96
5.
«İskəndərnamə». İskəndərnamə iki hissədən ibarətdir: «Şərəfnamə» və
«İqbalnamə». «Şərəfnamə» İskəndərin şan-şöhrəti və ölkələri tutmasından bəhs edir.
«İqbalnamə» isə onun dünyadan heç nə aparmadığından danışır. Bəzən «İqbalnamə»
«Ağılnamə» də adlanır.
«Şərəfnamə» 6800 beyt olub 597-ci ildə tamamlanmış, «İqbalnamə» 599 da
yekunlaşıb 3680 beytdir. Beləliklə də Nizaminin yazdığı bu 5 dastan ədəbiyyat aləmində
xəzinə adlandırılıb və «Xəmsə» kimi bütün dünyada şöhrət qazanmışdır.
Şərqşünaslar və Nizami
Yan Ripka «Yeddi Gözəl»in tərcüməsi müqəddəməsində yazır: «Bəziləri
Nizaminin adını eşidib, onun əsl və həqiqi mənada kim olduğunu bilmir. Çoxları onun
əsərlərini oxuyub, ancaq təhlil edə bilməməsi şüurunun Nizami səviyyəsində olmaması
ilə izah edilə bilər».
Nizami Avropada şərqşünaslar tərəfindən Firdovsi, Sədi, Xəyyam və Hafizdən gec
tanınmışdır. Yalnız Alman şərqşünası Vilhelm, Nizaminin dərk edib onun əsərləriylə
maraqlanmışdır. Bu gəncəli şair ancaq 1786-cı ildən etibarən tanınmağa başladı. Həmin
il Kələküttə də «Asiya döyüşü» adlı bir kitab çap oldu ki, İran ədəbiyyatı müntəxəbatı
kimi Nizaminin «Sirlər xəzinəsi» poemasından 20 hekayə də orada mövcud idi. Daha
sonra 1802-ci ildə Almaniyanın Leypisik şəhərində bu 20 hekayə Latın dilində nəşr
edildi. Bundan sonra Hindistan alimləri Bədr Əli və Mir Hüseyn Əli tərəfindən şairin
«İskəndərnamə» dastanı şərhlərlə birlikdə çap olundu. Bu tərcümə və çaplar Gəncə soz
ustadının Avropada yayılmasına səbəb oldu.
1826-1828 illərdə Qazanda rus şərqşünası Fransua Ardman tərəfindən
«İskəndərnamə» çap oldu və «Ruslarla döyüş» adı ilə oxucu kütləsinə çatdırıldı.
1836-cı ilə qədər Nizamini ancaq «Sirlər xəzinəsi» və «İskəndərnamə» müəllifi
kimi tanıyırdılar. Bu illərdə İngilis şərşünası J.Atkinson «Leyli və Məcnun» poemasını
ingilis dilinə tərcümə etdi. Sonralar Londonda 1894-1895-ci illərdə yenidən nəşrinə
müvəffəq oldu.
1852-ci ildə Hindistan şərqşünası Ağa Məhəmməd Şüştəri tərəfindən çap edildi.
97
1881-ci ildə «Nizami xəmsəsinin xülasəsi» adlı şeirlər kitabı Lidən şəhərində
çapdan çıxdı. Beləliklə Avropada sonralar «Xosrov və Şirin», «Yeddi gözəl» çap
olmağa başladı.
Eyni zamanda Vilhelm Baxer «Nizaminin tərcümeyi-halı və əsərləri» adlı kitabını
yazıb Almanca çapına nail oldu.
Nizaminin həyat və yaradıcılığı haqqında ən geniş və müfəssəl yazıb elmi
araşdırmalar aparan böyük rus alimi və şərqşünası Bertels olmuşdur. O, Nizaminin
«Xəmsə»sini ruscaya tərcümə etmiş, XX əsrdə Nizamidən ən çox yazıb araşdırmalar
aparan şərqşünasdır.
Ümumiyyətlə götürsək indinin özündə də bütün dünya şərqşünasları Nizamini tam
açmaq üçün böyük maraq göstərirlər. Çünki, Nizami elə bir dühadır ki, onda hələ
açılmayan mətləblər çoxdur. Onu dərk etmək üçün yalnız özünün səviyyəsində
olmalısan.
Nizaminin etiqadı
Çox nadir şair, yazıçı hətta mütəfəkkir filosof ola bilər ki, səhv etməmiş olsun. Belə
böyük işləri görən Nizami də istisna deyil. Belədirsə onda aşağıdakıları nəzərə almaq
lazımdır:
1.
Nizami bütün tarixi faktları tam olduğu kimi verməmişdir. Bu, onunla əlaqədardır
ki, şair onu öz təxəyyülü ilə açıqlamışdır. İskəndər, Azərbaycana gəlməmişdir. Şair isə
onu Nüşabə ilə qarşılaşdırır.
2.
İslamda olan bəzi dini ayinlər Xristianlıqda yoxdur. Ancaq Nizami İskəndərin
müsəlman qaydalarına əməl etməsini göstərir. Halbuki, İskəndərə bu iş yaddır. Məsələn,
kənizin İskəndərin əlinə su tökməsi ki, o, əlini yusun. Məsihidə (xristianlıqda) belə adət
yoxdur.
3.
Nizamidə həyatla din arasında bəzi anlaşılmazlıqlar mövcuddur.
4.
Nizami xürafata etiqat etməsə də bəzi hekayələrində bu hal görünməkdədir.
5.
Nizami əsərlərinin sonunda qocalıqla əlaqədar kəmhövsələliyə, tələskənliyə yol
vermişdir. Bu hal «İqbalnamə» dastanında özünü göstərir. Görünür şair ömür vəfa
98
etməsə, əsəri bitirməməsindən qorxmuşdur. Ancaq cəsarətlə demək lazımdır ki, Nizami
əsərləri sözün əsl və həqiqi mənasında daim bəşəriyyəti düşündürən hikmət və əxlaq
dəryasıdır. Hər kəsin bundan faydalanması vacibdir.
II FƏSİL
NIZAMI GƏNCƏVI ƏSƏRLƏRINDƏ HIKMƏT
Fəlsəfə və hikmət vəhdət təşkil edir. Bilik, elm, alimlik, irfan, mərifət, alilik
Firdovsi əsərlərində, Nasir Xosrov, Kəlilə və Dimnə, Gülüstanda öz əksini tapmışdır.
Bundan əlavə doğruluq, düzlük, ağıl və hökm də burada yer almışdır.
Hikmət və elm “Qurani Kərim”də də işlədilmişdir. Fəlsəfi baxımdan hikmət-
həqiqət deməkdir.
Xacə Nəsir demişdir: «Hikmət mərifət əhlində ağıl-kamala çatmaqdır. Fəlsəfəni
qədimdən məziyyət və hikmət bilmişlər. Ərəstu, Əflatun fəlsəfəsi şeyx Şəhabəddin
tərəfindən yayılmışdır».
Nizami «İqbalnamə» də göstərir ki, Ərəstu ölüm ayağında ikən şagirdləri başına
toplaşır və Ərəstu onlara deyir ki, nə qədər ömr etdim fələyin işlərindən baş çıxara
bilmədim, indi görürəm ki, heç nə bilmirəm.
Əflatun 113 il yaşayıb ölüm vaxtı deyir ki, mən hələ cavan arzularımla yaşayıram,
yeni şeylər düşünmək istəyirəm. Nizami deyir ki, insan ancaq gördüyünü dərk edə
bilər, görmədikləri elə bağlı olaraq qalacaq. Dünyanın varlığını ancaq xaliq dərk edə
bilər. Çünki kainatı o özü xəlq etmişdir və özü bilir ki, necə xəlq etmişdir.
Qərb fəlsəfə tarixində fəlsəfə 5 hissəyə bölünür:
Məntiq, camal elmi, əxlaq, siyasət və təbiət elmləri. Məntiq, fikrin əsasında
cəmləşir. Camal elmi real görünüşün təcəssümüdür. Əxlaq, kamal, ağıl bəhrəsidir,
siyasət ideyalar məcmuəsidir. O, cəmiyyəti dəyişməyə qadirdir. Təbiət elmi
gördüklərimizin inikiasıdır. Yəni insan bunları görür və hiss edir. Hikmət əxlaqın
içərisindən nəşət edib çıxır.
Bütün bunları Nizami öz şeriyyatında açıqlaya bilir.
Dostları ilə paylaş: |