Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə6/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
12
 
hüquqlarını  pozduğunu  və  onlara  qəsd  etdiyini  bəyan  etmişlər.
 
İnsan  alveri  ilə  bağlı  qanunvericilik 
tətbiq  edilərkən  insan  hüquqları  və  məcburi  əməyə  dair  qəbul  edilmiş  beynəlxalq  konvensiyalar 
nəzərə alınmalıdır. 
BƏT  beynəlxalq  əmək  standartlarını  işləyib  hazırlamaq  və  onların  ratifikasiyasını  və  icrasını  təşviq 
etmək  mandatına  malikdir.
14
 Avropa  İnsan  Hüquqları  Məhkəməsi  (AİHM)  Avropa  Konvensiyalarının 
layihələrini  hazırlayanlar  tərəfindən    BƏT-in    Məcburi  Əmək  haqqında  Konvensiyasına  istinad 
edildiyini nəzərə alaraq, BƏT-in sənədini rəhbər sənəd kimi istifadə etmişdir.
15
 Eynilə Mülki və Siyasi 
Hüquqlar haqqında Paktın icrasına nəzarət edən müqavilə orqanı kimi Birləşmiş Millətlər Təşkilatının 
İnsan Hüquqları Komitəsi icbari və məcburi əmək ifadələrinin mənalarının aydınlaşdırılmasında BƏT-
in müəyyən etdiyi anlayışların uyğun olduğunu qeyd etmişdir.
16
 Azərbaycan Respublikası bir sıra BƏT 
Konvensiyalarını imzalamışdır və onlara qoşulmuşdur.
17
   
 
1.2 Avropa qanunvericiliyi  
Avropa  Şurasının  (AŞ)  başlıca  hüquqi  sənədi  AİHM  tərəfindən  nəzarət  olunan  İnsan  Hüquqları 
haqqında  Avropa  Konvensiyasıdır  (İHAK).
 18
 Avropa  Şurasına  üzv-dövlətlər  İHAK  və  onun  AİHM 
tərəfindən təfsirləri üzrə öhdəlik daşıyırlar.
19
 
   
AŞ  Konvensiyasında  insan  alverinin  qurbanlarının  müdafiəsi  və  insan  alverçilərinin  təqibinə 
yardımetmə  kimi  məqsəd  üçün  üzv-dövlətlərin  cinayət  qanunvericiliyinin  uyğunlaşdırılmasına  dair 
müddəalar  vardır.  Hakimiyyət  orqanları,  qurban  tərəfindən  şikayətin  verilmə  zərurəti  olmadan, 
Konvensiyada  müəyyənləşdirilən  əməlləri  təqib  edə  bilərlər.  Həmçinin  dövlətin  vətəndaşı  cinayəti 
xarici  ölkədə  törətdiyi  təqdirdə,  bu  davranış  əməlin  baş  verdiyi  ölkənin  qanunvericiliyinə  əsasən 
cinayət  hesab  edildikdə  yaxud  ölkənin  ərazi  yurisdiksiyasından  kənarda  əməl  törədildikdə  də 
təqibetmə öhdəliyi mövcuddur.
20
 
 
1.3 Məhkəmələr 
Beynəlxalq  məhkəmələrin  qərarları  onların  yurisdiksiyası  altında  olan  dövlətlər  üçün  məcburi 
qüvvəyə  malik  ola  bilər.  Dövlət  beynəlxalq  əməkdaşlığa  güvənə  bilər,  bunun  olmaması  cinayət 
təqibinə  və  ya  qurbanın  müdafiəsinə  mənfi  təsir  göstərə  bilər.  Belə  hallarda  o,  beynəlxalq 
əməkdaşlığın  səviyyəsini  saxlamaq  üçün  bərpa  məqsədilə  beynəlxalq  məhkəmələrə  müraciət  edə 
bilər. 
Beynəlxalq Ədalət Məhkəməsi   
Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Birləşmiş Millətlər Təşkilatının (BMT) əsas məhkəmə orqanıdır. 
O, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi ilə 1945-ci ilin iyun ayında təsis olunmuş və 1946-cı 
ilin aprel ayında işə başlamışdır.  Məhkəmənin rolu dövlətlər tərəfindən ona təqdim olunmuş hüquqi 
mübahisələri beynəlxalq hüquqa uyğun həll etməkdən və Birləşmiş Millətlər Təşkilatının orqanları və 
                                                            
14
BƏT 2009 Məcburi əmək və insan alveri. Məhkəmə qərarlarının qeydiyyat kitabı. səh. 1 
15
 Van der Mussele Belçikaya qarşı, Müraciət No. 8919/80, para. 32. 
16
 BƏT 2009 Məcburi əmək və insan alveri. Məhkəmə qərarlarının qeydiyyat kitabı. səh. 9  
17
 Bax, 2-ci Əlavə. 
18
 https://www.echr.coe.int/Documents/Convention_ENG.pdf 
19
 Azərbaycan Respublikası AŞ-nin üzvüdür
 
 
20
 Parlament  üzvləri  üçün  məlumat  kitabı.  Avropa  Şurasının  İnsan  Alverinə  qarşı  Mübarizə  haqqında 
Konvensiyası. https://www.coe.int/trafficking. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
13
 
ixtisaslaşdırılmış  agentlikləri  tərəfindən  ona  ünvanlanan  hüquqi  məsələlərə  dair  məşvərətçi  rəy 
verməkdən ibarətdir.
21
 
Hər hansı bir dövlət Cinayət İşlərində Qarşılıqlı Yardım haqqında Konvensiyanı pozaraq “beynəlxalq” 
istintaq tapşırığını icra etməkdən imtina etdiyi halda qarşılıqlı hüquqi yardımın icrasını təmin etmək 
üçün BƏM-dən onun fəaliyyətindən istifadə olunmuşdur.
22
 
Avropa İnsan Hüquqları Məhkəməsi  
AİHM  1959-cu  ildə  İnsan  Hüquqları  haqqında  Avropa  Konvensiyası  ilə  təsis  edilmişdir.  O,  İHAK-da 
təsbit  edilmiş  mülki  və  siyasi  hüquqların  pozulmasını  iddia  edən  fərd  və  ya  dövlətin  müraciətlərinə 
baxaraq  qərar  verir.  İHAK  AŞ  çərçivəsində  qəbul  olunur.  Azərbaycan  Respublikası  üzv-dövlət  kimi 
Konvensiyanın iştirakçısıdır.  
Milli  məhkəmələr  İHAK-ın  bütün  maddələri  ilə  bağlı  meydana  çıxan  hər  hansı  bir  məsələni 
müəyyənləşdirərkən  AİHM-in  qərarını  və  ya  bəyanatını  yaxud  məşvərətçi  rəyini  nəzərə  almalıdır. 
Pozuntuların aşkar olunmasına dair qərarlar müvafiq dövlətlər üçün məcburi xarakter daşıyır və onlar 
bu qərarları məcburi şəkildə icra etməlidirlər. AŞ-nin Nazirlər Komitəsi, xüsusən də Məhkəmənin ona 
müraciət edənlərə onların məruz qaldıqları zərərə görə kompensasiyanın ödənilməsində təyin etdiyi 
məbləğlərin ödənişini təmin etmək üçün  qərarların icrasına nəzarət edir.
23
 
2001-ci  ildə  Azərbaycan  Avropa  Şurasına  üzv  qəbul  edilən  43-cü  ölkə  olmuşdur.  2002-ci  ilin  aprel 
ayından  bəri  Azərbaycan  İnsan  Hüquqları  və  Əsas  Azadlıqların  Qorunması  haqqında  Konvensiyaya, 
onun on əlavə Protokoluna qoşulmuşdur. 
 
1.4 Hüquq sistemləri 
Müxtəlif ölkələrdə hüquq sistemlərinə nümunələr aşağıda verilmişdir.  
Prokuror Kunaraça, Kovaça və Vukoviçə qarşı
24
 
1992-ci  ilin  aprel  ayından  1993-cü  ilin  fevral  ayınadək  Serbiyanın  Foka  rayonu  silahlı  münaqişə 
məkanı  olmuşdur.  Bu  silahlı  münaqişənin  birbaşa  fəsadı  olmaqla,  qeyri-serb  mənşəli  mülki  əhali, 
müsəlman  əsilli  mülki  əhali  və  xüsusilə  də  qadınlar  qətlə  yetirilirdi,  zorlanırdı  və  onlarla  digər 
formada pis davranılırdı. 22 fevral 2001-ci il tarixdə K, K və V köləyə çevirmə, zorlama və işgəncə kimi 
əməllərə  görə  insanlıq  əleyhinə  cinayətlərdə,  habelə  zorlama  və  işgəncə  kimi  əməllərə  görə 
müharibə  qanunlarının  və  qaydalarının  pozulmasında  Məhkəmə  Palatası  tərəfindən  təqsirli 
bilinmişlər.
25
  
Keçmiş  Yuqoslaviya  üzrə  Beynəlxalq  Cinayət  Məhkəməsi  belə  bir  nəticəyə  gəlmişdir  ki,  ənənəvi 
“köləlik”  anlayışı  mülkiyyət  hüququna  aid  olan  səlahiyyətlərdən  hər  hansı  birinin  və  ya  hamısının 
həyata keçirilməsinə əsaslanmaqla köləliyin müxtəlif müasir formalarını əhatə etmək üçün tədricən 
dəyişikliyə  məruz  qalmışdır.  Onlar  müşahidə  etmişlər  ki,  bu  anlayış,  “beynəlxalq  hüququn  digər 
                                                            
21
 https://www.icj-cij.org/court. 
22
 Cibuti Fransaya qarşı. 
23
 https://www.echr.coe.int/. 
24
 İş No IT-96-23 (22 fevral 2001-ci il) və IT-96-23/1-T(12 iyun 2002-ci il) (Apellyasiya palatası) 
25
 
https://www.icty.org>Press>>Pre-2008
 arxiv. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə