Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə39/80
tarix14.05.2023
ölçüsü390,98 Kb.
#110178
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   80
M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f 2

Sualvermə, söhbətə qoşulma. İctimai yerlərdə natiqə ya da hər hansı bir adama söylənilən fikirlə bağlı veriləcək suallar münasiblik, lazımlıq, vaciblik və s. baxımından ölçülüb-biçilməli, götür-qoy edilməlidir. Bəsit suallar onun sahibinin səviyyəsinin, düyagörüşünün, bilik və məlumatının səthiliyini biruzə verir. Məntiqsiz və mənasız suallara radio və televiziya verlişlərində tez-tez təsadüf olunur. Hər hansı bir məsələni araşdırmaq, öyrənmək, müsahibi söhbətə, dialoqa cəlb etmək məqsədilə belə ifadələri işlətmək daha münasib olar: Zəhmət olmazsa, deyin görüm, Zəhmət olmazsa, başa salım. Sizin fikrinizi bilmək olar?, Sizə bir sual vermək olar? Və.s Söhbəti dinlədikdən və ya suala cavab aldıqdan sonra müsahibə razılıq əlaməti olaraq belə ifadələr işlədilə bilər: Danışığızdan razı oldum, çox sağ olun: Sizdən razı qaldım: Təşəkkürümü bildirirəm: Minnətdaram və.s
Cavabvermə. Ictimai yerlərdə, geniş auditoriyalarda natiqə, çıxış edən digərlərinə ünvanlanan suallar diqqətlə dinlənilməli, sualın müqabilində Sizi başa düşdüm, Sualınız mənə aydındır, Sualınıza görə sizə təşəkkür edirəm və.s kimi nəzakətli ifadələr işlədilməlidir. Cavabdan sonra qarşı tərəfin razı qalıb qalmaması soruşulsa daha yaxşı olar. Bu məqsədlə belə ifadələr işlədilə bilər: Razı qaldınmı, Cavabım sizi qane etdimi, Deyilənlərə etirazınız yoxdur ki, Sizi razı sala bildimmi və.s. Cavab verilərkən bəzən etik normalardan uzaqlaşma halları da olur. Tək-tək olsa da kobud söz və ifadələr işlədilir. Məs. Səni başa salmaq çətindir, Vaxtımı alırsan, Ürəyimi çəkirsən, Zəhləmi tökmə, Sen belə şeyləri başa düşməzsən və.s kimi ifadələr işlədən müəllim və valideyinlərə heç bir halda bəraət qazandırmaq olmaz. Cavab vermək bacarığı insanın əsas keyfiyyətlərindən biridir. İstər böyüklər, istərsə də kiçiklər cavablarda nəzakətli sözlər, ifadələr eşitdikdə, müəyyən ölçüdə nəvaziş hiss etdikdə razı qalır, məmnunluq duyurlar.
Şad və bəd xəbərlərin çatdırılması. Mütəxəssislər təsdiqləmişlər ki, informasiyanın özü də dərəcəsinə görə ilk vaxtlar çox kəskin təsir göstərmək gücündədir.Hansısa bir bəd xəbərin (çox zaman şad xəbərin də) təsirinə insanın tab gətirməyib həlak olması (xalq arasında buna “ürəyi partladı”, “çartlayıb öldü”) halları da çoxlarına bəllidir. İki yeniyetmə oğlunun dənizdə çimərkən batması xəbərini eşidən ana huşunu itirmiş, bir daha özünə gəlməmişdi. Yaxud, atasının ölüm xəbərini eşidən qız özünü dənizə atıb həlak etmişdir. Adamlar başqasına əzizi, yaxın admının ölüm xəbərini verərkən vəziyyəti ağırdır, özündə deyil, huşunu itirib, halı yaxşı deyil və.s kimi ifadələrlə müsahibini bu dəhşətli hadisəyə hazırlamağa çalışırlar. Bəzi hallarda xəstə, əsəbləri zəif adamlardan belə xəbərlər gizli saxlanılır. Qəfildən alınan şad xəbərin, onun yaratdığı hissi halların, gərginliyin də bəzən adamlar üçün ağır nəticələri olur. Uzun müddət itkin düşmüş, oğlunun intizarında olan anaya qəfildən oğlunun sağ olması, yaxud gəlib çıxması xəbərini verməyin ana üçün hansı fəsadla qurtaracağını təsəvvür etmək çətin deyildir. Adamlar bunu nəzərə alaraq gətirdikləri şad xəbərdən əvvəl muştulyğumu ver, gözün aydın olsun, sənə bir şad xəbər gətirmişəm və.s. ifadələrlə şad xəbəri birdən birə deyil, tədricən sahibinə çatdırırlar.

Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə