Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə46/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   42   43   44   45   46   47   48   49   ...   60

_____________Milli Kitabxana________________ 
225 
 
 
 
B a y r a m a l ı. Məni gözləyənlər var, mən gedim. (Gedir.) 
Q o r x m a z o v. Can yandıran adamdır. 
D i l a v ə r. Çox. 
Q o r x m a z o v. Yaxşı, Dilavər, sənin gözəl mühasib olduğunu 
bilirəm. Görüm indi o biri sənətini necə göstərəcəksən? Nitqimi deyirəm 
ey, yazıb qurtarmısan, ya yox? 
D i l a v ə r. Çoxdan... Alın, baxın! (Ona çox qalın bir dəftər verir.) 
Q o r x m a z o v. Adə bu boyda reç olar ki, yazıbsan. Azı on kilo 
gələr. Aşna, bunun hamısını danışsam nitqim səhərəcən qurtarmaz ki... 
D i l a v ə r. Əslən bir o qədər uzun deyil. Yarısı nəsrlədir, yarısı da 
nəzmlə. Nəzm hissəsi doqquz min beytdir. 
Q o r x m a z o v. Pah atonnan! Bir-iki cümlə oxu görüm reçim necə 
çıxıb. Xamuş. 
 
D i l a v ə r 
 
Həyatın şən qucağında, a yoldaşlar, tavarişi,  
Atelye modamın ali qurulmuşdur bütün işi! 
 
Q o r x m a z o v. Tişi! Saxla, adə, bu şerdir ki. 
D i 1 a v ə r. Ərz etdim ki, yarısı nəzmiədir. 
Q o r x m a z o v. istəməz. 
D i l a v ə r. Niyə? 
Q o r x m a z o v. Birdə gördün zəhrimarın bir yerində ilişdim, sonra? 
D i l a v ə r. İlişməzsiniz inşallah. 
Q o r x m a z o v. Yox, yox. (Kitabı  vərəqyir.) Aşna elə birinci 
səhifələrdən görürəm ki, nitqimi dayaz yazmısan. Mənim kimi adama 
yaraşmaz ki, tribunaya çıxıb dayaz nitq eləsin. Bir az da dərinləşdir. Elə 
dərinləşdir ki, prenyaya çıxanlar  əl-qol atıb üzə bilməsinlər, nitqimin 
dərinliyində batıb boğulsunlar. 
D i l a v ə r. Çox qorxdum ki, nitq mübarəkinizi qəliz yazsam, daha 
ilişərsiniz. Buna görə də... 
Q o r x m a z o v. Fikrin özünə, mənə getməsin. Nitqimi nağıl dilində 
yaz ki, kəmsavad camaat da başa düşsün... (Yenə dəftərə baxır.) Adə, bu 
sözləri niyə həlqəyə salmısan? 
D i 1 a v ə r. Mötərizəyə? Bunlar sitatdır. 
Q o r x m a z o v. Ştatdır? Mən ştatdan danışmayacağam. 
D i l a v ə r. Sitat. Yəni özgələrin fikri, ayə. 
 


_____________Milli Kitabxana________________ 
226 
 
 
 
Q o r x m a z o v. Adə mən öz gül kimi fikirlərimi qoyub özgələrin 
fikrinə niyə əl atım axı. Aşna, gərək təzədən işləyəsən. 
D i l a v ə r. Bu gözlərim üstə. 
Q o r x m a z o v. Qaldı nitqimin preniyası, yox, mən preniya, mreniya 
açmayacağam. 
D i l a v ə r. Bunsuz olmaz. 
Q o r x m a z o v. Yaxşı preniyanı da sən özün yaz. Sonra verərsən 
yoxlayım. Mənim reçimə zidd bir kəlmə də danışılmamalıdır. Preniyada 
sən danışarsan, Bayramalı danışar, Dəmirov danışar. Vəssalam. Gülaraya, 
o qarğaturistə və başqalarına söz verdirmərik. Sonra səsə qoyub preniyanı 
kəsərik, vəssalam. Adə, bir də kim məndən ağıllı söz danışacaq ki, onlara 
söz də verək, hə? 
D i 1 a v ə r. Ağıllı fikirdir. 
Q o r x m a z o v. Nitqimin alqışlarını da sən təşkil etməlisən. 
 
Bu dəmdə Gülara əlində anket gəlir. 
 
Q o r x m a z o v. Bu nədən ötəridir? 
G ü l a r a. Bilmirəm, istəyiblər. 
Q o r x m a z o v. Mən hər  şeyçin anket doldurmaram. Yəqinki, 
ordençidir. Onda, sən doldur. Mən qol çəkərəm. 
G ü l a r a. Ancaq bir-iki suala mütləq özünüz şəxsən cavab 
verməlisiniz. 
Q o r x m a z o v. De gəlsin sualını. 
G ü l a r a. Peşəniz? 
Q o r x m a z o v. Peşəm? 
G ü l a r a. Bəli, peşəniz? 
Q o r x m a z o v. Yaz ki, rəhbərlik. 
G ü l a r a. Nə dediniz? 
Q o r x m a z o v. Niyə durub baxırsan, yaz ki, rəhbərlik. Ay qız, sizə 
rəhbərəm, ya yox?! 
 
Gülara başmı bulayaraq yazır. 
 
G ü l a r a. Təhsiliniz? 
Q o r x m a z o v. Necə deyim. (Fikirləşir.) Yaz ki, ali savadsız. 
G ü l a r a. Başa düşmədim. 
Q o r x m a z o v. Niyə axı? Yəni təhsili yarımçıq buraxmışam. 
 


_____________Milli Kitabxana________________ 
227 
 
  
G ü l a r a. Yaşınız? 
Q o r x m a z o v. Xeyira, fikriniz məni qoca qələmə verməkdir? Onu 
görməyəcəksiniz. Yaz ki, yaşı naməlumdur... Daha sualın yoxdur ki? 
G ü 1 a r a. Sualım olmasa da, sözüm var. Bizim sovet adamları yaxşı 
mədəni geyinməyi sevir; bizim borcumuz isə onlanrın bu arzusunu həyata 
keçirməkdən ibarətdir. Lakin bizim bəzi ustalar bunu unudaraq... 
Q o r x m a z o v. Yaxşı, yaxşı, sonra, görmürsən vacib millət işiylə 
məşğulam. 
G ü l a r a. Görürəm. (Gedir.) 
Q o r x m a z o v. Bu qızdan sənə sonra işlər danışacağam ki... 
D i l a v ə r. Başa düşürəm. Yoldaş Qorxmazov, əz qəza siz əvvəllərdə 
gərək ki, tamojnada işləmisiniz. 
Q o r x m a z o v. Tamojna nədir caınm, mən yazığı üç-dörd ay bir 
yerdə rahat oturmağa qoymurlar ki... bir təşkilatı cana gətirən kimi, məni 
ordan götürüb başqa bir idarəyə atırlar ki, oranı da cana gətirim. Mən 
ölüm vicdanla, düzünü de görüm, bu bir neçə ayın müddətində buranı 
cana gətirmışəm, ya, yox? 
D i l a v ə r. Şəksiz, şübhəsiz, pəh-pəh, ölmə, ölmə! 
Q o r x m a z o v. Bəziləri deyir ki, gərək rəhbəri olduğun idarənin 
cikini-bikini, bütün sirlərini biləsən. Səhvdir, mənim  əqidəmcə doktor 
olmasan da, böyük bir xəstəxananın müdiri ola bilərsən. İncinar olmasan 
da, zorba bir zavoda direktor müdiri olmağa ixtiyarın var. Canım qoy 
onlar işləsinlər, sən də kağız-kuğuza qol çəkib rəhbərliynini elə. Üzünü də 
elə apar ki, hamı səndən tük salsın. Yoxsa başına çıxarlar, qara-qorxusuz. 
filansız da işləmək mənə əl verməz. 
D i l a v ə r. Pəh, pəh... Ölmə, ölmə! Hərçənd siz bizdən  əfzəl 
bilirsiniz. Lakin məndən sizə vəsiyyət, əvvəla bilmədiyiniz şeyə bilmirəm 
deməyin və saniyən özünüzdən çox biləni nəbada həndəvərinizə 
qoyasınız, çün hörmətdən düşərsiniz. 
Q o r x m a z o v. Ağlabatan sözlərdir. 
D i l a v ə r. Yoldaş Qorxmazov, təhər-tövürünüzdən belə məlum olur 
ki, cavanlıqda məndən ayrılandan sonra beş-altı darülfünun qurtarmısınız. 
Q o r x m a z o v. Xeyr, mən heç nə qurtarmamışam. Ömrüm 
məclislərdə, toyxanalarda keçib. Hər yerdə  həmişə birinci mən 
danışmışam. Gördüyümü, eşitdiyimi yığmışam bax bura. (Başını 
göstərir). Bax bııra. (Qarnını göstərir.) Darülfünun nədir canım... 
 
 
 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə