Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə9/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
18
 
 “1.  Hər  bir  iştirakçı  dövlət  belə  əməllərin  milli  və  ya  transmilli  səviyyədə,  yaxud  fərdi  və  ya 
mütəşəkkil  şəkildə  törədilməsindən  asılı  olmayaraq,  ən  azı  aşağıdakı  hərəkətlərin  və 
fəaliyyətlərin onun cinayət və ya cəza qanunu ilə tam əhatə olunmasını təmin etməlidir: 
a) 2-ci maddədə müəyyən edilmiş uşaq alveri kontekstində: 
(i)  uşağın  istənilən  vasitələrlə  aşağıdakı  məqsədlər  üçün  təklif  edilməsi,  verilməsi  və  ya 
alınması
;
 
a. uşağın cinsi istismarı; 
b. uşağın orqanlarının mənfəət müqabilində verilməsi
c. uşağın məcburi əməyə cəlb edilməsi; 
(ii)  vasitəçi  qismində,  övladlığa  götürmə  ilə  bağlı  tətbiq  olunan  beynəlxalq  hüquqi  aktları 
pozmaqla,  uşağın  övladlığa  götürülməsinə  razılıq  verməyə  qeyri-qanuni  vadaretmə)  2-ci 
maddədə  müəyyən  olunmuş  uşaq  fahişəliyi  üçün  uşağın  təklif  edilməsi,  alınması,  verilməsi 
yaxud təmin edilməsi
c) 2-ci maddədə müəyyən olunmuş uşaq pornoqrafiyasının hazırlanması, yayılması, ötürülməsi, 
idxalı, ixracı, təklif edilməsi, satışı və ya yuxarıda qeyd olunan məqsədlər üçün saxlanılması.  
 
BƏT-in  “Uşaq  əməyinin  ən  ağır  formalarının  qadağan  edilməsi  və  aradan  qaldırılması  üzrə  təcili 
tədbirlər  haqqında  Konvensiya”  adı  ilə  tanınan    182  nömrəli  Konvensiyası  uşaq  əməyinin  ən  ağır 
formalarının qadağan edilməsinə əlavə olaraq onların aradan qaldırılmasına çağırır. 
Konvensiyanın 1-ci maddəsində tələb olunur:  
“Bu  Konvensiyanı  ratifikasiya  edən  hər  bir  üzv-dövlət,  təxirəsalınmaz  məsələ  kimi,  uşaq 
əməyinin ən ağır formalarının qadağan olunmasını və aradan qaldırılmasını təmin etmək üçün 
təcili və effektiv tədbirlər görməlidir”. 
AŞ  Konvensiyası,  ayrıca  olaraq,  qurbanların  müdafiəsi  üçün  minimum  standartları  təmin  edir.  III 
Fəsildə “Gender bərabərliyinə zəmanət verilməklə, qurbanların hüquqlarını müdafiə və təşviq etmək 
üçün tədbirlər” müəyyənləşdirilir və bu tədbirlər bütün uşaqlara aiddir. 
AŞ  Konvensiyasının  3-cü  maddəsində  deyilir  ki,  “Bu  Konvensiyanın  məqsədləri  üçün  uşaq  əməyinin 
ən ağır formaları aşağıdakılardan ibarətdir:” 
 “(a) köləliyin bütün formaları və ya uşaq ticarəti və alveri, borc asılılığı və təhkimçilik və icbari 
və  ya  məcburi  əmək  kimi  köləliyə  bənzər  hallar,  o  cümlədən  uşaqları  icbari  və  ya  məcburi 
şəkildə silahlı münaqişədə istifadə üçün cəlbetmə;  
 (b) fahişəlik, pornoqrafik materialların istehsalı və ya pornoqrafik tamaşalar üçün uşaqlardan 
istifadəetmə, onları cəlb və ya təklif etmə;  
 (c)  qanunsuz  fəaliyyət,  xüsusilə  də  beynəlxalq  müqavilələrdə  müəyyən  olunmuş  narkotik 
vasitələrin hazırlanması və qanunsuz dövriyyəsi üçün uşaqlardan istifad etmə, onları cəlb və ya 
təklifetmə; 
 (d) xüsusiyyətlərinə və ya onun aparıldığı şəraitə görə uşaqların sağlamlığına, təhlükəsizliyinə 
və ya əxlaqına zərər vura biləcək işlər”. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
19
 
Aİ-nin  2011/36/EU  nömrəli  Direktivində
39
 qeyd  olunur  ki,  “Uşaqlar  yaşlılara  nisbətən  daha 
müdafiəsizdirlər  və  buna  görə  də  onlar  insan  alverinin  qurbanına  çevrilmək  üçün  daha  böyük  risk 
altındadırlar”. Bu Direktiv tətbiq edilərkən, Avropa İttifaqının Əsas Hüquqlar Xartiyasına və 1989-cu il 
Birləşmiş  Millətlər  Təşkilatının  Uşaq  Hüquqları  haqqında  Konvensiyasına  uyğun  olaraq,  uşağın  ən 
əsas  maraqları  nəzərə  alınmalı  başlıca  məqamdır.  Mühüm  olaraq  bu  Direktiv,  daha  sonra,  uşaqlıq 
prezumpsiyasını müəyyənləşdirir. 
 
Uşaq alverinin müəyyənləşdirilmiş ünsürləri.  
•  Uşaq yaşı 18-dən az olan şəxsdir;  
•  Güc tətbiq etməklə və ya etməməklə üçüncü şəxs və ya qrup tərəfindən cəlb edilmə, daşınma, 
aparılma, gizlədilmə və ya qəbuledilmə; 
•  Üçüncü şəxs və ya qrup istismar məqsədi ilə cəlb edilməni və ya digər hərəkətləri təşkil edir;  
•  Hərəkət  insan  alverinin  tərkib  ünsürü  ola  bilməz,  belə  ki,  burada  hüquq-mühafizə  işi  və  təqib 
vardır. Lakin  insan alverini BƏT-in 182  nömrəli Konvensiyasının üçüncü  maddəsində sadalanan 
köləliyin  digər  formalarından  və  köləliyə  oxşar  hallardan  fərqləndirmək  və  öz  ailələrindən  ayrı 
düşən insan alveri qurbanlarının ehtiyac duyduqları yardımı almalarını təmin etmək məqsədilə - 
hətta minimal şəkildə - ölkə daxilində və ya sərhədləri keçərək hərəkət etmə ünsürü olmalıdır;  
•  İstismara aiddir:  
a)  köləliyin  bütün  formaları  və  ya  köləliyə  oxşar  hallar,  borc  asılılığı  və  təhkimçilik  və  icbari  və  ya 
məcburi əmək, o cümlədən uşaqların icbari və ya məcburi şəkildə silahlı münaqişələrdə istifadə üçün 
cəlb olunması (Konvensiya No. 182, maddə 3(a));  
b)  fahişəlik,  pornoqrafik  materialların  istehsalı  və  ya  pornoqrafik  tamaşalar  üçün  uşaqlardan 
istifadəetmə, onları cəlb və ya təklifetmə; (Konvensiya No.182, maddə 3(b)); 
c)  qanunsuz  fəaliyyət,  xüsusilə  də  beynəlxalq  müqavilələrdə  müəyyən  olunmuş  narkotik  vasitələrin 
hazırlanması  və  qanunsuz  dövriyyəsi  üçün  uşaqlardan  istifadəetmə,  onları  cəlb  və  ya  təklifetmə 
(Konvensiya No. 182, maddə 3(c));  
d)  xüsusiyyətlərinə  və  ya  onun  aparıldığı  şəraitə  görə  uşaqların  sağlamlığına,  təhlükəsizliyinə  və  ya 
əxlaqına zərər vura biləcək işlər (Konvensiya No.182, maddə 3(d) və Konvensiya No.138, maddə 3);  
e) işə götürülmə üçün minimal yaşdan aşağı yaşda olan uşaqlar tərəfindən görülən işlər (Konvensiya 
No.138, maddə 2 və 7).  
•  Cəlb etmənin hər hansı bir məqamında güc tətbiq etməklə hədələmə və ya güc tətbiq etmə və 
ya  digər  formalarda  məcburetmə,  oğurlama,  dələduzluq,  aldatma,  səlahiyyətdən  və  ya  zəiflik 
vəziyyətindən  sui-istifadə  etmə  və  uşaqlar  olduqda  (yaşlılardan  fərqli  olaraq)  hərəkət  mütləq 
şəkildə olmamalıdır, lakin uşaq alveri ilə bağlı güclü şübhələrin mövcud olması; 
BƏT 2010-cu il Uşaq alveri – Mahiyyət, səh.1 
https://www.ilo.org/ipecinfo/product/download.do?type=document. 
                                                            
39
 İnsan  alverinin  qarşısının  alınması  və  onunla  mübarizə  və  onun  qurbanlarının  müdafiəsinə  dair  Avropa 
Parlamentinin və Şuranın 2011/36/EU nömrəli 5 aprel 2011-ci il tarixli Direktivi  


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə