Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə23/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
47
 
Şurasının  2014-cü  il  İnsan  Orqanlarının  Alveri  əleyhinə  Konvensiyası
95
 dövlətlərə  bu  növ  qanunsuz 
davranışla ayrıca cinayət kimi mübarizə aparmaq imkanını verəcəkdir. 
Orqanların  çıxarılması  üçün  insan  alveri  bütün  dünya  dövlətlərində  baş  verir.  Burada  donorlar 
(potensial  qurbanlar)  üçün  ilk  olaraq  elan  verən  yerli  şəxslər  olur,  bundan  sonra  donorların  sayı 
adətən artır. İnsan alverçiləri çox vaxt şəbəkələrin aktiv olduğu dövlətləri gəzən beynəlxalq vasitəçilər 
olur. Orqanı qəbul edənlər 100.000 – 160.000 ABŞ dolları ödəyə bildiyi halda, donora yalnız 2.500 – 
10.000 ABŞ dolları ödənilir. Orqan, təchizatda dövlət orqanlarında çatışmazlıqlar, əlavə olaraq bunun 
heç  də  bütün  dövlətlərdə  cinayət  hesab  edilməməsi  və  bundan  böyük  gəlir  əldə  etmənin 
mümkünlüyü  bu  əməli  insan  alverçiləri  üçün  cəlbedici  edir.  Uşaqlar  da  orqanların  çıxarılması 
məqsədilə  insan  alverinə  məruz  qala  bilərlər,  lakin  bu  günə  qədər  uşaqların  qurban  kimi 
müəyyənləşdirilməsinə dair birbaşa dəlillər yoxdur.  
Medicus Klinikası – Pristina, Kosovo 
Aİ-nin Kosovoda apardığı məhkəmə beş nəfər şəxsi insan orqanlarının alveri şəbəkəsi ilə bağlı təqsirli 
bilmişdir.  Bu  beş  nəfər  Medicus  Klinikasında  xeyli  sayda  qanunsuz  köçürmələri  həyata  keçirməkdə 
təqsirləndirilirdi.  Bu  ticarət  klinikada  böyrəklərindən  birinin  çıxarılmasından  sonra  türkiyəli  bir  kişi 
xəstəliyə düçar olarkən aşkar edilmişdir. Bu işə Eulex, Avropa İttifaqının qanunvericiliyi ilə və həssas 
məsələləri idarə etmək üçün Kosovoda hazırlanmış heyətlə baxılmışdır. 
Xüsusi  məhkəmə  müəyyən  etmişdir  ki,  Medicus  Klinikası  Şərqi  Avropadan  və  Mərkəzi  Asiyadan 
yoxsul  insanları  cəlb  edərək,  onlara  orqanlarına  görə  15.000  avro  vəd  etmışdir.  Donorlar 
Moldovadan, Qazaxıstandan, Rusiyadan və Türkiyədən gəlmişdilər və “kəskin yoxsulluq və ya kəskin 
maliyyə  çətinliyi  içərisində”  yaşayanlar  idi,  ittihamnamədə  deyilirdi:  “Onlar  yalnız  idilər,  yerli  dildə 
danışmırdılar, nə etdiklərini yaxşı bilmirdilər və onların  maraqlarını  müdafiə edən heç kim  yox idi”. 
Orqanları  alanlar  deyilənə  görə  əsasən  İsraildən  idilər  və  onlar  köçürülən  orqanların  hər  biri  üçün 
80.000 – 100.000 avro arasında ödəniş etmişdilər.   
Prokurorların  dediklərinə  görə  2008-ci  ildən  bəri  Medicus  Klinikasında  ən  azı  30  qanunsuz  böyrək 
çıxarmaları və köçürmələri aparılmışdır. 
Klinikanın rəhbəri, uroloq Lütfi Dervişi mütəşəkkil cinayətkarlığa və insan alverinə görə səkkiz il həbs 
cəzasına məhkum olunmuşdur. Onun oğlu Arban yeddi il üç ay müddətinə, qalan müttəhimlər isə bir 
ildən üç ilədək müddətə həbs cəzasına məhkum olunmuşlar.  
http://www.bbc.co.uk/news/world-europe-22343589 
 
Dilənçilik  
Nə BMT-nin İnsan Alverinə dair Protokolunda, nə də AŞ Konvensiyasında “dilənçiliklə” bağlı heç bir 
qeyd yoxdur. Lakin Aİ-nin 2011/36/EU nömrəli Direktivi “dilənçiliyi” bir istismar forması kimi nəzərdə 
tutur və bu sənəddə deyilir ki, “bu Direktiv baxımından məcburi dilənçilik BƏT-in 1930-cu il  İcbari və 
ya  Məcburi  Əmək  haqqında  29  No-li  Konvensiyasında  təyin  olunduğu  kimi,  məcburi  əməyin  və  ya 
xidmətlərin bir forması kimi başa düşülməlidir. Buna görə də dilənçiliyin istismarı, o cümlədən insan 
alverinə məruz qalan şəxsdən dilənçilik üçün istifadə yalnız məcburi əməyin və ya xidmətlərin bütün 
ünsürləri baş verdiyi halda insan alveri anlayışının tətbiq dairəsinə düşür”. 
“Dilənçiliyin”  qurbanları  çox  vaxt  dilənmək  üçün  təlim  keçmiş  uşaqlar  olur.  Onlar  həm  cinayətkar 
şəbəkələr, həm də öz ailələri tərəfindən istismar olunurlar. Uşaqlar 20.000 avroya satılmışlar və onlar 
                                                            
95
 Eyni mənbə.  


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
48
 
ildə  100.000  avrodan  çox  gəlir  gətirə  bilərlər.  Dilənçilik  Aİ  dövlətlərində  yayılmaqda  olan  yeni 
hədələrdən  biridir.
96
 Müstəqil  Dövlətlər  Birliyində  uşaqlar  uşaq  evlərindən  alınmış  və  insan 
alverçilərinə satılmışdır, yaşlı və zəiflər dilənçilik etməyə məcbur edilmişlər və qurbanların daha çox 
gəlir qazanmaq üçün şikəst edildiyi hallar da vardır.
97
 
Correctionnel de Nivelles Tribunalı – Dilənçilik işi üzrə məhkum etmə. 
Belçikanın Nivey Cinayət Məhkəməsi. Məhkum etmə tarixi: 25 yanvar 2013-cü il. 
Istismar  məqsədi:  Dilənçiliyə  məcbur  etmə.  Slovakiyada  yaşayan  macarıstanlı  şəxsin  dilənçilik  üçün 
istismar  etmək  məqsədilə  bir  qrup  insanı  aldatdığı  iddia  edilirdi.  Bu  insanlara  ciddi  xəsarətlər 
yetirilərək  onlar  əlil  vəziyyətinə  salınmışdı  və  sosial  və  sağlamlıq  baxımından  belə  bir  müdafiəsiz 
vəziyyətdə onların bu şəxsin pis niyyətlərinə dözməkdən başqa alternativləri yox idi. 
İnsan  alverçisi  çox  vaxt  ilk  olaraq  yuxarıda  qeyd  olunan  şəxslərin  qohumu  olduğunu  iddia  edirdi  və 
onları yaşadıqları çətin vəziyyətdən çıxaracağını söyləyirdi. Sonra onlar bu əməli törədən şəxslə eyni 
mənzildə  (və  ya  bir  maşında  yatmağa)  və  Belçikada  mağazaların  avtomobil  dayanacaqlarında 
dilənməyə  məcbur  edilirdilər.Onlar  orada  əlil  arabasında  əllərində  pul  istədiklərini  göstərən 
bildirişlərlə  qoyub  gedilirdi.  Əməli  törədən  şəxs  yekunda  bütün  bunları  həmin  əlil  insanların 
Slovakiyada aldıqları sosial müavinətlərlə birgə onların əlindən alırdı.  
İnsan  alverçisi  altı  il  müddətinə  azadlıqdan  məhrum  olunma  və  30.000  avro  məbləğində  cərimə 
cəzasına məhkum edilmişdir. 
Aİ-nin  insan  alveri  əleyhinə  siyasət  vebsaytı:  https://ec.europa.eu/anti-trafficking/legislation-and-
case-law-case-law/tribunal-correctionnel-de-nivelles-begging-conviction_en 
 
Məcburi və ya köləcəsinə nikaha girmə 
Məcburi  və  ya  köləcəsinə  nikaha  girmə  hər  hansı  bir  beynəlxalq  hüquqi  sənəddə  birbaşa  nəzərdə 
tutulmur.  Lakin  məcburi  nikahın  insan  alveri  olub-olmamasını  müəyyənləşdirən  faktorlara  güc 
tətbiqi, dələduzluq və məcburetmə (iqtisadi və / və ya cinsi), habelə müdafiəsizlik vəziyyətindən sui-
istifadənin  mümkünlüyü  aiddir.  Qurbanların  cəlb  oluna  biləcəyi  istismar  hallarına  köləlik,  kölə 
vəziyyətinə salma, ev köləliyi və / və ya cinsi istismar aiddir.  
Məcburi nikah ən azı tərəflərdən birinin öz iradəsi əleyhinə ailə qurduğu və onun razılığının olmadığı 
dərin  tarixi  köklərə  malik  bir  haldır.
  98
 Məcburi  nikah,  həmyaşıdları  tərəfindən  təzyiqə  və 
müdafiəsizlik  vəziyyətindən  sui-istifadəyə  məruz  qalan  qurbanlarla  mədəni  adətlərin  nəticəsi  ola 
bilər.Qurbanlar çox vaxtı yekun nəticədən xəbərsiz olurlar və məcburi nigah nəticəsində onu alan ailə 
tərəfindən ev qulluqçuları və cini kölələr kimi istismar olunurlar. Qurbanlar çox vaxt qohum ola və / 
və ya dəlilləri təmin etmək üçün çox zəif ola bildiyindən və  məcburi nikah bir çox dövlətlərdə cinayət 
hesab edilmədiyindən təqibetmə halları məhduddur.  
Qanunsuz övladlığa götürmə 
Bir  sıra  dövlətlərdə  “qanunsuz  övladlığa  götürmə”  istismarın  bir  formasıdır.  İnsan  alverinin  bir 
forması  kimi  uşaqları  qanunsuz  övladlığa  götürmə  bütün  dünyada  mütəşəkkil  cinayətkar  qruplar, 
uşaqların övladlığa götürülməsi ilə məşğul olan özəl şirkətlər və dövlət məmurları üçün yüksək gəlirli 
                                                            
96
 Mütəşəkkil Cinayətkarlıq Hədələrinin Avropol tərəfindən Qiymətləndirilməsi (OCTA) 2011. 
97
 ATƏT 2013 Resurs polis təlim bələdçisi: İnsan alveri səh.84. 
98
 Basko,  F.  et  al.  2009  İnsan  alveri  modelləri  red.  Friesendorf,  C.  İnsan  alveri  əleyhinə  strategiyalar: 
təhlükəsizlik sektorunun rolu, səh.50. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə