İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
24
(a) “İnsan alveri dedikdə, güc tətbiq etmək hədəsi ilə və ya güc tətbiq etməklə və ya digər
formalarda məcburetmə, oğurlama, dələduzluq, aldatma, səlahiyyətdən və ya zəiflik
vəziyyətindən sui-istifadə yolu ilə, yaxud da digər şəxsə nəzarət edən şəxsin razılığına nail
olmaq üçün ödəniş və ya mənfəət verməklə və ya almaqla, insanların istismar məqsədilə cəlb
edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması başa düşülür. İstismar ən azı
digər şəxslərin fahişəliyinin istismarını və ya cinsi istismarın digər formalarını, məcburi əməyi və
ya xidmətləri, köləliyi, köləliyə bənzər halları və ya orqanların çıxarılmasını nəzərdə tutur”.
(b) əgər (a) yarımbəndində göstərilən təsir vasitələrindən hər hansı biri istifadə edilibdirsə, bu
maddənin (a) yarımbəndində adı çəkilən insan alveri qurbanının planlaşdırılmış istismara
razılığı nəzərə alınmır;
(c) uşağın istismar edilməsi məqsədilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi
və ya alınması, hətta bu maddənin (a) yarımbəndində göstərilən hər hansı bir təsir
vasitələrindən istifadə edilmədiyi halda belə ″insan alveri
″
hesab edilir;
(d)
″
uşaq″ dedikdə, on səkkiz yaşına çatmamış istənilən şəxs başa düşülür.
AŞ Konvensiyasında insan alverinin anlayışı aydın şəkildə həm milli, həm də transmilli xarakterli insan
alveri əməllərini əhatə edir və insan alveri mütəşəkkil cinayətkarlıqla əlaqəli ola və ya olmaya bilər.
Aİ-nin 2011/36/EU Direktivi dilənçiliyi və cinayətkar fəaliyyəti istismarın formaları kimi əhatə
etmişdir.
İnsan alverinin beynəlxalq anlayışı ilə bağlı tənqidlər olmuşdur və bildirilmişdir ki, o, mürəkkəbdir,
məna baxımından aydın deyildir və cəlbetmənin, aldatmanın, məcburetmənin və ya istismarın
ümumi anlayışları yoxdur. Bu anlayışları öz milli qanunvericiliklərində təyin etmək ayrı-ayrı
dövlətlərin öz öhdəliyinə buraxılmışdır. Lakin milli qanunvericilikdə sözbəsöz qəbul edildiyi üçün və
hüquq-mühafizə işçiləri tərəfindən (cinayət əməlinin aşkar edilməsi və ya qarşısının alınması zamanı
anlayışın bu cür mürəkkəbliyi problemlər yaradır) aşkar edilməli və ya qarşısı alınmalı olan cinayətin
əməli anlayışı kimi onlara ötürüldüyü hallarda, anlayışın bu cür mürəkkəbliyi problemlər yaratmışdır.
52
BMT-nin İnsan Alverinə dair Protokolunun 5-ci maddəsində deyilir:
“1. Hər bir iştirakçı
-
dövlət bu Protokolun 3-cü maddəsində göstərilən əməlləri, onlar qəsdən
törədildikdə, cinayət qanunu ilə cəzalandırılan əməl kimi tanımaq üçün zəruri qanunverici
və digər tədbirlər görür”.
BMT-nin İnsan Alverinə dair Protokoluna qoşulan bütün dövlətlər, 5-ci maddəyə əsasən, insan
alverini ya bir cinayət əməli kimi, ya da ən azı bu anlayış altına düşən bütöv davranışı əhatə edən
cinayət əməllərinin birləşməsi kimi cinayət qanuna daxil etməlidirlər.
53
Bütün dövlətlərin insan
alverinə qarşı hərtərəfli tədbirlərin görülməsini təmin edən milli qanunvericilik çərçivəsinin işlənib
hazırlanması vacibdir. AŞ Konvensiyasının 18-ci maddəsində bu bir daha qeyd olunur və deyilir ki,
“hər bir iştirakçı-dövlət, Konvensiyanın 4-cü maddəsində nəzərdə tutulan davranış qəsdən törədildiyi
təqdirdə, onun cinayət əməlləri kimi müəyyənləşdirilməsi üçün zəruri ola bilən qanunvericiliyi qəbul
etməlidir”.
52
Dottric, M. 2007
Paralel zərər. Dünyada insan alveri əleyhinə tədbirlərin insan hüquqlarına təsiri. səh. 4
53
UNODC 2004
UNTOC və onun Protokollarının tətbiqi üçün qanunvericiliklə bağlı tövsiyələr səh.267.