Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə75/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   71   72   73   74   75   76   77   78   ...   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
HƏRBİ HUMANİTAR ELMLƏR

MILITARY HUMANITIES
 
64
səlibçilərin əlinə keçmişdir. Erməni hərbçi isə yenidən öz dininə dönmüşdür. Başqa bir səlibçinin 
yazdığına görə ermənilər səlibçilərin türklər üzərində qələbəsini gördükdən sonra onlara basqın 
edərək ələ keçirə bildiklərini öldürürmüşlər [10, s.115]. 
Böyük mərkəzləşmiş ordu və odlu silahdan istifadə ilə xarakterizə olunan yeni dövr 
müharibələri hərbi hiylənin də yeni üsullarını meydana gətirdi. Bununla belə, bu işdə əvvəlki kimi 
gizlilik, strateji və taktiki yanıltmalar çox mühüm yer tuturdu. Bu dövrdə hərbi hiylədən istifadənin 
ən parlaq nümunələrindən biri kimi qalibiyyətli Borodino döyüşündən sonra geriyə marş-manevr 
etməklə Moskvanı Napoleona təhvil verərək sonradan onu ağır məğlubiyyətə uğradan Kutuzovun 
hərbi hiyləsi göstərilə bilər [11]. 
I və II dünya müharibəsi illərində döyüş aparan bütün tərəflər hərbi hiylənin müharibə zamanı 
istifadə oluna biləcək müxtəlif forma və üsullarından istifadə etmişlər. Hələ II dünya müharibəsinin 
başlanğıcında tərəflər öz planlarını, qoşun qruplaşmalarının gizliliyini ciddi şəkildə qoruya 
bilmişdilər. Döyüşlərdə sovetlər tərəfindən strateji miqyasda hərbi hiylədən istifadə, qəfillik faktoru 
əksər hallarda faşistlərin məğlubiyyəti ilə nəticələnmişdi. Məsələn, düşmən guya sovet qoşunlarının 
lazımı gücə malik olmaması haqqında məlumatlandırılır, qoşunlar gizli şəkildə yenidən qruplaşdırılır, 
aldatma məqsədilə müdafiə istehkamları qurulur, dezinformasiyadan aktiv istifadə olunurdu. Sovet 
qoşunlarının qəfil hücumlarında gizlilik, nümayiş, imitasiya, dezinformasiya və s. böyük rol 
oynamışdır. Marşal Q.K.Jukov orduya göstərişlərində qeyd edirdi ki, döyüş zamanı hər bir komandir 
düşünülmüş düşməni aldatma planına malik olmalıdır. Düşməni aldatmanın metod və üsulları şablon 
ola bilməz - hər bir şablon düşmən tərəfdən anlaşıla bilər. Komandir yaradıcılıq nümayiş etdirməli, 
var gücü ilə öz imkanlarını və zərbə istiqamətini gizlətməlidir. Qoşunların hücum mövqelərinə 
yerləşdirilməsi gecə, tam məxvi şəraitdə həyata keçirilməlidir. Bu passiv tədbirlər, düşməni yanıltma 
üçün aktiv fəaliyyət ilə müşayiət olunmalıdır. Bu məqsədlə hücum zonasından uzaq rayonlarda 
qoşunun yerləşdirilməsi, gücləndirilmiş radioəlaqənin həyata keçirilməsi, avtomobil maketlərinin və 
s. qurulması, tankların hərəkət etdirilməsi, yolların çəkilməsi, kəşfiyyat hərəkətləri kimi aldadıcı 
fəallıq lazımdır [3, s.224]. 
Gizlilik və düşməni yanıltma tədbirləri zamanı müttəfiqlər tərəfindən də o dövr üçün orijinal 
üsullardan istifadə olunmuşdur. Uinston Çörçill deyirdi ki, “müharibənin birinci qurbanı həmişə 
həqiqət olur”. O qeyd edirdi ki, “müharibə dövründə həqiqət o qədər qiymətlidir ki, onu yalan 
gözətçiləri qorumalıdır” [12, s.129]. Yalandan şaiyələr, kütləvi informasiya vasitələri xəbərləri 
yayılır, saxta sənədlərin (məsələn, əmrlər, xəritələr, şəxsi məktublar) hazırlanması kimi vasitələrdən 
istifadə olunur, gəmi, təyyarə və başqa hərbi texnika maketləri vasitəsilə çox sayda yalançı hərbi 
obyektlər yaradılırdı. Düşmən o qədər aldadılmışdı ki, Normandiyada müttəfiqlər desant çıxardığı 
zaman, bunu yayındırıcı əməliyyat hesab etmişdir [3, s.259].
İkinci dünya müharibəsindən sonra dünyanın düşmən bloklara bölünməsi və soyuq müharibə 
şəraitində hərbi hiylə məsələsinə yanaşma dəyişik formalar almağa başladı. Artıq birbaşa irimiqyaslı 
hərbi əməliyyatlar getmir, düşmən tərəflə münasibət daha çox ideoloji mübarizə müstəvisinə keçirdi. 
Nəticədə, hərbi hiylənin daha çox sülh dövrü üçün nəzərdə tutulmuş forma və üsullarından istifadə 
olunmağa başladı. Məqsəd bir tərəfdən hərbi potensialın və yerləşmənin gizliliyini təmin etmək, 
dezinformasiya, digər tərəfdən yeni başlaya biləcək hərbi əməliyyatlara hazırlıq idi. Hərbi 
nəzəriyyəçilərin diqqəti daha çox hərbçilərin davranış xüsusiyyətlərinə yönəlmişdi. Hərbi psixologiya 
elminin bununla bağlı istiqamətləri inkişaf etdirildi. Əsas istiqamət psixoloji təsirlər vasitəsilə qarşıda 
duran hərbi məqsədlərə çatmaq idi. Hərbi nəzəriyyəçilər bunun üçün hərbi hiylə, onun xarakteri, 
forma, metod və üsulları məsələlərini kompleks halında tədqiq etməyə başladılar. Hərbi hiyləyə bu 
yanaşma “soyuq müharibə” dövrünü xarakterizə edən lokal silahlı toqquşma və müharibələrdə də 
özünü göstərirdi. Müharibə hadisəsində baş verən bir sıra dəyişikliklərə baxmayaraq, hərbi hiylənin 
bir çox forma və üsulları yenə aktual olaraq qalmışdı. 
Ərəb-İsrail müharibələri zamanı hərbi hiylənin qəfillik, gizlilik, yanıltma kimi və s. forma və 
üsullarından istifadə olunur, “soyuq müharibə”nin siyasi oyunları ilə hərbi hadisələrin gedişinə təsir 
göstərməyə cəhdlər edilirdi. 1973-ci il oktyabrın 6-da Süveyş kanalından İsrailə qəfil hücum edən 
Misir onun müdafiə sisteminin qumluq səhra ilə bağlı hissəsini sulama qurğularından istifadə edərək 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə