Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə48/80
tarix14.05.2023
ölçüsü390,98 Kb.
#110178
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   80
M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f 2

Kitab üslubu. Bu üsluba kütləvi üslub da deyilir. Kitab üslubunda yazılmış əsərlər ədəbiyyat, elm, texnika, mədəniyyət, siyasət, ticarət, təsərrüfat və.s sahələri əhatə edir. Burada müəlliflə oxucu arasında əlaqə birbaşa yox, dolayı, kitabla yaranır. Ona görə də bu üslubda yazılmış əsərlərdə fikrin yığcam, dəqiq və düzgün ifadə olunması əsas şərtdir.
Rəsmi ünsiyyət şəraitində kitab üslubu yazılı nitqdə monoloq şəklində istifadə edilir. Kitab nitqi əvvəlcədən düşünülmüş nitqdir, ədəbi dilin normasına uyğunlaşdırılır. Ona görə də kitab üslubu kodlaşdırılmış nitqin xüsusiyyətlərini əks etdirir, yəni ədəbi dilin qaydalarına tabe edilir.
Danışıq üslubu. Bu üslubda danışan öz fikrini ifadə etmək üçün yalnız söz, ifadə və cümlələrdən deyil, həm də köməkçi vasitələrdən mimika, əl-qol hərəkəti, intonasiya, fasilə və.s-dən istifadə edir. Burada xalq danışıq dilinin ünsürləri, leksik-qrammatik xüsusiyyətləri, ifadə tərzi üstünlük təşkil edir. Danışıq üslubu sadə, anlaşıqlı olmalıdır. Bu üslub ədəbi dilimizə XX əsrin əvvəllərində daxil olmuşdur. Buna C.Məmmədquluzadənin və Ə.Haqverdiyevin hekayələri, M.Ə.Sabirin satirik şeirləri nümunə ola bilər.
Ədəbi danışıq üslubu. Ədəbi danışıq üslubunun tərkibinə məruzə, mühazirə, çıxış, müsahibə, söhbət daxildir. Bunlar həm məzmun və forma, həm də üslub çalarına görə bir-birindən fərqlənir. Bu üslubu rəsmi ədəbi danışıq üslubu və qeyri rəsmi ədəbi danışıq üslubu kimi mikroüsluba bölmək olar. Rəsmi ədəbi danışıq üslubunun tərkibində bir neçə üslub variantı var: mühazirə üslubu, məruzə üslubu, çıxış üslubu, televiziya üslubu, radio üslubu. Qeyri rəsmi danışıq üslubuna ailə-məişət danışıq üslubu və ictimai-kütləvi danışıq üslubu daxildir.
Danışıq – məişət leksikası və ekspressiv məna çalarına görə müxtəlifdir: 1. familyar sözlər. (dadaş, bacıoğlu, əmioğlu, əmidostu, xalaoğlu və.s) 2. ekspressiv – qiymətverici söz və ifadələr (sısqa, düdəmə, boşboğaz, key, qanmaz, tülkü və.s) 3. vulqar, kobud səciyyəli söz və ifadələr (xoruzlanmaq, anqırmaq, qırıldamaq, böyürmək, dürtülmək və.s) 4. loru söz və ifadələr (ötürmək, əkilmək, hürkmək, sürünmək, qaşqabaq tökmək).

Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə