Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə27/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
55
 
3. Beynəlxalq çərçivə - qurbanın hüquqları və ona yardım 
 
Bu fəsildə insan alverinin anlayışı haqqında verilir və beynəlxalq hüquqi sənədlərdə qurbanlar üçün 
nəzərdə  tutulan  hüquqlar  və  müdafiə  tədbirləri  barədə  məlumat  verilir.  Burada  qurbanın 
müəyyənləşdirilməsinin  nə  üçün  vacib  olduğu  və  yardımdan  və  müdafiədən  yararlanmaq  üçün 
qurbanların nə qədər erkən müəyyənləşdirilməsinin ilkin şərt olduğu bildirilir.  
İnsan alverinin qurbanlarının, ən azı onların insan hüquqlarına hörmətlə yanaşılması və müdafiəsinin 
və  təhlükəsizliyinin  təmin  olunması  hüququ  vardır.  BMT-nin  İnsan  Hüquqları  və  İnsan  Alveri  üzrə 
Tövsiyə olunan Prinsiplər və Rəhbər Qaydalara əsasən, insan alverinə məruz qalmış insanların insan 
hüquqlarının  qorunması  insan alverinin  qarşısını almaq və onunla mübarizə aparmaq və qurbanları 
müdafiə  etmək,  onlara  yardım  göstərmək  və  onlara  dəyən  zərəri  ödəmək  üçün  göstərilən  bütün 
səylərin mərkəzində olmalıdır.
110
 
 
3.1 "Qurban" anlayışları 
Beynəlxalq  hüquqi  sənədlərdə  və  milli  qanunvericilikdə  insan  alverinin  qurbanlarının  anlayışları 
nəzərdə tutulur, lakin insan alveri qurbanının müəyyənləşdirilmiş və ya razılaşdırılmış profili mövcud 
deyil.  Bu,  ona  görə  belədir  ki,  qurbanın  stereotipik  təsviri  və  qurbanların  ümumi  xüsusiyyətləri 
yoxdur.  Lakin  qurbanların  yanlış  şəkildə  müəyyənləşdirilmə  və  üstünlük  təşkil  edən  stereotiplərə 
uyğun  gəlməyənlərin  müdafiəsiz  və  yardımsız  qalmasına  aparan  stereotipik  təsvirləri  vardır. 
Qurbanın profilinə istismarın forması təsir göstərə bilər və o, zəif cəhətlərdən asılı ola bilər. 
 
3.1.1 Cinayətin qurbanları 
BMT-nin Cinayətin və Səlahiyyətdən Sui-İstifadənin Qurbanları üçün Əsas Ədalət Prinsipləri haqqında 
Bəyannaməsində (29 noyabr 1985-ci il) deyilir ki, qurbanlar: 
“üzv  dövlətlərdə  qüvvədə  olan  cinayət  qanunvericiliyini,  o  cümlədən  səlahiyyətlərdən 
cinayətkar  şəkildə  sui-istifadəni  nəzərdə  tutan  qanunları  pozan  hərəkətlər  və  ya  hərəkətsizlik 
vasitəsilə, fərdi və ya kollektiv şəkildə zərərə, o cümlədən fiziki və ya mənəvi zərərə, emosional 
əziyyətə,  iqtisadi  itkiyə  və  ya  hüquqlarının  əhəmiyyətli  şəkildə  pozulmasına  məruz  qalmış 
şəxslər.  
Bu Bəyannaməyə əsasən, əməli törətmiş şəxsin müəyyənləşdirilməsi, həbs olunması, ona qarşı 
ittihamın  irəli  sürülməsi  və  ya  onun  məhkum  edilməsi  halının  baş  verib-verməməsinə 
baxmayaraq və əməli törədən şəxs və qurban arasında ailə münasibətlərinin olub-olmamasına 
baxmayaraq,  şəxs  qurban  hesab  edilə  bilər.  “Qurban”  anlayışına,  müvafiq  hallarda,  qurbanın 
ailə  üzvləri  və  ya  birbaşa  qurbanın  himayəsində  olan  şəxslər  və  çətin  vəziyyətdə  olan 
qurbanlara  yardım  etmək  və  qurbana  çevrilmənin  qarşısını  almaq  üçün  müdaxilə  edərkən 
zərərə məruz qalan şəxslər də aiddir. 
                                                            
110
 ATƏT  2011-ci  il.  İnsan  alveri:  potensial  və  təxmin  edilən  qurbanların  müəyyənləşdirilməsi.  İcma  siyasət 
yanaşması. səh.25 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
56
 
