. Köklü
səbəblər dəyişir və çox vaxt bir dövlətdə digərindən fərqli olur, faktorların çoxu ayrı-ayrı insan alveri
nümunələri və onların baş verdiyi dövlətlər üçün səciyyəvi olur. Lakin ümumiyyətlə, insan alveri
halları üçün ümumi olan yaxud geniş tərkibdə müxtəlif regionlarda aşkar edilən bir çox faktorlar
vardır.
Mədəni faktorlara
ailə və ya həmyaşıdlar tərəfindən təzyiq, patriarxal ailə quruluşu, gender
zəminində ayrı-seçkilik, sosial baxımdan ayrı-seçkilik, qadınların yeganə təminatçı olduqları dövlətlər
və ya regionlar və mədəni ənənələr aiddir. Qadınların və qızların cəmiyyətdə aşağılanması onları
insan alverinə qarşı qeyri-mütənasib şəkildə daha müdafiəsiz edir.
43
Bura eyni zamanda iqtisadi
faktorlara
,
dövlətdə sərvətlərin qeyri-bərabər paylanmasına gətirib çıxara bilən iqtisadi keçid və
yoxsulluq, məşğulluq imkanları və yaşayış şəraitini yaxşılaşdırmaq istəyi,siyasi faktorlara kimi isə
hökumət siyasətləri, lazımi qanunvericiliyin olmaması, münaqişələr, ictimai iğtişaşlar
və qeyri-stabillik
aiddir.
40
Bosko, F. və digərləri 2009
İnsan alveri nümunələri, Freisendorf, K. İnsan alverinə qarşı strategiyalar:
təhlükəsizlik
sektorunun rolu, səh. 57-58.
41
Danzinger, R. və digərləri 2009
İnsan alveri və idarə olunan miqrasiya, Freisendorf K.
İnsan alverinə qarşı
strategiyalar: təhlükəsizlik sektorunun rolu, səh. 261.
42
Dvyer, P. və digərləri 2011
Məcburi əmək və Birləşmiş Krallığın immiqrasiya siyasəti: status məsələləri?
43
UNODC 2006
İnsan alveri ilə mübarizə vasitələri, 9-cu Fəsil, səh.455
,
https://www.unodc.org/documents/human-trafficking/HT-toolkit-en.pdf.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
21
Bu “vadaredici faktorları” potensial qurbanları müdafiəsiz edir: mənbə ölkələrdə insanları öz evlərini
tərk etməyə sürükləyən hallar. İnsan alverçiləri bu müdafiəsizlikdən istifadə edirlər. “Müdafiəsizliyin”
ümumi qəbul olunmuş anlayışı yoxdur və müxtəlif zəiflik faktorları və ümumi və sahələrarası
nəticələr arasında qarşılıqlı təsiri hərtərəfli şəkildə başa düşməyə mane olan məlumatsızlıq vardır.
İnsan alveri, istehlakçının mallara və xidmətlərə görə ayrıca qiymət ödəmək istəyi ilə cinayətkar aləm
tərəfindən idarə olunan bir bazardır. İstehlakçı tərəfindən bunun insan alveri olmasının başa
düşülməməsi yaxud buna məhəl qoyulmaması, insan alverçiləri tərəfindən hədəf seçilməklə, onların
istifadə etdikləri bazarların nəticəsi ola bilər. Qanunsuz, əlçatmaz və ya qaydalara zidd ola bilən cinsi
xidmətlərə tələbat mövcuddur. Adətən, əməyin istismarı üçün tələb, belə məqamlara məhəl
qoymayan işəgötürənlərdən irəli gəlir, lakin bu, həmçinin vasitəçilərdən və ya agentlərdən yaxud
insan alveri prosesi boyu müxtəlif məqamlarda bir sıra iştirakçılarla insan alveri şəbəkəsindən irəli
gələ bilər.
44
“Çəkici faktorlara” məşğulluq imkanı, daha yüksək məvaciblər, daha yaxşı yaşayış şəraiti, pul
müavinəti, və ya daha yaxşı yaşamağa inam aid edilə bilər. Daha çox pul qazanmaq istəyi əksər
insanların mühacirətə getmək qərarında ümumi təyinedici amildir. BMqT-nin Ukraynadakı
Nümayəndəliyi tərəfindən yardım edilmiş kişi qurbanların təxminən 80 faizi öz yaşayış şəraitlərini
yaxşılaşdırmaq istəyini mühacirətə getmələrinin əsas səbəbi kimi göstərmişdir.
45
Bu işlə məşğul olan cinayətkarlar üçün əməyin istismarı məqsədilə insan alveri nəticə etibarilə bir
biznesdir. Onun artmasının səbəbi düşünülən gəlirlərin düşünülən risklərdən daha çox çəkiyə malik
olmasıdır. Effektiv cinayət ədliyyə fəaliyyəti, müxtəlif tədbirlər, o cümlədən həbs və gəlirlərin
müsadirəsi yolu ilə insan alverçiləri üçün məsrəfləri artırmaqla tələbə təsir göstərir.
İnsan alverinə qarşı səmərəli mübarizədə bir sıra problemləri vardır. İlk olaraq, bir çox hallar sadəcə
müəyyənləşdirilmir. Aydın müəyyənləşdirmə mexanizmlərinin və istiqamətləndirici materialların
olmaması, çox vaxt qurbanların həm hüquqi prosesdə yardımlar, həm də onlar üçün xidmətlər və
müdafiə baxımından, üzə çıxmaq üçün stimullaşdırıcı məqamların məhdud olması ilə mürəkkəb
xarakter alır.
46
AŞ Konvensiyasının Tələbi azaltmaq üçün tədbirlər adlı 6-cı maddəsində deyilir:
“İnsanların, xüsusilə də qadınların və uşaqların istismarının bütün formalarına şərait yaradaraq,
insan alverinə yol açan tələbi azaltmaq məqsədilə, hər bir iştirakçı tərəf qanunvericilik, inzibati, təhsil,
sosial, mədəni və digər tədbirləri görməli və gücləndirməlidir”.
2.1.1 Uşaqlar
UNİCEF, insan alverinin səbəblərinə dair ümumiləşdirməyə qarşı çıxış edərək, hər bir ölkədə yalnız
onun üçün səciyyəvi olan ayrıca faktorların və ya çoxsaylı faktor birləşmələrinin olduğunu bəyan edir.
Lakin uşaqların müdafiəsizliyini artıra bilən və onları insan alverinə qarşı həssas edən bir sıra faktorlar
vardır. Uşaqlara qarşı ayrı-seçkiliyə yol verən qanunvericilik, zəif təhsil, daha yaxşı yaşayışa canatma,
mədəni və dini faktorlar, o cümlədən, dini inamı bura aid etmək olar. Eyni zamanda, zəifliyə şərait
yaradan münaqişə və təbii fəlakətlər kimi kənar faktorlar da vardır. Uşaqlar həm də insan alverçiləri
tərəfindən buna hazırlana bilər.
44
İAQİƏQ 2014
Tələbi aradan qaldırmaqla insan alverinin qarşısının alınması.
45
ABŞ BİA 2010
Avropa və Avrasiya regionunda yaşlı kişilərin alveri, səh. 12.
46
İAQİƏQ 2014
Tələbi aradan qaldırmaqla insan alverinin qarşısının alınması.