Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani


Rəy söyləmək, münasibət bildirmək, məsləhət vermək



Yüklə 390,98 Kb.
səhifə40/80
tarix14.05.2023
ölçüsü390,98 Kb.
#110178
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   80
M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f 2

Rəy söyləmək, münasibət bildirmək, məsləhət vermək. İnsanlar istər yazılı, istərsə də şifahi formada başqasının nitqinə münasibət bildirir, rəy söyləyirlər. İstər şifahi, istərsə də yazılı şəkildə rəy verilərkən, münasibət bildirilərkən iş yararsızdır, boş və mənasız fikirlərdir, tarixdən xəbərsizdir və.s kimi ifadələrin işlədilməsi məsləhət görülmür. Həmin fikirləri başqa tərzdə məsələn, bəzi fikirlər aydın verilmir, bu barədə daha əsaslı faktlar gətirmək olardı, bir qədər səthilik nəzərə çarpır və.s kimi ifadə etmək olar və lazımdır. Dərin zəka və yüksək mədəniyyət sahibləri başqaları barədə, onların fəaliyyəti ilə bağlı danışanda, yazılı və şifahi formalarda rəy söyləyəndə həmişə yumşaq sözlər, ifadələr işlətməyə çalışırlar. Bu yumşaqlıq heç də qusurların üstündən keçmək, liberallıq göstərmək mənasında başa düşülməməlidir. Burada qüsurlar, çatışmazlıqlar göstərilir, amma bir qədər başqa tərzdə, haqqında danışılana hümanist mövqedən, xeyirxah bir məqsədlə onu daha çox işləməyə, oxumağa, çalışmağa sövq etmək, həvəsləndirmək üçün münasib sözlər, ifadələr işlədilir.
Nitqin etik qaydalarına əməl etmək. Danışıq zamanı başqasının heysiyyətinə toxunan, şəxsiyyətini təhqir edən, ədəb qaydalarına uyğun olmayan söz və ifadələrə (zırrama, qurumsaq, qanmaz, anlamaz, gopa basmaq, içəri soxulmaq, aradan sürüşmək, boşboğaz, dürtmək, ipli-mıxlı yoxa çıxmaq və.s) yol verilməməlidir. Bu cür sözlər və ifadələr hansı münasibətlə deyilməsindən aslı olmayaraq böyük narazılıqla qarşılanır.
Bəzi rəhbər işçilər belə hesab edirlə ki, işçini ram etmək üçün onunla kobud danışmaq, sərt rəftar daha yaxşıdır. Burada qədim yunan filosofu Sokratın bir kəlamı yerinə düşərdi: İnsan dünyanı dərk etməzdən əvvəl özünü dərk etməlidir. Doğrudan da, insan üçün çətin şeylərdən biri özünü dərketmə, “mən”in dərkidir. Özünü dərk edənlər həm də yüksək nitq mədəniyyətinə, nəzakətli danışıq qabiliyyətinə sahib olurlar.
Mədəni nitqin etiketləri.
1. Kömək etmək, qulluq göstərmək məqsədilə: İcazə verin kömək edim, Siz əziyyət çəkməyin, bunu mən edərəm, Qulluğunda olum, Köməyə ehtiyacınız varmı?, Mən sizi eşidirəm, Cavab verməyə tələsməyin, Sizi narahat edən nədir, Sizə nə kömək edə bilərəm, Nə buyurursunuz və.s.
2. İş gördürmək, soruşmaq, üzrxahlıq etmək məqsədilə: İnciməyin, sizə zəhmət verəcəyəm, İnciməzsinizsə, Əgər mümkünsə, Zəhmət olmasa, Buyruq olmasın, Vaxtınız varsa, İmkanınız olsa, Sizə əziyyət olacaq, Sizi yormayım, Lütfən söyləyin, Üzr istəyirəm, Əvvəlcədən minnətdarlığımı bildirirəm və.s.
3. Razı olmaq məqsədilə: Razıyam, Etiraz etmirəm, Sizinlə şərikəm, Xoşuma gəlir, Çox şadam, Minnətdaram, Məmnuniyyətlə, Xoşdur, Göz üstə, Arxayın olun, Sizinlə işləmək mənim üçün böyük şərəfdir və.s.
4. Etiraz etmək, razılıq verməmək məqamında: Bu məni təmin etmir, Etirazımı bildirirəm, Etiraz edirəm, Sizin fikrinizlə şərik deyiləm, Mən başqa cür düşünürəm, Bağışlayın, bu məsələdə sizinlə razı deyiləm, Bu mənim xoşuma gəlmir, Beləetməyin, Bu, ürəyimcə deyil və.s.
5. Təskinlik vermək, razı salmaq: Bir qədər ətraflı düşünün, Əsəbləşməyin, Darıxmayın, İcazə verin danışım, İmkan verin fikrimi izah edim, Özünüzü ələ alın, Səbr edin, Bir qədər səbrli olun, Nə etmək olar, qismət belə imiş və.s.
6. İntizama dəvət etmə məzəmmət: Sizdən bu hərəkəti gözləməzdim, Belə hərəkət sizə yaraşmaz, Siz adınıza layiq hərəkət etməlisiniz, Danışığınıza fikir verin, Allah xatirinə razı olun, Nəzakətli olun, Çalışın ki başqaları sizdən razı qalsın, Bir qədər səmimi olun, səhvinizi etiraf etməkdən çəkinməyin və.s
7. Qarşılama məqamında: Xoş gəlmişsiz, Lap vaxtında gəlmişsiniz, Həmişə siz gələsiniz, Sizin gəlişinizə şadam, Səni çoxdan gözləyirdim, Gələn qədəmləriniz var olsun və.s.
8. Dəvət etmək məqsədilə: Xoş gəlmisiniz, Buyurun, Qonağımız olun, Qapımız həmişə üzünüzə açıqdır, Siz bizim üçün həmişə əzizsiniz və.s
9. Vidalaşma məqamında: Sizi səbirsizliklə gözləyirik, Salamat qalın, Yuxunuz şirin olsun, Allah amanında, Eviniz abad olsun, İnşallah qismət olsa, biz yenə görüşərik və.s
10. Görülən işin müqabilində razılıq, rəğbətləndirmə: Afərin, Əhsən, Minnətdaram, Təşəkkür edirəm, Sizə zəhmət verdim, Sizə borcluyam, Allah sizdən razı olsun, Sizə qibtə edirəm, Çox sağolun, Qismət olsa, əvəzini çıxaram və.s.
11. İcrası hər hansı bir səbəbdən mümkün olmayan işin müqabilində: Çox sağolun, Sizə zəhmət verdim, Əziyyət çəkdiniz, Nə etmək olar, siz bacardığınızı etdiniz və.s.
12. Arzu-dilək və təbrik etmək məqamında: Yaxşı yol, Sağlıqla qalın, Uğur olsun, Xoşbəxt olun, Halal olsun, Xeyirli olsun, Bərəkətli olsun, Ömrün uzun olsun, Min bir budaq olun, İlahi, mərhəmətinə min şükür və.s.
13. Hal-əhval tutma məqamında: Əhvalınız necədir?, Necə dolanırsız?, Uşaqlar necədi? Və.s.
14. Öyrənmək məqsədilə verilən suala cavab məqamında: Buyurun soruşun, Lütfən buyurun, Sizə məmnuniyyətlə cavab verməyə hazıram, Cavabım sizi qane etdimi və.s.

Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə