Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə7/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
14
 
sahələrində  köləliyin,  kölə  ticarərinin  və  kölə  vəziyyətində  olmanın  yaxud  icbari  və  ya  məcburi 
əməyin müəyyən edilən ənənəvi və bəzən açıq-aydın fərqli anlayışlarından” daha geniş ola bilər”.
 26
  
Van der Mussele Belçikaya qarşı
27
 
Belçikalı vəkil belə iddia etmişdir ki, onun təliminin bir hissəsi kimi qarşılığı ödənilmədən ictimai rifah 
naminə xidmət İHAK-ın 4-cü maddəsinin pozulmasıdır.Məhkəmə iddianı rədd etmişdir, lakin məcburi 
əməklə bağlı pozuntunun hər bir ünsürünü təhlil etmişdir. 
Məhkəmə  BƏT-in  məcburi  əməyi  “hər  hansı  bir  cəza  təhdidi  altında  hər  hansı  bir  şəxsdən  tələb 
edilən  və  şəxsin  bunu  könüllü  olaraq  təklif  etmədiyi  bütün  işlər  və  ya  xidmətlər“  kimi  təyin  edən 
“İcbari  və  ya  məcburi  əmək  haqqında“  29  nömrəli  Konvensiyasındakı  anlayışı  əsas  götürmüşdür. 
Məhkəmə  belə  bir  qənaətə  gəlmişdir  ki,  bu  anlayış  İHAK-ın  4-cü  maddəsinin  təfsiri  üçün  başlanğıc 
nöqtəsidir. 
Faktiki razılığa baxmayaraq, icbari və ya məcburi əmək qarşıya qoyulan məqsəd və bu məqsədə nail 
olmaq  üçün  işçinin  öz  üzərinə  götürdüyü  öhdəliklər  arasında  nəzərə  çarpan  və  hədsiz  tarazsızlıq 
olduğu halda mövcud ola bilər. Bu anlayış borc asılılığının anlayışını əks etdirir və məhkəmələr buna 
işin ümumi şərtlərinə faktiki subyektiv razılıqdan kənar baxmalıdırlar.
 28
  
Siliadin Fransaya qarşı
29
   
Ərizəçi  əməyin  istismarı  məqsədilə  aldadılaraq  Toqodan  Fransaya  gətirilmiş  on  beş  yaşlı  qız 
olmuşdur.  Bu,  AİHM-in  AŞ  Konvensiyası  əsasında  və  İHAK-ın  4-cü  maddəsi  ilə  bağlı  ümumiyyətlə 
insan alverinə dair  ilk qərarı olmuşdur. Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, həmin vaxt yetkinlik 
yaşına çatmamış şəxs olan ərizəçi məcburi əməyə məruz qalmış və AŞ Konvensiyasının 4-cü maddəsi 
baxımından kölə vəziyyətində saxlanılmışdır.  
Məhkəmə birmənalı şəkildə bildirmişdir ki, “bu müddəadan [4-cü maddə] mütləq şəkildə irəli gəlir ki, 
dövlətlər,  məsələn  İHAK-ın  3-cü  maddəsində  olduğu  kimi  eyni  şəkildə,  4-cü  maddədə  qeyd  olunan 
əməlləri sanksiyalaşdıran cinayət qanununun müddəalarını qəbul etmək və onları tətbiq etmək kimi 
müsbət öhdəliklər daşıyırlar”. 
Rantsev Kiprə və Rusiyaya qarşı
30
 
Bu iş artist vizası (qadınları gecə klublarında məcburi fahişəliyə cəlbetmə məqsədilə ölkəyə gətirmək 
üçün insan alverçiləri tərəfindən istifadə edildiyi geniş şəkildə bəllidir) ilə Kipr ərazisinə daxil olmuş 
Rusiya  vətəndaşı  xanım  Rantseva  ilə  bağlıdır.  O,  işlədiyi  gecə  klubundan  qaçmış,  lakin  onu  “işə 
götürənlər”  onu  tapmışlar  və  viza  müddətini  pozduğuna  görə  ölkədən  çıxarılması  məqsədilə,  onu 
polis  məntəqəsinə  gətirmişlər.  Bir  neçə  saat  polis  məntəqəsində  olduqdan
 
sonra,  onu  ölkədən 
çıxarmaq niyyətində olmayan polis insan alverçisi olmaları ehtimal edilən həmin şəxslərin gəlib onu 
aparmaları  üçün  onlarla  əlaqə  saxlamışdır.  Bir  neçə  saat  sonra  xanım  Rantseva  həmin  şəxslərdən 
birinin yaşadığı binanın kənarında səkinin üzərində qətlə yetirilmiş vəziyyətdə aşkar olunmuşdur.  
                                                            
26
 Dru, S. 2009 İnsan alveri – insan hüquqları  səh.36.  
27
 İHAK Müraciət no. 8919/90. 
28
 Dru, S. 2009 İnsan alveri – insan hüquqları  səh.151.  
29
  İHAK Müraciət no. 73316/01 
30
 Müraciət No. 25965/04. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
15
 
Ərizəçi  (xanım  Rantsevanın  atası),  əsasən,  insan  alveri  ehtimallarının  və  onun  qızının  qətlinin 
araşdırılmaması  və  Kiprin  hakimiyyət  orqanlarının  onun  qızını  müdafiə  etməməsi  barədə  şikayət 
etmişdir.
31
 
Məhkəmə yekdilliklə müəyyən etmişdir ki, insan alveri İHAK-da aydın şəkildə təsbit olunmasa da, o, 
4-cü maddənin (köləliyin, kölə vəziyyətində saxlamanın və məcburi əməyin qadağan olunması) tətbiq 
dairəsinə  düşür.  Məhkəmə,  həmçinin,  insan  alveri  məsələsini  tam  şəkildə  daha  çox  diqqətlə 
nəzərdən keçirmiş və bununla bağlı dövlətlərin öhdəliklərinə aydınlıq gətirmişdir. 
Bu  qərarda  Məhkəmə,  2-ci  maddənin  pozuntusunu,  effektiv  araşdırma  aparmaqla  bağlı  prosessual 
öhdəliyin  Kipr  tərəfindən  pozulduğunu;  üç  baxımdan  4-cü  maddənin;    müvafiq  qanunvericilik  və 
inzibati  çərçivəni  qəbul  etməklə  bağlı  prosessual  öhdəliyin  Kipr  tərəfindən  pozulduğunu;  müdafiə 
tədbirlərinin  görülməsi  ilə  bağlı  pozitiv
 
öhdəliyin  Kipr  tərəfindən  pozulduğunu;  insan  alveri  faktını 
araşdırmaqla bağlı prosessual öhdəliyin Kipr və Rusiya tərəfindən pozulduğunu; və 5(1)-ci maddənin, 
ehtimal  edilən  insan  alverçilərinin  onu  aparmaq  üçün  gələnədək  xanım  Rantsevanın  polis 
məntəqəsində  saxlanmasından  və  sonra  isə  qətlə  yetirilənədək  mənzildə  saxlanılmasından  irəli 
gələrək Kipr tərəfindən pozuntunu aşkar etmişdir.  
Bu, istismar məqsədləri üçün harasa aparılmış, lakin köləlik, kölə vəziyyətinə düşmə və ya icbari və ya 
məcburi  əməyə  cəlb  olunma  kimi  kateqoriyalaşdırıla  bilən  faktiki  istismara  məruz  qalanadək  insan 
alverçilərindən  qaçmış  şəxslər  üçün  çox  vacib  bir  işdir.  İnsan  alverinin  özünün  İHAK-ın  4-cü 
maddəsinin  tətbiq  dairəsinə  düşdüyünü  müəyyənləşdirərək,  Məhkəmə  4-cü  maddəyə  əsasən, 
dövlətlərin  insan  alveri  qurbanları  üçün  və  potensial  qurbanlar  üçün  lazımi  müdafiə  tədbirlərinə 
malik olmaq öhdəliyini xüsusi olaraq vurğulayır.
32
 
Məhkəmə Rantsevin işi ilə bağlı müəyyən etmişdir ki, AŞ-yə üzv-dövlətlər insan alverinin 
qurbanlarına münasibətdə üç öhdəliyə malikdirlər:
33
 
  İnsan alverçilərini cəzalandırmaq üçün nəzərdə tutulan qanunvericilik və inzibati çərçivəyə 
malik olmaq;  
  İnsan alverinin qurbanı olmuş yaxud belə bir risk altında olan şəxsləri müdafiə etmək; və  
  İnsan alveri əməllərini araşdırmaq və mümkün olduqda, insan alverçilərini təqib etmək.  
 
C.N. Birləşmiş Krallığa qarşı 
34
 
Bu iş ev köləsi kimi saxlanmış qadın haqqındadır və bu, köləliyə, məcburi əməyə və kölə vəziyyətində 
saxlanılma  hallarına qoyulan qadağanın pozulmasının  Məhkəmə  tərəfindən aşkar edildiyi dördüncü 
qərardır (maddə 4, İHAK). Ərizəçi Uqandadan olmuşdur və o, cinsi və fiziki zorakılıqdan qaçmaq üçün 
Birləşmiş  Krallığa  gəlmişdir.  Onun  qohumu  ona  Birləşmiş  Krallığa  gəlməyə  kömək  etmişdir,  lakin 
orada onun pasportunu və yol sənədlərini əlindən almışdır. Müraciət edən şəxs ayda yalnız bir gün 
boş  vaxt  verilməklə  gündüz  və  gecə  çağırışla  yaşlı  cütlük  üçün  işləmişdir.  Onun  məvacibləri  onları 
saxlayan qohumuna ödənilmiş və ərizəçiyə onun məvaciblərinin yalnız kiçik bir hissəsi verilmişdir. 
Məhkəmə  belə  bir  rəy  vermişdir  ki,  İHAK-ın  4-cü  maddəsi  dövlətlərin  üzərinə  “bu  maddə  ilə  şəxsə 
verilən  hüquqların  pozulmasına  dair  əsaslı  şübhələr  olduğu  halda”  araşdırma  aparmaq  kimi 
                                                            
31
 https://ec.europa.eu/anti-trafficking/legislation-and-case-law-case-law/rantsev-v-cyprus-and-russia-
application-no-2596504_en 
32
 Şodari, S.Veiss, A.2011 Birləşmiş Krallıqda insan alverinin qurbanları üçün İHAK və Aİ müdafiəsi, Şandron, P. 
Birləşmiş Krallıqda İnsan alveri və müasir köləliyi  şərh edən insan alveri ilə bağlı əyani vəsait, səh.233.  
33
 Eyni mənbə. səh.234.  
34
 Müraciət no. 4239.08. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə