MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə13/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   44

raq bir hissəsidir. İnsanların o gün yaşanacaq hadisələr qarşısında
duyacağı qorxu Quranda müfəssəl şəkildə izah edilmişdir.
İnsanların yaşadığı qorxu
Allah  bir  çox  ayələrdə  insanların  dünya  həyatına  möhkəm-
möhkəm bağlı olduqlarını və bunun onlara axirət həyatında heç bir
faydasının olmayacağını bildirmişdir. İnsanın dünya həyatında dəyər
verdiyi,  önəmli  saydığı,  uğrunda  olduqca  çox  şeyi  gözə  aldığı
dəyərlər onlardan əgər Allah rizası üçün və Allah yolunda istifadə
olunmursa, insana itkidən başqa bir şey qazandırmaz. Bu dəyərlərin
hər biri insanları yoxlamaq üçün xüsusi şəkildə yaradılmışdır. Əsl
yurd isə axirət yurdudur. Dünyaya aid şeylərin heç birinin əhəmiyyət
və mənasının olmaması isə Quranda bu şəkildə anladılır:
“Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar,
mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı
şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həya-
tının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanında-
dır”. (“Ali-İmran” surəsi, 14)
İnsan dünya həyatının ayədə də anladılan bütün bu çəkici xüsu-
siyyətlərinə  hərisliklə  bağlanır,  bütün  ömrünü  bunları  əldə  edə
bilmək üçün xərcləyir. Quranda dünya həyatı ilə bağlı belə buyuru-
lur:
“Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərbəzək, bir-biri-
nizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı ço-
xaltmaqdan ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, onun
yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quru-
yar və sən onun saralıb solduğunu, daha sonra çör-çöpə
döndüyünü görərsən. Axirətdə şiddətli əzab, Allah’dan
bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan
başqa bir şey deyildir”. (“Hədid” surəsi, 20)
QİYAMƏT GÜNÜ
46


Dünya həyatının ən böyük hədəflərindən biri mal-dövlətlə, oğul-
larla, qısası, sahib olunan bütün dəyərlərlə öyünməkdir. Ancaq Qu-
randa xüsusilə vurğulanan və bütün toplumlar üçün keçərli olan bir
həqiqət dünya həyatındakı ən əhəmiyyətli sərvətlərdən birinin övlad
olması  həqiqətidir.  Uşağa  sahib  olmaq  istəyi  insanlara  gənclik
illərindən etibarən öyrədilir. Uşaq insanlar arasında həm səbəbsiz bir
rəqabət ünsürü, həm də gələcəyə yönələn bir zəmanət mənasını da-
şıyır.
Digər bir istək də var-dövlətə və zənginliyə aid olanıdır. Bəlli ol-
duğu kimi, insanların dünya həyatı boyunca bütün hədəf, plan və
cəhdləri bu məqsəd üzərində qurulmuşdur. Pul-mal istəyi insanların
gözünü örtdüyü üçün bütün əxlaqi dəyərlər öz əhəmiyyətini itirmiş,
insan xarakterini formalaşdıran yeganə meyar maddiyyat olmuşdur.
Quran əxlaqı, əmr və qadağaları insanların həyatındakı birinciliyini
itirmiş, mal-dövlət yığıb toplamaq yeganə məqsəd olmuş, müna-
sibətlərdə maraqlar ön plana çıxmışdır. 
Halbuki, qiyamət günü gələndə hər şey tərsinə dönər. İnsanlar
qarşılaşdığı günün qorxusundan dəyər verdikləri hər şeyi bir anda
unudarlar. Əsas hədəf saydıqları şeylərin artıq bir mənasının olma-
dığını anlayarlar. Dəyər ölçüləri bir neçə saniyə içində dəyişər. Artıq
mal-dövlətin, hətta övladın belə bir dəyəri yoxdur. Ata və analıq duy-
ğuları da öz mənasını itirmişdir. Dünyada ən çox dəyər verdiyi adam-
ları,  hətta  öz  uşağını  belə  qiyamət  gününün  dəhşəti  qarşısında
unudacaqdır. Kimsə öz uşağının vəziyyətini soruşmayacaq, bunu ağ-
lına da gətirməyəcək. Şübhəsiz ki, qiyamətin baş verəcəyi gün inan-
mayanlar üçün çox ağır bir gündür:
“O gün göy göyərmiş mis kimi olacaq; dağlar da didilmiş
yun kimi olacaqdır. Və dost dostu arayıb axtarmayacaq-
dır. Onlar bir-birinə göstəriləcəklər. O günün əzabından
qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin öz oğul-
larını; övrətini və qardaşını; ona sığınacaq verən əşirətini!
Harun Yəhya (Adnan Oktar) 
47


Və yer üzündə olanların hamısını, təki özünü qurtarsın!”
(“Məaric” surəsi, 8-14)
“Göyün buludla parçalanacağı, mələklərin bölük-bölük
endirələcəyi o gün həqiqi hökmranlıq ancaq Rəhmana
məxsusdur; o, kafirlər üçün isə çətin bir gün olacaqdır”.
(“Furqan” surəsi, 25-26)
Hələ körpəlik çağında olan uşaqlar belə o gün ailələri tərəfindən
atılacaq.  İnsanlar  heç  gözləmədiyi  və  əvvəllər  tayını-bərabərini
görmədiyi bu hadisələr qarşısında nə edəcəklərini bilməz, çaşıb qa-
larlar. Qorxu elə ani və şiddətli bir şəkildə gələcək ki, hamilə qadınlar
bu şokun təsiri ilə uşaq salarlar. O çox ağır gündə yaşanacaq ha-
disələrin qorxusu və dəhşəti ilə qadınların əmizdirdiyi uşaqları da
unutduqları Quranda belə bildirilmişdir:
“Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi
uşağını unudar, hər bir hamilə qadın bari-həmlini yerə
qoyar. İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş de-
yillər.  Ancaq  Allah’ın  əzabı  çox  şiddətlidir!”  (“Həcc”
surəsi, 2)
Qiyamət günü dünyada ikən ona ünvanlanan çağırışlardan üz
döndərənlərin, həqiqi dost və yaradıcı olan Allah’ı unudanların bir-
birindən qaçıb qurtulmaq istədiyi bir gündür. Hər kəs öz hayında ola-
caq.  O  dəhşətli  gündə  insanlar  arasında  heç  bir  bağlılıq-  nəsil,
əqrəbalıq və ya dost-yoldaşlıq bağları qalmayacaq. Bu mövzu Qu-
randa belə bildirilir:
“O gün insan qaçacaq öz qardaşından; anasından, atasın-
dan; zövcəsindən və oğullarından! O gün onlardan hər bi-
rinin  istənilən  qədər  işi  olacaqdır!”  (“Əbəsə”  surəsi,
34-37)
QİYAMƏT GÜNÜ
48


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə