MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə44/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   44

canlılardan insana uzanan nəsil ağacı olmadığı nəticəsinə gəlmişdir.
Zukerman maraqlı elm şkalası da qurmuşdur. Elmi hesab etdiyi
elm sahələrindən elmdən kənar qəbul etdiyi elm sahələrinə qədər
şaxəli cədvəl çəkmişdir. Zukermanın bu cədvəlində ən elmi, yəni
konkret faktlara əsaslanan elm sahələri kimya və fizikadır. Cədvəldə
bunlardan  sonra  bioloji  elmlər,  daha  sonra  sosial  fənlər  gəlir.
Şaxələnmənin ən kənar ucunda, yəni elmdən kənar hesab edilən
hissədə isə Zukermanın fikrincə telepatiya, altıncı hiss kimi hissin
fövqündə olan qavrama anlayışları və bir də insanın “təkamülü”
yerləşir! Zukerman şaxələnmənin bu ucunu belə açıqlayır:
“Obyektiv reallıq sahəsindən çıxıb bioloji elm fərz edilən bu
sahələrə, yəni hissin fövqündə olan qavramaya və insanın
fosil  tarixinin  şərh  edilməsinə  daxil  olduqda,  təkamül
nəzəriyyəsinə inanan bir şəxs üçün hər şeyin mümkün oldu-
ğunu görürük. Belə ki, nəzəriyyələrinə qəti şəkildə inanan bu
şəxslərin ziddiyyətli bəzi rəyləri eyni anda qəbul etmələri belə
mümkündür”. (Solly Zuckerman, Beyond The Ivory Tower,
New York: Toplinger Publications, 1970, səh. 19)
İnsanın təkamülü nağılı da nəzəriyyələrinə kor-koranə inanan bir
sıra  insanların  tapdıqları  bəzi  fosillər  haqqında  qabaqcadan  rəy
verərək şərh etmələrindən ibarətdir. 
Darvin formulu!
İndiyə qədər təhlil etdiyimiz bütün dəlillərlə yanaşı, istəyirsi-
nizsə, təkamülçülərin necə cəfəng inanca malik olduqlarına bir də
uşaqların belə anlayacağı qədər açıq misalla baxaq.
Təkamül nəzəriyyəsi canlıların təsadüfən əmələ gəldiyini iddia
edir.  Ona  görə,  bu  iddiaya  əsasən,  cansız  və  şüursuz  atomlar
birləşərək əvvəlcə hüceyrəni əmələ gətirmiş və sonra eyni atomlar
birləşərək digər canlıları və insanı meydana gətirmişlər. İndi dü-
Harun Yəhya (Adnan Oktar) 
153


şünək, canlıların əsasını təşkil edən karbon, fosfor, azot, kalium kimi
elementləri birləşdirdikdə bir yığın əmələ gəlir. Bu atom yığını hansı
prosesdən keçirilsə də, bircə canlı belə əmələ gətirməz. İstəyirsinizsə,
bununla bağlı bir təcrübə keçirək və təkamülçülərin, əslində, müdafiə
etdikləri, amma ucadan söyləyə bilmədikləri iddianı onların adından
“Darvin formulu” adı ilə nəzərdən keçirək:
Təkamülçülər çoxlu sayda böyük çənin içinə canlıların əsasını
təşkil edən fosfor, azot, karbon, oksigen, dəmir, maqnezium kimi
elementlərdən bol miqdarda qoysunlar. Hətta normal şərtlərdə möv-
cud olmayan, ancaq bu qarışığın içində lazımlı bildikləri maddələri
də bu çənlərə əlavə etsinlər. Qarışıqların içinə istədikləri qədər amin
turşusu,  istədikləri  qədər  də  zülal  doldursunlar.  Bu  qarışıqlara
istədikləri  nisbətdə  temperatur  və  rütubət  versinlər.  Bunları
istədikləri ən yaxşı texnoloji cihazlarla qarışdırsınlar. Çənlərin ba-
şında nəzarətçi kimi dünyanın qabaqcıl elm adamlarını qoysunlar.
Bu mütəxəssislər atadan oğula, nəsildən-nəslə ötürülərək növbə ilə
milyardlarla,  hətta  trilyonlarla  il  fasiləsiz  çənlərin  başında
gözləsinlər. Bir canlının əmələ gəlməsi üçün hansı şərtlərin mövcud
olmasını lazım bilirlərsə, hamısını tətbiq etsinlər. Ancaq nə etsələr
də, o çənlərdən əsla bir canlı çıxara bilməzlər. Zürafələri, aslanları,
arıları,  bülbülləri,  tutuquşuları,  atları,  delfinləri,  gülləri,  səhləb
çiçəklərini, zanbaqları, qərənfilləri, bananları, portağalları, almaları,
xurmaları, pomidorları, qovunları, qarpızları, əncirləri, zeytunları,
üzümləri,  şaftalıları,  tovuz  quşlarını,  qırqovulları,  rəngarəng
kəpənəkləri və bunlar kimi milyonlarla canlı növündən heç birini
əmələ gətirə bilməzlər. Nəinki burada sadaladığımız bir neçə canlını,
bunların bircə hüceyrəsini belə əldə edə bilməzlər.
Qısaca desək, şüursuz atomlar birləşərək hüceyrəni əmələ
gətirə bilməzlər. Sonra yeni qərar verərək bir hüceyrəni iki yerə
bölüb, sonra ardıcıl başqa qərarlar verib elektron mikroskopunu icad
QİYAMƏT GÜNÜ
154


edən, sonra öz hüceyrə quruluşunu bu mikroskop altında tədqiq edən
professorları əmələ gətirə bilməzlər. Maddə ancaq Allah’ın üstün
yaratması  ilə  həyat  qazanır. Bunun  əksini  iddia  edən  təkamül
nəzəriyyəsi isə ağıla tamamilə zidd cəfəngiyatdır. Təkamülçülərin
ortaya atdığı iddialar üzərində bir az düşünmək yuxarıdakı misalda
göstərildiyi kimi, bu həqiqəti üzə çıxarar.
Göz və qulaqdakı texnologiya
Təkamül  nəzəriyyəsinin  qətiyyən  açıqlaya  bilmədiyi  digər
məsələ isə göz və qulaqdakı üstün duyğu keyfiyyətidir.
Gözlə bağlı mövzuya keçməzdən əvvəl “Necə görürük?” sualına
qısaca  cavab  verək.  Bir  cisimdən  gələn  şüalar  gözdə  tor  qişaya
tərsinə düşür. Bu şüalar buradakı hüceyrələr tərəfindən elektrik siq-
nallarına çevrilir və beyinin arxa hissəsindəki görmə mərkəzi adlanan
kiçik nöqtəyə ötürülür. Bu elektrik siqnalları bir sıra ardıcıl pro-
seslərdən sonra beyindəki bu mərkəzdə görüntü kimi şərh edilir. Bu
məlumatdan sonra düşünək: beyin işığa qapalıdır. Yəni beyinin içi
qapqaranlıqdır, işıq beyinin yerləşdiyi yerə girə bilməz.  Görmə
mərkəzi adlanan yer qapqaranlıq, işığın düşmədiyi, bəlkə, heç qar-
şılaşmadığınız qədər qaranlıq yerdir. Ancaq siz bu zülmət qaranlıqda
işıqlı, aydın dünyanı izləyirsiniz.
Üstəlik,  bu,  o  qədər  aydın  və  keyfiyyətli  görüntüdür  ki,  XXI
əsrin texnologiyası belə hər cür imkanı olmasına baxmayaraq, bu
aydın görüntünü əldə edə bilmir. Məsələn, hal-hazırda oxuduğunuz
kitaba, kitabı tutan əllərinizə baxın, sonra başınızı qaldırın və ətrafı-
nıza baxın. Hal-hazırda gördüyünüz aydın və keyfiyyətli görüntünü
başqa  bir  yerdə  görmüsünüzmü?  Bu  qədər  aydın  görüntünü  sizə
dünyanın qabaqcıl televizor şirkətlərinin istehsal etdiyi təkmilləşdi-
rilmiş  televizor  ekranı  belə  verə  bilməz.  100  ildən  bəri  minlərlə
mühəndis bu aydın görüntünü əldə etmək üçün çalışır. Bunun üçün
Harun Yəhya (Adnan Oktar) 
155


fabriklər, böyük müəssisələr qurulur, tədqiqatlar aparılır, planlar və
dizaynlar edilir. Bir televizor ekranına baxın, bir də hal-hazırda əli-
nizdə tutduğunuz bu kitaba. Arada böyük aydınlıq və keyfiyyət fərqi
olduğunu görəcəksiniz. Həm də televizorun ekranı sizə iki ölçülü
görüntü göstərir, lakin siz üç ölçülü, dərin perspektivi olan görüntü
izləyirsiniz.
Uzun illərdən bəri on minlərlə mühəndis üç ölçülü televizor icad
etməyə, gözün görmə keyfiyyətini əldə etməyə çalışırlar. Bəli, üç öl-
çülü  televizor  kimi  sistem  istehsal  edə  bildilər,  amma  onu  da
eynəksiz üç ölçülü görmək mümkün deyil, həm də bu, süni üçölçülü
görüntüdür. Arxa tərəf daha bulanıq, ön tərəf isə kağız dekorasiya
kimi görünür. Heç bir zaman gözün gördüyü qədər aydın və key-
fiyyətli görüntü əmələ gəlmir. Kamerada da, televizorda da mütləq
görüntü itkisi olur.
Təkamülçülər bu keyfiyyətli və aydın görüntünü əmələ gətirən
mexanizmin təsadüfən əmələ gəldiyini iddia edirlər. İndi birisi sizə
otağınızdakı  televizorun  təsadüflər  nəticəsində  əmələ  gəldiyini,
atomların birləşib bu görüntünü əmələ gətirən aləti meydana gətir-
diyini desə, nə düşünərsiniz? Minlərlə insanın birlikdə edə bilmədi-
yini şüursuz atomlar necə etsin?
Gözün gördüyündən daha bəsit görüntünü əmələ gətirən alət təsa-
düfən əmələ gəlmirsə, gözün və gözün gördüyü görüntünün də təsa-
düfən meydana gəlməyəcəyi çox açıqdır. Eyni vəziyyət qulağa da
aiddir. Xarici qulaq ətrafdakı səsləri qulaq seyvanı vasitəsilə toplayıb
daxili qulağa ötürür; daxili qulaq da bu titrəyişləri elektrik impuls-
larına  çevirərək  beyinə  göndərir.  Eynilə  görmədə  olduğu  kimi,
eşitmə prosesi də beyindəki eşitmə mərkəzində həyata keçir.
Göz üçün dediklərimiz qulağa da aiddir, yəni beyin işıq kimi səsə
də qapalıdır, səs keçirmir. Ona görə, xarici aləm nə qədər səs-küylü
olsa da, beyinin içi tamamilə səssizdir. Buna baxmayaraq, ən aydın
QİYAMƏT GÜNÜ
156


səslər beyində eşidilir. Səs keçirməyən beyninizdə orkestr simfoni-
yaları dinləyir, ətraf mühitin bütün səs-küyünü eşidirsiniz. Ancaq
həmin anda həssas bir cihazla beyninizin içindəki səs səviyyəsi öl-
çülsə, burada səssizliyin hakim olduğu məlum olacaqdır. Aydın gö-
rüntü əldə etmək ümidi ilə texnologiyadan necə istifadə edilirsə, səs
üçün də eyni səylər on illərdən bəri davam etdirilir. Səsyazma cihaz-
ları, musiqi mərkəzləri, bir çox elektron alət, səs qəbul edən musiqi
sistemləri bu fəaliyyətlərin nəticələrindən bəziləridir. Ancaq bütün
texnologiyaya  və  bu  sahədə  minlərlə  mühəndis  və  mütəxəssis
işləməsinə baxmayaraq, qulağın əmələ gətirdiyi qədər aydın və key-
fiyyətli səs əldə edilməmişdir. Ən böyük musiqi sistemi şirkətinin
istehsal etdiyi ən keyfiyyətli musiqi mərkəzini düşünün. Səsi qeyd
etdikdə mütləq səsin bir hissəsi itir, az da olsa təhrif olur və ya musiqi
mərkəzini işə saldıqda hələ musiqi çalmazdan əvvəl mütləq bir cızıltı
eşidirsiniz. Ancaq insan orqanizmindəki texnologiyanın məhsulu
olan səslər olduqca aydın və qüsursuzdur. İnsan qulağı heç vaxt mu-
siqi mərkəzində olduğu kimi cızıltılı və ya təhrif olunmuş şəkildə
səs eşitmir; səs necədirsə, tam və aydın şəkildə onu eşidir. Bu, insan
yaradıldığı gündən bəri belədir. İndiyə qədər insanın istehsal etdiyi
heç bir görüntü və səs cihazı göz və qulaq qədər həssas və keyfiyyətli
qəbuledici olmamışdır. Ancaq görmə və eşitmə hadisəsində bütün
bunların fövqündə duran çox böyük həqiqət də var.
Beyinin içində görən və eşidən şüur kimə aiddir?
Beyinin içində parlaq, rəngli dünyanı izləyən, simfoniyaları, quş-
ların civiltilərini dinləyən, gülü qoxulayan kimdir?
İnsanın gözlərindən, qulaqlarından, burnundan gələn siqnallar
elektrik impulsu kimi beyinə ötürülür. Biologiya, fiziologiya və ya
biokimya kitablarında bu görüntünün beyində necə əmələ gəlməsinə
dair bir çox şey oxuyursunuz. Ancaq bu mövzu haqqında ən mühüm
Harun Yəhya (Adnan Oktar) 
157


həqiqətə heç bir yerdə rast gələ bilməzsiniz: beyində bu elektrik im-
pulslarını görüntü, səs, qoxu və hiss kimi qavrayan kimdir? Beyinin
içində gözə, qulağa, buruna ehtiyac hiss etmədən bütün bunları qav-
rayan bir şüur var. Bu şüur kimə aiddir?
Əlbəttə, bu şüur beyini təşkil edən sinirlər, yağ təbəqəsi və sinir
hüceyrələrinə aid deyil. Elə buna görə, hər şeyin maddədən ibarət
olduğunu zənn edən darvinist-materialistlər bu suallara heç cür cavab
verə bilmirlər. Çünki bu şüur Allah’ın yaratdığı ruhdur. Ruhun gö-
rüntünü izləmək üçün gözə, səsi eşitmək üçün qulağa ehtiyacı yox-
dur. Eyni zamanda, düşünmək üçün beyinə də ehtiyacı yoxdur.
Bu açıq və elmi həqiqəti oxuyan hər insan beyinin içindəki bir
neçə sm
3
-lik, qapqaranlıq yerə bütün kainatı üçölçülü, rəngli, kölgəli
və işıqlı şəkildə sığışdıran uca Allah’ı düşünüb, Ondan qorxub Ona
sığınmalıdır.
Materialist inanc
Bura  qədər  təhlil  etdiklərimiz  təkamül  nəzəriyyəsinin  elmi
kəşflərə zidd iddia olduğunu göstərir. Nəzəriyyənin həyatın mənşəyi
haqqındakı iddiası elmə ziddir, irəli sürdüyü təkamül mexanizmləri-
nin heç bir təkamül gücü yoxdur və fosillər nəzəriyyənin iddia etdiyi
ara keçid formalarının yaşamadığını göstərir. Bu təqdirdə, əlbəttə,
təkamül nəzəriyyəsi elmə zidd fərziyyə kimi bir kənara qoyulmalıdır.
Belə ki, tarix boyu dünya mərkəzli kainat modeli kimi bir çox dü-
şüncə  tərzi  elmin  gündəmindən  çıxarılmışdır.  Ancaq  təkamül
nəzəriyyəsi təkidlə elmin gündəliyində saxlanılır. Hətta bəzi insanlar
nəzəriyyənin tənqid edilməsini elmə təcavüz kimi göstərməyə çalı-
şırlar. Axı niyə? Bunun səbəbi təkamül nəzəriyyəsinin bəzi kütlələr
üçün əl çəkilməz doqmatik inanc olmasıdır. Bu kütlələr materialist
fəlsəfəyə kor-koranə bağlıdırlar və darvinizmi də təbiət haqqında ye-
ganə materialist açıqlama olduğu üçün mənimsəyiblər. Bəzən bunu
QİYAMƏT GÜNÜ
158


açıq şəkildə etiraf edirlər. Harvard Universitetindən məşhur genetik
və eyni zamanda, qabaqcıl təkamülçülərdən olan Riçard Levontin
əvvəlcə materialist, sonra elm adamı olduğunu belə etiraf edir:
“Bizim  materializmə  bir  inancımız  var,  bu  “a  priori”
(əvvəlcədən qəbul edilmiş, doğru fərz edilmiş) inancdır. Bizi
dünya haqqında materialist açıqlama verməyə məcbur edən
şey elmi metodlar və qanunlar deyil. Əksinə, materializmə
olan “a priori” bağlılığımız səbəbi ilə dünya haqqında mate-
rialist açıqlama verən tədqiqat metodları və anlayışlarını uy-
dururuq. Materializm mütləq doğru olduğuna görə də İlahi
açıqlamanın səhnəyə çıxmasına icazə verə bilmərik”. (Ric-
hard Lewontin, “The Demon-Haunted World”, The New York
Review of Books, 9 Ocak, 1997, səh. 28)
Bu  sözlər  darvinizmin  materialist  fəlsəfəyə  bağlılıq  uğrunda
davam etdirilən bir doqma olduğunun açıq ifadəsidir. Bu doqma
maddədən başqa heç bir varlıq olmadığını qəbul edir. Bu səbəbdən
də cansız,  şüursuz maddənin həyatı əmələ gətirdiyinə inanır. Mil-
yonlarla müxtəlif canlı növünün, məsələn, quşların, balıqların, zü-
rafələrin, pələnglərin, həşəratların, ağacların, çiçəklərin, balinaların
və insanların maddənin öz daxilindəki reaksiyalarla, yəni yağan ya-
ğışla, çaxan şimşəklə, cansız maddədən əmələ gəldiyini qəbul edir.
Əslində isə bu, həm ağıla, həm də elmə ziddir. Amma darvinistlər
Allah’ın açıq-aşkar varlığını qəbul etməmək üçün bu ağıldan və
elmdən kənar fikri cahilliklə müdafiə etməkdə davam edirlər.
Canlıların mənşəyinə materialist düşüncə ilə baxmayan insanlar
isə bu açıq həqiqəti görəcəklər: bütün canlılar üstün güc, bilik və
ağıla malik olan Yaradanın əsəridir. Yaradan bütün kainatı yoxdan
var edən, ən qüsursuz şəkildə nizama salan və bütün canlıları yaradan
Allah’dır.
Harun Yəhya (Adnan Oktar) 
159


Təkamül nəzəriyyəsi dünya 
tarixinin ən təsirli sehridir
Burada bunu da bildirmək lazımdır ki, heç bir ideologiyanın təsiri
altında qalmadan, sadəcə ağlını və məntiqini işlədən hər insan elm
və mədəniyyətdən uzaq xalqların xurafatlarını xatırladan təkamül
nəzəriyyəsinə inanmağın qeyri-mümkün olduğunu asanlıqla anlaya-
caqdır.
Yuxarıda da bildirildiyi kimi, təkamül nəzəriyyəsinə inananlar
böyük bir çənin içinə bir çox atomu, molekulu, cansız maddəni dol-
duran və bunların qarışığından zaman ərzində düşünən, dərk edən,
kəşflər edən professorların, universitet tələbələrinin, Eynşteyn, Habl
kimi elm adamlarının, Frank Sinatra, Çarlton Heston kimi aktyorla-
rın, bununla yanaşı, ceyranların, limon ağaclarının, qərənfillərin çı-
xacağına  inanırlar.  Həm  də  bu  cəfəng  iddiaya  inananlar  elm
adamları,  professorlar,  mədəniyyətli,  təhsilli  insanlardır.  Bu
səbəbdən, təkamül nəzəriyyəsi haqqında dünya tarixinin ən böyük
və ən təsirli sehri ifadəsini işlətmək yerinə düşər. Çünki dünya tari-
xində insanların bu dərəcədə ağlını başından alan, ağıl və məntiqlə
düşünmələrinə imkan verməyən, gözlərinin qarşısına sanki bir pərdə
çəkib çox açıq olan həqiqətləri görmələrinə mane olan başqa inanc
və ya iddia yoxdur. Bu, afrikalı bəzi qəbilələrin totemlərə, Səba xal-
qının Günəşə tapınmasından, hz. İbrahimin qövmünün düzəltdikləri
bütlərə, hz. Musanın qövmünün qızıldan düzəltdikləri buzova tapın-
malarından  daha  qorxulu  və  ağlasığmaz  korluqdur.  Əslində,  bu
vəziyyət Allah’ın Quranda işarə etdiyi ağılsızlıqdır. Allah bəzi in-
sanların anlayışlarının bağlı olacağını və həqiqətləri görməkdən
məhrum olacağını bir çox ayəsində bildirir. Bu ayələrdən bəziləri
belədir:
Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan
da, onlar üçün birdir, iman gətirməzlər. Allah onların
QİYAMƏT GÜNÜ
160


ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də
pərdə vardır. Onları böyük bir əzab gözləyir! (Bəqərə
surəsi, 6-7)
... Onların qəlbləri vardır, lakin onunla anlamazlar. On-
ların gözləri vardır, lakin onunla görməzlər. Onların qu-
laqları  vardır,  lakin  onunla  eşitməzlər.  Onlar  heyvan
kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olan-
lar da məhz onlardır! (Əraf surəsi, 179)
Allah “Hicr” surəsində də bu insanların möcüzələr görsələr də,
inanmayacaq qədər sehrləndiklərini belə bildirir:
Əgər onlara göydən bir qapı açsaq və oradan durmadan
yuxarı dırmaşsalar yenə də: “Gözümüz bağlanmış, biz
sehrlənmişik”, - deyərlər. (Hicr surəsi, 14-15)
Bu  qədər  geniş  kütləyə  bu  sehrin  təsir  etməsi,  insanların
həqiqətlərdən bu qədər uzaq saxlanması və 150 ildən bəri bu sehrin
pozulmaması isə sözlə ifadə edilməyəcək qədər heyrətli vəziyyətdir.
Çünki bir və ya bir neçə insanın qeyri-mümkün ssenarilərə, cəfəng
və məntiqsiz iddialara inanmalarını anlamaq olar. Ancaq dünyanın
hər tərəfindəki insanların şüursuz və cansız atomların ani qərarla
birləşib qeyri-adi mütəşəkkillik, nizam, ağıl və şüur nümayiş et-
dirərək qüsursuz sistemlə işləyən kainatı, həyat üçün uyğun hər cür
xüsusiyyətə malik olan Yer planetini və saysız-hesabsız kompleks
sistemdən ibarət canlıları meydana gətirdiyinə inanmasının sehrdən
başqa heç bir açıqlaması yoxdur.
Allah Quranda inkarçı fəlsəfənin tərəfdarı olan bəzi şəxslərin et-
dikləri sehrlərlə insanlara təsir etdiklərini hz. Musa ilə firon arasında
baş verən bir hadisə ilə bizə bildirir. Hz. Musa firona haqq dini təbliğ
etdikdə firon hz. Musaya öz bilici sehrkarları ilə insanların toplaşdığı
bir yerdə qarşılaşmasını söyləyir. Hz. Musa sehrkarlarla qarşılaş-
dıqda əvvəlcə onların bacarıqlarını göstərməsini əmr edir. Bu ha-
disənin danışıldığı ayə belədir:
Harun Yəhya (Adnan Oktar) 
161


(Musa:) “Siz atın”, - dedi. Onlar (əsalarını yerə) atdıqda,
adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxutdu-
lar və böyük bir sehr göstərdilər. (Əraf surəsi, 116)
Göründüyü kimi, fironun sehrkarları hz. Musa və ona inananlar-
dan başqa insanların hamısını sehrləyə bilmişdilər. Ancaq onların at-
dıqlarına qarşı hz. Musanın ortaya qoyduğu dəlil onların bu sehrini,
ayədəki ifadə ilə uydurduqlarını udmuş, yəni təsirsiz etmişdir:
Biz də Musaya: “Əsanı tulla!” - deyə vəhy etdik. Bir də
(baxıb gördülər ki,) əsa onların uydurub düzəltdikləri
bütün şeyləri udur.  Artıq haqq zahir, onların uydurub
düzəltdikləri yalanlar isə batil oldu. (Sehrbazlar) orada
məğlub edildilər və xar olaraq geri döndülər. (Əraf surəsi,
117-119)
Ayələrdə də bildirildiyi kimi, əvvəllər insanlara sehrləyərək təsir
göstərən bu şəxslərin etdiklərinin saxtakarlıq olmasının başa dü-
şülməsi ilə sözügedən şəxslər alçalmışlar. Dövrümüzdə də bir sehrin
təsiri ilə elmilik adı altında olduqca cəfəng iddialara inanan və bun-
ları müdafiə etmək üçün həyatlarını qurban verənlər əgər bu iddia-
lardan əl çəkməsələr, həqiqətlər tam mənası ilə üzə çıxdıqda və sehr
pozulduqda alçalacaqlar. Belə ki, təqribən 60 yaşına qədər təkamülü
müdafiə edən və ateist filosof olan, ancaq sonradan həqiqətləri görən
Malkolm Maqeric təkamül nəzəriyyəsinin yaxın gələcəkdə düşəcəyi
vəziyyəti belə açıqlayır:
“Mən özüm təkamül nəzəriyyəsinin xüsusilə tətbiq edil-
diyi sahələrdə gələcəyin tarix kitablarındakı ən böyük
yumor  hədəflərindən  biri  olacağına  inandım. Gələcək
nəsillər bu qədər çürük və qeyri-müəyyən hipotezin inanılmaz
saflıqla qəbul edilməsini heyrətlə qarşılayacaqlar”. (Malcolm
Muggeridge, The End of Christendom, Grand Rapids: Eerd-
mans, 1980, səh. 43)
QİYAMƏT GÜNÜ
162


Bu gələcək uzaq deyil, əksinə, çox yaxın gələcəkdə insanlar
“təsadüf”lərin ilah olmasının mümkünsüzlüyünü anlayacaqlar və
təkamül nəzəriyyəsi dünya tarixinin ən böyük yalanı və ən güclü
sehri kimi tərif ediləcəkdir. Bu güclü sehr böyük sürətlə dünyanın
hər tərəfində insanlar üzərində təsirini itirməyə başlamışdır. Təkamül
yalanının sirrinin öyrənən bir çox insan bu yalana necə aldandığını
heyrət və təəccüblə qarşılayır.
…Sənin bizə öyrətdiklərindən
başqa bizdə heç bir bilik yoxdur!
Həqiqətən, Sən Bilənsən, 
Müdriksən!  (Bəqərə surəsi, 32)
Harun Yəhya (Adnan Oktar) 
163

Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə