117
və dibsiz göylərin
"mələkli" boşluğuna,
"tanrmın" sərxoşluğuna.
Budur
Şə
rqin ciyərlərini gəzən
və onu bəzən
öldürən ilk azar,
Bunun uzun tarixi var,
Heyhat!..
Ağarıb saçları, qocaldıqca
gəncləşir həyat.
Gördü Günəş,
gördü Ay
ki, doldu tay-tay
Kitayın ipək malı
Parisin şantanlarına;
Ümidim özgədir yarına.
Qoy
Yaxın gələcəyi görsün
ve get-gedə hirsindən ölsün!
Gecələr qayıq gəzintisinə çıxan
Yanaqları boyalı London xanımları
Bilsinlər ki, Şərqin varı
Boşalmayacaq Avropanın limanlarına.
Ümidim özgədir yarına.
Çoxaldı bax,
çoxaldı!
Hər üsyana səbəb olan
böhran
yenə çoxaldı.
ş
çilər işsiz qaldı,
Çoxaldı
qarnı açıq və yurdsuz
yavruların sayı.
Doldu dar keçidli sokaklara
*
üsyançıların alayı.
*
Küçələrə
118
Trak...
Trak...
Tra...raq...
Divarları yırtaraq
"Gəlin!
Gəlin!"-dedilər.
və hər gücünə güvənən
düşmənə hücum başladı.
rilər sanldı silaha,
körpələr daşladı...
Yazıq!
Kəsdi yolumuzu yenə
faşizmin atlı dəstəsi,
ş
lədi gecənin dərinliyinə
topların səsi,
Demək,
Düşmən hələ qüvvəidir.
Ona bəzən
kömək edən
"işçilərin" öz əlidir.
Aha!..
Az qaldı sabaha,
ağarır dan yeri;
Cəbhədə sağ qalanlar
Dənməsin geri,
ağarır dan yeri...
1931
119
PAMBIQÇILAR
Günün saçaqları yayılır düzə,
Çünki təslim olur gecə gündüzə.
Könül xumarlanır duyduqca dərin,
Üfüqlər ləkəsiz, havalar sərin;
ndi son bahardır, gəlib keçdi yay,
Göydə təkər kimi yuvarlanır ay.
Çöldə traktorun səsi canlanır,
Obalar şənlənir, həyəcanlanır.
Səslənir yamaclar, dağlar, dərələr,
nsanı güldürür bu mənzərələr.
Oğru qarğalara tüfəng atılır,
Qocalmış torpağa dərman qatılır.
O biri yanda da bir böyük dəstə,
Dillərdə bayatı, kəsmə şikəstə
Arxın kənarında pambıq dərirlər.
Dalda qalanlara yol göstərirlər.
Biləklər çirməkli, döşlər önlüklü,
Hamısı torbalı, hamısı yüklü,
Tökür alınları puçur-puçur tər.
Birisi yorulub deyir ki, - yetər,
Gəlin nəfəs alaq, bir az dayanaq,
Günün qabağında bir az da yanaq.
Soyusun tərimiz, sonra başlayaq,
Artıq dərənləri çox alqışlayaq.
Olmaz! Olmaz! - deyir komsomol Pəri, -
Bir şey yığmamışıq gələndən bəri,
Nə tez yoruldunuz? Qoyun iş görək!
Eyvaz bir asqırıb, bir öskürərək:
Çox sağ ol, ay qızım, yamanca şeysən,
Halaldır donunu qızıldan geysən;
Yaraşır adına komsomolkalıq.
Qarışdı, səsləndi birdən aralıq
Yaşasın zərbəçi komsomol Pəri!
120
Bu hal düşündürdü tənbəl Əskəri;
Başını qaldırıb yerindən qalxdı,
Təzədən döşünə- bir önlük taxdı
Qarışdı dəstəyə, qarışdı işə,
Dostlar sevinəcək belə gedişə.
Gəldi günorta çağı,
Gün qızarıb yanırdı.
Azca külək də vardı,
Otlar dalğalanırdı.
Zərbəçilər gəldilər
Arxın kənarlarına: -
Azarlarıq, - dedılər, -
ş
ləsək ac qarına.
Ş
irin söhbət içində,
Çoxları bir biçimdə,
ş
tahlanıb yeyirlər;
Qızlar mahnı deyirlər.
Yetmək üçün murada
Xumar baxır Murada;
O da bilib əhvalı
Oynadır qaş-gözünü,
Bir az çəkir özünü...
Hamı duyub bu halı,
Gülüb qaqqıldaşdılar,
Köpüklənib daşdılar.
Uzun boylu, ala gözlü dağ gövdəli birisi,
Odur kolxoz gənclərinin danışıqdan dirisi,
Pəhləvandır bu qəhrəman, zərbəçidir öz adı,
çlərindən baş qaldırıb şahin kimi sıçradı:
-Bu gün işə çıxmayanlar, dünənkindən daha çox...
Elə tənbəl insanların cərgəmizdə yeri yox.
Ə
smər qarı süməklənir kulakların yanında,
Eloğlu da nağıl deyir xanlığın eyvanında.
121
Qasım kişi dünən gecə qoşub ulaqlarını,
Ortaq olub Məcid bəyə - gedib odun satmağa.
Gərək tutub yaxşı çəkək onun qulaqlarını,
Bir də cürət eləməsin kolxozu aldatmağa.
Gülpəri də dalaşmışdır! ərilə, birdən-birə
Acığından gövdəsini qaldirb çırpmış yerə;
Deyirlər ki, bərk naxoşdur yazıq, uşaq salmışdır,
A yoldaşlar, yenilikdə köhnəlik çox qalmışdır.
Xanpaşa da dünən gecə işdən çıxıb gedəndə
Tərli-tərli su içmişdir, qanı donmuş bədəndə.
Gərək bütün burdakılar bir əl kimi çalışaq,
Çətinliyin hər qeydinə, hər dərdinə alışaq.
Qüvvə bizim, motor bizim, torpaq bizim, su bizim.
Öz əlimiz qursun gərək bu yurdda sosializm.
Yedilər, içdilər qəhrəmanlarım,
Üstünə od kimi düşdülər işin.
Mənim də qəlbimdə coşdu qanlarım,
Çünki yolçusuyam mən bu gedişin.
1931
122
T KANLI SÖZLƏR
Mən yazmamış bilirəm
və sevinib gülürəm
ki,
xoşuna gəlməyəcək.
bu şerim.
Yanaqlarına
tək xal qoyanların;
Bu dünyada
nə mənsəbdən
nə şöhrətdən
doyanların.
Çünki mən
nə gülləri, çiçəkləri sayrışan
tər cunalı yazların,
nə sarı simləri
sarılıq gətirən
ağ sədəfli sazların,
nə də ki,
zurnalı düyünlər şairiyəm.
Mən
günəşi yarışa çağıran
böyük günlər şairiyəm...
Yox deyil bizim kəndlərdə
ə
təyinin altında rüşvət alanlar.
Yuxulu,
yorğun
ş
ikayətçiləri
get-gələ salanlar;
Açılır örtülü pərdə...
Sənriyə-sənriyə
piyləndikcə
göbəklərindəki qatlar.
Dərisinə siğmayan bürokratlar
Yox deyil kəndlərdə;
Dostları ilə paylaş: |