Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə14/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
28
 
(ii)  insanı  onun  hər  hansı  bir  hərəkəti  etməməsinin  hər  hansı  bir  şəxsə  ciddi  zərər  vurmaqla 
nəticələnəcəyinə  və  ona  fiziki  məhdudiyyətin  qoyulmasına  gətirib  çıxaracağına  inandırmaq  üçün 
nəzərdə tutulan hər hansı bir hiylə, plan və ya model
 (iii) Şəxsin hüquqi statusu ilə bağlı sui-istifadə və ya hər hansı bir hədələmə halı;  
(iv) Psixoloji təsir; 
https://www.unodc.org/.../UNODC_Model_Law_on_Trafficking_in_Persons.pdf 
 
Məcburetmə qeyri-zorakı və ya psixoloji gücün bəzi formaları da daxil olmaqla güc tətbiqetmə və ya 
tətbiq  etməklə  hədələmə  kimi  başa  düşülür.
 61
   Lakin  məhkəmələr  məcburetmənin  dolayı  formaları 
ilə  mübarizə  aparırlar,  “Onlar  məcburetmənin  psixoloji  bir  məsələ  olub-olmadığını,  ölçülməli  çox 
subyektiv  bir  məsələ  olub-olmadığını  və  işçinin  “fiziki  divarlar  və  zəncirlər”  əvəzinə  “əqli  əsirliklə” 
nəyəsə  məcbur  edilib-edilə  bilinmədiyini  soruşurlar”.
62
 Bir  sıra  dövlətlərdə  məhkəmələr 
məcburetmənin  anlayışını  nəzərdən  keçirmiş  və  belə  nəticəyə  gəlmişlər  ki,  o,  tək  fiziki  zorakılıq 
demək deyildir. Onlar Amerika Birləşmiş Ştatlarının Bradleyə qarşı çıxış etdiyi (aşağıda qeyd olunur) 
işdə  qeyd  olunduğu  kimi  “ciddi  zərər”  anlayışına  oxşar  ifadəni  öz  milli  qanunvericiliklərinə  daxil 
etmişlər. 
 
Amerika Birləşmiş Ştatları Bradleyə qarşı, 390 F.3d 145 (1st Cir. 2004). 
Müttəhimlər  Yamaykada  cəlb  etdikləri  və  sonra  hədə-qorxu  və  digər  vasitələrlə  Amerika  Birləşmiş 
Ştatlarında  saxladıqları  Yamaykadan  olan  bir  sıra  mövsümi  işçilərlə  alçaldıcı  şəkildə  davranışla 
müşayiət  edilən  məcburi  əmək  və  bununla  bağlı  cinayətlərə  görə  məhkum  olunmuşlar.  Hər  bir 
müttəhim  Məhkumetmə  Normativlərinin  tənzimləyici  müddəalarına  əsasən  nəzərdə  tutulan 
minimum həddə - 70 ay müddətinə həbs cəzasına məhkum olunmuşdur. 
“Ciddi  zərər”  anlayışına  zərərin  həm  fiziki,  həm  də  qeyri-fiziki  növləri  aiddir.  Buna  görə  də,  ciddi 
zərərvurma hədəsinə, istənilən hədələr; hər hansı bir uyğun şəxsi eyni vəziyyətdə işi görməyə və ya 
xidmətlər göstərməyə yaxud onları davam etdirməyə vadar etmək və ya məcbur etmək üçün bütün 
kənar şərtlər altında kifayət edən, fiziki və ya qeyri-fiziki, hər hansı fəsadlarla bağlı hədələr aiddir.  
Yeni  qanunu  təfsir  edərkən,  konfransın  hesabatında  qeyd  edilmişdir  ki,  “ciddi  zərər”  ifadəsinin 
işlədilməsində məqsəd tək fiziki zorakılığı deyil, həm də məcburetmənin daha çox nəzərə çarpmayan 
psixoloji metodlarını da əhatə etməkdir; “insan alverçiləri tərəfindən üçüncü şəxslərə zərər vurmaqla 
hədələmə, zorakılıq və ya xəsarət yetirmə olmadan qurbanları saxlama və ya açıq zorakılıqdan fərqli 
digər vasitələrlə ağır fəsadların törədiləcəyi ilə hədələmə halları”.  
Müttəhimlər apelyasiya şikayət vermişlər və apelyasiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: 
“Beləliklə, müvafiq işdə, biz belə düşünürük ki, andlıları təlimatlandırarkən, məhkəmədən, qanunsuz 
hədələri  yaxud  məcburetməni  mənfi,  lakin  qanuni  fəsadlar  barədə  icazə  verilə  bilən 
xəbərdarlıqlardan fərqləndirmək tələb olunur”. 
https://caselaw.findlaw.com/us-1st-circuit/1423766.html#sthash.i7JLjhQ1.dpuf 
 
                                                            
61
 ATƏT 2013 Resurs polis təlim bələdçisi: İnsan alveri səh.41.  
62
 BƏT 2009 Məcburi əmək və insan alveri: məhkəmə qərarlarının qeydiyyat kitabı, səh.5.  


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
29
 
BƏT-in  insan  alveri  ilə  bağlı  müəyyənləşdirdiyi  əməli  indikatorlar
63
 əmək  və  ya  cinsi  istismar 
məqsədilə  insan  alverinin  yaşlı  və  uşaq  qurbanları  üçün  dörd  əməli  indikatordan  ibarətdir. 
İndikatorlar,  aldatma  və  məcburetmə  daxil  olmaqla,  insan  alverinin  bəzi  ölçülərinə  uyğundur  və 
onların  necə  təfsir  olunmasına  istiqamət  verir.  Onlar  insan  alverinin  potensial  qurbanlarını 
müəyyənləşdirmək və istiqamət vermək üçün cinayət mühakimə sistemində prokurorlar və hakimlər 
tərəfindən istifadə edilməli əməli indiktorlarıdır. 
BƏT-in yaşlı insanların cinsi istismarı ilə bağlı müəyyənləşdirdiyi əməli indikatorlar 
Aldatma yolu ilə cəlbetmə indikatorları 
Güclü indikator 
•  İşin və ya yerin mahiyyəti barədə aldanılma. 
Orta indikatorlar 
•  Fahişəliyin şərtləri barədə aldanılma; 
•  Əmək müqaviləsinin məzmunu və ya qanuniliyi barədə aldanılma; 
•  Ailənin yenidən birləşəcəyi barədə aldanılma; 
•  Mənzil və yaşayış şəraiti barədə aldanılma; 
•  Hüquqi sənədləşmə və ya qanuni miqrant statusunun alınması barədə aldanılma; 
•  Səyahət və seçim şərtləri barədə aldanılma; 
•  Əmək haqları / qazanc barədə aldanılma; 
•  Nikah və ya övladlığa götürmə vədləri ilə aldanılma. 
Zəif indikator 
•  Təhsil imkanlarından yararlanma barədə aldanılma. 
Məcburi cəlbetmə indikatorları 
Güclü indikatorlar 
•  Oğurlanma, məcburi nikah, məcburi övladlığa götürülmə və ya qurbanı satma; 
•  Borc asılılığı; 
•  Qurbana qarşı zorakılıqla hədələmələr; 
•  Qurbanlara qarşı zorakılıq. 
Orta indikatorlar 
•  Sənədlərin alınması; 
•  Təcridetmə, azadlığı məhdudlaşdırma və ya nəzarət altına alma; 
•  Orqanlara xəbər verməklə hədələmə
                                                            
63
 https://www.ilo.org/forcedlabour. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə