Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə8/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
16
 
prosessual vəzifə qoyur (69-cu paraqraf). Həmin vaxt Birləşmiş Krallıqda qüvvədə olan qanunvericilik 
müddəaları Konvensiyanın 4-cü maddəsinin tətbiq dairəsinə düşən rəftar əleyhinə praktiki və effektiv 
müdafiəni təmin etmək kifayət qədər olmamışdır. 
Məhkəmə qeyd etmişdir ki, ev köləliyi insan alverindən və istismardan fərqlənən ayrıca bir əməldir. 
Burada  açıq  və  nəzərə  çarpmayan  məcburetmə  formalarından  istifadə  olunaraq,  itaətə  məcbur 
etmək  üçün  mürəkkəb  dinamika  olur.  Buna  görə  də  belə  davranışlardan  şikayətlərin  tam  şəkildə 
araşdırılması  şəxsin  digər  bir  şəxsin  nəzarəti  altına  düşə  biləcəyi  nəzərə  çarpmayan  bir  çox  yolların 
başa düşülməsini tələb edir.  
 
1.5 “Yumşaq hüquq” 
Beynəlxalq  hüquq  çərçivəsində  yumşaq  hüquq  dedikdə  mahiyyətcə  ciddi  məcburi  xarakterə  malik 
olmayan,  lakin  hüquqi  baxımdan  tam  şəkildə  əhəmiyyətsiz  hesab  edilməyən  normalar  anlaşılır. 
Bunlar tövsiyələr, siyasi bəyannamələr və ya davranış standartlarını müəyyənləşdirən, lakin birbaşa 
tətbiq edilməyən davranış məcəllələridir.
 35
 
Yumşaq hüquq sənədləri yeni yaranan adət normaları ilə bağlı rəy, hüquq təcrübəsi və hətta dövlət 
təcrübəsini  təmin  etməklə  yeni  hüquq  normalarının  və  standartların  işlənib  hazırlanmasına  kömək 
edə  bilər.
 36
 Müqavilə  orqanları  və  xüsusi  prosedurlar  və  insan  alverinə  məruz  qalan  şəxslərin 
repatriasiyası və reinteqrasiyası kimi məsələlərlə bağlı ölkələr arasında qeyri-müqavilə sazişləri kimi 
beynəlxalq insan hüquqları mexanizmlərinin qətnamələri və hesabatları da yumşaq hüquqa aiddir.  
Yumşaq hüquq sənədlərinin bəzi nümunələri. 
İnsan  hüquqları  və  insan  alveri  ilə  mübarizə  üzrə  tövsiyə  olunan  prinsiplər  və  rəhbər  müddəalar 
(İnsan alveri ilə mübarizə üzrə prinsiplər və rəhbər müddəalar), 2002-ci il. 
Beynəlxalq  insan  hüquqları  hüququnun  ümumi  pozuntularının  və  beynəlxalq  humanitar  hüququn 
ciddi  pozuntularının  qurbanları  üçün  bərpa  və  təzminat  hüququna  dair  əsas  prinsiplər  və  rəhbər 
müddəalar (Bərpa hüququna dair əsas prinsiplər və rəhbər müddəalar).  
UNİCEF  İnsan  alverinin  uşaq  qurbanlarının  müdafiəsi  üzrə  rəhbər  müddəalar
ı
  (UNİCEF-in  Rəhbər 
Müddəaları).  
İnsan  alverinin  qarşısının  alınması  və  onunla  mübarizəyə  dair  Brüssel  Bəyannaməsi  (Brüssel 
Bəyannaməsi). 
ATƏT-in İnsan alveri ilə mübarizə üzrə Fəaliyyət Planı (ATƏT-in Fəaliyyət Planı). 
İnsan alveri ilə mübarizə və onun qarşısının alınması üçün qabaqcıl təcrübələrə, standartlara və 
prosedurlara dair Aİ Planı (Qabaqcıl Təcrübələrə dair Aİ Planı). 
 
Yumşaq hüquq mənbələri birbaşa şəkildə dövlətlərin üzərinə öhdəliklər qoymasa da və şəxslərə və ya 
qruplara  hüquqlar  verməsə  də,  onlar  ayrı-ayrı  hüquqi  meyllərin  müəyyənləşdirilməsinə  yardım 
etməklə  və  insan  alverinin  hər  hansı  bir  xüsusi  aspekti  ilə  bağlı  beynəlxalq  adət  hüququnun  inkişaf 
etdirilməsinə  kömək  etməklə  beynəlxalq  hüquqi  çərçivənin  bir  hissəsini  təşkil  edə  bilər.  Yumşaq, 
                                                            