Burada toplanan müddəalar, irq, rəng, cins, yaş, dil, din, vətəndaşlıq, siyasi və ya digər fikirlər, 
mədəni  məsləklər  və  ya  adətlər,  əmlak,  doğum  və  ailə  vəziyyəti,  etnik  və  ya  sosial  mənşə  və 
əlillik kimi hər hansı fərq qoyulmadan hamıya şamil edilir”. 
AŞ-nin Ayrı-seçkilik əleyhinə Konvensiyanın 3-cü maddəsində deyilir:   
“Bu  Konvensiyanın  müddəalarının  iştirakçılar  tərəfindən  tətbiqi,  xüsusilə  də  qurbanların 
hüquqlarını  müdafiə  və  təşviq  etmək  üçün  tədbirlərdən  yararlanma,  cins,  irq,  rəng,  dil,  din, 
siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlığa mənsub olma, əmlak, doğum və 
ya digər statuslar kimi hər hansı bir zəmində ayrı-seçkiliyə yol verilmədən təmin olunmalıdır”.  
 
3.1.2 İnsan alverinin qurbanı 
AŞ Konvensiyasının 4(e) maddəsində qurbanın anlayışı aşağıdakı kimi verilir:  
“bu maddə ilə müəyyənləşdirildiyi kimi insan alverinə məruz qalan hər hansı bir fiziki şəxs” 
Lakin BMT-nin İnsan Alverinə dair Protokolunda insan alveri qurbanının anlayışı verilmir. Amma 6-8-
ci maddələrdə qurban üçün göstərilməli olan müdafiə tədbirləri nəzərdə tutulur.  
 
3.2 Qurbanın müəyyənləşdirilməsi 
İnsan  alverinin  potensial  qurbanlarının  müəyyənləşdirilməsi  qurbanlara  onların  hüququ  olan 
müdafiənin  göstərilməsini  və  araşdırmaların  və  təqiblərin  həyata  keçirilməsini  təmin  etmək  üçün 
vacibdir.  Dövlətdə  bütün  sahələr,  o  cümlədən  prokurorlar,  hakimlər,  hüquq-mühafizə  və  sərhəd 
orqanları insan alverinin qurbanlarını müəyyənləşdirmək imkanına malik olmalıdırlar. İnsan alverinin 
müxtəlif  növləri  və  istismarın  yeni  və  meydana  çıxmaqda  olan  formaları  vardır.  Buna  görə  də 
potensial  qurbanların  müəyyənləşdirilməsi  üçün  tək  insan  alveri  prosesini  deyil,  insan  alveri  və 
miqrant qaçaqmalçılığı arasında fərqləri bilmək tələb olunur. Bu, cinayətin və iştirak edən fərdlərin 
şəbəkələrinin mürəkkəbliyi səbəbindən çox vaxt apara bilər. 
Dövlətlər,  vətəndaşlıq  və  immiqransiya  statusundan  asılı  olmayaraq,  insan  alveri  qurbanlarının 
proaktiv şəkildə müəyyənləşdirilməsi üçün effektiv sistemin mövcudluğunu təmin etməlidirlər. İnsan 
alverinin  qurbanları  heç  də  həmişə  qurban  olduqlarını  bilmirlər.  Ona  görə  də,  bu  vəzifə 
müəyyənləşdirmə  prosesinə  kömək  edə  biləcək  ixtisaslaşmış  QHT-lərlə  əməkdaşlığı  nəzərdən 
keçirməli olan dövlət orqanlarının üzərinə düşür.
 111
 Bu, dövlətlərə ölkə hüdudlarında insan alverinin, 
sahələrdə dilənçilik və məcburi əməyə cəlb etmə hallarının qurbanlarını müəyyənləşdirmək imkanını 
verəcəkdir. 
İnsan  hüquqları  yanaşmasında  insan  alveri  qurbanlarının  erkən  müəyyənləşdirilməsi  və  onlara 
yardım  tələb  olunur.  İnsan  alveri  elə  bir  mürəkkəb  hadisədir  ki,  qurbanların  yekun  olaraq 
müəyyənləşdirilməsi  prosesi  uzana  bilər.  Bu  o  deməkdir  ki,  təxmin  edilən  qurbanların  ilkin  olaraq 
müəyyənləşdirilməsi vacibdir. Erkən mərhələdə qurbanları müəyyənləşdirməmə onlara lazımi qədər 
                                                            
111
 GRETA  2014-cü  il  Avropa  Şurasının  İnsan  alverinə  qarşı  mübarizə  üzrə  Konvensiyasının  Azərbaycan 
tərəfindən yerinə yetirilməsinə dair hesabat, səh.32.   


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə