Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə5/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
10
 
nəzərə  alınması  deməkdir.  İnsan  alverinə  məruz  qalan  insanlarla  ayrı-seçkiliyə  yol  verilən  şəkildə 
davranılmamalıdır.  Bütün  tədbirlər,xüsusilə  gender,  etnik  mənsubiyyət,  sosial  status,  immiqrasiya 
statusu 
 
insan alveri qurbanının əvvəllər insan alverinə məruz qalıb-qalmaması, yaxud fahişəlik və ya 
digər  qanunsuz  fəaliyyətə  cəlb  edilib-edilməməsi  baxımından  ayrı-seçkiliyə  yol  verilmədən  tətbiq 
olunmalıdır.
5
  
İnsan alveri əleyhinə tədbirlər şəxslərin insan hüquqlarına və ləyaqətinə, xüsusilə də insan alverinə 
məruz  qalan  şəxslərin  hüquqlarına  mənfi  təsir  göstərməməlidir.
6
 İnsan  alverinə  qarşı  mübarizə 
aparmaq  üçün  insan  hüquqlarına  əsaslanan  yanaşmada  dövlətlərdən  insan  alverinə  məruz  qalan 
şəxslərin  insan  hüquqlarının  ciddi  pozuntusunun  qurbanı  kimi  müdafiə  olunması  və  effektiv 
araşdırma və insan alverçilərinin təqibi üçün hərtərəfli çərçivə yaratmaları tələb olunur.   
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2016-cı il Milli Məclisə illik məlumatına əsasən 
2015-ci  ildə  63  nəfər  insan  alveri  qurbanı  müəyyən  edilmişdir.  Onlardan  38  nəfəri  Türkiyə 
Respublikasında,  8  nəfəri  Birləşmiş  Ərəb  Əmirliyində  və  3  nəfəri  Rusiya  Federasiyasında  istismara 
məruz qalmışdır. Onlardan 14 nəfər, o cümlədən 7 əcnəbi ölkə daxilində istismara məruz qalmışdır.
7
 
Bu dərslik insan alveri və nəticədə transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq və insan 
alverinin  faktiki  və  potensial  qurbanlarına  müvafiq
 
yardım  xidmətlərinin  göstərilməsi  üzrə  müdafiə 
mexanizmlərini  təkmilləşdirmək  istiqamətində  Azərbaycan  hökumətinin  göstərdiyi  səylərə  yardım 
etməyə çalışan “Azərbaycanda potensialı inkişaf etdirmə və texniki yardım vasitəsilə insan alveri ilə 
effektiv şəkildə mübarizə aparmaq üçün əməkdaşlıq tədbirlərini gücləndirmə - IV Mərhələ” layihəsi 
çərçivəsində işlənib hazırlanmışdır.  
Bu dərsliyin tərtib olunmasında məqsəd, Ədliyyə Akademiyasının formal təhsil proqramı çərçivəsində 
təlimçilər  və  daha  sonra  təlim  keçənlər  tərəfindən  hakimlər,  prokurorlar  və  hakimliyə  namizədlər 
üçün istifadə olunacaq insan alveri əleyhinə təlim  materiallarını təmin etməklə insan alverinə qarşı 
mübarizədə milli səyləri gücləndirməkdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                            
5
 ATƏT  2011-ci  il.  İnsan  alveri:  potensial  və  təxmin  edilən  qurbanların  müəyyənləşdirilməsi.  İcma  siyasət 
yanaşması. səh.27 
6
 UNODC  İnsan  alveri  Protokolunu  tətbiq  etmək  üçün  beynəlxalq  fəaliyyət  çərçivəsi.  2009-cu  il,  səh.8. 
https://www.unodc.org/documents/human-trafficking/Framework_for_Action_TIP.pdf 
7
 http://www.meclis.gov.az/?/az/stenoqram/413 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
11
 
1. Beynəlxalq çərçivə - hüquq vasitələri 
Bu  fəsildə  insan  alveri  ilə  mübarizəyə  dair  beynəlxalq  hüquqi  çərçivənin  vacibliyi  və  beynəlxalq 
hüquqda  insan  alverinə  necə  anlayış  verildiyi  izah  olunur.
8
   Burada  beynəlxalq  hüquqi  sənədlərin 
təsiri, o cümlədən Azərbaycan Respublikasının da qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli 
Mütəşəkkil  Cinayətkarlıq  əleyhinə  Konvensiyasının
9
 və  ona  əlavə  Protokolların,  Avropa  Şurasının 
İnsan  Alverinə  Qarşı  Mübarizə  haqqında  Konvensiyasının  (AŞ  Konvensiyası)
10
 və  Avropa  İnsan 
Hüquqları Məhkəməsinin (AHİM) qərarlarının təsiri nəzərdən keçirilir. 
Beynəlxalq və regional qanunvericilik Azərbaycan Respublikası hüdudlarında hüquqi baxımdan riayət 
edilməli  olan  beynəlxalq  standartları  müəyyənləşdirir.  Bu  standartlar  milli  qanunvericiliyin  və 
siyasətin işlənib hazırlanmasında istifadə edilməlidir. İnsan alveri transmilli cinayət ola bilər və buna 
görə  də  beynəlxalq  səviyyədə  tədbirlərin  görülməsi  tələb  olunur  və  eyni  əhəmiyyət  kəsb  etməklə, 
milli səviyyədə beynəlxalq qanunvericiliyin uyğunluğunu və təsirini başa düşmək zəruridir. Beynəlxalq 
qanunvericilik, həmçinin beynəlxalq əməkdaşlığın özülüdür.
11
 Avropada Təhlükəsizlik və Əməkdaşlıq 
Təşkilatına  (ATƏT)  və  Müstəqil  Dövlətlər  Birliyinə  (MDB)  üzvlükdən  də  beynəlxalq  öhdəliklər  və 
beynəlxalq vəzifələr yaranır. Üzv-dövlətlər 

 bu öhdəliklərə riayət etməlidirlər.  
ATƏT  onun  fəaliyyətinin  hər  üç  istiqamətində
 
insan  alveri  ilə  mübarizədə  aktiv  rol  oynamaq 
öhdəliyini  üzərinə  götürmüşdür.  2000-ci  ildə  insan  alveri  ilə  mübarizəyə  dair  onun  Nazirlər  Şurası 
tərəfindən ilk qərar qəbul edildiyi vaxtdan bəri ATƏT insan alveri ilə mübarizəni prioritet məsələ kimi 
qarşıya qoymuşdur. 2003-cü ildə ATƏT-in Nazirlər Şurası ATƏT-in İnsan Alverinə qarşı Mübarizə üzrə 
Fəaliyyət Planını təsdiq etmiş və ATƏT-in İnsan Alverinə qarşı Mübarizə üzrə Xüsusi Nümayəndəsi və 
Əlaqələndiricisi vəzifəsini təsis etmişdir.
12
 ATƏT-in Fəaliyyət Planı ATƏT-in iştirakçı dövlətlərinin insan 
alveri əleyhinə səyləri üçün yanaşmanı və çərçivəni təmin edən əsas sənəddir.  
 
1.1 İnsan alveri üzrə beynəlxalq qanunvericilik 
İnsan  alveri  üzrə  beynəlxalq  qanunvericilik,  Birləşmiş  Millətlər  Təşkilatının  Transmilli  Mütəşəkkil 
Cinayətkarlıq  əleyhinə  Konvensiyası  (UNTOC)  və  ona  əlavə  protokollardan  irəli  gəlir.  Konvensiyanın 
iştirakçısı  olan  dövlətlər  BMT-nin  İnsan  Alverinə  dair  Protokolunun  da  iştirakçısıdırlar.  Bunlar  bir 
yerdə təfsir olunmalıdır və bəziləri cinayətkarlıqla mübarizəyə və digərləri isə insan hüquqlarına dair 
olmaqla  bir  sıra  beynəlxalq  hüquqi  sənədlərə  əsaslanır.
13
 BMT-nin  İnsan  Alverinə  dair  Protokolu 
cinayət  məsələləri  ilə  bağlı  protokoldur  və  insan  alveri  ilə  mübarizədə  beynəlxalq  əməkdaşlığı 
genişləndirmək üçün nəzərdə tutulmuş sənəddir. 
Beynəlxalq  qanunvericiliyin  başlıca  vəzifələrindən  biri  insan  hüquqlarının  müdafiəsidir.  Ötən  on  il 
ərzində, beynəlxalq birlik daxilində  tədricən belə bir ümumi fikir dəstəklənmişdir ki, insan alverinin 
özü  insan  hüquqlarının  ciddi  pozuntusudur.  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  Assambleyası,  İnsan 
Hüquqları Şurası və bir çox beynəlxalq insan hüquqları mexanizmi dəfələrlə insan alverinin əsas insan 
                                                            
8
 Beynəlxalq  qanunvericilik  bir  sıra  mənbələrdən,  o  cümlədən  dövlətlər  qoşulduqları  və  ratifikasiya  etdikləri 
təqdirdə konvensiyaların və müqavilələrin iştirakçısı olduqlarına görə onların üzərinə öhdəlik qoyan beynəlxalq 
konvensiyalardan, müqavilələrdən və sazişlərdən yaranır.   
9
 https://www.unodc.org/documents/treaties/UNTOC/Publications/TOC%20Convention/TOCebook-e.pdf. 
10
 https://www.conventions.coe.int/Treaty/EN/Treaties/Html/197.htm 
11
 Beynəlxalq əməkdaşlıq adlı 7-ci Fəslə bax.  
12
 ATƏT  ATƏT  regionunda  insan  alverinin  qarşısının  alınması  və  onunla  mübarizəyə  dair  məlumat,  23  noyabr 
2010-cu il. https://www.osce.org › Resources. 
13
 İAQİƏQ
 
2012  İnsan  Alverinə  qarşı  İdarələr-arası  Əlaqələndirmə  Qrupu,    İnsan  alveri  ilə  mübarizəyə  dair 
beynəlxalq hüquqi çərçivələr səh.2. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə