Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə4/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
8
 
ABREVIATURALAR 
ABŞ 
Amerika Birləşmiş Ştatları 
Aİ 
Avropa İttifaqı 
AİHM 
Avropa İnsan Hüquqları Məhkəməsi 
AŞ  
Avropa Şurası 
ASEAN 
Cənub-Şərqi Asiya Ölkələri Birliyi 
ATƏT 
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı 
BƏƏ 
Birləşmiş Ərəb Əmirlikləri 
BƏT 
Beynəlxalq Əmək Təşkilatı 
BMqT 
Beynəlxalq Miqrasiya Təşkilatı 
BMT 
Birləşmiş Millətlər Təşkilatı 
DTİHO 
Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisi 
GRETA 
İnsan Alverinə qarşı Mübarizə üzrə Ekspertlər Qrupu 
BƏM 
Beynəlxalq Ədalət Məhkəməsi 
KYBM 
Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Məhkəmə 
İHAK 
İnsan Hüquqları haqqında Avropa Konvensiyası 
MDB 
Müstəqil Dövlətlər Birliyi 
MFP 
Milli Fəaliyyət Planı 
MİM 
Milli İstiqamətləndirmə Mexanizmi 
QHT 
Qeyri-hökumət təşkilatı 
QHY 
Qarşılıqlı hüquqi yardım 
UNICEF 
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu 
UNODC 
Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi 
UNTOC 
Birləşmiş Millətlər Təşkilatının Transmilli Mütəşəkkil Cinayətkarlıq əleyhinə 
Konvensiyası 
 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
9
 
GİRİŞ 
 
İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin - ağır formalarından biridir. O, bir-birilə 
qarşılıqlı  əlaqəli  olan  iqtisadi,  sosial,  mədəni,  siyasi  və  şəxsi  amillərin  doğurduğu  mürəkkəb  bir 
hadisədir.  Bunlar,  ilk  növbədə,  yoxsulluğa  qarşı  zəiflik,  demokratik  mədəniyyətlərin  olmaması, 
gender  bərabərsizliyi  və  qadınlara  qarşı  zorakılıq,  münaqişə  və  münaqişədən  sonrakı  vəziyyətlər, 
sosial  inteqrasiyanın  olmaması,  imkanların,    məşğulluğun,    təhsilə  çıxış  imkanının  olmaması,  uşaq 
əməyi və ayrı-seçkilikdən irəli gəlir. 
Bu  əmələ  güctətbiqetmə,  məcburetmə,  oğurluq,  dələduzluq,  aldatma,  səlahiyyətdən  və  ya 
müdafiəsiz  vəziyyətdən  sui-istifadəetmə  yolu  ilə,  şəxslərin  istismar  məqsədilə  cəlb  edilməsi, 
daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması aiddir. İnsan alverinə məruz qalanlar fahişəlik, 
məcburi əmək, orqanların çıxarılması üçün istismar edilir, yaxud insan alverinin meydana çıxan digər 
formalarına,  o  cümlədən  mütəşəkkil  şəkildə  dilənçilik,  müavinətlərlə  dələduzluq,  ev  köləliyi  və 
məcburi nikah kimi hallara cəlb olunurlar.  
İnsan  alveri  dünyada  bütün  ölkələrdə  baş  verə  bilən  cinayətdir.  O,  həm  milli,  həm  də  transmilli 
xarakter daşıyır. 2010-cu və 2012-ci illər arasında dünyanın 124 ölkəsində vətəndaşlıga məxsus 152 
müxtəlif    qurbanlar  müəyyənləşdirilmişdir
1
.  İnsan  alveri,  eyni  zamanda,  fərdi  səviyyədə  təsirə 
malikdir  və  qurbanların  sağlamlığına  və  rifahına  təsir  göstərə  bilər.  O,  korrupsiyaya  səbəb  olur, 
qanunun aliliyini zəiflədir və milli təhlükəsizliyi təhlükə altına alır.  
Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən, dünyada insan alverindən gələn gəlir təxminən 32 
milyard ABŞ dolları təşkil edir. İnsan alverinin nisbətən aşağı riskləri və böyük gəlirlər, cinayətkarları 
digər,  daha  riskli  cinayətkar  əməllərə  deyıl,  məhz  İnsan  alverinə  meylləndirir.
2
 Birləşmiş  Millətlər 
Təşkilatının  Narkotiklər  və  Cinayətkarlıqla  Mübarizə  İdarəsi  (UNODC)  bildirir  ki,  2010-cu  ildə 
Avropada istənilən bir vaxt 140.000-dən çox qurban insan alveri hallarının tələsində olmuşdur. Hər il 
70.000-ə  qədər  istismara  məruz  qalan  əlavə  qurbanlarla  qurbanların  ümumi  sayında  azalma 
müşahidə olunmur. 2012-ci ildə Beynəlxalq Əmək Təşkilatının (BƏT)
3
 hesablamasına görə “dünyada 
20.9  milyon  insan  məcburi  əməyin  qurbanı  olmuş,  məcburetmə  və  ya  aldanılma  hallarına  məruz 
qaldıqları  və  ya  tərk  edə  bilmədikləri  iş  tələsinə  düşmüşdür.  Bunlardan  18.7  milyon  insan  (90  faiz) 
özəl  iqtisadiyyatda  istismara  məruz  qalmışdır.  Ümumilikdə  4.5  milyon  insan  (22  faiz)  məcburi  cinsi 
istismarın qurbanı olmuş və 14.2 milyon insan isə (68 faiz) kənd təsərrüfatı, tikinti, məişət işləri (ev 
qulluğu) və ya istehsal kimi iqtisadi sahələrdə əməyin istismarının qurbanı olmuşdur”.  
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) hesablamasına görə hər il 1.2 milyon uşaq 
uşaq alverinin qurbanı olur. Aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər 
üç  qurbandan  biri  uşaqdır.  İnsan  alverinin  qurbanı  olan  hər  üç  uşaqdan  ikisi  qızlardır.
4
 BƏT-in 
hesablamasına görə məcburi əməyə məruz qalanların 40 -50 faizi 18 yaşınadək olanlardır.  
İnsan alverinə məruz qalanların insan hüquqları
,
 insan alverinin qarşısını almaq və onunla mübarizə 
aparmaq və qurbanları müdafiə etmək, onlara yardım göstərmək və onların hüquqlarını bərpa etmək 
üçün  göstərilən  bütün  səylərin  önündə  durmalıdır.  Qurbanı  insan  alverinə  qarşı  həyata  keçirilən 
tədbirlərin önünə çəkmə, hər bir mərhələdə, insan alverinə məruz qalan və ya insan alveri hallarına 
qarşı müdafiəsiz olan şəxslərə qanunun, siyasətin, təcrübənin və ya tədbirin göstərə biləcəyi təsirin 
                                                            
1
 BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi 2014-cü il: İnsan alverinə dair qlobal hesabat, səh.7. 
2
 
https://www.unodc.org/unodc/en/human-trafficking/faqs.html.
 
3
 
http://www.ilo.org/global/topics/forced-labour/lang--en/index.htm
 
4
 BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi 2014-cü il: İnsan alverinə dair qlobal hesabat, səh.11. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə