Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə26/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
53
 
2.5.2 Miqrant qaçaqmalçılığı nədir? 
Aşağıdakı üç ünsürün birləşməsi miqrant qaçaqmalçılığını təşkil edir:  
-  şəxsin qanunsuz olaraq ölkə ərazisinə daxil olmasını və ya orada qanunsuz yaşamasını təşkil etmə 
-  maliyyə və ya digər mənfəət müqabilində  
-  sərhədi aşaraq bir ölkədən digər ölkəyə aparılma 
 
Qaçaqmalçılığa  dair  Protokolun  6-cı  maddəsində  həm  belə  davranışın,  həm  də  maliyyə  və  ya  digər 
maddi mənfəət əldə etmək məqsədilə “qanuni qalma üçün tələblərə riayət etmədən, şəxsin qanuni 
sakin  və  ya  vətəndaş  olmadığı  dövlətdə  qalmasına  qanunsuz  vasitələrlə  imkan  yaratma”  ilə  bağlı 
davranışın cinayət qanununa daxil edilməsini tələb edir.
 107
 
 
2.5.3 İnsan alveri və miqrant qaçaqmalçılığı arasında fərqlər 
Miqrant qaçaqmalçılığı çox vaxt düzgün başa düşülmür və insan alveri ilə eyni olduğu güman edilir. 
Çox vaxt qarışdırılan bu iki anlayış arasında fərq qoyulmalıdır. Eyni zamanda, qaçaqmalçılıq yolu ilə 
başqa ölkələrə aparılan və Qaçaqmalçılığa dair Protokolun 16-cı maddəsinə əsasən hüquqlara malik 
olmalı və müdafiə edilməli qurbanlara yardım etmək öhdəliyi də vardır.  
İnsan  alveri  və  miqrant  qaçaqmalçılığı  insanlarda  öz  yaşadıqları  yeri  tərk  etmək  istəyi  yaradan, 
yoxsulluq,  zəif  təhsil,  işsizlik,  gender  məsələləri,  münaqişə  və  digər  səbəblərin  də  aid  edilə  biləcəyi 
eyni “vadaredici faktorlara” malikdir. Cinayətkar şəbəkələr, mütəşəkkil cinayətkar qruplar və ayrı-ayrı 
cinayətkar  şəxslər  mənfəət  əldə  etmək  üçün  insanları  alıb-satır  və  ya  qaçaqmalçılıq  yolu  ilə  başqa 
ölkələrə aparır. İnsan alverindən gəlirlər qurbanın nəticə etibarilə istismar edildiyi halda əldə edilir. 
Lakin miqrant qaçaqmalçılığında gəlirlər insanların dövlət sərhədlərindən qanunsuz olaraq keçirilərək 
təyinat yeri kimi seçilən dövlətlərə aparılmasına görə alınan ödənişlərdən əldə edilir.  
İnsan  alverində  və  miqrant  qaçaqmalçılığında  oxşar  ünsürlərin  olması  ilə  yanaşı,  bir  sıra  fərqlər  də 
vardır:  
 
                                                            
107
 UNODC  2011  Miqrant  qaçaqmalçılığı  haqqında  Protokolun  yerinə  yetirilməsi  üçün  beynəlxalq  fəaliyyət 
çərçivəsi, səh.7. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
54
 
 Miqrant  qaçaqmalçılığı  dövlət  əleyhinə  cinayətdir  və  immiqrasiya  qanunlarının  pozulmasıdır.  O, 
yalnız transmilli xarakter daşıya bilər, belə ki, vəzifə digər dövlətə daxilolma imkanı əldə etmək üçün 
sərhədi  qanunsuz  keçməyə  kömək  etməkdir.  Qaçaqmalçılar  tələb  olunduqda  saxta  və  ya  oğurluq 
sənədləri  təmin  edirlər,  belə  ki,  qaçaqmalçılıq  yolu  ilə  başqa  ölkəyə  aparılan  şəxs  öz  sənədləri  ilə 
sərhədi qanuni şəkildə keçə bilməz. İnsan alveri isə şəxs əleyhinə cinayətdir, ona görə ki, o, qurbanın 
insan  hüquqlarının  pozulmasıdır  və  qurbana  qarşı  törədilən  cinayət  əməlidir.    Eyni  zamanda,  insan 
alveri həm transmilli, həm də milli xarakter daşıya bilər və qurbanlar ya öz sənədlərindən ya da saxta 
sənədlərdən istifadə edərək qanuni və ya qeyri-qanuni şəkildə aparılırlar. 
Hətta təhlükə altına düşsələr də və ya ləyaqəti alçaldan şəraitdən əziyyət çəksələr də, qaçaqmalçılıq 
yolu ilə başqa ölkələrə aparılan şəxslər könüllü şəkildə qaçaqmalçı ilə kommersiya sazişinə daxil ola 
və öhdəliyə razılıq verə bilərlər. Onlar bunu seçdikləri təqdirdə hərəkət azadlığına malik olacaqlar və 
qaçaqmalçılıq  vəziyyətindən  çıxmaq  imkanına  malikdirlər.  İnsan  alverinin  qurbanları  isə  alınıb-
satılmalarına razılıq vermirlər və onlar istismarla razılaşa bilməzlər. Onlar insan alverçiləri tərəfindən 
öz razılıqları və hərəkət azadlıqları olmadan alınıb satılaraq əldə edilən əşyaya çevrilirlər. 
İraqlı kürdlər barəsində miqrant qaçaqmalçılığı işi 
2012-ci  ilin  dekabrında  Belçikada  Leuvendə  cinayət  məhkəməsi  müttəhimləri  məhkum  etmişdir. 
2009-ci  ilin  noyabr  ayından  2009-cu  ilin  fevral  ayına  qədər  olan  müddətdə  İraqlı  kürd  mənşəli 
insanları  qaçaqmalçılıq  yolu  ilə  başqa  ölkəyə  aparan  təşkilat  ən  azı  16  halda  İraq  kürdlərini  öz 
regionlarından başqa ölkəyə aparmaq üçün özəl avtonəqliyyat vasitələrindən və qatarlardan istifadə 
etmişdir. Onlar Yunanıstan və İtaliya vasitəsilə sığınacaq istədikləri Belçikaya və ya Norveçə və / və ya 
İsveçə  aparılmışlar.  Bu  şəxslərlə  yaxşı  rəftar  olunmuşdur  və  səfər  zamanı  qaçaqmalçılar  digər 
qaçaqmalçılıq şəbəkələrindən istifadə etmişlər. İtaliyadan Belçikaya daşınma xərci adambaşına 1.300 
–  1.500  avro  olmuşdur  və  ödənişlər  müsəlman  ölkələrindəki  ənənəvi  bank  sistemi  vasitəsilə  və  ya 
nağd şəkildə ödənilirdi. 
Bərabər İmkanlar və İrqçilik Əleyhinə Mərkəz. İnsan Alverinə və Qaçaqmalçılığına dair İllik Hesabat, 
2012-ci il, səh.73. 
 
İnsan  alverinin  və  miqrant  qaçaqmalçılığının  arasındakı  fərqin  müəyyənləşdirilməsində  çətinlik  o 
deməkdir  ki,  insan  alverinin  qurbanları  tənzimlənməyən  miqranlarla  səhv  salına,  onlarla  orqanlar 
tərəfindən  pis  rəftar  oluna  və  onlar  lazımi  şəkildə  yardım  göstərilmədən  ölkədən  çıxarıla  bilər.  Bu, 
çox vaxt sonradan qurbana çevrilmə hallarına gətirib çıxarır və insan alverçilərinin cəzasız qalmasına 
imkan yaradır.
 108
 
Miqrant  qaçaqmalçılığı  Protokolunun  16-cı  maddəsində  nəzərdə  tutulur  ki,  hər  bir  iştirakçı  dövlət, 
beynəlxalq  hüquqa  uyğun  olaraq,  müdafiə  və  yardım  tədbirləri  görməlidir.  Qaçaqmalçılıq  yolu  ilə 
başqa ölkələrə aparılan miqrantların insan alverinə məruz qalan şəxslərdən fərqli müdafiə və yardım 
ehtiyacları  ola  bilər.  Lakin  iştirakçı  dövlətlər  miqrantların  hüquqlarını  müdafiə  etmək  öhdəliyini 
daşıyırlar.  Müdafiə  insanları  ayrı-seçkiliyə  yol  verilmədən,  zərərdən  qoruma  və  onlarla  beynəlxalq 
səviyyədə qəbul edilmiş standartlara uyğun rəftar olunmasını təminetmə deməkdir.
109
 
 
                                                            
108
 Batsyukova,  S.  2012  İnsan  alveri  və  miqrant  qaçaqmalçılığı:  dəyişən  cəmiyyətlərin  araşdırmalarında  oxşar 
xüsusiyyətlər, fərqli konsepsiyalar. Müqayisəvi və rejimlərarası araşdırma, Tom 1(1), səh. 40.   
109
 UNODC  2014  Mərkəzi  Asiyanın  hüquq-mühafizə  heyətləri  üçün  insan  alveri  və  miqrant  qaçaqmalçılığı  ilə 
bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 75 
 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə