raq bir hissəsidir. İnsanların o gün yaşanacaq hadisələr qarşısında
duyacağı qorxu Quranda müfəssəl şəkildə izah edilmişdir.
İnsanların yaşadığı qorxu
Allah bir çox ayələrdə insanların dünya həyatına möhkəm-
möhkəm bağlı olduqlarını və bunun onlara axirət həyatında heç bir
faydasının olmayacağını bildirmişdir. İnsanın dünya həyatında dəyər
verdiyi, önəmli saydığı, uğrunda olduqca çox şeyi gözə aldığı
dəyərlər onlardan əgər Allah rizası üçün və Allah yolunda istifadə
olunmursa, insana itkidən başqa bir şey qazandırmaz. Bu dəyərlərin
hər biri insanları yoxlamaq üçün xüsusi şəkildə yaradılmışdır. Əsl
yurd isə axirət yurdudur. Dünyaya aid şeylərin heç birinin əhəmiyyət
və mənasının olmaması isə Quranda bu şəkildə anladılır:
“Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar,
mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı
şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həya-
tının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanında-
dır”. (“Ali-İmran” surəsi, 14)
İnsan dünya həyatının ayədə də anladılan bütün bu çəkici xüsu-
siyyətlərinə hərisliklə bağlanır, bütün ömrünü bunları əldə edə
bilmək üçün xərcləyir. Quranda dünya həyatı ilə bağlı belə buyuru-
lur:
“Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərbəzək, bir-biri-
nizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı ço-
xaltmaqdan ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, onun
yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quru-
yar və sən onun saralıb solduğunu, daha sonra çör-çöpə
döndüyünü görərsən. Axirətdə şiddətli əzab, Allah’dan
bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan
başqa bir şey deyildir”. (“Hədid” surəsi, 20)
QİYAMƏT GÜNÜ
46
Dünya həyatının ən böyük hədəflərindən biri mal-dövlətlə, oğul-
larla, qısası, sahib olunan bütün dəyərlərlə öyünməkdir. Ancaq Qu-
randa xüsusilə vurğulanan və bütün toplumlar üçün keçərli olan bir
həqiqət dünya həyatındakı ən əhəmiyyətli sərvətlərdən birinin övlad
olması həqiqətidir. Uşağa sahib olmaq istəyi insanlara gənclik
illərindən etibarən öyrədilir. Uşaq insanlar arasında həm səbəbsiz bir
rəqabət ünsürü, həm də gələcəyə yönələn bir zəmanət mənasını da-
şıyır.
Digər bir istək də var-dövlətə və zənginliyə aid olanıdır. Bəlli ol-
duğu kimi, insanların dünya həyatı boyunca bütün hədəf, plan və
cəhdləri bu məqsəd üzərində qurulmuşdur. Pul-mal istəyi insanların
gözünü örtdüyü üçün bütün əxlaqi dəyərlər öz əhəmiyyətini itirmiş,
insan xarakterini formalaşdıran yeganə meyar maddiyyat olmuşdur.
Quran əxlaqı, əmr və qadağaları insanların həyatındakı birinciliyini
itirmiş, mal-dövlət yığıb toplamaq yeganə məqsəd olmuş, müna-
sibətlərdə maraqlar ön plana çıxmışdır.
Halbuki, qiyamət günü gələndə hər şey tərsinə dönər. İnsanlar
qarşılaşdığı günün qorxusundan dəyər verdikləri hər şeyi bir anda
unudarlar. Əsas hədəf saydıqları şeylərin artıq bir mənasının olma-
dığını anlayarlar. Dəyər ölçüləri bir neçə saniyə içində dəyişər. Artıq
mal-dövlətin, hətta övladın belə bir dəyəri yoxdur. Ata və analıq duy-
ğuları da öz mənasını itirmişdir. Dünyada ən çox dəyər verdiyi adam-
ları, hətta öz uşağını belə qiyamət gününün dəhşəti qarşısında
unudacaqdır. Kimsə öz uşağının vəziyyətini soruşmayacaq, bunu ağ-
lına da gətirməyəcək. Şübhəsiz ki, qiyamətin baş verəcəyi gün inan-
mayanlar üçün çox ağır bir gündür:
“O gün göy göyərmiş mis kimi olacaq; dağlar da didilmiş
yun kimi olacaqdır. Və dost dostu arayıb axtarmayacaq-
dır. Onlar bir-birinə göstəriləcəklər. O günün əzabından
qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin öz oğul-
larını; övrətini və qardaşını; ona sığınacaq verən əşirətini!
Harun Yəhya (Adnan Oktar)
47
Və yer üzündə olanların hamısını, təki özünü qurtarsın!”
(“Məaric” surəsi, 8-14)
“Göyün buludla parçalanacağı, mələklərin bölük-bölük
endirələcəyi o gün həqiqi hökmranlıq ancaq Rəhmana
məxsusdur; o, kafirlər üçün isə çətin bir gün olacaqdır”.
(“Furqan” surəsi, 25-26)
Hələ körpəlik çağında olan uşaqlar belə o gün ailələri tərəfindən
atılacaq. İnsanlar heç gözləmədiyi və əvvəllər tayını-bərabərini
görmədiyi bu hadisələr qarşısında nə edəcəklərini bilməz, çaşıb qa-
larlar. Qorxu elə ani və şiddətli bir şəkildə gələcək ki, hamilə qadınlar
bu şokun təsiri ilə uşaq salarlar. O çox ağır gündə yaşanacaq ha-
disələrin qorxusu və dəhşəti ilə qadınların əmizdirdiyi uşaqları da
unutduqları Quranda belə bildirilmişdir:
“Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi
uşağını unudar, hər bir hamilə qadın bari-həmlini yerə
qoyar. İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş de-
yillər. Ancaq Allah’ın əzabı çox şiddətlidir!” (“Həcc”
surəsi, 2)
Qiyamət günü dünyada ikən ona ünvanlanan çağırışlardan üz
döndərənlərin, həqiqi dost və yaradıcı olan Allah’ı unudanların bir-
birindən qaçıb qurtulmaq istədiyi bir gündür. Hər kəs öz hayında ola-
caq. O dəhşətli gündə insanlar arasında heç bir bağlılıq- nəsil,
əqrəbalıq və ya dost-yoldaşlıq bağları qalmayacaq. Bu mövzu Qu-
randa belə bildirilir:
“O gün insan qaçacaq öz qardaşından; anasından, atasın-
dan; zövcəsindən və oğullarından! O gün onlardan hər bi-
rinin istənilən qədər işi olacaqdır!” (“Əbəsə” surəsi,
34-37)
QİYAMƏT GÜNÜ
48
Dostları ilə paylaş: |