_____________Milli Kitabxana________________
216
Q o r x m a z o v. Aha, səs yan otaqdan gəlir. Deyəsən orda siçan var.
D ə m i r o v. Necə? Siçan?!
Q o r x m a z o v. Adə birdən parçaları çeynəyib tökərlər, düşərik
qana, tez gir otağa, qov siçanları.
D ə m i r o v, Xeyr atam... mən uşaqlığımdan siçandan qorxuram. Qoy
həyətdən pişik çağırım tutsun, piş-piş... piş...
Q o r x m a z o v. Xərifləmə... Tez ol, özün tut.
D ə m i r o v. Ya həzrət Fatma, yahəzrət bibi... (Qorxa-qorxa otağa
girir, uşağı gətirir.) Nə zorba siçandır...
Q o r x m a z o v. Bu nədir, adə...
D ə m i r o v. Möcüzədir, möcüzə.
Q o r x m a z o v. Bu sənin kələyindir, əclaf! Hamıdan qabaq sən
burda olmusan.
D ə m i r o v. Vallah xəbərim yoxdur.
Q o r x m a z o v. Tez ol, al uşağı boynuna!
D ə m i r o v. Boynuma alım?
Q o r x m a z ov . Əlbəttə, boynuna.
D ə m i r o v. Baş üstə. (Uşağı boynuna qaldırır.)
Q o r x m a z o v. Qoy yerə... Mən vicdanının boynuna deyirəm, öküz
boynuna yox...
D ə m i r o v. Aləm bilir ki, mən sonsuzam... İnsaf yaxşı şeydir axı...
Q o r x m a z o v. Yaxşı, bəs onda bunu mənim otağıma kim qoyub,
kim? (Fikirləşir.)
D ə m i r o v. Nə bilim, səhər tezdən Gülara burda qurdalanırdı...
Q o r x m a z o v. Aha, tapdım, tapdım!
D ə m i r o v - Kim qoyub?
Q o r x m a z o v. Bunu bir sən bil, bir də mən...
D ə m i r o v - Sən bilirsən ki, mən sirr dağarcığıyam.
Q o r x m a z o v. Bn Gülaranın işidir, Gülaranın. O, bizə şər atmaq
istəyir. Öz körpəsini atıb bizim üstümüzə. Bu yaxında kurorta getməsi də
fırıldaqdır.
D ə m i r o v. Görəsən kimdəndir?
Q o r x m a z o v. Allah bilir, hələlik səs-küy qoparmaq lazım deyil.
Başa düşdün? Bu bizə gələcək üçün lazım olacaq. Tez əyalını, o Fatma
xalanı çağır görüm.
D ə m i r o v (pəncərədən Fatmanı səsləyir). Ay qız, Fatma!
Q o r x m a z o v. Yaxşı Gülara...
_____________Milli Kitabxana________________
217
F a t m a (gəlir). Salaməleyküm!.. Bıy, bu körpə kimindir?
Q o r x m a z o v. Onu sonra sənə Dəmirov deyər. (Dəmirov Fatmanın
qulağına pıçıldayır.) Deyin görüm ikiniz ər-arvad mənim rəhbərliyim
altında nə qədər maaş alırsınız?
D ə m i r o v. 120manat.
Q o r x m a z o v. Sizə bir o qədər də mən Qorxmazov verərəm. Oldu?
(Dəmirova pul verir.) Çox da bəzi atalar, tfu, atalar yox, analar
vicdansızlıq eləyib öz gül kimi körpələrini atırlar çölə. Bəs bizim
namusumuz harda qaldı?! Bu günlərdə nəvəniz olmuşdur. Qoy gəlin bu
körpəyə də baxsın. Bunun tərbiyəsini sizə tapşırıram. Hələlik bir siz bilin,
bir də mən...
D ə m i r o v və F a t m a. Arxayın olun!
Q o r x m a z o v. Aparın!
F a t m a. Sizə bir kəlmə sözüm vardır.
Q o r x m a z o v (diksinir). Nə söz?
F a t m a. O söz ki, mən qocalmışam, mənə yazığınız gəlsin. Siz
idarəni yaman zibilləyirsiniz. Bir az... (Yerdən papiros kötüklərini yığır.)
Q o r x m a z o v. Artıq danışma, get!
Dəmirov və Fatma gedir.
Q o r x m a z o v. Malades sənə Qorxmazov. Bu tələ, kimin ağlına
gələrdi?! Məni məğlub eləyən hələ anadan olmayıb. (Ayna qabağında
sifətində gah ciddi, gah mülayim hərəkətlər göstəri., Sonra stol arxasında
oturub əl və sifat hərəkəti ilə məşq eləyir.) Yaxşı Gülara, görüm əlimdəki
bu canlı dakumentin qabağına necə çıxacaqsan?
B a y r a m a l ı (gəlir). Salam, yoldaş Qorxmazov. Gəldim ki, sizi
xəbərdar eləyim ki, siz rəhbərliyə gələn gündən bağçılıq işlərimiz öz
yoluyla gedir. Deyirəm vallah təbiətin də özünə görə qanacağı var. Sizin
mərhəmətinizlə bostanımızda xiyarımız da, pomidorumuz da,
badımcanımız da xeyli tərəqqi etmişdir. Bircə buyurun baxın! (Portfeli
açıb meyvəcatı stolun üstə tökur.)
Q o r x m a z o v. Əhsən... Bəs qovun-qarpızırmzın kefi necədir?
B a y r a m a l ı (qulağına pıçıldayır), On-on beş pud nübarlıq
göndərmişəm.
Q o r x m a z o v. Malades. Bax varam belə can yandıran çesni
rabotniklərə.
_____________Milli Kitabxana________________
218
B a y r a m a 1ı. Buyurun, bu kağızlara qol çəkin.
Q o r x m a z o v. Bəri ver... (Kağızlara qol çəkir.) Bostanımızm
inkişaf və tərəqqisini təsdiq edirəm. Aha, yaxşı yadıma düşdü...
Qorxuram mən evə gedənəcən Dünya xanım qohumlara qonşulara
göndərə.
B a y r a ma l ı. Rəfiqəniz elə qadınlardan olmasın gərək.
Q o r x m a z o v. Elədir, elədir! Azadsan...
B a y r a m a l ı. Hörmət və ehtiram. (Gedir.)
İçəri iki qadın girir.
D e m i r o v. Analar qırğom, bacılar qırğom.
M ü ş t ə r i q a d ı n. Ağıllı danış. (Qorxmazova) Yoldaş direktor,
mənim şikayətim var.
Q o r x m a z o v. Necə, mənim rəhbərliyim altında şikayət?
M ü ş t ə r i q a d ı n. Burda da üz gördülük? Siz allah baxın görün
usta onunçün necə tikib, mənimçin necə? (Ayna qabağında fırlamır.)
A k t r i s a. Yoldaş direktor, mən aktrisayam. Bu paltarı öz zövqümə
görə tikdirmişəm. Bu qadın yapışıb yaxamdan, deyir ki, gəl bu saat gedək
müdirin yanına, sən nəçisən ki, üz görüb səninçin belə qəşəng paltar
tikiblər. Daha nə bilim nələr, nələr...
Q o r x m a z o v. Heç bir şey başa düşmürəm.
M ü ş t ə r i q a d ı n (güzgü qabağında əda ilə öz fiqurasını nümayiş
etdirir). Siz allah mənimkinə də baxın, onunkuna da...
U s t a (Qorxmazovun qulağına pıçıldayır). Günah məndə deyil.
Q o r x m a z o v. Ay arvad, nahaq, napras yerə skandal eləyib şum
salma... Aldığım sveji məlumata görə sizdə yerli-dibli fiqura yoxdur.
M ü ş t ə r i q a d ı n. Necə, məndə fiqura yoxdur... (Güzgü qabağında
fırlanır.) Bəs bu nədir?
Qorxmazov. Canım, mən demirəmki, ıısta deyİr də...
M ü ş t ə r i q a d ı n. Aha, başa düşürəm... O, aktrisadır-nədir, ustanı
razı salıb, odur ki, o da onun xeyirə-şərə yaramaz fiqurasına tərəfdar çıxır.
Mən ustaya artıq bir şey vermədiyimçin mənim gül kimi fiquramı yerə
vurur. Belə də haqsızlıq olar?
Q o r x m a z o v. Yoldaş fiqura, siz lap qranitsani keçdiniz ha...Mənə
Qorxmazov deyərlər. Qəprizbazın biri qəprizbaz... Təvəqqe eləyirəm
bayıra...
D ə m i r o v. Anam qırğom, xalam qırğom.
Dostları ilə paylaş: |