_____________Milli Kitabxana________________
185
D u r s u n
Sən haralısan, haralı, Durna!
Dursun əlindən yaralı Durna!
Uca dağların maralı, Durna!
Maralı, maralı, maralı Durna!
Dursun başını pəncərədən içəri soxanda Laləni görüb qaçır.
Lalə onun dalınca cumur.
L a l ə. Hara qaçırsan?.. Dayan ay birminci dələduz!
Durna və Qəmər gülüşürlər.
D u r n a. Qəmər, kim nə deyir desin. Mənim Laləyə yazığım gəlir.
Onu bu bataqlıqdan çəkib qurtarmaq lazımdır.
Q ə m ə r. O çox bacarıqlı qızdır. Heyf ki, pis adama rast gəlib.
Onu Dursunun təsirindən ancaq sən qurtara bilərsən.
D u r n a. Mən bu barədə çox düşünmüşəm. Qəmər, onu öz
briqadamıza keçirsək necə olar?
Q ə m ə r. Çox yaxşı olar... yaxşı fikirdir.
D u r n a. Elə də eləyəcəyəm.
Q ə m ə r. Onu analığından ayıra bilsək, bəxti açılar.
D u r n a. Bunu lap düz deyirsən. Onu eliyərəm.
Q ə m ə r. Mən mane olmayım, gedim Durna!
D u r n a. Hara belə tələsirsən?
Q ə m ə r. Olimpiadaya gedənlərin baxışına. Heyf, heyf ki, sən
getmirsən.
D u r n a. Qəm yemə!.. Qocalmamışıq ki... Qəmər, tez-tez gəl! Sənsiz
yaman darıxıram.
Q ə m ə r. Gələrəm, Durna, gələrəm. (Gedir.)
Kərim və Nisə gəlir.
K ə r i m. Qızım... bir az əvvəl bizim həyətdən vaz atıb qaçan
Laləydi?
D u r n a. Bəli, ata, o idi!
K ə r i m. O, bura niyə gəlmişdi ki?
D u r n a. Heç... Elə belə gəlmişdi də.
_____________Milli Kitabxana________________
186
K ə r i m. Bilmək olmaz niyə gəlmişdi?
D u r n a. Ata, istəyirəm, laləni öz briqadamıza keçirəm. Dursundan
uzaqlaşar, onda görərsən necə ağıllı qız olar.
K ə r i m. Olmaz ki, elə Dursunu da götürəsiniz öz briqadanıza.
D u r n a. Onsuz sizin briqadanın işi keçməz ki.
K ə r i m (hirsli). Sən nə cürət eləyib mənimlə bu dildə danışırsan.
Yox, yox, sən əvvəllər belə deyildin. Görünür, dil verənin var. (İstehza
ilə) Ay Nisə, (qəzeti göstərir) kim deyir ki, saz pis şeydir. Elə deyil?
N i s ə. Əlbəttə, a kişi, doğurdan a... Bu aşıq Muradı çağırsana, bizə
bir qədər saz çalıb oxusun.
K ə r i m. Əcəb qandın! Buyurun, bu da mənim ömür yoldaşım.
D u r n a. Mən qandım, ata... Amma bir də belə tikanlı sözlər eşitmək
istəmirəm . (Acıqlı otaqdan çıxır.)
K ə r i m. Əlbəttə istəməzsən. Sərf eləmir, axı! Neştər yaraya dəydi?
Barakallah qız böyüdən!
N i s ə. Əlbəttə, barakallah... Əyər, əskiyi varsa, vur başımı yar!
Mənciyəz qızımız barədə deyilənlərin bir kəlməsinə də inanmıram.
K ə r i m. Ay ilana zəhər verən kərtənkələ!
N i s ə. Qızım səninçin körpə uşaq deyil. Bir başına vur ki, o gecə
gündüz qiyabi instituta imtahana hazırlaşır. Əlindən dəftər, kitab düşmür.
(Miz üstdəki kitabları göstərir).
K ə r i m (bir kitabı götürüb Nisəyə göstərir). Qiyabi institutda, Leyli
Məcnun?!
N i s ə. Nə Leyli Məcnun?!
K ə r i m. Görünür, qızımızın birinci imtahanı Leyli Məcnun
əhvalatından olacaq.
N i s ə. Leyli Məcnundan olanda nə olar ki?! Onu bilmək də böyük
işdir.
K ə r i m. Bəli uzun işdir. Mən indi başa düşürəm ki, ayağımın altını
qazıyan düşmənim öz evimin içindəymiş.
N i s a. Səhvin var. Düşmənin öz ürəyinin içindədir. Bir yaxşı fikirləş!
K ə r i m (hirsli). Nə istəyirsiniz məndən? Ağzından süd qoxusu gələn
aşığın biri adımı-sanımı çırpdı yerə.
N i s ə. Eh... qohum bazlıq eləməyəydin. Nəcəfçin keçərsənmiş.
Dursunçun keçərsənmiş... Bax, axırda belə olarsan. Təqsirlərin hamısı
özündədir, özündə...
_____________Milli Kitabxana________________
187
K ə r i m. Heç eybi yoxdur. Mən hələ sağam. Bu günün sabahı da var.
(Yadına nəyi isə salır.) Yaxşı, bəs sən buna nə deyirsən ki, bütün mahalda
biabır olmuşuq.
N i s ə. Yenə nə olub ki?
K ə r i m. Nə olacaq, heçnə, qulağıma çatıb ki, qızımız o aşıq Muradla
küncdə-bucaqda, bağda, bağatda, dərədə, təpədə xəlvət-xəlvət görüşürlər.
N i s ə. Görüşsünlər də... Kişi, bəlkə doğrudan da Murad qızımızı
istəyir.
K ə r i m. Qızmızı istəyən qapımıza adam göndərər.
N i s ə. Kişi, deyirəm bəlkə qızımızın xasiyyətinə yaxından bələd
olmaq istəyir.
K ə r i m. Necə, necə, xasiyyətinə bələd olmaq istəyir?
N i s ə. Bəs necə! Sənin, mənim zəmanəmiz deyil ki, gözüyumulu qız
verib, qız alasan... yəqin elə mən deyəndir.
K ə r i m. Bəli, bəli xasiyyət bələd, bələd xasiyyət, əcəb işdir, yaxşı
göstərərəm ona xasiyyətimi. Ay arvad, bir də deyirlər ki, biz evdə
olmayanda o bura gəlir. Heç bilirsən bu barədə nələr danışırlar?!
N i s ə. Yalan sözdür. Murad çox tərbiyəli oğlandır. Durnaya isə özüm
tərbiyə verib böyütmüşəm.
K ə r i m. Onda hekayə tamam oldu. Demək cavanlığında keçdiyin eşq
yollarını ona da öyrətmisən.
N i s ə
Bəsdir kişi atdın qıza iftira,
Heç yapışmaz quru palçıq divara.
İndi çatıb qız on səkkiz yaşına.
Necə gəlib eşq həvəsi başına.
K ə r i m
Dayan arvad, səbrini bas, dayan dur,
Məncə bu Durnanın işi uzundur.
Görüşürlər Murad ilə xəlvəti,
Tapdalanır mən Kərimin qeyrəti.
N i s ə
Birdəfəlik qoy kəsilsin bu söhbət.
Qızım qanmır nədir sevgi, məhəbbət.
_____________Milli Kitabxana________________
188
K ə r i m
Yox, yox məni haldan salıb şübhələr.
Buna çarə tapmalıyam müxtəsər.
N i s ə. Necə çarə?
K ə r i m
Bir macal ver, bir dayan,
Edəcəyəm öz qızımı imtahan!
N i s ə. Nə imtahan?
K ə r i m
Bir macal ver, bir dayan,
Edəcəyəm öz qızımı imtahan.
(Durnanı səsləyir.) Ay qız Durna, Durna!
Durna (gəlir). Buyur, ata!
K ə r m. Qızım, bayaq qəlbini qırdım. Məni bağışla!
D u r n a. Nə eybi var ata?
K ə r i m. Əhsən belə qıza! Durna, sənə bir kiçik sualım var. Əgər düz
cavab versən, and içirəm, bundan sonra sənə güldən ağır söz demərəm.
D u r n a. Buyur, ata!
K ə r i m. Deyirəm o qiyabi kənd təsərrüfatı institutuna girəndə əsas
imtahanı nədən verəcəksən?
D u r n a. Mənimçin bütün dərslər əsasdır, ata!
Kərim miz üstündəki "Leyli və Məcnun" kitabını göstərir.
K ə r i m. Deyirəm bəlkə əsas imtahanın bundandır. Leyli Məcnundan,
eşqdən, məhəbbətdən!
D u r n a. Füzulinin əsərlərini bilməmək eyibdir, ata!
K ə r i m. Rəhmətlik Füzuli təkcə bunu yazıb elə?
D u r n a. Xeyr. Bu onun şah əsəridir.
K ə r i m. Bəs onun rəiyyət əsəri hansıdır?
D u r n a. Ata...
K ə r i m. İndi ki, Leyli Məcnun əhvalatını bilirsən, de görüm, eşqin
məğzi, cövhəri, mayası, mənası, müəmması nədir?
Dostları ilə paylaş: |