174
Cənubi Afrika ölkəsindən miqrant var və bu ölkədən 128 nəfər
köç etmişdir. “Xarcdə doğulan” immiqrantların 278,788 nəfəri
(xaricdə doğulma dedikdə, Britaniya imperiyasından kənarda
doğulanlar nəzərdə tutulur), 55 faizi naturalizasiya olunmuşlar.
Beləliklə, cəmi 4 faiz Çinli vətəndaşlıq əldə etmişdir.
Siyahıyaalmaya görə Kanadada 17,437 nəfər zənci qeydə
alınmışdır. Əhalinin 42 faizi Britaniya mənşəli, 31 faizi isə
Fransa mənşəli olmuşdur. 16,131 nəfər yahudi, 22,050 nəfər
Çinli/Yaponiyalı (onlar bir kateqoriya hesab olunurdular)
qeydə alınmışdır. Əhalinin 96 faizi Avropa mənşəli idi.
1903. Çinlilərin əsas vergisi 500 ABŞ dollarına yüksəldi.
1901-1918-ci illər arasında Çinli immiqrantlardan 18 milyon
ABŞ
dolları
məbləğində
vergi
yığılmışdır.
Avropa
immiqrasiyasına isə 10 milyon dollar pul xərclənmişdir.
1906. İmmiqrasiya Aktı. Daxili İşlər naziri Frank Oliverin
sözlərinə görə, qanunun məqsədi nəzarət vasitəsilə təmin
etməklə, “arzuolunmaz immiqrantlarla işlərdən İmmiqrasiya
Departamentinin məlumatlı olması” idi. Akt mübarizə və
məhdudlaşdırma tədbirlərini təsbit edirdi və gücləndirirdi.
Aktla “qadağan olunmuş” immiqrantların kateqoriyaları
genişləndirilirdi. Sənəd həmçinin hökumətə immiqrantların
məskunlaşdıqları iki il ərzində onları deportasiya etməyə
sdəlahiyyət verirdi.
Sonradan bu, üç və beş ilə qədər artırıldı.
1906-1907. 4700 nəfər Hindistanlının, xüsusilə, Pəncab
əyalətindən Sikhlərin, Vankuverə gəlişi oldu. Çinlilərin və
Yaponların gəlişi də artdı. 1907-ci ildə 2300 yaponiyalı
Britaniya Kolumbiyasına (Kanadada olan) qədəm qoydu.
Britaniya Kolumbiyasının ağlarının reaksiyası Kanada Daxili
İşlər Nazirliyi tərəfindən “demək olar ki, isterika” kimi təsvir
olundu. Asiyalıları Xaricetmə Liqasının (Asiatic Exclusion
League) təşkil etdiyi “Anti-Asiya Paradı” Çaynataunlarda və
Yapon kvartallarında əmlaklara dəyən zərərlərlə müşahidə
olunan iğtişaşlarla nəticələndi.
175
1907. Yaponiyaya hökumət nümayəndələrinin gedişi belə
bir razılığın əldə olunması ilə nəticələndi ki, Yaponiya
hökuməti özü Kanadaya emiqrasiyanı ildə 400
nəfərə q
ədər
məhdudlaşdıracaq.
1908. Şura “fasiləsiz səyahət”lə əlaqədar qaydaları tətbiq
etdi. Bu qaydalar özlərinin mənşə ölkələrindən fasiləsiz
qaydada səyahət etməyən imiqrantları qadağan edirdi. Bu
zaman Hindistan və Yaponiyadan gələn paraxodlar Havay
adalarında dayanırdı. Eləcə də Hindistanlıların “torpaqbasdı
pulu” 50 dollardan 200 dollara qədər qaldırılmışdı.
1908. Çinlilərin İmmiqrasiya Aktına düzəlişlər edildi.
Düzəlişlər qadağan olunmuş şəxslərin siyahısını genişləndirirdi
və baş vergidən azad (Head Tax) olunan şəxslər sinfini
məhdudlaşdırırdı.
1908. ABŞ-Kanada sərhədlərində sərhəd müfəttişliyi
xidməti yaradıldı.
1910. İmmiqrasiya Aktı. Bu akt Şura sərəncamları yolu
ilə tənzim etmək üçün hökumətə çox böyük səlahiyyətlər
verirdi. Düzəlişərin 38-ci bölməsi hökumətə “fasiləsiz səyahət”
qaydaları altında immiqrantların gəlişini və “hər hansı bir irqə
mənsub olan və Kanadanın iqlim şəraitinə və şərtlərinə uyğun
olmayan, eləcə də istənilən ixtisaslı sinifə, vəzifəyə və
xarakterinə görə” immiqrantların ölkəyə gəlişini qadağan
etmək səlahiyyəti verilirdi. Düzəlişlərin 41-ci bölməsinə
əsasən, Akt həmçinin belə bir əsasları genişləndirirdi ki,
immiqrantlar mənəviyyatsızlığa və siyasi cinayətkarlığa görə
deportasiya oluna bilərlər. Sənəd immiqrantlar üçün Kanadada
yaşadıqdan üç il sonra (sonradan beş il) “yaşayış”
konsepsiyasını təqdim edirdi.
1910. Oklahomanın zənci fermerləri ölkələrində artan irqi
ayrı-seçkilikdən Kanadaya köç etmək maraqlarını artırdılar. Bu
baxımdan bir çox ticarət nümayəndələri və Edmonton
Bələdiyyə Şurası zənci immiqrasiyasının qarşısını kəsmək üçün
Ottavaya çağrıldılar. 1911-ci ildə şura qərarı qəbul olundu.