35
http://definitions.uslegal.com/s/soft-law/.  
36
 Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı 2010-cu il  İnsan hüquqları və insan alveri 
ilə mübarizə üzrə tövsiyə olunan prinsiplər və rəhbər müddəalar, səh. 25  


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
17
 
müqavilə-əsaslı  normaların  müəyyənləşdirilməsi,  ən  azı  insan  alveri  ilə  mübarizə  sahəsində,  kifayət 
qədər irəli doğru bir prosesdir. Əksər hallarda, belə normalar heç də tam şəkildə hüquqi mahiyyətsiz 
deyillər  və  ümumiyyətlə,  tələb  olunan  davranışı  obyektiv  şəkildə  müəyyənləşdirmək  mümkün 
olacaqdır.  Mühüm  sənədlər  və  UNTOC  olduğu  halda,  belə  təyinat  hazırlıq  sənədlərinin, 
qanunvericilikdə  bələdçilik  və  şərhlərdən  ibarət  olan  təfsir  materiallarının  geniş  tərkib  hissəsini 
nəzərdə tuta bilər.
37
 
 
1.6 Uşaqlar 
Uşaqlar  cəmiyyətdə  ən  müdafiəsiz  olanlar  sırasındadır  və  insan  alverinin  potensial  qurbanı  kimi 
müəyyənləşdirilmiş  hər  bir  uşaq  müdafiə  ilə  təmin  edilməlidir.  “Müdafiəsizliyin”  qəbul  edilmiş 
anlayışı  olmasa  da,  mövcud  qanunvericilik  və  siyasət  çərçivəsi,  habelə  müvafiq  ədəbiyyat  uşaqları 
qurbana çevrilməkdə ən müdafiəsiz qruplardan biri kimi müəyyən edir. Vurğulanmalıdır ki, uşaqların 
müdafiəsizliyi sabit bir anlayış deyildir, belə ki, o, insan alverinin qurbanına çevrilməyə təsir göstərə 
biləcək faktorlara görə dəyişir. 
Müxtəlif  zəiflik  faktorları  arasında  qarşılıqlı  təsiri  və  birgə  və  sahələrarası  təsirləri  hərtərəfli  şəkildə 
anlamağa mane olan məlumatsızlıq uşaqları cəmiyyətimizdə ən müdafiəsiz vəziyyətdə qoyur. İnsan 
alveri  halları  ilə  mübarizə  üzrə  beynəlxalq  hüquqi  və  siyasət  çərçivəsində  uşaqlar  məxsusi  olaraq 
insan alverinə qarşı müdafiəsiz qrup kimi müəyyənləşdirilmişdir.  
Uşaqlarla bağlı beynəlxalq hüquqi sənədlər 
Uşaqların  müdafiəsi  üzrə  beynəlxalq  hüquqi  çərçivədə,  o  cümlədən  insan  alverinə  dair  sənədlərdə 
uşağın ən əsas maraqları prinsipi birlavasitə və ya bilvasitə önəmli yer tutur (bax, 5-ci Əlavə).
 
 
BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsində deyilir:   
“Dövlət  və  ya  özəl  sosial  təminat  institutları,  məhkəmələr,  inzibati  orqanlar  və  ya  qanunvericilik 
orqanları  tərəfindən  həyata  keçirilməsindən  asılı  olmayaraq  uşaqlarla  bağlı  bütün  fəaliyyətlərdə 
uşağın əsas maraqları nəzərə alınmalı başlıca məqamdır 
BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasında aşağıdakı əsas prinsiplər rəhbər tutulur
:
 
2-ci maddə - Ayrı-seçkiliyin yolverilməzliyi;  
6-cı maddə - Yaşamaq hüququ;  
9-cu və 10-cu maddələrdə  ailənin yenidən birləşməsi nəzərdə tutulur
12-ci maddə - Uşağı dinləmə (uşağın eşidilmək hüququ);  
 
BMT Konvensiyasına Fakültativ Protokol – “Uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyasına dair 
Fakültativ  Protokol”  ayrıca  olaraq  diqqəti  uşaqların  hüquqlarının  ciddi  şəkildə  pozulması  hallarının 
cinayət  əməli  kimi  təsbit  edilməsinə  yönəldir.
 38
 “İnsan  alveri”  ifadəsi  yalnız  Protokolun  preambula 
hissəsində qeyd olunur, lakin Protokolun 3-cü maddəsində deyilir: 
                                                            
37
 Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı 2010 İnsan hüquqları və insan alveri ilə 
mübarizə üzrə tövsiyə olunan prinsiplər və rəhbər müddəalar, səh. 28 
38
 BƏT 2012 Öhdəlikdən fəaliyyətə qədər uşaq əməyinin qarşısını alma, səh.4. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə