Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə20/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   16   17   18   19   20   21   22   23   ...   39

87
 
 
gün müdrik sözünə daha çox ehtiyac duyulur. Sonra 
da düşünürsən ki, bəlkə, cəmiyyətin pozulmasına 
peyğəmbər kimi tanıdığımız Adəm və onun həyat 
yoldaşı Həvva səbəb olub? Kini də, xəyanəti də, qar-
daş qanı tökməyi, oğurluğu, etdiklərini ört-basdır et-
məyi də biz insanın  əcdadı sayılan Adəm və onun 
ailəsindən öyrəndik. Bəlkə də, bu əfsanə insanın ma-
yasında nələrin olduğunu, nə ilə yoğrulduğunu gös-
tərmək üçün yaradılıb və “sən daxilən bu cürsən” – 
deyə yaradanın bizə mesajıdır?! 
Əsərin ən maraqlı tərəfi isə insanın eşşəklə müqa-
yisəsidir. Niyə it yox, at yox, meymun yox, məhz “Ki-
tab yüklü eşşək”? Çünki Şərq-Türk mədəniyyətində 
bütün insanlar ən qaba, mədəniyyətsiz, avam, dünya-
dan bixəbər, tənbəl, özündənrazı adamları  eşşəyə 
bənzədirlər. Hətta bu işgüzar və insanın bütün əzab-
larına daima boyun əyən heyvanın adını çəkəndə qar-
şı tərəfdən üzr də istəyirik. Bəlkə də, bu üzrü kimisə 
eşşəyə  bənzətdiyimiz üçün eşşəkdən istəməliyik? Eş-
şək yeganə varlıqlardandır ki, insanla dostluğunun 
tarixi bilinmir. Həmişə, hər yerdə insana gərəkli olan 
bu heyvan, sadəliyinə və təvazösünə görə daima tən-
qidə  və  təhqirə düçar olur. Ədib eşşəyi bu səbəbdən 
seçmiş olmasın? 
Digər tərəfdən əsərin adındakı ironiya çox maraq-
lıdır. Bəlkə də, bu adı seçməkdə müəllif elmlə, dünya-
görüşlə,  şüurla  əhatə olunmuş insanı leksikonumuz-
da özünə xüsusi bir məna daşıyan eşşəklə müqayisə 
edir. Nə qədər məlumatlı və ağıl sahibi olsa da, insa-
nın  şüursuz, savadsız, gördüklərini dərk etməyən, 
yaxşılıqla pisliyi dəyərləndirməyi bacarmayan bir eş-


88
 
 
şəkdən fərqi yoxdur demək istəyir. Günümüzdə  də 
adam olmağı bacarmayan, dəblə ayaqlaşmaq üçün ki-
tab oxuyan, oxuduqlarına görə özünə  ən yüksək də-
yəri verib ən ali bir insan kimi təqdim edən, əldə etdi-
yi bilik və bacarıqları  təbiətin məhvinə yönləndirən, 
vəhşi təbiətin  ən vəhşi varlığına çevrilən,  şəhvət və  
şöhrətin  əsiri olan yüzlərlə insan görə bilərik. Boğa-
zında qalstuk, gözündə ziyalılığın simvolu kimi dərk 
etdiyi eynək,  əynində kostyum olan kor əbləhlər ki-
tabla yüklənmiş  eşşəyi xatırladır. Xisləti isə demona 
xidmət etməkdir. 
Düzdür, bu əsərə  qədər istər bizim, istər  şərq, is-
tərsə də dünya ədəbiyyatında alleqorik yolla insanları 
tərbiyə etmək arzusunda olan böyük müdriklər ol-
muşdur. Lakin Əbdürrəhim bəy Talıbovun “Kitab 
yüklü eşşək” romanı  əvvəlki  əsərlərdən fərqli olaraq 
mövzuya yanaşma, heyvanın müşahidəsi ilə insanla-
rın tənqidi, məktub vasitəsi ilə əvvəlki sahibinə müra-
ciəti, sondakı sual-cavabı insanı daha çox düşünməyə 
vadar edir. 
Bu baxımdan, böyük şəxsiyyət  Əbdürrəhim bəy 
Talıbov cəmiyyətin eybəcərliklərini, insanın  ən vəhşi 
“heyvan” olduğunu bu kiçik romanında böyük usta-
lıqla əks etdirib. 
Bu qədər ali ideyaları özündə cəmləşdirən Əbdür-
rəhim bəy Talıbovun “Kitab yüklü eşşək” əsərini So-
vet dövrünün tədqiqatçıları Azərbaycan ədəbiyyatın-
da yazılan ilk romanlardan biri kimi dəyərləndirirdi-
lər. Lakin müstəqillik qazanandan sonra tədqiqat im-
kanlarının genişlənməsi nəticəsində dünya ədəbiyya-
tı,  ədəbiyyatşünaslığı haqqında geniş bilgilər  əldə 


89
 
 
edildi. Bu bilgilərə yiyələnəndən sonra bəzi  əsərlərin 
tədqiqatı ilə bağlı  fərqli məqamlar ortaya çıxdı. Bun-
lardan biri də Əbdürrəhim bəy Talıbovun “Kitab yük-
lü eşşək”  əsəridir. Tədqiqatçı Tahirə  Həsənzadənin 
araşdırmalarında təqdim etdiyi dəlillər maraqlıdır: 
“Kitab yüklü eşşək”  əsərinin  əsli fransız yazıçısı Pol 
de Koka məxsusdur. Cənubi Azərbaycanda və İranda 
bu əsəri farscaya tərcümə və təbdil edən isə Marağalı 
Məhəmmədhəsən Xan Etimadüssəltənədir. 
Böyük alim Xeyrulla Məmmədov bu barədə özü-
nün məşhur “Cənablar, börklərinizi qaldırın,  əlahəz-
rət fakt gəlir” məqaləsini çap etdirmiş və qeyd etmiş-
dir: “Əbdürrəhim Talıbov kimi böyük alim və ədibin 
“Kitab yüklü eşşək” əsəri ilə məşhurlaşmağa ehtiyacı 
yox idi”. 
Paris cəmiyyətinin qüsurlarını  gərəkdiyində açıq 
lövhələrlə təsvir edən, istər Fransa geniş dairələrinin
istərsə  də Avropa ictimaiyyətinin sevimlisi olan Pol 
de Kok Məhəmmədhəsən xanın diqqətindən yayın-
mamışdı. 
Tədqiqatçılardan P.Ariyanpur, Məhəmməd  Şahid 
Nurayi, Mirhaşim Mühəddis, xan Məlik Sasani də  
“Müstəqil vəhş, ya əlhimar yəhmilül-əşfəran” əsərini 
Məhəmmədhəsən xanın  əsərləri siyahısında vermiş-
lər. Tahirə  Həsənzadəyə görə,  İranın görkəmli alimi 
Səid Nəfisi bu əsəri Məhəmmədhəsən xanın fransız 
dilindən tərcümə  və ya təbdil etdiyini, əsərin qəhrə-
manlarına iranlı adlar qoyduğunu bildirir. İran alim-
ləri F.Adəmiyyət, Y.Ariyanpur, M.Bamdad Ə.Talıbov 
haqqında tədqiqatlarında “Əlhimar…” – “Kitab yük-


90
 
 
lü eşşək” əsərini Ə.Talıbovun əsərləri siyahısına daxil 
etməmişlər.”
4
 
Salidə  Şərəfovaya görə isə  bəzi tədqiqatçılar bu-
nun adını Apulleyin “Qızıl eşşək”  əsəri, bəziləri isə 
Kontes de Sequr adlı bir fransız yazıçısının əsəri kimi 
də qələmə verirlər. 
Fikrimizcə, “Kitab yüklü eşşək”  əsərinin bir fran-
sız yazıçısına aid olduğu iddiasını qəbul etmək müm-
kün deyil. Çünki əsərin ön sözündə yazılan qeydlərdə 
də müəllifin özü bu mövzuya ondan öncə çox mütə-
fəkkirlərin toxunduğunu deyir: “Mən bu hekayətin 
ilk təşəbbüskarı və mündəricəsinin müəllifi deyiləm”.  
Bu onu göstərir ki, əsərin müəllifi mövzu haqqında 
geniş bilgiyə sahibdir, elə buna görə də istər Avropa
istərsə də dünya ədəbiyyatında yazılmış təmsil və al-
leqorik əsərlərə işarə edir. Bu da yazıçının təvazökar-
lığından xəbər verir. Əgər, doğrudan da, məhz bu 
əsər xarici bir əsərdən tərcümə edilsə idi, müəllif bu-
nu yazmaqdan zərrə  qədər də  çəkinməzdi.  Ən yaxşı 
halda buna təbdil demək olar ki, bu da təbdilin sər-
hədlərini aşaraq müəllif qələmi ilə  ən gözəl  şəkildə 
aşılanmışdır. 
Təbdil, iqtibas ədəbiyyatımızda XIX əsrdən geniş 
istifadə edilən janrlardandır. Bu terminin meydana 
çıxmasına qədər Nizaminin “Leyli və Məcnun”undan 
bəhrələnərək onlarla əsər yazılmışdır. Əgər bu əsərin 
hansısa Avropa mənşəli bir yazıçının əsərindən təbdil 
edildiyini, iqtibas edildiyini desək belə, bunun plagiat 
                                                            
4
A.Y.Abuşova. XIX əsrin sonu-XX əsrin əvvəllərində Cənubi Azərbaycan 
ədəbi-mədəni mühiti – problemlər, müqayisələr. Bakı Universitetinin 
xəbərləri. Humanitar elmlər seriyası № 3, 2012. 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə